Məhkəmə qərarları › İş №2(102)-4964/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4964/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4964/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 İddia tələbi: alqı-satqı müqaviləsinin etibarsızlığı və pul tələbi Açar sözlər: sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-757/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxx 2019-cu il tarixdə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak və pul tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ondan birgə biznes qurmaq adı ilə 105.000 manat almış və həmin vəsait hesabına 41.000 manat dəyərində SHACMAN markalı yük maşını alınmışdır. Göstərilən avtomaşın onun adına qeydiyyata alınsa da, avtomobili görməmişdir və Cavabdeh1 verdiyi vədə uyğun olaraq ona hər ay həmin avtomaşının icarəsindən 10-12.000 manat verəcəyi icarə haqqını da ona ödəməmişdir. Bundan sonra 2017-ci ilin avqust ayında digər Cavabdeh2 və Seyid adlı şəxs həmin borc pulun alınması na köməklik göstərilməsi adı ilə onunla tanış olmuşlar. Eyni zamanda Cavabdeh2 və Seyid adlı şəxs onun “Mitsubishi” markalı avtomobilini satmaq adı ilə ondan avtomobilə dair etibarnamə almış, həmin avtomobili sataraq dəyəri olan 22.000 manat pulu ona verməmişlər. 2017-ci ilin dekabr ayında isə həmin şəxslər onun müalicə üçün pula ehtiyacı olmasından istifadə edərək 30.000 manat dəyərində qızılzinət əşyalarının lombarda girov qoyub ona 7.000 manat vermişlər. Lakin sonradan nə qeyd edilən avtomobilin pulu və nə də ki qızılları qaytarılmamışdır. Goründüyü kimi o, hər iki cavabdeh tərəfindən aldadılaraq pulu və əmlakı əlindən alınmışdır. Bu səbəbdən də o, hüquq mühafizə orqanlarına Cavabdeh1 və Cavabdeh2 barəsində çoxsaylı şikayətlər etmişdir. Cavabdeh1 AR DİN-in BMCMİ-də verdiyi izahatda həmi n halları etiraf etmiş və ondan 105.000 manat pul almasını təsdiq etmişdir. Lakin İdarədən xx.xx.2018-ci il tarixli məktubla şikayətində göstərilən halların mülki xarakterli olmasını əsas gətirərək məhkəmə orqanlarına müraciət etməli olduğu tövsiyə edilmişdir. Eyni zamanda Nizami rayon Pİ-nin İŞ-nin xx xxxxxxxx 2018-ci il tarixli Qərarı ilə Cavabdeh1 və Cavabdeh2 barəsində verdiyi şikayət üzrə cinayət işinin başlanması rədd edilmiş, bu barədə məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3575/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddiasının əsası ki mi istinad etdiyi halları təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia məhkəməyə təqdim etdiyi sübutlarla- 10 fevral 20l5-ci il tarixdə 1 saylı notariat kontorunda **-BJ-*** dövlət qeydiyat nişanlı “SHACMAN” markalı yük avtomobilinə dair Cavabdeh1 verilmiş etibarnamə, həmin avtomobilin sonuncu tərəfindən xx.xx.2017-ci il tarixdə alqısatqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılmasına dair Azərbaycan Respublikası DİNin xx.xx.2019-cu il tarixli məktubu və avtomobillərin reyestrinə dair kompüterdən çıxarış, xx.xx.2017-ci il tarixli Cavabdeh2 adına verilmiş ümumi etibarnamə və Azərbaycan Respublikası DİN-in xx.xx.2019-cu il tarixli məktubu və avtomobillərin reyestrinə dair kompüterdən çı xarış cavabdehlərlə olan “Whats app” yazışmalarının mətni ilə tam təsdiqini tapsa da, məhkəmə iddianın sübuta yetirilmədiyi barədə əsassız nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-757/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Çünki, iddiaçı cavabdehlər tərəfindən onun hüquqlarının pozulmasına və bunun nəticəsində ona maddi ziyan vurulmasına istinad etsə də, cavabdehlərin hansı hərəkətləri ilə onun qanunla qoru nan hüquqlarının pozulmasını sübut edə bilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sübutlarla iddiaçıya məxsus avtomobillərə dair etibarnamələrin cavabdehlərə verilməsi, həmin etibarnamələrlə avtomobillərin özgəninkiləşdirilməsi, özgəninkişləşdirildikdən sonra alqı-satqıdan əldə edilən pulun iddiaçıya verilməməsi, “Whats app” yazışmalarında həm qızıl-zinət əşyalarının, həm də avtomobilin satışından əldə edilən vəsaitin ona qaytarılması üçün cavabdehin möhlət istəməsi iddianın qanuni və əsaslı olmasına dəlalət etməklə, onun tərəfindən bu barədə sübutların təqdim edilə bilməməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kasasiya baxışının hədləri Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəll ənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı Cavabdeh1 şərikli biznes qurmaq adı ilə ondan 105.000 manat aldığına, sonuncunun həmin məbləğin 41.000 manatına yük maşını aldığına və həmin yük maşınına görə ona hər ay müəyyən məbləğdə icarə haqqı ödəyəcəyinə vəd etdiyinə, lakin Cavabdeh1 vədinə əməl etməyib ona heç bir məbləğ ödəmədiyinə, eləcə də yük maşınını da özgəninkiləşdirərək əldə etdiyi vəsaiti də mənimsədiyinə istinad edərək, ondan 105.000 manat məbləğində pulun tutulmasını və yük maşının və ya onun dəyərinin qaytarılmasını tələb edir. Eyni zamanda iddiaçı d igər Cavabdeh2 isə, məhz Cavabdeh1la aralarında olan borc mübahisəsinin həll edilməsi məqsədilə müraciət etdiyini, Cavabdeh2 ona bu məsələdə kömək edəcəyi barədə vəd verdiyini, lakin nəinki kömək etdiyini, özünün də 30.000 manat dəyərində qızıl-zinət əşyasını və 22.000 manat dəyərində avtomobilini ələ keçirdiyini göstərərək, Cavabdeh2 həmin əmlakların qaytarılmasını və ya onların dəyərinin ödənilməsini tələb edir. Mülki Prosessual Məcəllənin sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin sübutların anlayışını və əsaslarını müəyyən edən 76-cı maddəsinin tələblərinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin sübutların qiymətləndirilməsinin əsaslarını müəyyən edən 88-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı ona məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı “SHAC MAN” markalı yük avtomobilinə dair Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli notarial qaydada təsdiqlənmiş etibarnamə vermiş, həmin avtomobil xx xxxxxx 2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında başqa şəxsin mülkiyyətinə keçmişdir. Eyni zamanda, Cavabdeh1 onun barəsində iddiaçı tərəfindən edilmiş şikayətlə bağlı Nizami Rayon Polis İdarəsində verdiyi izahatında həqiqətən iddiaçı ilə aralarında qeyd edilən məzmunda mübahisənin olduğunu etiraf etmiş, iddiaçının adına yük maşını alındığını, sonuncunun ona etibarnamə verdiyini, sonradan maşında nasazlıq yarandığını və təmirə ehtiyac olduğunu, lakin iddiaçının maşından imtina edərək pulunu tələb etdiyini, buna görə müxtəlif vaxtlarda hüquq mühafizə orqanlarına şikayət elədiyini, 2017-ci ilin noyabr ayında isə Hüseyn adlı şəxsin özünü iddiaçı nın nümayəndəsi kimi təqdim edərək yük maşınını və onu işlək vəziyyətə gətirmək üçün 1.000 manat məbləğində pulu ondan aldığını göstərmişdir. İddiaçı xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh2 2 ay müddətinə özündə geniş səlahiyyətlər əks etdirən etibarnamə verərək öz adından notariat kontorunda onu təmsil etməyi, o cümlədən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun daşınar əmlakını idarə etməyi və onun üzərində sərancam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq və s. bu kimi hərəkətləri etməyi həvalə etmiş və həmin etibarnamə notarial qaydada təsdiq olunmuşdur. İddiaçıya məxsus **-CS-*** dövlət nömrə nişanlı “MİTSUBİ SHİ ASX” markalı minik avtomobili xx xxxxxx 2017-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılmışdır. Apelyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış sorğu nəticəsində məhkəməyə təqdim edilmiş iddiaçının adına olan avtomobillərə dair alqı-satqı müqavilələrindən isə məlum olur ki, “SHACMAN” markalı yük avtomobili və “MİTSUBİSHİ ASX” markalı minik avtomobili digər şəxslərə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci mad dəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 359-cu maddəsi ilə əqdlərdə təmsilçiliyin anlayışı verilmişdir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkal əti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçili yinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi etibarnamə əsasında hərəkət edən şəxs bütün hərəkətləri etibarnamə verən şəxsin mənafeyi naminə həyata keçirməlidir. Qanunvericinin bu göstərişi etibarnamə verilmiş şəxsin etibar edilmiş və əvəzli şəkildə özgəninkiləşdirilmiş əmlaka görə həmin əqd əsasında aldıqlarını etibarnamə vermiş şəxsə təhvil verməsi öhdəliyini də ehtiva edir. Bu halda, iddiaçının mülkiyyətində olmuş və cavabdehlər tərəfindən əvəzli şəkildə özgəninkiləşdirilmiş avtomobillərin satışından əldə edilmiş pul vəsaitinin iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi məhz cavabdehlərin üzərinə düşür. Apelyasiya məhkəməsi qeyd edilənlərə ümumiyyətlə hüquqi qiymət vermədən iddianın sübut edilmədiyindən rədd edilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası mülki işin ədalətli və qanuna müvafiq həlli üçün iddiaçı tərəfindən kassasiya şikayətində irəli sürülmüş işin faktiki halları barədə dəlillərin mahiyyətinə toxunmayaraq qeyd edir ki, apellyasiya qaydasında işə baxılarkən həmin məqamlar da hərtərəfli araşdırılmalı, mübahisəyə maddi və prosessual qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar