Məhkəmə qərarları › İş №2(102)-4963/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4963/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4963/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: pul tələbi Açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə borcun tutulması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1562/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc kimi 70000 ABŞ dolları, borcun qaytarılmasının gecikdirilməsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə əsasən hesablanmış 3077,08 ABŞ dolları faiz borcunun, hüquqi yardıma görə ödənilmiş 500 manat xərcin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx xxxxxx 2016-cı il tarixdə mövcud borcun etirafı haqqında müqavilə bağlamış, müqaviləyə əsasən cavabdeh id diaçıya 70000 ABŞ dolları məbləğində borclu olmasını bəyan, etiraf və təsdiq etmiş və xx xxxxxx 2019-cu il tarixədək borcu tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı 70000 ABŞ dolları məbləğində pulu müqavilədə nəzərdə tutulmuş müddətin başa çatmasına baxmayaraq hazırkı vaxtadək qaytarmamış, bununla da müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2512/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia qismən təmin edilmiş, cavabdehdən 70000 ABŞ dolları və həmin məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 2041 ABŞ dolları məbləğində pul vəsaiti olmaqla ümumilikdə 72041 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə dən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, iş materiallarında borcun verilməsini təsdiq edən heç bir sübut olmadığı halda, əsassız olaraq iddia tələbini təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1562/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli, X.A.Cəmilova, İ.K.Xəlilov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2016-cı il tarixli mövcud borcun etirafı haqqın da müqaviləyə əsasən cavabdeh iddiaçıya 70000 ABŞ dolları borcunun olduğunu bəyan və tam etiraf etmiş, həmin məbləği xx.xx.2019-cu il tarixədək tam həcmdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 445.7, 882-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, birinci istansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, iddiaçı və cavabdeh arasında borcun etirafı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, onlar arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli mövcud borcun etirafı haqqında müqavilədən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməyərək, 70000 ABŞ dolları məbləğində pul vəsa itini müqavilə ilə razılaşdırılmış müddətdə, yəni xx.xx.2019-cu il tarixədək borc verən İddiaçı qaytarmamış və bununla da müqavilənin 7-ci bəndi ona izah edilməsinə baxmayaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. İddia tələbinin borcun qaytarılmasının gecikdirilməsinə gorə əsas borca illik 5% dərəcəsi ilə hesablanmış 3077,08 ABŞ dolları faiz məbləğinin tutulması hissəsini qismən, daha az məbləğdə, yəni tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilə üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (xx.xx.2019-cu il tarixdən) hazırkı vaxtadək 07 aylıq dövr üçün 70000 borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 07 ay üçün cəmi 2041 ABŞ dolları məbləğini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apelyasiya məhkəməsi hesa b etmişdir ki, cavabdeh apelyasiya şikayətində borc müqaviləsi real müqavilə olduğu halda, iş materiallarında iddiaçıya 70000 ABŞ dolları məbləğində borclu olması barədə heç bir sübut olmadığı barədə dəlillərinı münasibətdə mövcud borcun etirafı haqqında xx xxxxxx 2016-cı il tarixli müqaviləni nə üçün bağlamasını, ötən 4 il ərzində həmin müqaviləni mübahisələndirməməsini əsaslandıra bilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini biri nci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsində mübahisənin faktiki hallarına, tərəflərin qarşılıqlı münasibətinə və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməsinə əsaslanmaqla, maddi və prosessual hüquq normaları pozmuş, cavabdehə borc verildiyini təsdiq edən hər hansı sübutun olmadığı və onlar arasında borc münasibətlərini yaranmadığı halda iddia təmin edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinin tələblərinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etira fı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərinə qiymət verilmədiyini qeyd etsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə q iymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar