Məhkəmə qərarları › İş №2(102)-4974/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4974/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4974/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması, zaminlik müqaviləsində borc məbləğinin qaytarılması şərtləri əks olunmadığına görə zaminlərə qarşı iddianın təmin edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(105)-1512/2021 saylı qətnaməs indən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 14.08.2008-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, tərəflər arasında bağlanmış 09.06.2009-cu il tarixli sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 100.000 ABŞ dolları müəyyən edilmiş, daha sonra isə tərəflər arasında bağlanmış 17.04.2015-ci il tarixli sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 204 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə borcalan kreditor ilə bağladığı 10.10.2014-cü il t arixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,833 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq X3 və Cavabdeh3 ilə kreditor arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borcalan ilə eyni həcmdə bank qarşısında məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər.

2. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyinə görə bank cavabdehlərə qarşı iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2016-cı il tarixli, 2(060)-3373/2016 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı QSC tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.05.2017-ci il tarixli, 2(105)-155/2017 saylı qət naməsi ilə İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2016-cı il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. 03.02.2016-cı il tarixə kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 müştərək qaydada 7571.29 ABŞ dolları əsas borc, 1839.93 ABŞ dolları faiz borcu, 350 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9761.22 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “AccessBank“QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsinin səbəbi həmin dövrdə kredit müqaviləsinin müddətinin başa çatmaması olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı QSC cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 11.504,44 ABŞ dolları əsas kredit borcu, 244,57 ABŞ dolları faiz borcu və 2.497,82 ABŞ dolları cərimə olmaqla, cəmi 14.246,83 ABŞ dolları məbləğdə borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlərdən 11.504,44 ABŞ dolları əsas, 942,73 ABŞ dolları faiz borcu və 4425 ABŞ dolları cərimə olmaqla, cəmi 16.872,17 ABŞ dolları borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 10.05.2017-ci il tarixli, 2(105)-155/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin olunmasının səbəbi müqavilə müddətinin başa çatmaması idi. Hazırki iddiada tələb olunan borc məbləği müqavilə müddətinin qalan dövrünə aiddir. Kredit müqaviləsinin sonrakı müddətində də borclular müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşlar. Nəticədə cavabdehlərin 11.504,44 ABŞ dolları əsas, 942,73 ABŞ dolları faiz borcu və 4425 ABŞ dolları cərimə olmaqla, cəmi 16.872,17 ABŞ dolları məbləğində borcu yaranmışdır.

5. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmiş və iddia ərizəsinə qarşı yazılı etiraz verməmişlər.

6. Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(060)-89/2021 saylı qətnaməsi ilə (hakim A.Süleymanova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyy ətinin xeyrinə 10.10.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 11.504,44 ABŞ dolları əsas borc, 942,73 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, cəmi 12.547,17 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

7. Məhkəmə qətnamə çıxararkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etməklə borc məbləğini müəyyən etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

8. Eyni zamanda məhkəmə hesab etmişdir ki, 14 aprel 2008-ci il tarixli kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, həmin kredit müqaviləsi çərçivəsində 10 oktyabr 2014-cü il tarixli kredit razılaşması bağlanılarkən zaminlərin razılığının alınmasına dair saziş bağlanmamışdır. Şərh olunan işin hallarına hüquq normalarının göstərişlərinə əsasən qiymət verərək məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir. Bu səbəbdən də Cavabdeh3 və X2 qarşı yönəldilmiş tələb əsassızdır və təmin edilə bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(105)-1512/2021 saylı qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi, bi rinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və tələbin cavabdehlər Cavabdeh3 və X2 münasibətdə də təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər - zaminlər arasında mövcud olan münasibətlərə qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 10.05.2017-ci il tarixli, 2(105)-155/2017 saylı qətnaməsi ilə hüquqi qiymət verilmiş və 10.10.2014-cü il tarixli kredit razılaşması üzrə zaminlik öhdəliyinin mövcudluğu ta nınmışdır. Yuxarıda da qeyd olunduğu kimi, 10.10.2014-cü il tarixli kredit razılaşması üzrə iddiaçının tələbinin qismən təmin edilməsi, həmin dövrdə həmin razılaşma üzrə müddətin başa çatmaması olmuşdur.

15. Buna görə də, həm birinci instansiya, həm də apellyasiva instansiyası məhkəmələri tərəfindən qəbul olunan qətnamələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına ziddir.

16. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən MPM-nin 88-ci maddəsinin tələblərinin pozuntusuna yol verilmiş və cavabdehlər Cavabdeh3 və X3 məsuliyyətinin ağırlaşması halına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarına əlav ə edilmiş zaminlik müqaviləsindən göründüyü kimi, Cavabdeh3 və X3 iddiaçı qarşısında 120 ay müddətinə 100.000 ABŞ dolları məbləğində öhdəlik götürmüşdür. İddiaçının tələbi həmin müddət və məbləğ çərçivəsində olmuşdur. Beləliklə, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar mövcud deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmad an baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

399. Müqavilənin qüvvəsi 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavi lə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya laz ımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilməd ən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnam ənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının iddianın zaminlərə qar şı təmin olunmaması hissəsində ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası, zaminlərə qarşı iddianın təmin edilməməsi barədə gəlinən nəticənin qanunsuzluğu barədə kassasiya şikayətində qeyd edilən dəlillərə münasibətdə bildirir ki, zaminliyə xitam verilməsi barədə məh kəmənin gəldiyi nəticə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin də qətnaməsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”“2018-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərin ə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) “barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.“

27. Baxılan iş üzrə kreditor zaminlərlə zaminlik müqaviləsi bağlayarkən bu tələblərə əməl etməmişdir və məhkəmələr həmin müqavilələr üzrə zaminlərə qarşı tələbi təmin etməməkdə haqlı olmuşdur.

28. Kassatorun tərəflər arasında kredit borcu ilə əlaqədar əvvəllər yaranmış mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 10.05.2017-ci il tarixli, 2(105)155/2017 saylı qətnaməsinin mövcudluğuna Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən qiymət verilmədiyi barədə dəlili də əsassızdır. Çünki MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

29. Bu normanın göstərişləri işin faktik hallarının sübut olunması ilə bağlıdır və maddi hüquq normasının tətbiqini tənzimləmir. Yəni məhkəmənin hazirki işə baxarkən məhkəmənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 31 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərin tətbiqini istisna etmir.

30. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

31. Kassasiya şikayətinin digər dəlilləri iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Qapal ı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(105)-1512/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar