Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4960/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” KB ASC-nın Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4960/20 (Açar sözlər: kreditin qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipotekanının düzgün qiymətləndirilməməsi, faizin çox hesablanması) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi və vəkili Orucov Ruslan Bahad oğlunun iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh xxx qarşı «kreditin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-732/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Şəhla Əli qızının kassasiya şikayətinə 19 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. «xxxx» KB ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli UM-26/12 saylı əsas kredit müqaviləsi bağlanıb.
2. Əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 92/14 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə, xx.xx.2019-cu il tarixədək illik 16,5 faizlə 550000 ABŞ dolları; 3. xx. xx.2015-ci il tarixli 01UBBP/15 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, xx.xx.2017-ci il tarixədək illik 25 faizlə 15000 manat; 4. xx.xx.2015-ci il tarixli 161UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək illik 21 faizlə 200000 manat məbləğində kreditlər verilmişdir 5. xx.xx.2012-ci il tarixli UMi-26/12 saylı ipoteka müqaviləsinə və ona əlavə və dəyişikliklər edilməsi haqqında xx.xx.2014-cü il tarixli sazişə əsasən Cavabdeh mülkiyyətində olan xxx mərtəbəsindəki qeyri-yaşayış sahəsi (120 saylı mağaza) və xxx 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi (12 saylı mağaza) «xxxx» KB ASC-yə ipotekaya qoyulmuşdur. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “xxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət etmişdir.
7. İddiaçı “xxxx” KB ASC Cavabdeh bankın xeyrinə - xx.xx.2014-cü il tarixli 92/14 saylı əlavə kredit müqaviləsi üzrə üzrə 342730,82 ABŞ dolları əsas, 47.678,74 ABŞ dolları faiz borcu olmaqla, cəmi 390409,56 ABŞ dolları borcun; - xx.xx.2015-ci il tarixli 01UBBP/15 saylı əlavə kredit müqaviləsi üzrə 14999,05 manat əsas, 1782,83 manat faiz borcu olmaqla, cəmi 16781,88 manat borcun; - xx.xx.2015-ci il tarixli 161UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 200000 manat əsas, 36517,57 manat faiz, 57235,15 manat cərimə borcu olmaqla, cəmi 293752,72 manat borcun: - iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 60 manat xidmət haqqının tutulması; - tələbin ipoteka predmetləri olan – Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə (120 saylı mağazaya) və xxx 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə (12 saylı mağazaya) yönəldilməsi; - həmin əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh borcunun ödənilməsi; - ipoteka predmeti olan xxx yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin (120 saylı mağazanın) ilkin satış qiymətinin 429500 manat, xxx yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin (12 saylı mağazanın) ilkin satış qiymətinin 170500 manat məbləğində müəyyən edilməsi; - ipoteka predmetlərinə tutma yönəldildikdə və onlar satıldıqdan ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahələrinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.
9. Kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq «xxxx» KB ASC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur.
10. Bu barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar.
11. Borc xx xxxxxxxx 2016-ci il tarixnə hesablanmışdır.
12. İpoteka müqaviləsində xxx 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi (120 saylı mağaza) 429500 manat, xxx binanın 1-ci mərtəbəsində ki qeyri-yaşayış sahəsi (12 saylı mağaza) 170500 manat məbləğində qiymətləndirilmişdir.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 279, 295, 385.1, 442, 445, “İpoteka haqqında” Qanunun 34.1.1, 39.1 və 59.3-cü maddələrinə istinad etmişdir.
14. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazlrki iş üzrə xx.xx.2017-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mühasibatlıq ekspertizasının qarşısında cavabdehin 27 sentyabr 2016-cı il tarixinə borcunun, əmtəəşünaslıq ekspertizasının qarşısında ipoteka predmetlərinin qiymətinin nə qədər olması barədə sual qoyulmuşdur.
15. «xxxx» MMC-nin xx.xx.2017-ci il tarixli rəylərinə (qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabatlardan) görə Cavabdeh məxsus xxx yerləşən 1 nömrəli 5 mərtəbə li binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin (120 saylı mağazanın) 0,1571 ha torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 460000 manat; xxx yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin (12 saylı mağazanın) 0,1571 ha torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 200000 manat təşkil edir. 16.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 6891 saylı ekspert rəyinə görə Cavabdeh tərəfindən «xxxx» KB ASC-dən istifadə edilmiş kredit vəsaitləri üzrə ödənilməli olan borc məbləği xx.xx.2016-cı il tarixinə aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2014-cü il tarixli 92/14 saylı kredit müqaviləsi üzrə – əsas borc 339150,56 ABŞ dolları; faiz borc u 47782,55 ABŞ dolları; - xx.xx.2015-ci il tarixli 01UBBP/15 saylı kredit müqaviləsi üzrə – əsas borc 14999,05 manat; faiz borcu 1782,83 manat; - xx.xx.2015-ci il tarixli 161UB/15 saylı kredit müqaviləsi üzrə – əsas borc 200000 manat; faiz borcu 36517,57 manat.
17. Cavabdeh və üçüncü şəxs biricni instansiya məhkməsində iştirak etməmiş, onların iddiya yazılı etirazı da olmamışdır.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4579/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı «xxxx» KB ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli UM-26/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: xx.xx.2014-cü il tarixli 92/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 339150 ABŞ dolları 56 sent, faiz üzrə 47782 ABŞ dolla rı 55 sent olmaqla, cəmi 386933 ABŞ dolları 11 sent ödəniş anıüçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla; - xx.xx.2015-ci il tarixli 01UBBP/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14999 manat 05 qəpik, faiz üzrə 1782 manat 83 qəpik olmaqla, cəmi 16781 manat 88 qəpik; - xx.xx.2015-ci il tarixli 161UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 200000 manat, faiz üzrə 36517 manat 57 qəpik, cərimə üzrə 5000 manat olmaqla, cəmi 241517 manat 57 qəpik borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 60 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetləri olan – Cavabdeh mülkiyyətindəki xxx 1-ci mərtəbəsindəki qeyri-yaş ayış sahəsinə (120 saylı mağazaya) və xxx yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə (12 saylı mağazaya) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əmlakların ilkin satış qiymətinin müvafiq olaraq 460000 manat və 200000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin «xxxx» KB ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, həmin əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh həmin qeyri-yaşayış sahələrindən çıxarılması və həmin əmlakların boşaldılması, məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 145 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqd im etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. (hakim Ceyhun Tağıyev)
19. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki,Cavabdeh «xxxx» KB ASC-dən kredit məbləğləri almış, ayrılmış kredit məbləğlərinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
20. Həmçinin Cavabdeh kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini (120 saylı mağazanı) və xxx yerləşən 1 nömrəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini (12 saylı mağazanı) banka ipotekaya qoymuşdur.
21. Məhkəmə qeyd etmişdir ki, müqavilə şərtlərinə əsasən ipoteka predmetləri 429500 manat və 170.500 manat dəyərində qiymətləndirilsə də, qiymətləndirmə rəylərində həmin qiymətlər müvafiq olaraq 460000 və 200000 müəyyən edilmişdir.
22. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, bankın tələb etdiyi 57235,15 manat cərimə pulu tənasübsüz surətdə yüksək hesablanıb.
23. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına uyğun olaraq iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir.
24. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 269.4, 319.1, 385.1,386.1, 442, 445.1, 448.1, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddə ləri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh və üçüncü şəxs apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qismən ləğv edilməsi, faizlərin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
26. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, cavabdeh uzun müddət kreditin əsas hissəsini və faizləri ödəmişdir.
27. Buna baxmayaraq, iddiaçı cavabdehə verdiyi 200000 manat kreditə görə 26517 manat faiz, 57235 manat cərimə borcu hesablayıb.
28. Əvvəlki ödənişləri hesablanarsa, faiz borcu bu qədər şişirdilməzdi. Lakin buna baxmayaraq iddiaçı tərəf onun əvvəlki ödədiyi məbləğləri nəzərə almadan faiz borcunu şişirtmiş, məhkəmə isə iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir.
29. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-732/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-4579/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli(sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xəyalə Cəmilova)
30. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, Cavabdeh «xxxx» KB ASC-dən kredit müqavilələri əsasında kredit məbləğləri almış, ayrılmış kredit məbləğlərinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İpoteka predmetlərinin bazar qiymətinin müə yyən edilməsi üçün «xxxx» MMC-nin rəyləri alınmışdır.
31. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyator şikayətində faiz məbləğini mübahisələndirərək, iddiaçı bank tərəfindən faiz məbləğlərinin şişirdilməsi və faiz məbləğindən ödənişlər etdiyini bildirsə də, şikayətinə heç bir sübut əlavə etməmişdir. 32.Apelyasiya instansiyası vurğulamışdır ki, hətta birinci instansiya məhkəməsi tənasübsüz dərəcədə çox hesablanmış dəbbə pulunu da borclunun əmlak mənafelərini nəzərə alaraq azaltmışdır.
33. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normaların işin müəyyən edilmiş hallarına uyğun hesab etmiş, əlavə olaraq Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəl illəri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxx (vəkil X1 oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslnadırılıb ki, cavabdeh uzun müddət kreditin əsas hissəsini və faizləri ödəsə də, iddiaçı tərəf cavabdehin ödədiyi məbləğləri nəzərə almadan cavabdehə verdiyi 200000 manat kreditə görə 26517 manat faiz, 57235 manat cərimə borcu hesablamaqla, faiz borcunu şişirtmişdir.
36. Kassasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, ipoteka predmetləri real dəyərindən aşağı m əbləğdə qiymətləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə iddiaçı bankın yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi və vəkili Orucov Ruslan Bahad oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.
39. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə cavabdeh, üçüncü şəxs və onların vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. G irov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra e dilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mü lkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Qanunun Maddə 34.1.1, 34.1.2. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Prosessual Mə cəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
41. Hazırkı kassasiya şikayətində cavabdeh Cavabdeh və üçüncü şəxs xxx apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş etsə də, kassasiya şikayətinin dəlili ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin qiymətinin düzgün müəyyən edilməməsi və 200000 manat kreditə görə 26517 manat faiz, 57235 manat cər imə borcunun düzgün hesablanmaması barədədir. Apelyasiya şikayətinin dəlili də yalnız 200000 manat kreditə görə 26517 manat faiz, 57235 manat cərimə borcunun düzgün hesablanmaması olmuşdur. Başqa sözlə, hazırda kassasiya şikayətində 200000 manat kreditə görə 26517 manat faiz, 57235 manat cərimə borcunun hesablanması və qeyri-yaşayış sahələrinin qiyməti mübahisələndirilir. Buna görə də hazırki kassasiya baxışının predmetini yalnız həmin hissələr təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
44. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Cavabdeh «xxxx» KB ASC-dən kredit müqavilələri əsasında kredit məbləğləri almış, ayrılmış kredit məbləğlərinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
45. Cavabdeh və üçüncü şəxs apelyasiya şikayətində 200000 manat kreditə görə 26517 manat faiz, 57235 manat cərimə borcunun düzgün hesablanmamasını bildirmişlər.
46. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin həmin dəlilinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
47. Apelyasiya məhkəməsi apelyasiya şikayətinin həmin dəlili üzrə qeyd etmişdir ki, apelyatorlar faiz məbləğini mübahisələndirərək, iddiaçı bank tərəfindən faiz məbləğlərinin şişirdilməsini və faiz məbləğindən ödənişlər etdiyini bildirsələr də, şikayətə bununla bağlı heç bir sübut əlavə edilməmişdir.
48. İş materiallarından görünür ki, iddia tələbində göstərilən borc məbləğlərini məhkəmələr mühasibatlıq ekspertizasını rəyinə uyğun hesab etmişlər.
49. Apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88- ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
50. Cərimə məbləğinə gəldikdə, apelyasiya məhkəməsi57235 manat dəbbə pulunun azaldılıb, 5000 manat müəyyən edilməsi barədə birinci instansiya məhəkməsinin gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə əsasən düzgün hesab etmişdir.
51. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normlarının dispozitiv şərtləri ilə üst-üstə düşür.
52. Bu baxımdan, iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
53. İpoteka predmetlərinin qiymətinin real dəyərindən az məbləğdə müəyyən edilməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, əvvəla, cavabdehlər apelyasiya şikayətində ipoteka predmetinin qiyməti ilə bağlı, ümumiyyətlə, hər hansı dəlil irəli sürməmişlər. Buna görə də ape lyasiya şikayətində irəli sürülməyən dəlilə kassasiya icraatında qiymət verilmir.
54. Bundan əlavə, qətnamədən görünür ki, ipoteka predmetinin qiyməti ilə bağlı işin hallarını apelyasiya instansiyası ekspert rəyləri əsasında müəyyən etmişdir.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx və üçüncü şəxs xxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-732/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələn dirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.