Məhkəmə qərarları › İş №2(102)-4957/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4957/2018

16.07.2018 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4957/2018 16.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4957/2018 16 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı X1in iştirakı ilə, İddiaçı X1 Cavabdehə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2017-ci il tarixli 2(106)2904/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETD İ: İddiaçı X4 Cavabdehə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.11.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, ona dəymiş 12.578 manat 04 qəpik məbləğində zərərin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli rayon Məhkəməsinin (hakim M.Bağırov) 16.08.2017-ci il tarixli 2(064)136/2017 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində pozulmuş sağlamlığının bərpasına iddiaçının çəkdiyi xərclərin əvəzi, cəmi 2.960 manat pul və iddiaçıya vurduğu mənəvi zərərin əvəzi 300 manat pulun Cavabdehdən alınaraq iddiaçı X2yə verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının (hakimlər T.Heydərov, N.Mirzəyev, Z.Babayev) 28.11.2017-ci il tarixli 2(106)-2904/2017 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Füzuli rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli 2(064)-136/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxmış məhkəmələr X1 29.09.2017-ci il tarixdə bədəni üzərində aparılmış əməliyyatların avtoqəza nəticəsində alınmış xəsarətlərlə bağlı olmasını təsdiq edən hər hansı bir sübutun olmamasını, həmçinin iddiaçının avtoqəza nəticəsində vurulmuş maddi və mənəvi zərərlə bağlı olaraq hər hansı bir şikayət və tələbinin olmamasını nəzərə almamışlar. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosessual məsələlər: İddiaçı X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qayda da xəbərdar edilmişlər. Lakin, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddia qismən təmin edildiyindən və iddianın təmin edilməmiş hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, cavabdehin kassasiya şikayəti əsasında məhkəmə kollegiya qətnamənin qanuniliyini iddianın təmin edilmiş hissəsində yoxlayır. Belə ki, kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarı) Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 28.11.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini təmin etməyib, iş üzrə Füzuli rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli qətnaməsinin i ddianın təmin edilmiş hissəsini dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh 20.05.2014-cü il tarixdə saat 19 radələrində etibarnamə olmadan idarə etdiyi “Toyota Prado” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Mincivan yolunda hərəkətdə olarkən Hacıqabul-Mincivan yolunun Füzuli rayonu Qarabulaq yaşayış məntəqəsindən keçən 145-ci kilometrliyində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq icazə verilən sürət həddindən artıq, yəni 70 km/saat sürətlə avtomobili hərəkət etdirərək asfalt yolu sağdan sola keçən piyada, Füzuli rayonu İşıqlı kənd sakini X3 avtomobilin ön tərəfi ilə vuraraq ona sağ-bud sümüyünün qapalı sınığı, qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, bədənin çoxsaylı sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsə az ağır zərər yetirərək yol nəqliyyat hadisəsi törətmiş və Füzuli rayon məhkəməsinin 30.09.2014-cü il tarixli 1(064)-37/2014 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin cinayət iş üzrə X4 21.08.2014-cü il tarixdə məhkəməyə göndərdiyi, habelə 30.09.2014- cü il tarixdə məhkəmə baxışı zamanı təqdim etdiyi ərizələrində təqsirləndirilən şəxs Cavabdeh təqsiri nəticəsində aldığı xəsarətlə bağlı bütün xərcləri çəkərək Cavabdeh onu müalicə etdirdiyini, ona maddi və mənəvi dəstək göstərdiyini, vurduğu maddi ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Cavabdeh cinayət məsuliyyətindən azad olunması xahiş etmişdir. Qeyd olunan hökmdən zərər çəkmiş şəxs X4 tərəfindən apellyasiya şikayəti verilməmişdir. İşin faktiki hallarına əsasən, Cavabdeh 20.05.2014-cü il tarixdə törədiyi cinayət əməli nəticəsində iddiaçı X1 aldığı xəsarətlərə görə müalicəsinin davam etdirilməsinə ehtiyac yaranmış və X4 29.09.2016-cı il tarixdə "xxxx" -ə sağ bud və topuğun nahiyəsində olan kəskin ağrılar və hərə kətin məhdudluğu ilə bağlı müraciəti əsasında həkimin qəbulunda olmuş, həkimin qəbuluna 100 manat ödəmiş, xəstədə travma nəticəsində bud nahiyəsindən keçən hissi sinirlərin əzilməsi müəyyən edilmişdir. Xəstəyə “sağ tərəfli oturaq sinirin zədələnməsi, nevropatik ağrı sindromu diaqnozu qoyulmuşdur. 29.09.2016-cı il tarixdə ağrı hissinin azaldılması məqsədilə bel fəqərələri nahiyəsində radiofrekans əməliyyatı icra olunmuşdur. Xəstə bu əməliyyatın icra olunması üçün 2.727 manat və eyni zamanda laborator müayinələr üçün isə 73 manat vəsait ödəmiş, həmçinin müalicəsi ilə bağlı 16.12.2015-ci il tarixdə və 18.12.2015-ci il tarixdə həkim müayinəsi üçün 40 manat və 20 manat, cəmi 2.960 manat ödəmələr etdiyi müəyyən olunur. Məhkəmə kollegiyası maddi zərər tələbinin 2960 manat məbləğində təmin edilməs i hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam öd ənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı avtoqəza nəticəsində sağ budundan xəsarət aldığından və "xxxx" da aldığı müalicə və əməliyyat da məhz həmin sağ bud nahiyəsindəki ağrılarla əlaqədar olduğundan bu müalicənin məhz baş vermiş avtoqəza nəticəsində sağlamlığa dəymiş ziyanla bağlı olması aşkardır. Həmin müalicə və əməliyyat cavabdeh barəsində cinayət işinə baxıldıqdan və hökm qəbul edildikdən sonra həyata keçirildiyindən cinayət işinə baxılarkən iddiaçının avtoqəza nəticəsində vurulmuş maddi və mənəvi zərərlə bağlı olaraq hər hansı bir şikayət və tələbinin olmaması barədə ərizəsi onu sonrakı müalicə xərcini cavabdehdən tələb etmək hüququndan məhrum etmir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının sağlamlığı pozulmuş və bunun nəticəsində cavabdeh fiziki əzab çəkərək iztirab keçirmişdir. Odur ki, cavabdeh iddiaçıya vurduğu mənəvi zərərin əvəzini ödəməlidir. Ona görə də, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olaraq iddianın mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin olunaraq vurduğu mənəvi zərərə görə cavabdehdən 300 manat mi qdarında pulun alınaraq iddiaçıya ödənilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə də qanuni və əsaslıdır. Göstərilənlərə əsasən kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2017-ci il tarixli 2(106)-2904/2018 nömrəli qətnaməsi - Cavabdehna münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar