Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4969/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və X3 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4969/21 (Açar sözlər: girov biletinin etibarsız hesab edilməsi, pul tələbi) Bakı şəhəri, 04 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı1 vəkili Vəkil3 Alihüseyn oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və X3 Cavabdeh qarşı “girov biletlərnin etibarsız hesab edilməsi və pul tələbinə” dair mülki iş üzrə Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021 il tarixli 2(103)-2982/2021 nömrəli qətnaməsindən İddiaçı1 verdiyi kassasiya şikayətinə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 11 yanvar 2019-cu il tarixli etibarnamə ilə X2 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrdə qeydiyyata alınmış bütün daşınar əmlakın üzərində sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, adına daşınar əmlak almağı, nəqliyyat vasitəsi almağı, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq, icarəyə və ya istifadəyə vermək haqqında əqdləri bağlamağı, həmin əqdlər üzrə ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etibar etmişdir.
2. İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən X4 iddiaçıya məxsus avtomobilləri girov biletləri əsasında girov qoyaraq Cavabdeh pul götürmüşdür.
3. Mübahisə həmin girov biletlərinin etibarsızlığı barədədir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 26 noyabr 2018-ci il tarixli 000774 saylı, 25 aprel 2019-cu il tarixli 000980 saylı, 31 iyul 2019-cu il tarixli 1011 saylı, 16 noyabr 2019-cu il tarixli 1088 saylı və 25 noyabr 2019-cu il tarixli 1101 saylı girov biletlərinin etibarsız hesab edilməsi və qanunsuz əldə edilmiş 69.500 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıya məxsus dövlət reyestrindən qeydiyyatdan keçmiş avtomobillər başqası tərəfindən girov bileti əsasında görünüş formasında girov qoyulmuş və bu girovlar barədə qeydiyyat orqanına hər hansı bir məlumat və ya bildiriş göndərilməmişdir.
6. İddiaçı işi ilə əlaqədar Rusiya Federasiyasında olduğundan X2 11 yanvar 2019cu il tarixdə etibarnamə vermişdir, sonuncu da iddiaçının avtomobillərini girov bileti əsasında Cavabdeh girov qoymuşdur.
7. İddiaçı girov saxlanılan avtomobillərini iş üzrə Cavabdeh tələb etsə də, cavabdeh əmlaklarını verməmiş və hər hansı bir sənədləşmənin və girov müqaviləsinin olmadığını bildirmişdir. Cavabdeh avtomobilləri iddiaçıya göstərməkdən imtina etmiş və bildirmişdi r ki, ödəniş olunmasa maşınlarını hissələrə bölüb satacaqdır. Əmlaklarını zədə almadan götürmək üçün iddiaçı cavabdehin təzyiqləri nəticəsində 27.000 manat ödəmişdir.
8. Cavabdeh iddiaçını aldadaraq 7 avtomobildən 2-ni, “Mercedes” markalı, 90UE085 dövlət qeydiyyat nişanlı və “KİA Sportage” markalı, 10HK085 dövlət qeydiyyat nişanlı avtomobilləri qaytarmış, yerdə qalan 5 avtomobili, yəni “X9” markalı, 2011-ci il buraxılışlı, 90NJ911 dövlət qeydiyyat nişanlı, “BMW 528i” markalı, 2012-ci il buraxılışlı, 99FB084 dövlət qeydiyyat nişanlı, “X10” markalı, 2008-ci il buraxılışlı, 99SK085 dövlət qeydiyyat nişanlı, “Toyota Prado” markalı, 2013-cü il buraxılışlı, 90UM790 dövlət qeydiyyat nişanlı və “Ford Mustang” markalı, 2015-ci il buraxılışlı, 99TH085 dövlət qeydiyyat nişanlı avtomobilləri geri qayt armaqdan imtina etmişdir.
9. İddiaçı təzyiq nəticəsində əlavə olaraq Cavabdeh 42.500 manat pul ödəməklə yuxarıda adı çəkilən avtomobilləri də qanunsuz sahiblikdən geri götürmüşdür.
10. İddiaçı sonradan X2 verdiyi 11 yanvar 2019-cu il tarixli etibarnaməni 15 mart 2020-ci il tarixdə ləğv etdirsə də, cavabdeh ondan adı gedən etibarnamənin bərpa edilməsini tələb edir.
11. Cavabdehə verdiyi 69.500 manat məbləğində pulu geri istəsə də, cavabdeh imtina etmişdir. Əsl həqiqətdə iddiaçı Cavabdeh tanımır, əvvəllər və sonrakı müddətdə cavabdehdən heç bir pul məbləği almamış və öhdəlik münasibətlərinə girməmişdir. Əmlaklarını qanunsuz sahiblikdən geri almaq üçün iradəsinin ziddinə olaraq yaranmış təzyiqlər nəticəsində cavabdehə cəmi 69.500 manat pul vermişdir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi 337, 339 və 346-cı maddələrinə istinad etmişdir.
13. Cavabdeh Cavabdeh nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, X4 avtomobilləri lombarda girov qoyaraq 72050 ABŞ dolları kredit götürüb. İddiaçı1 İ.Salamovun 15900 borcunu ödəyəndən sonra “Mersedes S280” və “KİA Sportage” markalı avtomobillər Cavabdeh tərəfindən girovdan azad edilib.
14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia tələbi ilə bağlı göstərmişdir ki, İddiaçı1 uzun müddətdir ki, tanıyır. Nəqliyyat vasitələrini Bakıya gətirməkdə məqsədləri həmin avtomobilləri icarəyə vermək olmuşdur. Sonradan ona pul lazım olduğu üçün 7 avtomobili girovdqoyaraq 100.000 manat pul götürmüşdür. Borc götürdüyü pulu vaxtında Cavabdeh ödəyə bilməmişdir.
15. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/2020 saylı, 17 noyabr 2020-ci il tarixli q ətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Vüqar Quliyev)
16. Birinci instansiya işdəki sübutlara, o cümlədən şahid ifadəsinə əsasən müəyyən etmişdir ki, İddiaçı1 X2 11 yanvar 2019-cu il tarixdə harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrdə qeydiyyata alınmış bütün daşınar əmlaklar üzərində sərəncam vermək hüququ da daxil olmaqla etibarnamə vermişdir. X4 isə həmin etibarnamə əsasında İddiaçı1 və İddiaçı2 məxsus maşınları girov qoyaraq pul götürmüşdür. İddiaçı1 girov saxlanılan maşınları iş üzrə Cavabdeh tələb etmiş, o da maşınları ona qaytarmaqdan imtina etmişdir. M.X1 verdiyi 11 yanvar 2019-cu il tarixli 7E158 nömrəli etibarnaməni 15 mart 2020-ci il tarixdə ləğv etdirmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əqdlərin etibarl ı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların ar asında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçı1 X2 11 yanvar 2019-cu il tarixdə etibarnamə vermişdir. X4 isə həmin etibarnamə əsasında İddiaçı1 və İddiaçı2 məxsus nəqliyyat vasitələrini girov qoyaraq pul götürmüşdür
18. Birinci instansiya məhkəməsinin qənaətinə görə İddiaçı1 tərəfindən X2 etibarnamə verilərkən mülki qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Bu hüquqdan irəli gələn hüquqla X4 nəqliyyat vasitələrini girov qoymuş və əvəzində pul götürmüşdür. Borclunun əvəzinə isə girov dəyərini İddiaçı1 ödəyərək həmin avtomobilləri geri götürmüşdür. Belə olan halda iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.
19. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 337, 339.4, 340, 359, 362, 363-cü, Mülki Prosessual Məcllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı1 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş edilmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri: - İddiaçı1 tərəfindən 11 yanvar 2019-cu il tarixdə X2 etibarnamə verilərkən mülki qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Etibarnamədə Lombarda girov qoyulması qeyd olunmayıb, avtonəqliyyat vasitəsi daşınar əşya kimi adlansa da Lombardda girov predmeti ola bilməz; - etibarnamədə avtonəqliyyat vasitələrini yalnız Banklarda ipoteka qoya bilmək səlahiyyəti olmasına baxmayaraq, İntiqam Salamov etibarnamədən öz xeyrinə istifadə etmişdir; - eti barnaməni İntiqam Salamova verməkdə məqsəd o olmuşdur ki, İntiqam avtonəqliyyat vasitələrini “Rentokar”-lara icarəyə verməklə məşğul olsun və alınan pulları iddiaçılara çatdırsın; - lakin məhkəmə bunları araşdırmadan qətnamə qəbul etmişdir; - bundan başqa, məhkəmə etibarnaməyə əsasən İntiqam Salamovun bağladığı razılaşmaların hüquqiliyini araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, nə həmin razılaşmalarda, nə də ki, həmin razılaşmaya əsasən girovun əvəzində verilmiş mədaxil qəbzlərində möhür yoxdur, qrafaların tam doldurulmayıb; - bu faktlar kifayət qədər əsas verir ki, həmin girov bileti və razılaşmalar saxtadır, qanuni normalara uyğun məzmunda bağlanmamışdır; - tərəflər arasında hər hansı bir müqavilə olmadan belə bir qanunsuz və saxta razılaşma imzalanmışdır, həmin sənədləşmələrin sax ta olduğunu sonradan bilmişlər. 26 noyabr 2018-ci il tarixdə bağlanmış 000774 saylı razılaşmaya nəzər salınsa həmin sənədləşmələrin saxta olması öz təsdiqini tapacaqdır. Belə ki, ********** VÖEN ilə fəaliyyət göstərən və qanuni təmsilçisi Cavabdeh olan "xxxx" MMC 21.12.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 2 ədəd razılaşmanın tarixləri vergidə qeydiyyata alınmamışdan əvvələ düşür; - işdəki Təhvil-Təslim aktında İddiaçı1 adı və imzası keçsə də, o, bu akt barəsində məlumatı olmayıb. Təhvil-Təslim aktı saxtadır. Lombard işçiləri özləri bu uydurma aktı tərtib ediblər, hətta aktın tarixi belə yoxdur. Tarixi olmayan sənəd isə öz-özlüyündə etibarsız sayılır; - məhkəmə İntiqam Salamovun iddiaçıların iradəsinə zidd olaraq onların məlumatları olmadan adlarında qeydiyyatda olan avtomobilləri qanunsuz və saxta sənədlərə imza etməklə girov qoyaraq iddiaçıları ağır maddi duruma salmasına heç bir hüquqi qiymət verməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021 il tarixli 2(103)2982/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(005)-2171/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Vahid Sadıqov )
23. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinin əsasız olması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlillər i
24. İddiaçı1 (Vəkil3) kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən qiymət verilmədiyinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
26. İddiaçının kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmuşdur. Etirazda işin halları ilə yanaşı, şikayətin əsassız olmasına istinad olunmuşdur. c) Kassasiya icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı1 vəkili Vəkil3 Alihüseyn oğlu kassasiya şikayətini müdafiə edərək, çikayətin təmin edilməsi ni xahiş etdi.
28. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yax ın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır Maddə 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam veri r. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Maddə 359.4. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olm aqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instan siyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apel lyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.
32. İddia tələbi girov biletlərinin etibarsızlığı və pul tələbi barədədir. İşdən görünür ki, iddiaçıya məxsus avtomobillər girov qoyulmuşdur. Məhkəmə kollegiyası ilk növbədə girov biletlərinin etibarsızlığı ilə bağlı iddia tələbi üzrə məhkəmələrin gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Mülki Məcəllənin 269.3-cü maddəsinə görə girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
34. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. (Mülki Məcəllə, 460-cı maddə)
35. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. (Mülki Məcəllə, 139.2-ci maddə)
36. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın 2 saylı əlavəsinə görə hüquqi və fiz iki şəxslərə məxsus olan və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları dövlət qeydiyyatına alınmalıdır.
37. Qeyd edilən qanunvericilik normalarından görunur ki, girov əsas öhdəliyin təmini üsuludur. Rəsmi reyestrdə qeydiyyata alınmalı olan əmlaklar, o cümlədən hazırki işdə olduğu kimi nəqliyyat vasitələri girovun deyil, ipotekanın predmeti ola bilər. Öhdəlyin təmini üsulunun mövcud olması üçün əsas öhdəlik mövcud olmalıdır.
38. Hazırki işdə isə məhkəmələr iddia tələbinə qeyd edilən maddi hüquq normalarının tələbi baxımından qiymət verməmiş, yalnız girovqoyan şəxsin mülkiyyətçinin adından qüvvədə olan etibarnaməyə əsasən hə rəkət etdiyinə və bunun qanuni olmasına istinad etmişlər.
39. İşdə olan və girov bileti adlandırılan 26 noyabr 2018-ci il tarixli 000774 saylı (i.v.66), 25 aprel 2019-cu il tarixli 000980 saylı (i.v.70), 31 iyul 2019-cu il tarixli 1011 saylı (i.v.74,), 16 noyabr 2019-cu il tarixli 1088 saylı (i.v.81) və 25 noyabr 2019-cu il tarixli 1101 saylı (i.v.82) razılaşmalarda avtomobillərin lombarda girov qoyulması göstərilsə də, konkret olaraq kimə girov qoyulması məlum deyil, həmin sənəd yalnız girovqoyan tərəfindən imzalanıb, lombard fəaliyyətini həyata keçirən tərəfi təmsil edən şəxsin imzası yoxdur. Halbuki Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-61 nömrəli, 30 mart 2000ci il tarixli Əmri təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 06 noyabr 2000-ci ildə 965 nömrə i lə qeydiyyata alınmış “Girov bileti”nin (forma N GB-1) forma və rekvizitləri və onlardan istifadə Qaydaları”nın 6-cı bəndinə görə Girov biletinin üzərində ondan istifadə edən hüquqi şəxsin möhürü olur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin möhürü olmadığı hallarda icraçı tərəfindən “M.Y.” rekvizitində ikinci dəfə imza edilir.
40. İşdə olan Nizamnamədən (i.v.146) lombard təşkilatının "xxxx" MMC, MMC-nin qanuni təmsilçisinin isə Cavabdeh olması (i.v.149) görsənir. Belə olan halda, yuxarıda adı çəkilən razılaşmaların girov bileti kimi rəsmiləşməsinin qanuniliyinə qiymət verilməli idi. Lakin işə baxan məhkəmələr buna qiymət verməmişlər.
41. Üstəlik, məxaric qəbzlərində də pulun kimdən məxaric edilməsi məlum deyil. RK Lombard” MMC 21.12.2018-ci il tarixd ə qeydiyyata alınsa da, girov bileti adlandırılan 000774 saylı razılaşmanın tarixi 26 noyabr 2018-ci il tarixə təsadüf edir ki, məhkəmələr işdəki bu ziddiyyətlərin aradan qaldırılması ilə bağlı hər hansı araşdırma aparmayıblar.
42. İş üzrə ziddiyyətli halların mövcudluğu məhkəmələr tərəfindən maddi hüquq normlarının (Mülki Məcəllənin 337, 339.4, 340, 359, 362 və 363-cü maddələrinin) da səhv tətbiq edilməsinə gətirib çıxarmışdır.
43. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) – əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərtin olmasına istinad etsə də, mübahisələndiri lən girov biletlərinin həmin əqdin formasına əməl edilib- edilməməsinə qiymət verməmişdir.
44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, sadalanan hallar apellyasiya şikayətində dəlil kimi irəli sürülsə də, apellyasiya məhkəməsi həmin dəlillərə heç bir qiymət verməmiş, hər hansı bir araşdırma aparmadan biricni instansiya məhkəməsinin yol verdiyi səhvi təkrarlamışdır. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
45. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətin də irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
46. Cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
47. Pul tələbi barədə tələb isə girov biletlərinin etibarsızlığından doğan tələbdir. Yuxarıda qeyd edildiyi kimi girov biletlərinin etibarsızlığı barədə tələb üzrə gəlinən nəticə əsa slı olmadığı üçün pul tələbinin rədd edilməsi barədə gəlinən nəticə də əsaslı sayıla bilməz.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, hazırki iddia tələbini tətbiq edilməli olan maddi hüquq normaları baxımından qiymətləndirməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021 il tarixli 2(103)2982/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.