Məhkəmə qərarları › İş №2(102)-4964/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4964/2019

11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4964/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin vəkili R iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)383/2019 nömrəli qətnaməsindən İddiaçı ASCtərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim R.Quliyev) 18.09.2017-ci il tarixli, 2(005)-4088/2017 nömrəli qətn aməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh1 125877.65 manat əsas borc, 2727.25 manat faiz borcu və 1000 manat cərimə borcu olmaqla, cəmi 129605 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus E saylı bağ sahəsində yerləşən torpaq sahəsinə (0,05 ha) (həmin torpaq sahəsinin ilkin satış qiyməti 10000 (on min) manat məbləğində müəyyən edilsin), Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ üzrə məxsus B qeyri-yaşayış binası və 0,03208 ha torpaq sahəsinə (həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 420000 manat və torpaq sahəsinin ilkin satış qiyməti 35000 manat məbləğində müəyyən edilsin) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 E saylı bağ sahəsindən və B qeyri-yaşayış binası və 0,03208 ha torpaq sahəsindən çıxmazlarsa onların məcburi qaydada çıxarılmaları, ekspertiza xərci 100 manatın Cavabdeh1 tutularaq dö vlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, E.Şamayev, Ş.Məhərrəmova) 20.02.2019-cu il tarixli, 2(103)-383/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.09.2017-ci il tarixli, 2(005)-4088/2017nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri 520 manatın Cavabdeh1 alınıb “xxxx” MMC-nin hesabına keçirilməsi, qiymətləndirmə ekseprtiza tədqiqatının dəyəri olan 480 manatın Cavabdeh1 alınıb “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş in halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 08.05.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 28.10.2016-cı il tarixli, RBNPT-0048 saylı İstehlak krediti müqaviləsi üzrə 125877.65 manat əsas borc, 7636.44 manat faiz borcu və 25180 manat cərimə borcu olmaqla, cəmi 158694.09 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus E saylı bağ sahəsində yerləşən torpaq sahəsi (0,05 ha), Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ üzrə məxsus B qeyri-yaşayış binası və 0,03208 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, bu əmlakların açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 28.10.2016-cı il tarixli, RBNPT-0048 saylı İstehlak krediti müqaviləsi 158694.09 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 90 manat pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus E saylı bağ sahəsində yerləşən torpaq sahəsi (0,05 ha), Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ üzrə məxsus B qeyri-yaşayış binası və 0,03208 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində əmlakların boşaldılması, ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün ye tərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 28.10.2016-cı il tarixli, RBNPT-0048 saylı İstehlak krediti müqaviləsi üzrə 125877.65 manat əsas borc, 20000.2 manat faiz borcu və 25180 manat cərimə borcu olmaqla, cəmi 171057.85 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus E saylı bağ sahəsində yerləşən torpaq sahəsi (0,05 ha), Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ üzrə məxsus B qeyriyaşayış binası və 0,03208 ha torpaq sahə sinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, bu əmlakların açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 28.10.2016-cı il tarixli, RBNPT-0048 saylı İstehlak krediti müqaviləsi 171057.85 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 90 manat pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus E saylı bağ sahəsində yerləşən torpaq sahəsi (0,05 ha), Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ üzrə məxsus B qeyri-yaşayış binası və 0,03208 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində əmlakların boşaldılması, ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ASC-nin vəkili R oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə gedişatı zamanı yenidən ekspertiza keçirilmiş və həmin əmlaka şişirdilmiş qiymət müəyyən edilmişdir. Eyni zamanda ekspert tərəfindən ziddiyyətli rəy verilmişdir. Belə ki, B qeyri-yaşayış binası zavod təyinaytlıdır, yəni içərisində zavoda aid olan avadanlıqlar yerləşmişdir. Sözügedən avadanlıqlar isə Bankın xeyrinə girov qoyulmamışdır. Ekspert isə bu halı nəzərə almamış, qeyri-yaşayış binasını içərisində olan avadanlıqlarla birgə qiymətləndirmişdir. Bundan əlavə, ekspert tərəfindən torpaq sahəsi ayrılıqda qiymətləndirilmiş və ilkin satış qiyməti 35000 manat müəyyən edilmişdir. Bank tərəfi ndən məhkəmə iclası zamanı əlavə ekspertiza keçirilməsi ilə bağlı vəsatət verilmiş, lakin məhkəmə vəsatəti təmin etməmiş və əlavə ekspertizanın keçirilməsindən imtina etmişdir. Bu səbəbdən həmin əmlakın qiymətinin şişirdilməsi, həm də bankın xeyrinə girovla yükül edilməyən zavodun içərisində olan avadanlığın da qiymətləndirmə zamanı nəzərə alınması və zavodla birgə qiymətləndirilməs ciddi əsas verir ki, qiymətləndirmə yenidən aparılmalı və bunun üçün apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixl i, 2(103)-383/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili R oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və işdə olanİş materiallarına əlavə edilmiş 28.10.2016-cı il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 paylı mülkiyyət hüququ üzrə məxsus olan B ünvanında yerləşən 1 mərtəbəli, 280,4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə məxsus olan B ünvanında yerləşən 0,03208 ha torpaq sahəsi İddiaçı ASC-yə ipotekaya qoymuşdur. İpoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 155000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən məhkəməyə göndərilmiş 27 iyul 2017-ci il tarixli 254-1/1 saylı hesabatdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, 1ci Alatava yaşayış sahəsində yerləşən 0,03208 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti 35000 (otuz beş min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən məhkəməyə göndərilmiş 27 iyul 2017-ci il tarixli, 254-1 saylı hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 165C ünvanında yerləşən qeyri-yaşayış binasının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti 420000 (dörd yüz iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın i potekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin i lkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd etmişdir ki, apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən, məhkəmə kollegiyasının 17 yanvar 2018-ci il tarixli qərardadı əsasında “xxxx” MMC-nin 14.04.2018-ci il tarixli, 119/M saylı rəyi alınmışdır. Həmin rəyə əsasən ünvan 3 ünvanda yerləşən 0,03208 ha torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinin 14.04.2018-ci il tarixə bazar dəyəri 700000 manat müəyyən olunmuşdur. Həmçinin iş materiallarında olan cavabdehlər tərəfindən təqdim olunm uş “xxxx” MMC-nin 06.04.2018-ci il tarixli rəyinə əsasən ünvan 3 280,4 kv.m qeyri-yaşayış binasının, 0,03208 ha torpaq sahəsinin 05.03.2018-ci il tarixə bazar dəyəri 650000 manat müəyyən olunmuşdur. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmə kollegiyasının 30 may 2018-ci il tarixli qərardadı əsasında “xxxx” MMC-nin 03.07.2018-ci il tarixli, 18 saylı rəyi alınmışdır. Həmin rəyə əsasən 29 iyun 2018-ci il tarixə ünvan 3 ünvanda yerləşən 0,03208 ha torpaq sahəsinin qiyməti 67200 manat, qeyri-yaşayış binasının qiyməti 560800 manat, ümumi dəyəri 628000 manat müəyyən olunmuşur. Kollegiya hesab etmişdir ki, qiymətləndirmə ilə bağlı rəylər kifayət qədər əsaslandırılmış, əmlakların mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Gör ündüyü kimi, iddiaçı tərəfin ipoteka predmeti olan əmlakın qiymətinin aşağı olması ilə bağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, əksinə ipoteka predmetlərinin ilkin satış dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş qiymətdən yuxarı olduğu müəyyən olunmuşdur. Buna görə də kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən ipoteka predmetlərinin ilkin satış qiymətlərini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim olunmadığından, əksinə məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfin dəlili olaraq ipoteka predmeti olan əmlakların ilkin satış qiymətləri yoxlanılmaqla, həmin qiymətlərin aşağı olmadığı müəyyən olunduğundan, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası kassasiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçı tərəf ipoteka predmeti olan ünvan 3 280,4 kv.m qeyri-yaşayış binasının və 0,03208 ha torpaq sahəsinin qiymətləndirilməsində ziddiyyət olmasını apellyasiya şikayətində də qeyd etmiş və iddiaçı tərəfindən vəsatəti əsasında yenidən qiymətləndirmə həyata keçirilmiş,iddiaçı tərəfin ipoteka predmeti olan əmlakın qiymətinin aşağı olması ilə b ağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, kassasiya şikayətində göstərilən hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Nəticə olaraq, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respubli kası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-383/2019 nömrəli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar