Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4966/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” X1 Açıq Səhmdar Cəmiyyəti (yeni adı “xxxx” Açıq Səhmdar Cəmiyyəti) Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 İddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-375/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci i l tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014cü il tarixli kredit müqaviləsinə əsasən, bank borcluya illik 22% olmaqla, 24 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin borcun təminatı olaraq həmin tarixdə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat xx xxx 2015-ci il tarixdə iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə xx xxxxx 2015-ci il tarixinədək ödənilməmiş 10491 ABŞ dolları əsas borc, 1977 ABŞ dol ları faiz borcu, 3148 ABŞ dolları cərimə borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4139/2015 nömrəli iş üzə xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) iddia qismən təmin edilmiş, kredit müqaviləsi üzrə 10491 ABŞ dolları məbləğində əsas borc, 1977 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 12768 ABŞ dolları məbləğində borcun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdehlər həmin qətnamədən verdikləri apelyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən iştiraklarının təmin edilməməsini, borc məbləğinin düzgün müəyyən edilmədiyini göstərmişlər. Apelyasiya məhkəməsi tərə findən alınmış məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci tarixli rəyinə əsasən cavabdehin banka olan borcu 10453 ABŞ dolları əsas, 408 ABŞ dolları faiz borcu olmaqla, xx xxxxx 2015-ci il tarixə ümumi borcu 10862 ABŞ dolları təşkil edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-375/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli, İ.K.Xəlilov və X.A.Cəmilova) cavabdehlərin apelyasiya şikayəti qismən təmin olunmuş, qətnamə əsas və faiz borcuna aid hissədə dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada 10453 ABŞ dolları əsas, 408 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739. 1, 741, 472.1-ci maddələrinin tələbləri, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Ekspert cərimə borcu üzrə hesablama aparmamış, bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermiş, məhkəmə isə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini iddiaçının təqdim etdiyi sübutlarla yanaşı qiymətləndirməmiş, iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinin müdafiə edərək təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmə diyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı olan Bank kassasiya şikayəti verdiyindən, şikayətin dəlilləri yalnız əsas və faiz borc məbl əğinin düzgün müəyyən edimədiyi ilə bağlı olduğundan qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çat anadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normaları nın tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı işdə olan rəylə bağlı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məc əlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4966/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4966/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver