Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4969/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli 2(103)5074/2019 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qərardadı ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov) həmin məhkəmənin 08 aprel 2019-cu il tarixli qərardadından İddiaçı ASC tər əfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia tələbi təmin edilərək İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 14.11.2017-ci il tarixli kredit və həmin kredit müqaviləsinə əlavəyə xitam verilməsi, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə cəmi 200.974,81 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə manat məzənnəsinə uyğun olaraq tutulması, tutmanın girov müqaviləsində adları göstərilən və dəyəri 1.006.748,52 manat məbləğində olan mallara yönəldilməsi, girov müqaviləsində adları göstərilən və dəyəri 1.006.748,52 manat məbləğində olan malların açıq hərracdan satılması, satışdan əldə edilən p ul vəsaiti hesabına Cavabdeh1 MMC və Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. İddiaçı bank 24.01.2019-cu il tarixdə ərizə ilə həmin məhkəməyə müraciət edərək, qətnamənin nəticə hissəsində “Tutma girov müqaviləsində adları göstərilən və dəyəri 1.006.748,52 manat məbləğində göstərilən mallara yönəldilsin” abzasının iddia tələbinin həcmi ilə eyniləşdirilərək iddia ərizəsində qeyd edildiyi kimi göstərilməsini, yəni “Tələb girov predmeti olan əşyalara yönəldilsin” kimi göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, qətnamənin 3-4-cü abzaslarının “Tutma girov müqaviləsində adları göstərilən əşyalara yönəldilsin və həmin əşyalar açıq hərracdan satılsın” kimi oxunması qərara alınmışdır. Qərardaddan cavabdehlər ayrı-ayrılıqda şikayət vermiş, məhkəmənin 25 fevral 2019-cu il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qərardadı ləğv edilərək, iddiaçının ərizəsi rədd edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə 08 aprel 2019-cu il tarixli və 08 may 2019-cu il tarixli qərardadların ləğv edilərək, Nəsim i rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş dir ki, Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verilmiş, lakin qeyd edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin məcəllənin 403-cü maddəsinə görə, apell yasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər (maddə 408.4.) Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 41 6-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4969/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4969/2019
17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver