Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4965/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3rşı “müqavilə üzrə ödənilməli olan məbləğin, gecikdirilməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, İddiaçı X5 cavabdeh İddiaçı qarşı “aldadılma yolu ilə bağlanmış əqdin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə ödənilməli olan məbləğin, gecikdirilməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi, aldadılma yolu ilə bağlanmış əqdin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, haki mlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X3rşı “müqavilə üzrə ödənilməli olan məbləğin, gecikdirilməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı X5 cavabdeh İddiaçı qarşı “aldadılma yolu ilə bağlanmış əqdin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X8 və İddiaçı Kanada Respublikası Newfounland və Labrador əyalətinin St.John şəhərində Salmonier Line-da xx.xx.2010-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikah xx.xx.2010-cu il tarixdə **********2 nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Tərəflər xx.xx.2017-ci il tarixdə qarşılıqlı razılıq əsasında boşanma müqaviləsi bağlayaraq, aralarında olan nikahı ləğv etdirmişlər.
3. Tərəflərin arasında olan nikahın pozulması barədə Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 174 nömrəli qeydiyyat aparılmışdır.
4. Stephen Williams və İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Nyufaundlend və Labrador əyalətindəki St.John şəhərində notariat qaydada boşanmaq barədə müqavilə bağlanmış, həmin müqavilədə ər üç il müddətində (xx.xx.2017-ci il tarixindən xx.xx.2019cu il tarixinə qədər) mütəmadi ola raq arvada ayda 3500 ABŞ dolları məbləğində aliment ödəmək barədə öhdəlik götürmüşdür.
5. Bundan başqa, İddiaçı ilə X8 arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiqlənmiş razılaşma müqaviləsi bağlayaraq, X8 son ödəmə ayı dekabr 2019-cu il olmaqla özünə məlum olan İddiaçı bank hesabına hər ay 3500 ABŞ dolları məbləğində pulu maddi dəstək (aliment) olaraq ödəmək barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 66.500 (altmış altı min beş yüz) ABŞ dolları məbləğində əsas borc, gecikdirilməyə görə bank uçot dərəcəsinə uyğun olaraq 5431 (beş min dörd yüz otuz bir) ABŞ dolları olmaqla cəmi 71931 (yetmiş bir min doqquz yüz otuz bir) ABŞ dolları maddi zərərin, 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh X4 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların arasında olan, notarial qaydada təsdiq edilmiş 11 yanvar 2018-ci il tarixli razılaşma müqaviləsinin şərtlərinə əsasən X8 son ödəmə ayı 2019-cu ilin dekabr ayı olmaqla hər ay 3500 (üç min beş yüz) ABŞ dollarında pul vəsaitini İddiaçı bank hesabına maddi dəstək (aliment) kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin bu günə kimi X8 tərəfindən həmin məbləğdən xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərində 3 dəfə İddiaçı bank hesabına köçürülmüş, 2019-cu ilin fevral ayında bir dəfə cavabdehin özü tərəfindən, 2019-cu ilin noyabr ayında bir dəfə cavabdehin köməkçisi tərəfindən ödənilməklə cəmi 5 ayın pulu İddiaçı ödənilmişdir (2018-ci ilin noyabr, dekabr ayları və 2019-cu ilin yanvar, fevral və noyabr ayları üçün). Lakin 2019-cu ilin dekabr ayını da nəzərə alsaq hazırda 19 ayın ödənilməli olan pulu 66.500 (altmış altı min beş yüz) ABŞ dolları məbləğ X8 tərəfindən iddiaçıya ödənilməli olsa da bundan yayınılmışdır. Beləliklə hər ay üçün gecikdirilmiş məbləğ üçün ayların sayına uyğun faiz dərəcələrini 2018-ci il yanvar ayı üçün 24 ay gecikdirmə mövcuddur. 21.9x24=526,5, 2018-ci il fevral ayı üçün. 23 ay gecikdirmə mövcuddur 21.9X23=503,7, 2018-ci il mart ayı üçün. 22 ay gecikdirmə mövcuddur 21.9X22=481,8, 2018-ci il aprel ayı üçün. 21 ay gecikdirmə mövcuddur 21.9X21=459,9, 2018-ci il may ayı üçün. 20 ay gecikdirmə mövcuddur 21.9X20=438, 2018-ci il iyun ayı üçün. 19 ay gecikdirmə mövcuddur 21.9X19=416,1, 2018-ci il iyul ayı üçün. 18 ay gecikdirmə mövcuddur 21.9X18=394,2, 2018-ci il avqust ayı üçün. 17 ay gecikdirmə mövcuddur 21.9X17=372,3, 2018-ci il sentyabr ayı üçün. 16 ay gecikdirmə mövcuddur 21.9X16=350,4, 2018-ci il oktyabr ayı üçün. 15 ay gecikdirmə mövcuddur 21.9X15=328,5, 2019-cu il mart ayı üçün. 10 ay gecikdirmə mövcuddur 21.9X210=219, 2019-cu il aprel ayı üçün. 9 ay gecikdirmə mövcuddur 21.9X9=197,1, 2019-cu il may ayı üçün. 8 ay gecikdirmə mövcuddur 21.9X8=175,2 2019-cu il iyun ayı üçün. 7 ay gecikdirmə mövcuddur 21.9X7=153,3 2019cu il iyul ayı üçün. 6 ay gecikdirmə mövcuddur 21.9X6=131,4, 2019-cu il avqust ayı üçün. 5 ay gecikdirmə mövcuddur 21.9X5=109,5, 2019-cu il sentyabr ayı üçün. 4 ay gecikdirmə mövcuddur 21.9X4=87,6, 2019-cu il oktyabr ayı üçün. 3 ay gecikdirmə mövcuddur 21.9X3=65,7, 2019-cu il dekabr ayı üçün. 1 ay gecikdirmə mövcuddur: 21.9. Cavabdeh iddiaçıya məxsus 66.500 (altmış altı min beş yüz) ABŞ dolları pulu qanunsuz olaraq özünə saxladığı yuxarıda hesablanmış müddətlərə uyğun olaraq 5431 (beş min dörd yüz otuz bir) ABŞ dolları pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənəvi istirablar keçirmişdir. Belə olan halda 20 (iyirmi min) manat mənəvi zərər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli Razılaşma müqaviləsi aldatma yolu ilə bağlanılması və bağlanılması halınd a Notariat haqqında qanunun və Təlimatnamənin tələbləri nəzərə alınmadığı üçün etibarsız hesab edilməsi və iddiaçının Azərbaycan dilini bilməməsinindən, cavabdehə edilən etibarından sui-istifadə etməsi və aldatma yolu ilə iddiaçının əmlak mənafelərinə zərər vuran müqavilə imzalatması onun mənəvi sarsıntı keçirilməsinə səbəb olduğu üçün 10000 AZN məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X1rşı olan iddia tərəflər arasında ailə münasibətləri ərzində hər hansısa narazıçılıqlar və ailə daxili münaqişələr yaşanmamışdır. Evliliyinin qarşılıqlı saf və ülvi məhəbbət hissləri əsasında qurulmasından dolayı Jamesdə cavabdehə qarşı tam güvən və etibar hissi yaranmışdır. Ailə daxili bağların güclü olması, Jamesin ailə institutuna möhkəm bağlılığı səbəbilə cavabdeh tərəfindən ona qarşı atılan addımlar onda hər hansısa şübhə oyatmamışdır. Bundan suiistifadə edən cavabdeh Jamesi aldadaraq öz xeyrinə maddi mənfəət əldə etmək məqsədilə müqavilə imzalatdırmışdır. Belə ki, Jamesin işi və vətəndaşlığınından dolayı mütəmadi olaraq Azərbaycan Respublikasının ərazisini tərk etməsi, Azərbaycanda olmadığı müddətdə əmlakının idarə edilməsi ilə əlaqədar ortaya çıxan çətinliyin aradan qaldırılması məqsədilə cavabdeh Jamesin ona bu məqsəd üçün etibarnamə verməsini təklif etmişdir. James isə həyat yoldaşının bu təklifini hər hansısa şübhə etmədən qəbul etmişdir. Daha sonra qeyd olunan məqsəd üçün onun adına ailə əmlakının idarə edilməsi və onun adına dəyəri 3500 ABŞ dollarından artıq olmayan əqdlərin bağlanılması səlahiyyətini ehtiva edən etibarnamənin tərtibi və rəsmiləşdirilməsi üçün onunla birlikdə cavabdehin təklifi ilə Bakı şəhəri 9 saylı notarius kontoruna getmişdir. Jamesin ABŞ və Kanada vətəndaşı olmasını, Azərbaycan dilini başa düşməməsini nəzərə alaraq cavabdeh sənədləşməni Azərbaycan dilində tərtibini təşkil etmişdir. Jameslə aralarında etibarnamə ilə əlaqədar razılaşmadan və ona etibar etməsindən sui-istifadə edərək aldatma yolu ilə öz xeyirinə özündə hər ay 3500 ABŞ dolları dəyərində vəsaitin onun hesabına köçürülməsini əks etdirən müqavilə imzalatdırmışdır. Notariat kontorunun notoriusu isə onların ailə üzvləri olmasını nəzərə alaraq ona sənədin məzmunu tərcümə etməmiş və ya hər hansısa tərcüməçinin xidmətini təqdim etməmişdir. Qeyd olunan sənədlə bağlı tərəflər arasında hər hansısa sonrakı müzakirə getməmiş və James cavabdeh tərəfindən aldadıldığını anlamamışdır. Bununla birlikdə aldadılma yolu ilə bağlanılmış müqavilə üzrə cavabdehin hər hansısa məbləğ tələbi olmamışdır.
10. Daha sonra cavabdeh ailə münasibətlərinə xitam etmək və onunla münasibətlərinin dost olaraq davam etdirməklə bağlı fikrini iddiaçıya bildirmişdir. İddiaçı ilk öncə səbəblərini aydınlaşdırmağa, problemləri aradan qaldırmağa və ailəni qoruyub saxlamağa səy göstərmişdir. Cavabdeh isə onun uzun müddətli xarici səfərlərini və işinə daha çox diqqət ayırdığını əsas gətirərək ailə münasibətləri davam etdirmək niyyətində olmamasını bəyan etmişdir. Nəticə etibari ilə, tərəflər arasında nikah müqaviləsi 15 may 2019-ci il tarixində ləğv edilmişdir. Bundan sonra cavabdeh maddi yardıma ehtiyac olduğunu bildirərək Jamesə müraciət etmiş, James isə keçmiş ailə münasibətlərini və mövcud dostluqlarını nəzərə alaraq cavabdehə dəfələrlə maddi yardımlar etmişdir. Hətta bəzi hallarda cavabdeh ehtiyacının olduğu məbləğin 3500 ABŞ dolları olduğunu bildirərək, gələcək tələbləri üçün real zəmin formalaşdırmışdır. Müxtəlif adlar və problemlər adı altında iddiaçının etimadını sui-istifadə edən cavabdeh bənzər müraciətlərini davam etdirməkdən çəkinməmişdir. James isə cavabdehin hər dəfə bu cür iri məbləğdə ehtiyacının yaranmasını real hesab etməyərək bir müddət sonra cavabdehin mütəmadi xarakter alan xahişləri üzrə ödəniş etməkdən imtina etmişdir. James tərəfindən ödənişlər edilməməsini görən cavabdeh əvvəlcədən hazırladığı plan üzrə iddiaçını aldatma yolu ilə bağlatdırdı ğı müqavilə üzrə öz çirkin əməllərini həyata keçirməyə başlamışdır. Cavabdeh tərəfindən Jamesə irəli sürülən xahişlər öz etik müstəvisindən çıxaraq tələblərə çevrilmiş, ödəniş həyata keçirilmədiyi təqdirdə məhkəməyə verəcəyi ilə hədələmişdir. Sözügedən müqavilənin olmasından xəbərsiz olan James ödəniş etməyəcəyin bildirmişdir. Bundan sonra iddiaçıya cavabdehin nümayəndəsi tərəfindən sözüngedən aldatma yolu ilə bağlanmış müqavilə üzrə 66500 ABŞ dolları dəyərində vəsaitin ödənilməsi tələbi ilə məktub ünvanlanmış və ödənişin edilməyəcəyi təqdirdə bir sıra addımların atılacağı barədə təhdid edilmişdir. Qeyd olunan məsələ üzrə başlanılmış məhkəmə iclasında cavabdeh tərəfindən aldatma yolu ilə bağlanılmış müqavilə ilə tanış olunmuşdur. Bu hadisə Jamesi dərindən sarsıtmışdır və onun etibarından s ui-istifadə edilməsi onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Bütün bu hadisələr aldatma yolu ilə bağlanılmış əqdin etibarsız hesab edilməsi və Jamesin yaşamaqda olduğu mənəvi böhran 10000 manat məbləğində kompensasiya edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 05/02557 nömrəli məktubdan görünür ki, Kanada vətəndaşı, xx.xx.1959-cu il təvəllüdlü X9 (pasport № HM641323) Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-cı maddəsinə əsasən etibarlılıq müddəti xx.xx.2020-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə X6 ünvanlanmış məktubdan görünür ki, ona 11 yanvar 2018-ci il tarixli razılşma müqaviləsinin şərtlərinə əsasən İddiaçı ödəməli olduğu 19 ay üçün hesablanmış 66500 (altmış altı min beş yüz) ABŞ dolları pul vəsaitini on gün ərzində İddiaçı ödənilməsi xahiş olunmuş, həmin müddət ərzində öhdəliyini həyata keçirməzsə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
11. Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı X1rşı müqavilə üzrə ödənilməli olan məbləğin, gecikdirilməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia qismən təmin edilib, X4 ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın məzənnəsi ilə 66500 (altmış altı min beş yüz) ABŞ dolları əsas məbləğ, 5263 (beş min iki yüz altmış üç) ABŞ dolları əldən çıxmış fayda və öd ənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
12. Məhkəmə iddia ərizəsində iddiaçının MM-nin 21-ci maddəsinə istinad etməsi, mülki işdə real zərərin olmasını nəzərə alaraq hesab edir ki, təmin edilən əsas məbləğə illik beş faiz olmaqla əldən çıxmış fayda şəklində pul ilkin iddia üzrə cavabdehdən tutularaq, İddiaçı verilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, ilkin iddiaçı ona dəymiş real zərərin mövcudluğunu ilkin iddia ərizəsində göstərərək, Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir. Həmin maddənin ikinci bəndinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmla kından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21-ci, 372.1-ci, 372.2-ci, 373.4-cü, 375.1-ci, 375.2-ci, 377.1-ci, 445.1-ci, 445.7-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 440.4, 442, 443.1, 448.2, 432.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh X8 Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 1
5. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 06 mart 2020-ci il tarixli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbinə görə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəflər arasında xx.xx.2017-ci il tarixli St.John şəhərində bağlanmış boşanmaq müqaviləsi və Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli boşanmaq müqaviləsinə düzgün hüquqi qiymət verməmişdir. O, 9 saylı notariat kontorunda bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin məzmunundan Azərbaycan dilini bilməməsi səbəbindən xəbərsiz olmuşdur və müxtəlif tarixlərdə (xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il) onun tərəfindən edilən öd ənişlər həmin əqd üzrə onun hansısa öhdəliklərin yerinə yetirilməsinə yönəlməmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2575/2020 saylı qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X8 notariusa etibarnamə vermək niyyətilə getsə də, aldadılaraq razılaşma müqaviləsinə imza etdirildiyini iddia etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli boşanma müqaviləsinin ˝Aliment˝ adlı bölməsində X8 üzərinə xx.xx.2017- xx.xx.2019-cu il tar ixləri arasında mütəmadi olaraq aylıq 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində pulu aliment qismində İddiaçı ödəməyi könüllü olaraq öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsinin şərtləri məhz xx.xx.2017-ci il tarixli boşanma müqaviləsinin bir sıra şərtləri ilə eynilik təşkil edir.
18. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, X5 müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə İddiaçıFaridovnaya maddi (real) zərər vurmuşdur. Bu baxımdan ondan əsas məbləğlə yanaşı, göstərilən məbləğə illik beş faiz olmaqla hesablanmalı olan əldən çıxmış fayda tutularaq, ilkin iddiaçıya verilməlidir. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavabdeh X5 nümayəndəsi (vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətləri apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38.1, 39.1, 39.2, 39.3, 40.5-ci maddələrinin, «Notariat haqqında» Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 9,38-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2575/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
22. Məhkəmə kollegiyasının mövqeyinə görə, apelyasiya instansiya məhkəməsinin əsaslandırması ziddiyyətli olmaqla, tam deyildir. Çünki məhkəmənin xx.xx.2017-ci il tarixli boşanma müqaviləsinə istinad etməsi, həmin müqavilənin etibarlılığına şübhə etməməsini ehtiva edir. Əgər məhkəmə mübahisələndirilən müqavilə ilə eynilik təşkil edən xx.xx.2017ci il tarixli boşanma müqaviləsinə istinadən mübahisələndirilən müqaviləni etibarlı sayırdısa, bu halda eyni şərtlərlə sonradan yeni müqavilənin bağlanmasının zəruriliyinin nədən irəli gəldiyini də müəyyən etməli idi.
23. Baxılan iş üzrə qarşılıqlı iddiada müqavilənin etibarsızlığnın dəlili kimi ona istinad edilir ki, həmin müqavilə cavabdehin əsil niyyətinə uyğun olmamışdır. Bu baxımdan, tərəflər arasında 2019-cu ilin dekabr ayına qədər aliment ödənilməsi barədə xx.xx.2017-ci il tarixli müqavilə olduğu halda həmin dövrə qədər aliment ödənilməsi barədə yeni müqavilə bağlanması səbəbinin müəyyən olunması əhəmiyyətli idi. Əgər tərəflər əvvəlki müqavilənin Ailə Məcəlləsinin 39.3-cü maddəsinin (nikah müqaviləsi yazılı formad a bağlanılır və notariat qaydada təsdiq olunur) tələblərinə uyğunlaşdırmaq niyyəti güdmüşsə, o halda məhkəmə həmin müqavilənin təsdiqlənməsi üçün qanunla müəyyən olunmuş tələblərə riayət olunduğunu da yoxlamalıdır.
24. Cavabdehin nümayəndəsi iddia ərizəsində, apellyasiya şikayətində və məhkəmələrdə verdiyi izahatlarında məhz müqavilənin təsdiqlənməsinin qanunazidd olduğunu qeyd edərək, cavabdehin sazişin tərtib edildiyi Azərbaycan dilini bilmədiyini, notarius tərəfindən cavabdehə tərcümə olunmadığını bildirmişdir. Lakin işə baxmış birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilini ümumiyyətlə araşdırmamış və qiymət verməmişdir.
25. Cavabdeh tərəfin irəli sürdüyü və işin həlli üçün əhəmiyyətli olan hallar məhkəmələr tərəfindən araşdırılmamışdır. d) Ape llyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv ilkin iddia tələbinin gecikməyə görə faizin ödənilməsi və qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməsi və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İlkin İddiaçı ilkin iddia üzrə cavabdeh X3rşı gecikdirilməyə görə faizin ödənilməsi hissəsində ilkin iddia tələbi rədd edilmişdir. Qarşılıqlı iddiaçı X2rşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia t ələbi rədd edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktl arı, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
28. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd edib ki, qarşılıqlı iddiaçının həmin müqavilədən xəbərsiz olduğu, həmin sənədi məzmunu ilə tanış olmadığı, həyat yoldaşının ona olan etibarından sui-istifadə edərək aldatması barədə dəlili öz təsdiqini tapmamışdır.
29. Tərcüməçinin köməyindən istifadə edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, “Notariat haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arz u edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. 30. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”nın 9-cu hissəsinin ikinci və üçüncü abzaslarında xx.xx.2018-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişiklik edilənədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir. Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədə ona məlum olan dildə imza edir.
31. Bununla bağlı məhkəmə kollegiyasının iclasında dindirilmiş Notariat Ofisinin nümayəndəsi Vəkil3 izahatında qarşılıqlı iddiaçının notariat ofisinə gələrək mövcud sazişin bağlanması üçün müraciət etdiyini və bu zaman qarşılıqlı iddiaçının özü ilə gətirdiyi tərcüməçinin iştirakı ilə həmin müqavilənin tərtib olunduğu və müqavilənin məzmunun ona izah edildiyini, eləcə də həmin müqavilənin surəti ilə tanış olmaqla, sonuncu tərəfindən imzalandığını və notariat hərəkətlərinin aparılmasının nəticələri barədə ona xəbərdarlıq edildiyini bildirmiş və bu həmin müqavilənin etibarsızlığı üçün əsas olmadığını qeyd etmişdir.
32. Mübahisələndirilən müqavilə ilə eynilik təşkil edən xx.xx.2017-ci il tarixli boşanma müqaviləsinə istinadən mübahisələndirilən müqavilən i etibarlı sayıldığı halda eyni şərtlərlə sonradan yeni müqavilənin bağlanmasının zəruriliyinin nədən irəli gəldiyini də müəyyən edilməli olması barədə kassasiya instansiya məhkəməsinin göstərişinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ilkin İddiaçı xx.xx.2018-ci il tarixli ikinci müqavilənin bağlanmasının səbəbi kimi əvvəlki müqavilə üzrə boşanmanın Kanadada həyata keçiriləcəyi hal üçün nəzərdə tutulduğunu, sonrakı müqavilənin isə Stephen Jameslə Azərbaycanda boşanmaları barədə razılığa gəldikləri üçün bağladıqlarını bildirmişdir.
33. İş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, qarşılıqlı iddiaçı xx.xx.2018-ci il tarixli Suraxanı Rayon Məhkəməsinə daxil olmuş ərizəsində məhz həmin sazişə istinad etməklə bir daha bu əqddən məlumatlı olduğunu, lakin həmin əqdin etibarsızlığı barədə iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci ildə, yəni 1 illik müddəti ötürməklə müraciət etməsinin səbəbini izah edə bilməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının həmin müqavilədən xəbərsiz olduğu, həmin sənədi məzmunu ilə tanış olmadığı, həyat yoldaşının ona olan etibarından sui-istifadə edərək aldatması barədə dəlili öz təsdiqini tapmamışdır.
35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 354.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh kassasiya şikayəti verərək kassasiya şikayəti təmin olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-487/2022 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X8 və İddiaçı arasında Bakı şəhərində 9 saylı notariat kontorunda bağlanmış ikinci xx.xx.2018-ci il tarixli nikah müqaviləsi təsdiq edilərkən, Stephen Williamsın ABŞ və Kanada vətəndaşı olması və Azərbaycan dilini başa düşməməsi nəzərə alınmamış, və sənədləşmə yalnız Azərbaycan dilində tərtib edilmişdir. Notariat kontorunun notoriusu xarici vətəndaşa sənədin məzmunu tərcümə etməmiş və ya hər hansısa tərcüməçinin xidmətini təqdim etməmişdir. Qeyd olunan sənədlə bağlı tərəflər arasında hər hansısa sonrakı müzakirə getməmiş və James cavabdeh tərəfindən aldadıldığını anlamamışdır. X8 9 saylı notariat kontorunda bağ lanılmış xx.xx.2018-ci il tarixli müqavilənin məzmunundan Azərbaycan dilinin bilməməsi səbəbindən xəbərsiz olmuşdur və müxtəlif tarixlərdə onun tərəfindən edilən ödənişlər həmin əqd üzrə onun hansısa öhdəliklərin yerinə yetirilməsinə yönəlməmişdir. Ödəniş sənədlərə nəzər salsaq, heç yerdə həmin ödənişlərin məhz xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödəniş kimi köçürülməsi barədə qeyd yoxdur. Halbuki, həmin qeyd ödənişin təyinatında göstərilə bilərdi. X8 tərəfindən edilən bütün ödənişlər İddiaçı ilə xx.xx.2017-ci il tarixli St.John şəhərində bağlanmış birinci boşanma müqaviləsi əsasında həyata keçirilmişdir, ona görə ki o, ikinci müqaviləsini tanımır və həmin müqavilədən xəbərsiz olmuşdur. Məhkəmə iclasında X8-in dindirilməsi zamanı o xüsusilə vurğulamışdır ki: “There is no second contract ” (“Aramızda ikinci müqavilə mövcud deyil”). Bundan əlavə, qeyd etmək istəyirik ki, ilkin iddia üzrə iddiaçı yalnız 5 ödənişin edilməsini vurğulayır, lakin X8 faktiki olaraq 2017-ci ildən 2019-cü ilin sonuna qədər 33 (otuz üç) ödəniş etmişdir. Mülki iş ikinci instansiya məhkəməsinin icraatında olduğu zaman, X6 məxsus Royal Bankın 4514 01** **** 4069 nömrəli visa kartına dair bank çıxarışından görünür ki, X8 hər ay Azərbaycandakı ATM-lərdən 3535 ABŞ Dolları (Kanada dollarının həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq, 1 Kanada dolları ~ 0,77 ABŞ Dollarına bərabərdir) nağdlaşdırmışdır. Həmin pullar hər ay İddiaçı əlbəəl verilməsinə baxmayaraq, hazırda iddiaçı bunu etiraf etməkdən imtina edir və X8-in əlində pulun konkret ona verilməsini təsdiq edən hər hansı qəbzin və ya başqa sübu tun olmaması halından sui-istifadə edərək, hazırda məhkəmədə əsassız iddia qaldırmışdır. Bir daha xüsusilə vurğularaq istəyirik ki, bütün ödənişlər məhz xx.xx.2017-ci il tarixli St.John şəhərində bağlanmış birinci boşanma müqaviləsi əsasında həyata keçirilmişdir. Royal Bankın 4514 01** **** 4069 nömrəli visa kartına dair bank çıxarışın məhkəmə iclasında iş materiallarına əlavə edilməsinə baxmayaraq, ikinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi həmin sübuta dair öz münasibətini bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X7 Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-487/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabd eh, qarşılıqlı iddia üzrə iddiaçı X8 tərəfindən verimiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-487/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
39. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi
51. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
53. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və müfəssəl qiymət verilmiş, apellyasiya məhkəməsi iş materiallar ında olan sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.
54. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən maddi və prossesual hüquq normaları məhkəmələr tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh X5 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.