Məhkəmə qərarları › İş №2(102)-4967/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4967/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4967/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4967/20 (Açar sözlər: borc pulun qaytarılması, tələbin və etirazın qismən sübuta yetməsi) Bakı şəhəri, 19 oktyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)-503/2020 nömrəli qətnaməsindən Cavabdeh və İddiaçı ayrı-ayrılıqda verdikləri kassasiya şikayətinə 19 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh 20 ilə yaxındır ki, bir məktəbdə müəllimə işləyirlər.

2. İddiaçı cavabdehə sonuncunun xahişi ilə borc pul verib. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, 12100 manat əsas borcun və əsas borcun bir ili üçün hesablanmış illik beş faiz olmaqla 650 manat kompensasiyanın və dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, 2017-ci ilin ma rt-aprel aylarından başlamaqla təxminən iki-üç ay ərzində cavabdeh iddiaçıdan 12100 manat pul məbləğində borc almış, aldığı borcu həmin ilin sentyabr ayına kimi qaytaracağına söz vermişdir.

5. Cavabdeh borcunu qaytarmamışdır.

6. İddiaçı sübut kimi cavabdehin yazdığı qəbzlərə, tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 21, 385.1, 389.1, 425, 427, 442, 445.7, 448, 449, 740 və 743-cü maddələrinə istinad etmişdir.

7. Cavabdeh iddiaya yazılı etiraz vermişdir.

8. Etirazda ona istinad edilmişdir ki, cavabdeh müalicə olunmaq məqsədi ilə birlikdə Nizami rayon 272 saylı orta məktəbində müəllimə işləyən İddiaçı xx xxxxxx 2015-ci ildə hər ayına 15 faiz sələm (405 manat) ödəmək şərti ilə cəmi 2700 manat borca pul götürmüşdür.

9. Bunun müqabilində cavabdeh əmək haqqı kartını iddiaçıya vermişdir. 1

0. İddiaçı hər ay həmin kartdan 405 manat pulu sələm olaraq götürmüşdür.

11. Həmçinin iddiaçı məcbur etmişdir ki, cavabdeh Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən mağazadan kredit yolu ilə öz adına 1143 manat dəyərində Samsunq markalı telefon alsın.

12. Cavabdeh hazırda da həmin telefona görə kredit ödəyir.

13. Cavabdeh telefonu aldıqdan bir neçə gün sonra iddiaçı həmin telefonu cavabdehdən götürüb Neftçilər metrosunda yerləşən bir mağazaya dəyərindən dəfələrlə ucuz qiymətə, 405 manata satmış və həmin pulu da 2700 manatın sələmi kimi götürmüşdür.

14. İddiaçı sələm kimi cavabdehdən ümumilikdə 9315 manat pul almışdır. 15. 2017-ci ilin dekabr ayında isə cavabdeh iddiaçıya öz tanışı X3 iştirakı ilə aldığı borca görə daha 2500 manat pul verərək bildirmişdir ki, aldığı pulun əsas məbləğini ödə yir.

16. Bununla da, cavabdeh iddiaçıya 11815 (on bir min səkkiz yüz on beş ) manat pul ödəmişdir.

17. Cavabdeh istinad etdiyi hallara əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsində şahid X5 göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh onun iştirakı ilə iş yoldaşı İddiaçı 2500 manat pul vermiş və 2015-ci ildə aldığı borcun əsas hissəsini ödəmişdir.

19. Birinci instansiya məhkəməsində X4 göstərmişdir ki, telefon mağazasında satıcı işləyir, xx xxxxxx 2017-ci il tarixdə təqribən saat 3 radələrində iki qadın mağazaya gəlib, xxx adlı qadın telefon satmaq istədiyini bildirib. Telefon kreditdə olduğu üçün, həmin mağazada işləyən Ziya adlı şəxsin telefonu ucuz qiymətə – 410 manata almasının şahidi olmuşdur. ışdır.

20. Cavabdeh iddiaçının təqdim etdiyi q əbzdəki yazıların ona məxsus olmamasını birlirib, xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə qeyd edilən xüsusatla bağlı xətşünaslıq ekspertizası təyin edilmişdir.

21. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 258 nömrəli ekspert rəyində cavabdehin sərbəst xətt və imza nümunələri təqdim olunmadığından ekspert qarşısında qoyulmuş suallar üzrə rəy verməyin mümkün olmaması qeyd edilmişdir.

22. İddiaçının və cavabdeh vəsatəti və cavabdehin sərbəst xətt və imza numünələri əsasında birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilimişdir.

23. Həmçinin cavabdeh vəsatət verərək, onun əmək haqqı kartından ödəniş üzrə ç ıxarışın təqdim edilməsi üçün “xxxx” ASC-yə sorğu verilməsini xahiş etmişdir.

24. Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən xx xxxxx 2019-cu il tarixli, 7219 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 36-cı vərəqəsində İddiaçı adına olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin sağ tərəfindəki “Akbarova Məhbubə 3500 manat pul...” sözləri ilə başlayıb, “... zamin durub Nazxanıma vermişəm. xx.xx.2017. İmza:” sözləri ilə bitən qəbzdəki yazılar (“Qətibə” yazılarından başqa); 35-ci vərəqəsində olan Cavabdeh adına olan AZE seriyalı 08951446 nömrəli şəxsiyyət vəsiqəsinin arxa tərəfindəki “Cavabdeh İddiaçı..” sözləri ilə başlayıb, “...İmza: Cavabdeh.” sözləri ilə bitən qəbzdəki yazılar və xxx yazısından əvvəl yerləşən imza - Cavabdeh tərəfindən icra olunmuşdur.

25. Rəyə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 36-cı vərəqəsində İddiaçı adına olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin sağ tərəfindəki “Akbarova Məhbubə 3500 manat pul...” sözləri ilə başlayıb, “... zamin durub xxx vermişəm. xx.xx.2017. İmza:” sözləri ilə bitən qəbzdə “...xx.xx.2017. İmza” yazıları qarşısındakı imza - xxx qızı tərəfindən icra olunmuşdur.

26. Rəyə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 36-cı vərəqəsində İddiaçı adına olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin sağ tərəfindəki “Akbarova Məhbubə 3500 manat pul...” sözləri ilə başlayıb, “... zamin durub Nazxanımavermişəm. xx.xx.2017. İmza” sözləri ilə bitən qəbzdəki xxx yazıları qarşısındakı və xxx yazısından aşağıda yerləşən “Qətibə ” yazılarının – Cavabdeh tərəfindən və ya İddiaçı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə (qrafik materialın azlığı) müəyyən etmək mümkün olmadı.

27. Birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehin plastik kartından xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək pulları çıxaran şəxsin fotogörüntülərinin “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilməsi qərara alınmışdır.

28. Cavabdeh vəsatətlə çıxış edərək, əlavə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş və ekspert qarşında qoyulacaq suallarla bağlı təklif vermişdir.Vəsatətə qiymət verilməmişdir. 29. “xxxx” ASC cavabdehin istifadəsində olan plastik kart vasitəsilə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilən dövrlər üzrə aparılan əməliyyatlara dair fotogörüntüləri məhkəməyə təqdim etmişdir.

30. İddiaçı tələbini dəqiqləşdirmiş, 12100 manat əsas borc və əsas borcun bir ili üçün hesablanmış illik beş faiz olmaqla 605 manat kompensasiyanın tutulmasını xahiş etmişdir.

31. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-335/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 12100 manat əsas borc, əsas borcun bir ilə hesablanmış illik faiz dərəcəsi beş faiz olmaqla 605 manat kompensasiya və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim İlahə Abbasova)

32. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən ekspert rəyinə istinadən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 20 ilə yaxın N izami rayon 272 saylı orta məktəbində müəllim işləyirlər. İddiaçı iddia edir ki, 2017-ci ilin martaprel aylarından başlamaqla təxminən iki-üç ay ərzində cavabdeh ondan 12100 manat pul məbləğində borc almış, qaytarmamışdır. Cavabdeh etiraf edir ki, iddiaçıdan xx xxxxxx 2015-ci ildə hər ayına 15 faiz sələm (405 manat) ödəmək şərti ilə cəmi 2700 manat borca pul götürmüş və bunun müqabilində İddiaçı cavabdehə məxsus hər ay əmək haqqı kartından 405 manat pulu sələm olaraq götürmüşdür.

33. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən əmək haqqı kartından 23 ay müddətində hər ay 405 manat pul məbləğinin çıxarılmasını iddia etsə də, “xxxx” tərəfindən təqdim edilmiş diskdəki fotogörüntülərdən müəyyən olunur ki, Cavabdeh məxsus əmək kartından İddiaçı istifadə etməmişdir.

34. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən şahid qismində təqdim edilmiş X3 və telefon mağazasında satıcı işləyən X1 ifadələrinə qiymət verərək göstərmişdir ki, həmin şəxslərin ifadələri cavabdehin iddiaçıdan aldığı borcun qaytarılmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, cavabdehin iddiaçıdan götürdüyü borc sadə yazılı qəbzlə təsdiq edildiyindən, həmin borcun qaytarılması da eyni qaydada təsdiq edilməlidir.

35. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına uyğun olaraq, iddianı təmin etmişdir.

36. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 404.1, 442, 443.1, 445.2.1, 448.1, 449.1 və 739-cu maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

37. Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddi anın rədd edilməsini xahiş etmişdir.

38. Apelyasiya şikayəti cavabdehin iddiaya etirazının dəlillərinə uyğun əsaslandırılmışdır.(hazırki qərarın 8-16-cı bəndləri)

39. Apelyasiya baxışı zamanı cavabdehin vəkili iddiaçının təqdim etdiyi qəbzlə bağlı komisyon məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

40. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə əlavə-komisyon məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

41. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 30897 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 35-ci vərəqəsində X2 adına olan AZE seriyalı 08951446 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa tərəfindəki “Cavabdeh...” sözləri ilə başlayıb “...İmza: Cavabde h.” sözləri ilə bitən qəbzdəki yazılar (7ci sətrdəki 1600+3500+2400 man. yazılarından başqa) - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 35-ci vərəqəsində Cavabdeh adına olan AZE seriyalı 08951446 nömrəli şəxsiyyət vəsiqəsi kserosurətinin arxa tərəfindəki “Cavabdeh...” sözləri ilə başlayıb “...İmza: Cavabdeh.” sözləri ilə bitən qəbzdə 7-ci sətirdəki “1600+3500+2400 man.” yazıları - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

42. Cavabdehin vəkili şifahi vəsatət verərək, “xxxx” ASC tərəfindən təqdim edilən CD diskin zədələnməsi səbəbindən cavabdehə məxsus plastik kartdan xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək pulları çıxaran şəxsin foto və video görüntülərinin “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilməsini, həmi n görüntülərə iştirakları təmin olunmaqla baxılmasını xahiş etmişdir.

43. Apelyasiya instansiyası xx xxxx 2020-ci il tarixli qərardadla vəsatəti təmin etmişdir. 44. “xxxx” ASC qərardadda göstərilən xüsusatlara dair məlumatları, o cümlədən 1 ədəd diski apelyasiya instansiyasına təqdim etmişdir.

45. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)503/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, Cavabdeh 3778 (üç min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 165 manat məbləğində pul vəsaitin in bərabər hissələrdə İddiaçı və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakimlər Raqib Qurbanov (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Aida Hüseyn)

46. Apelyasiya məhkəməsi özünün təyin etdiyi komisyon xətşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən etmişdir ki, cavabdehin yalnız 2700 manat və 1900 manat olmaqla cəmi 4600 manat məbləğində borc aldığı öz təsdiqini tapır.

47. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin ondan 4600 manat məbləğdən artıq, yəni 12100 manat məbləğində borc aldığını iddia etsə də, bunu təsdiq edən sübutları təqdim etməmişdir.

48. Apelyasiya məhkəməsi iddiaçının məhkəmə iclasında təqdim etdiyi özünə məxsus telefondakı səs yazısını sübut kimi qəbul etməmişdir. Çünki həmin səs yazısı dinlənilmiş və müəyyən olunmuşdur ki, cavabdeh yazılışın aparılmasından məlumatsız olmuşdur. Bu növ səs yazıları isə gizli yolla əldə edilmiş hesab olunur.

49. Həmçinin apelyasiya məhkəməsi əlavə olaraq göstərmişdir ki, hətta həmin səs yazısı sübut kimi qəbul edilsə belə, bu, mübahisənin həllinə heç bir təsir etmir. Çünki həmin səs yazısında cavabdeh özünün iddiaçıdan 1900 manat, bacısının isə 1600 manat borc götürdüyünü bildirmişdir. Həmin səs yazısı ilə də iddiaçının istinad etdiyi hallar təsdiq olunmur.

50. Bakı şəhəri Nizami RPİ-nin xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə material üzrə izahatı alınmış İddiaçı öz ifadəsində bildirmişdir ki, “o, 1987-ci il tarixdən müəllimə işləyir. 1989-cu ildən isə xxx orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. Cavabdeh 20 ilə yaxındır ki, tanıy ır. 2017-ci ilin mart-aprel aylarında Cavabdeh ona bildirmişdir ki, səhhətində problemlər var və təcili müalicə olunmalıdır. Bu səbəbdən də ondan 2700 manat borca pul istəmişdir. O da Qətibənin maaş kartını girov götürərək ona 2700 manat borca lotereya pulu vermişdir. Hər ay Qətibənin kartından 200 manat pul götürüb, qalan pulları da sonuncunun özünə qaytarırmışdır. 2017-ci ilin sentyabr ayına qədər Qətibənin kartından 412 manat pul götürüb, 200 manatı borcuna görə özündə saxlayıb, qalan pulları da Qətibənin özünə qaytarırmış. Sonradan pul kartı bağlanmışdır”.

51. Apelyasiya məhkəməsi iddiaçının polis idarəsində verdiyi bu izahata əsasən müəyyən etmişdir ki, iddiaçı borc məbləğinə görə cavabdehin maaş kartından 412 manat çıxartdığını etiraf etmişdir. Eyni zamanda iddiaçı izahatında həmin p ulun 200 manat hissəsini cavabdehə geri qaytardığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Cavabdeh də həmin faktı etiraf etmir. Bu baxımdan apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının borc məbləğinə görə cavabdehdən 412 manat pulu geri alması faktı təsdiq olunmalıdır.

52. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsinə əsasən iddiaçı tərəfindən cavabdehə məxsus telefonun satılması və bunun müqabilində 410 manat məbləğində pul vəsaitini almasının təsdiq olunmasını müəyyən etmişdir.

53. Apelyasiya məhkəməsi həmin şahid ifadəsinə tənqidi yanaşmaq və onun qeyrimötəbər sübut kimi qəbul edilməsi üçün isə hər hansı obyektiv və ya subyektiv hallar müəyyən etməmşdir.

54. Qeyd edilən hallara əsasən apelyasiya məhkəməsi mü əyyən etmişdir ki, cavabdeh iddiaçıdan aldığı cəmi 4600 manat borc məbləğindən 822 manat (410 + 412 = 822) pulu geri qaytarmışdır. Ödənilmiş həmin məbləğlər ümumi borcdan çıxıldıqda isə cavabdehin cəmi borcu 3778 manat təşkil edir (4600 – 822 = 3778).

55. Apelyasiya məhkəməsi borcun maaş kartı vasitəsilə tamamilə qaytarılması ilə bağlı cavabdehin dəlilini isə əsassız saymışdır.

56. Borcun tam qaytarılması barədə cavabdehin dəlillərini apelyasiya məhkəməsi ona görə qəbul etməmişdir kİ, “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdəki foto və video görüntülərin heç birində iddiaçı görünməmişdir.

57. İşin müəyyən edilmiş bu hallarına əsasən apelyasiya məhkəməsi blə nəticəyə gəlmişdir ki, əsas borcun tutulması hissəsində iddia qismən təmin edilməli və cavabdehdən 3778 manat tutular aq iddiaçıya ödənilməlidir.

58. Apelyasiya məhkəməsi əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələbi əsassız hesab etmişdir. Çünki cavabdehin iddiaçıdan götürdüyü 4600 manat borcun qaytarılmatarixi qeyri-müəyyəndir. İddiaçı bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarında olan cavabdehin tərtib edib imzaladığı əlyazmada da bununla bağlı hər hansı bir qeyd aparılmamışdır.Qaytarılma tarixi müəyyən olunmadığı halda isə borcun hansı müddətdə gecikdirilməsini də müəyyən etmək mümkün deyildir.

59. Apelyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, Mülki Prosessual Məcəllənin 77.1, 95.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

60. Cavabdeh kassasiya şikayəti verib, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianını təmin edilən hissəsində ləğv, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

61. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulub, iş materialalrında olan CD diskə sübut kimi düzgün qiymət verilməyib.

62. İddiaçı da qətnamədən kassasiya şikayəti verib. İddiaçının kassasiya şikayətində qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

63. İddiaçının kassasiya şikayəti iddia ərizəsində şərh olunan işin faktiki hallarına uyğun əsaslandırılıb, əlavə olaraq apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmasına is tinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

64. İddiaçının kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmuşdur.

65. Cavabdeh etirazında iddiaçının kassasiya şikayətinin dəlillərinin əsasız olmasını bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

66. Cavabdehin kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

67. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil1 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən, iddianın təmin edilən hissəsində ləğv və həmin hissədə də iddianın rədd edilməsi, iddiaçının kassasiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

68. Məhkəmə iclasında İddiaçı və onu xxx tərəflərindən verilən kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin, cavabdehin kassasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqav ilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmir sə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldı qlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araş dırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud q ərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin edilən, iddiası tərəfindən təmin ed ilməyən hissələrində mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini də apelyasiya məhkəməsinin qətnaməsinin həmin hissələri təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

73. İddia tələbi borcun ödənilməsi barədə olmaqla öh dəliyin yerinə yetirilməsindən ibarətdir. Tərəflər arasında borc münasibətlərinin olması işin mübahisələndirilməyən halı kimi müəyyən olunub.

74. İddiaçının kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 12100 manat borc verməsini, həmin pulun qaytarılmasını iddia etsə də, apelyasiya məhkəməsi komisyon ekspertiza rəyinə əsasən cavabdehin iddiaçıdan 4600 manat məbləğində borc almasını, eləcə də, cavabdehin həmin məbləğdən 822 manatı geri qaytarmasını, bununla da cavabdehin borcunun 3778 manat olmasını müəyyən etmişdir.

75. İddiaçı cavabdehin ondan 4600 manat məbləğdən artıq, yəni 12100 manat məbləğində borc aldığını iddia etsə də, işin həmin halını, yəni cavabdehə 12100 manat pul verməsini işə mahiyyəti üzrə baxan məhkəmə instansiyasında sübut edə bilməmişdir. 7

6. İddiaçının apelyasiya baxışında təqdim etdiyi telefon danışıqlarını isə apelyasiya məhkəməsi həmin yazılışın aparılmasından cavabdehin məlumatsız olması səbəbindən sübut kimi qəbul etməmişdir.

77. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

78. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin tam sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini tam sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv et məklə, iddianı qismən – sübuta yetirlən hissədə təmin etmişdir.

79. Apelyasiya məhkəməsi əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə iddianı rədd etməklə də düzgün nəticəyə gəlmişdir.

80. Həmin hissədə iddianı rədd edərkən apelyasiya məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən ona istinad etmişdir ki, cavabdehin iddiaçıdan götürdüyü 4600 manat borcun qaytarılmatarixi qeyri-müəyyəndir. Çünki iddiaçı bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarında olan cavabdehin tərtib edib imzaladığı əlyazmada da bununla bağlı hər hansı bir qeyd aparılmamışdır. Qaytarılma tarixi müəyyən olunmadığı halda isə borcun hansı müddətdə gecikdirilməsini də müəyyən etmək mümkün deyildir.

81. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

82. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddianın 3778 manat borc tələbi hissəsində təmin, digər hissələrdə rədd edilməsi Mülki Məcəllənin tətbiq edilən maddələrinə uyğun olmuşdur. İşin müəyyən edilmiş halları Mülki Məcəllənin qeyd edilən normalarının dispozitiv şərtləri ilə üst-üstə düşür.

83. Apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88, 95.2 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

84. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti üzrə qeyd edir ki, apelyasiya məhkəməsi cavabdehdən iddi açının xeyrinə 3778 manat pul tutulmasını qət edərkən də düzgün nəticəyə gəlib.

85. Cavabdeh, ümumiyyətlə, iddiaçıya borclu olmaması, borcunu əmək haqqı kartından iddiaçının 2 il ərzində pul çıxarması ilə ödəməsini bildirsə də, bu dəlilinin təsdiqi kimi hər hansı sübutu apelyasiya məhkəməsinə verməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə öz etirazlarının əsası kimi istinad etdiyi halları da cavabdeh sübut etməlidir.

86. Əksinə, cavabdehə məxsus maaş kartından xx xxxxxx 2015-ci tarixdən xx xxxxxx 2017-ci il tarixədək “xxxx” ASC-nin bankomatları vasitəsilə kimlər tərəfindən pulun alınması barədə bankın nəzarət kamerasına baxış keçirilmiş, apelyasiya məhkəməsi foto və video görüntülərin heç birində iddiaçının olmadığını müəyyən etmişdir. Bununla da, cavabdehin borcun u tam ödəməsi barədə dəlilləri təsdiqini tapmamışdır.

87. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə iddiaçının və cavabdehin kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.

88. Kassasiya şikayətlərinin digər dəlilləri isə işin faktiki hallarının araşdırılması ilə əlaqəli dəlillərdir. Kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

89. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

90. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara aldı: Cavabdeh və İddiaçı kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)503/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar