Məhkəmə qərarları › İş №2(102)-4970/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4970/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4970/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc, sübutetmə vəzifəsi, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4238/2020 nömrəli qə tnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 416,46 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 387,56 ABŞ dolları faiz, 2294,61 ABŞ dolları cərimə, xx xxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 177,66 ABŞ dolları borcun, ümumilikdə 3276,29 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)217/2020 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənov) idd ia qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixli, XXX saylı kredit müqaviləsinə əsasən, xx xxxx 2019-cu il tarixədək olan borca görə cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 416,46 ABŞ dolları əsas borcun, 311,97 ABŞ dolları faiz borcunun, öhdəliyin vaxtında icra edilməməsinə görə hesablanmış 100 ABŞ dolları cərimə borcunun, həmçinin xx xxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 5,69 ABŞ dollarının, yəni cəmi 834,12 ABŞ dollarının və ödənilmiş dövlət rüsumunun 8 manat hissəsinin tutulması, ekspertiza tədqiqatına görə 50 manatın iddiaçıdan, 50 manatın isə cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4238/2020 qətnaməsi ilə (hakimlər E.M.Həsənov – sədrlik edən və məruzəçi, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdan ibarət tərkibdə) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-217/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada bankın xeyrinə xx xxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 5,69 ABŞ dollarının tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh2 və Cavabdeh1 xx xxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz qismində müştərək qaydada tutulmalı olan məbləğ 69 ABŞ dolları müəyyənləşdirilmiş, qətnamə İddiaçı ASC-yə münasibətdə və onun mübahisələndirdiyi digər hissədə, yəni “cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 311,97 ABŞ dolları faiz borcunun tutulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4238/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddianı tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şər tlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Kasasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə b ilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının faiz borcuna və gecikdirmə faizinə aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil etmişdir. Hazırda, kasasiya şikayətində iddiaçı iddianı tam təmin edilməsini xahiş etsə də, kasasiya baxışının predmetini apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Yəni iddianın cərimə borcu üzrə təmin olunmamış hissəsi kasasiya baxışının həddindən kənarda qalır. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ilə bank tərəfi ndən borcluya 18 ay müddətinə, illik 33 faiz olmaqla 2100 ABŞ dolları məbləğində kredit verilmiş, həmin tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 qızı borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilməmiş və onun banka borcu yaranmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən kredit müqaviləsinin qüvvədə olduğu müddətə hesablanmış faiz və həmin tarixdən xx xxxx 2019-cu il tarixədək illik 5 faizlə tələb olunan borcun düzgünlüyünü yoxlamaq məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixə 311,97 ABŞ dollar ı faiz borcu, xx xxxx 2019-cu il tarixinə isə 5,69 ABŞ dolları faiz borcu vardır. Apelyasiya məhkəməsi kredit üzrə faiz məbləği ilə bağlı birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyi əsasında gəlinən həmin nəticənin düzgün olmadığına dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Qətnamənin mübahisələndirilən digər hissəsi ilə bağlı apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müqavilə müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanan məbləği ekspert rəyinə əsaslanaraq müəyyənləşdirərkən səhvə yol vermişdir. Belə ki, sözügedən rəydən ekspertin, qarşısında qoyulan sualı araşdırmaq əvəzinə borcalanın xx xxxx 2019-cu il tarixinə olan faiz borcunun məbləğini hesabladığı aydın olur. Halbuki, ondan tələb edil ən əsas borc məbləği 416,46 ABŞ dolları olmaqla bu məbləğə illik 5%-lə hesablanacaq faizin 20,8 ABŞ dolları, müqavilə müddətinin bitdiyi xx xxxxxx 2016-cı il tarixdən xx xxxx 2019-cu il tarixə kimi hesablanmalı olan faizin isə təxminən 69 ABŞ dolları (416,46 x 5% x 39 ay 21 gün = 69 ABŞ dolları) təşkil etdiyi sadə riyazi hesablama ilə ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya b u Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) ke çirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bi lər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cu il tarixli qərarında qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda şərh olunan hüquqi mövqelərə əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nə ticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosess ual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq müqavilə müddəti üzrə faiz borcunu iş üzrə keçirilmiş ekspert rəyinə əsasən müəyyən etmişdir. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları əsasında keçirilmiş və alınmış rəyin həmin hissədə mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq müqavilə müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə olan borcu müəyyən edərkən ekspert rəyinə istinad etməmiş və özü xüsusi bilik tələb olmayan sadə riyazi hesablamalar aparmaqla, həmin borcu müəyyən etmişdir. Lakin iddiaçı göstərilən hesablamanın düzgün aparılmaması, o cümlədən tutulmalı olan məbləğin tələb etdiyi kimi 177,66 ABŞ dolları təşkil etməsini təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydad a əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” işi üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birin ə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apel yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4238/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar