Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4977/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Cavabdehin vəkili X5nın iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2020-ci il tarixli X5 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabd ehlər LPO “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” KB QSC ilə onun arasında bağlanmış 17.06.2014cü il tarixli 100/01/73069/14 nömrəli kredit müqaviləsinin 2.3 və 3.5-ci bəndlərinə dəyişiklik edilərək, kreditin müddətinin 84 ayadək uzadılmasının və faiz dərəcəsinin 15 %-dək endirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Səməd Cəfərov) 24 iyul 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev-sədrlik edən və məruzəçi, Əmin Mehdiyev və Şərafət Məmmədova) 20.05.2020-ci il tarixli X5 nömrəl i qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.05.2020-ci il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxx» KB QSC «Səkkizinci» filialı ilə onun arasında 17 iyun 2014-cü il tarixli, 100/01/73069/14 nömrəli kredit müqaviləsi bağlanıb. Müqavilənin 2.3 və 3.5-ci maddələrinin tələblərinə görə kredit 36 ay müddətinə verilib və o, həmin kreditə görə illik 20% məbləğində faiz ödəməlidir. Həmin müqaviləni bağlayarkən və üzərinə öhdəlik götürərkən həmin vaxt mövcud olan stabil bazar şəraitini və öz gəlirlərini nəzərə almışdır. Borcunu həmin şərtlər daxilində, yəni həmin müddət və həmin faiz çərçivəsində qaytarmaqda heç bir problemi yox idi. Respublikada baş verən iqtisadi böhran nəticəsində onun da gəlirləri xeyli azalmış, biznesi iflasa uğramış və nəticədə həmin öhdəlikləri yerinə yetirmək imkanlarından məhrum olmuşdur. Qazancının daha çox hissəsini kredit ödənişinə sərf etməli olur və bu da onun və ailəsinin yaşayış şəraitinin pisləşməsi ilə nəticələnib. Həmin səbəbdən də neçə aydır ödəməli olduğu ödənişləri icra etmək imkanı yoxdur. O, baş verən hadisələrin ola biləcəyini əvvəlcədən ehtimal e tsəydi cavabdehlə arasında bağlanmış müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdı. Həmin müqaviləni bağlayarkən əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu dəyişikliyi isə nə onun, nə də cavabdehin ağlabatan şəkildə əvvəlcədən görə bilməsi mümkün idi. O, cavabdehə müraciət edərək həmin kredit müqaviləsinin 2.3 və 3.5-ci 3.1-ci maddələrinə dəyişiklik edilərək, kreditin müddətinin 84 ayadək uzadılmasını və faiz dərəcəsinin 15%-dək endirilməsini xahiş etmişdir. Lakin, cavabdeh özünün 15 may 2019-cu il tarixli məktubu ilə onun bu təklifini rədd etmiş və bununla da, onu həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehin vəkili X5 kassasiya şikayətinə etiraz edərək kassasiya şik ayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı və vəkili işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarından müəyyən edilmişdir ki, LPO “xxxx” KB QSC ilə İddiaçı arasında 36 ay müddətinə 17.06.2014-cü il tarixli 100/01/73069/14 saylı kredit müqaviləsi bağlanmış və İddiaçı müqavilə şərtlərinə uyğun olaraq kredit verilmişdir. LPO “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fo ndunun 15.05.2019-cu il tarixli məktubunda kredit müqaviləsi üzrə faiz dərəcəsinin və kreditin qaytarılması müddətinin dəyişdirilməsi barədə iddiaçının müraciətinə cavab olaraq qeyd olunmuşdur ki, kredit müqaviləsinin tələbləri İddiaçı tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. 10.05.2019-cu il tarixə 17.06.2014-cü il tarixli 100/01/73069/14 saylı kredit müqaviləsi üzrə LPO «xxxx» KB QSC qarşısında cəmi 31.777 manat 72 qəpik borc öhdəliyi mövcuddur. Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, kredit borcun un qısa müddət ərzində ödənilməsi xahiş edilmişdir. Apellyasiya instans iyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəflər arasında imzalanmış 17.06.2014-cü il tarixli 100/01/73069/14 nömrəli kredit müqaviləsinin 2.3 və 3.5-ci bəndlərinin dəyişdirilməsini tələb etsə də, bunun üçün hər hansı əsasın olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Müqavilə tərəflərin arasında müqavilə azadlığı çərçivəsində imzalanmışdır və bütün şərtlər, o cümlədən ödənilməli olan faizlər, ödənişlər, ödənişlərin müddəti və qaydası, hesablama qaydaları və digər şərtlər müqavilədə əks olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin hə lli üçün bunun əhəmiyyəti yoxdur. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələrin yaranmasına, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilənin bağlanmasının zəruri şərtlərindən biri də müqavilə azadlığıdır. Müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilə bağlamaq, onun məzmununu müəyyən etmək, eyni zamanda mülki qanunvericiliyə zidd olmayan müqavilə bağlamaq hüquqlarını nəzərdə tutur. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququdur və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll edir. Azərbaycan Respublikası MM-nin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəlləd ə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstə rilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağl anarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsi barədə” 07.09.2018-ci il tarixli qərarında müəyyən etmişdir ki, “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərd ən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kim i, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir. Manatın məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edilibedilməməsi ilə bağlı, ilk növbədə, onun Mülki Məcəllənin 422-ci maddəsində müəyyən edilən meyarlara cavab verməsi aydınlaşdırılmalıdır. Belə ki, hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər.” Buna görə də, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, iddiaçı, tərəflər arasında imzalanmış 17.06.2014-cü il tarixli 100/01/73069/14 nömrəli kredit müqaviləsinin 2.3 və 3.5-ci bəndlərinin dəyişdirilməsini tələb etsə də, bunun üçün hər hansı əsasın olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Müqavilə tərəflərin arasında müqavilə azadlığı çərçivəsində imzalanmışdır və bütün şərtlər, o cümlədən ödənilməli olan faizlər, ödənişlər, ödənişlərin müddəti və qaydası, hesablama qaydaları və digər şərtlər müqavilədə müəyyən edilmişdir. Həmçinin müqaviləyə müvafiq dəyişikliyin edilməsi barədə iddia müqavilə müddəti bitdikdən 2 il sonra, 23.05.2019-cu il tarixdə qaldırılmışdır. Müddəti bitmiş müqavilənin isə dəyişdirilməsi mümkün deyildir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün fakt iki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2020-ci il tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4977/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4977/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver