Məhkəmə qərarları › İş №2(102)-4968/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4968/2019

11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4968/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə,Cumazadə Ceyhun Rizvan oğlunun katibliyiilə. Cavabdeh Əflətun oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi rayon məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərardadı ilə Cavabdeh Əflətun oğlunun “işin məhkəmə aidiyyatı üzrə göndərilməsi” barədə vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2018-ci il tarixli qərardadı ilə (hakim:V.N.Sadıqov;(sədrlik edən), hakimlər A.Q.Hüseynov və A.N.İmanov 2(103)4499/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 17.01.2019-cu il tarixli qərardadı Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ASC Cavabdeh qarşı “kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh 15 yanvar 2019-cu il tarixdə vəsatət verərək məhkəmədən mülki işi aidiyyati üzrə1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatəti onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün iddia predmeti olan və tərəflər arasından imzalanmış 27 may 2016-cı il tarixli kredit xətti müqaviləsindən yaranan mübahisə də iqtisadi xarakterlidir.Bu səbəbdən hazırki işə ixtisaslaşmış məhkəmə olan 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində baxılmalıdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin məhkəmə aidiyyətinə uyğun olaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci, 32.4-cü, 32.5-ci, 267.1-ci və 268.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflərheç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul e dilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materillarına və şikayətin dəlillərinə əsasən hesab etmişdir ki, şikayət təmin edilməməli,qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -25.1-ci maddəsinə görə mülki məhkəmə icraat qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olamasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisəni onun sahibkarlıq fəaliyyətini həyata keçirilməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. -35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh Əflətun oğlunun fərdi sahibkar statusu olmuş olsa da, tərəflər arasında bağlanmış 21.05.2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, ona kredit xətti sahibkarlıq yox, istehlak məqsədilə açılmışdır, yəni kredit istehlak məqsədi ilə verilmişdir.Göründüyü kimi mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normaları nı rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq rayon məhkəməsinin qəraradı ilə razılaşaraq işin məhkəmə aidiyyatı üzrə göndərilməsi barədə həmin məhkəmənin qərardadını dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar