Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4960/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3941/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanılmış 04 avqust 2015-ci il tarixli RP/73014/52/9 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24,33%-lə 3983,08 ABŞ dolları məbləğində kredit verilmiş, zamin Cavabdeh2 borcalan Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 25.02.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı-yə 3407,77 ABŞ dolları əsas, 3696,53 ABŞ dolları faiz və 0 ABŞ dolları məbləğində cərimə borcu vardır. İddiaçı tərəfindən verilmiş 18.06.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 04.08.201 5-ci il tarixli kredit müqaviləsi üzrə 04.08.2018-ci il tarixə 3907,05 ABŞ dolları əsas, 2773,61 ABŞ dolları faiz,127.77 ABŞ dolları cərimə borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə 3407,77 ABŞ dolları məbləğində əsas borcun, 3696,53 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 7104,3 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 04.08.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24,33 % olmaqla 3983,08 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cə dvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə bank arasında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Müqavilə müddəti bitdikdən sonra cavabdehlərə qarşı yaranmış öhdəliklə bağlı tələb irəli sürülmüş, məhkəməyə verilmiş iddia ərizələri baxılmamış saxlanılmışdır. Yəni əvvəllər yaranmış borcun tutulması ilə bağlı məhkəməy ə müraciət olunduğundan, müddətin axımı dayanmış, buna görə də zaminə qarşı hazırda irəli sürülmüş tələb qanunda nəzərdə tutulmuş müddət həddindədir. Tutulacaq pul məbləğinin hər iki cavabdehdən müştərək qaydada tutulmasını xahiş edir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-983/2020) iddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı-nin xeyrinə 04.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3407,77 ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti bitən tarixə - 04.08.2018-ci il tarixə yaranmış 2773,61 ABŞ dolları məbləğində faiz borcu, cəmi 6181,38 (altı min yüz səksən bir dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edil miş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, bank yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəməyə təqdim edilmiş və Cavabdeh2 zamin kimi imzaladığı 04.08.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilədə zaminin öhdəliyinin hansı müddət ərzində qüvvədə olması göstərilməmişdir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsində Cavabdeh2 zamin kimi öhdəliyinin müddəti göstərilmədiyindən, həmin müqavilə zamin lik müddəti təyin edilməyən müqavilə kimi hesab edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-983/2020 saylı, 18.06.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddianın həm də Cavabdeh2 münasibətdə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında kredit sazişi 04.08.2015-ci il tarixdə 36 ay müddətinə (04.08.2018-ci il tarixədək) bağlanmışdır. İddiaçı olaraq Cavabdeh1 və Cavabdeh2 qarşı hələ 04.01.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Beləliklə də həmin tarixdən iddia müddətinin axımı kəsilmişdir. Lakin məhkəmə gedişi zamanı “Fiziki şəxslərin problemli kreditlərinin həll i ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq həmin kredit müqaviləsinin restrukturizasiya edilmək ehtimalı olduğundan 19.03.2019-cu il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Fərman üzrə problemli kredit müqavilələrinin restrukturizasiya edilməsi üçün ayrılmış müddət 31.12.2019-cu il tarixdə başa çatmışdır. Bu müddət başa çatdıqdan sonra İddiaçı 25.02.2020-ci il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmi ş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi müqavilə üzrə öhdəliyin icrası vaxtının çatdığı gün 04.08.2018-ci il tarixdir. İddiaçı isə məhkəməyə 04.01.2019-cu il tarixdə müraciət etmişdir. Yəni öhdəliyin icrası vaxtının çatdığı gündən təqribən 3 ay sonra. Bununla da qanunvericilikdə nəzərdə tutan hər hansı iddia müddəti ötürülməmişdir. Digər tərəfdən "Bank of Baku” ASC ilə cavabdehlər arasında bağlanmış 04.08.2015-ci il tarixli kredit sazişinin ayrılmaz tərkib hissəsi sayılan İddiaçı-nin 26 aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərinin 9-cu maddəsinə əsasən “Xidmət Şərtlər”i tərəflər arasında gələcəkdə bağlanacaq Kredit sazişlərinin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Müştəri bu şərtləri imzalamaqla onlarla tanış olduğunu və gələcək də bağlanacaq kredit sazişləri üzrə də onun hüquq və vəzifələrinin bu “Şərtlərdə müəyyən edildiyini qəbul edir. “Xidmət şərtlər”i istehlak kreditləri sahəsində tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişləri üzrə tətbiq ediləcəyindən qeyri-müəyyən müddətdə qüvvədədir. Kredit Sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər Bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. “Xidməti Şərtlər”ə əsasən verilmə müddəti öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər Bankın xeyrinə icra olunduqdan so nra qurtarır. Eyni zamanda, məhkəmənin qətnamədə Cavabdeh2 zamin kimi öhdəliyinin müddəti göstərilmədiyindən, həmin müqavilə zaminlik müddəti təyin edilməyən müqavilə kimi hesab etməsi qənaətinə gəlməsi də yanlışdır. 04.08.2015-ci il tarixli kredit sazişi özündə həm kredit müqaviləsini, həm də zaminlik müqaviləsini ehtiva etdiyindən öhdəliyin icra vaxtının başladığı və başa çatdığı gün həmin sazişdə göstərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)-3941/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-983/2020 saylı, 18.06.2020-ci il tarixli qətnaməsi yoxlanılan h issədə dəyişdirilmədən saxlanılmışdır. Əvvəllər hazırki cavabdehlərə qarşı eyni kredit müqaviləsi üzrə yaranmış öhdəliklə bağlı məhkəməyə müraciət olunduğunu, lakin mahiyyəti üzrə işə baxılmamasını və ərizələrinin baxılmamış saxlanılmasını, bununla da müddət axımının dayanmasını və bu səbəbdən hazırki tələb üzrə cavabdehliyi zaminin də daşımalı olması barədə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya hesab etmişdir ki, qanunun yuxarıda qeyd edilən tələbində göstərilən bir illik müddət iddia müddəti deyil, kəsici müddətdir və belə olan halda həmin müddətin axımı kəsilmir. Digər tərəfdən, ərizənin baxılmamış saxlanılması ümumiyyətlə həmin tələbə mahiyyəti üzrə baxılmamasını ehtiva edir və həmin hal hər hansı müddətin axımının kəsilməsinə səbəb ola bilməz. Bu səbəbdə n iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3941/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsini ləğv edərək, İddiaçı-nin iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iş tirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallar ının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquq u vardır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödəni lməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniik təşkil etmiş və həmin məhkəmə tərəfindən dəlillər tam olaraq qyimətləndirilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüq uq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3941/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4960/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4960/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver