Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4973/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X3, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Sabunçu rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Cavabdeh İddiaçı tərəfindən 9000 (doqquz min) manat kompensasiya verilməklə, onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 5 saylı evin 113 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi və onun, (əşyaları ilə birlikdə) həmin mənzildən çıxarılması, kompensasiyanın verilməsi ilə cavabdehin mənzildən çıxarılm asının eyni vaxtda icra edilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia verərək, cavabdehə 8000 manat kompensasiya ödənilməklə, onun xü susi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 5 saylı evin 113 saylı mənzilinə olan istifadə hüququna xitam verilməklə, həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, X2 oğlu X6 ilə 30 may 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 2014-cü il təvəllüdlü Leyla adlı qız uşaqları anadan olmuşdur. Ailə qurduğu vax tdan cavabdeh Bakı şəhəri, Əli Kərim küçəsi 5 saylı evin 113 saylı mənzilinə köçmüşdür. Cavabdeh ilə X1 arasında olan nikah 17 avqust 2015- ci il tarixdə pozulmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 5 saylı evin 113 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Mənzil 3 otaqdan, yaşayış sahəsi 39.6 kv.m, ümumi sahəsi isə 66.39 kv.m-dən ibarətdir. Həmin mənzildə cavabdehlə yanaşı, X6, X7, X4 və X5 və iddiaçı qeydiyyatdadır. Eyni zamanda iş materiallarından görünür ki, mübahisəli mənzilin şəraitinə uyğun olan həmin ərazidə yerləşən mənzillərin aylıq kirayə haqqı 200-220 manatdır. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki halları ilə müəyyən olunur ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin müb ahisəli mənzildən istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülkiyyətçi tərəfindən cavabdehə təklif edilən 9.000 manat məbləğində pul kompensasiyası onun mübahisəli mənzilin şəraitinə uyğun başqa yaşayış sahəsində müəyyən müddət ərzində və davamlı surətdə yaşaması üçün yetərlidir və ona görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4973/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4973/2019
02.08.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver