Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4975/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Bəşirov Tofiq Ağadadaş oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4975/21 (Açar sözlər: pul tələbi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(105)-1246/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, ondan 130.000 manat, ona hesablanmış faizə görə 13.000 manat olmaqla, cəmi 143.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəmənin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Qoşqarlı) iddia qismən təmin edilərək, cavabdehdən 130.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı xammalın alqı-satqısına görə cavabdehə ümumilikdə 130.000 manat pul ödəyib və sonuncu həmin məbl əği aldığını qeyd edib. İddiaçının təqdim etdiyi dəftərdə aparılan qeydiyyatla müəyyən olunur ki, iddiaçı cavabdehə 06 noyabr 2017-ci ildə 80.000 manat, 08 noyabr 2017-ci ildə 20.000 manat və 3 noyabr 2017-ci ildə 30.000 manat pul verdiyini iddia edir. Cavabdeh isə həmin pulu aldığını və sonradan həmin pulu qaytardığını məhkəmə iclasında etiraf edib. Hazırki mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdehin varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini iddiaçıya qaytarmalıdır. İddiaçı, 13.000 manat faiz tələbi barədə cavabdehlə aralarında hər hansı bir müqavilənin mövcudluğunu və bu barədə hər hansı bir razılaşmanın olmasına dair heç bir sübut təqdim etməyib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəm əsi hüquqi mövqeyini Mülki Məcəllənin 739, 740, 1091, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismə n təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739, 740, 1091, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilib və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apel lyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı vəkili Zaur Abbasov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında laz ımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəl lənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işə əlavə edilmiş sübutlardan, o cümlədən iddia ərizəsindən, işdə iştirak edən şəx slərin izahatlarından görünür ki, tərəflər fərdi sahibkarlıq fəaliyyətləri ilə məşğul olurlar, İddiaçı "xxxx" MMC-nin, Cavabdeh isə "xxxx" MMC-nin qanuni təmsilçiləridirlər. “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə” məlumatdan görünür ki, İddiaçı və Cavabdeh fərdi sahibkar kimi 2 saylı Ərazi Vergilər Baş İdarəsində uçota alınmaqla, İddiaçı adına ********** nömrəli VÖEN, Cavabdeh adına isə ********** nömrəli VÖEN verilib. “Vergi ödəyicisinin uçota alınması haqqında” 03 avqust 2007-ci il tarixli Şəhadətnaməyə əsasən, 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən fərdi sahibkar- vergi ödəyicisi Aslan Rəfiyevin adına ********** nömrəli VÖEN verilib. Eləcə də “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” 22 oktyabr 2007-ci il tarixli Şəhadətnaməyə əsasən, 2 saylı Ərazi Vergilər İdarəsi tərəfind ən fərdi sahibkar- vergi ödəyicisi Feyruz Rəfiyevin adına ********** nömrəli VÖEN verilib. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, m übahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm müba hisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, sadalanan mülki prosess ual normaların tələblərini pozaraq, hazırki mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti ilə bağlı işdə iştirak edən şəxslərin subyektiv tərkibini araşdırmadan, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər olmasını, hazırki mübahisənin onlar arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmasını və beləliklə də hazırki işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmasını nəzərə almadan, hazırki işə mahiyyəti üzrə ümumi məhkəmədə baxmaqla aidiyyəti qaydalarını pozub. Halbuki, Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinin mənasına görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 418.4.9-cu maddəsində göstə rilir ki, işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya qaydasında ləğv edilməlidir. Həmin Məcəllənin 418.5-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 418.4.9-cu maddəsində nəzərdə tutulmuş halın mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 739, 740-cı maddələrinin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib tərəflər arasında borc hüquqi münasibətlərin olduğu, yəni iddiaçının xammalın alqı-satqısına görə cavabdehə ümumilikdə 130.000 manat pul ödədiyi, sonuncunun həmin məbləği a lmasını etiraf etdiyi, bu halın iddiaçının məhkəməyə təqdim etdiyi dəftərdə aparılan qeydiyyatla da müəyyən olunduğu və sair qənatinə gəlsə də, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla kifayət qədər əsaslandırmayıb və bununla Mülki Prosessual Məcəllənin 217.3, 217.4-cü maddələrinin tələblərini pozub. Bundan başqa, iddiaçının tələblərini əsaslandırdığı faktları, digər tərəfin yəni, cavabdehin ondan həqiqətən borc olaraq 130.000 manat pul almasını etiraf etməsi mülki iş materialları ilə istisna olunur və Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin sözügedən faktı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılmayıb və onun faktı etiraf etməsi m əhkəməyə təqdim etdiyi hər hansı yazılı ərizəsində ifadə olunmayıb. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməməklə Mülki Prosessual Məcəllənin 106.1, 106.3-cü maddələrinin tələblərini də pozub. Əksinə, cavabdehin iddiaya etiraz edərək iş üzrə məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətləri verməsi də, açıq-aşkar onun iddiaçının tələblərini əsaslandırdığı faktları etiraf etməsi nəticəsinə gəlməyə əsas vermir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyə n edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv ed ilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən v ə Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(105)-1246/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4975/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4975/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver