Məhkəmə qərarları › İş №2(102)-4978/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4978/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4978/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşıiş üzrə QƏRARİ (Açar sözlər: müddətin keçməsinə görə zaminliyə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh2 və onun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1339/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1xx/xx/3059/14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC (bundan sonra – iddiaçı və ya bank) tərəfindən Cavabdeh1 MMC-yə illik 20% ödənilməsi şərti ilə 12 ay müddətinə 120000 manat kredit verilmişdir. Zamin Cavabdeh2 1xx/xx/3059/14 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi əsasında borclunun kredit müqaviləsi üzrə öhdəliyini icra etməsinə birgə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixdə tərəflər arasında 1xx/xx/3059/14 saylı xx.xx.2014-cü il tari xli kredit müqaviləsinə 01 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən kredit 24 ay müddətinə verilmiş, kreditin ödənilməli olan son tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. Cavabdeh2 və Cavabdeh3 1xx/xx/3059/14 saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlar. xx.xx.2015-ci il tarixdə tərəflər arasında 1xx/xx/3059/14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 02 nömrəli əlavə saziş, 1xx/xx/3059/17 saylı zaminlik müqaviləsinə isə 01 nömrəli əlavə saziş imzalanmışdır. 1xx/xx/3059/14 saylı kredit müqaviləsinə 02 nömrəli əlavə sazişinə əsasən Bank borcalana 114438 ABŞ dolları məbləğində kredit xətti açmışdır. 1xx/xx/3059/17 saylı zaminlik müqavil əsinə 01 nömrəli əlavə sazişinə əsasən tərəflər arasında bağlanmış 1xx/xx/3059/14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 02 nömrəli əlavə sazişinə əsasən verilən 114438 ABŞ dolları kredit, ona hesablanmış faizlərin, kredit müqaviləsi və kredit xətti müqaviləsinə olmuş əlavələrdən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zaminlər bankın qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, bank ilə Cavabdeh1 MMC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 114403,02 ABŞ d olları əsas borc, 2224,34 ABŞ dolları faiz borcu, 85865,84 ABŞ dolları cərimə, 16398,48 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 218891,68 ABŞ dolları borcu və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ((bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-1780/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi (hakim Vahid Hacıyev) ilə iddia qismən təmin edilərək, cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış 114403,02 ABŞ dolları əsas borc, 2224,34 ABŞ dolları faiz borc, 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 118127,36 ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə), ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq b anka ödənilməsi qət edilmiş və iddi tələbi qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas, faiz və cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472.1, 472.2, 739.1 və 741-ci maddələrinə əsasən iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmi lova sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləapellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı təmin olunan hissəsində ləğv edilmiş, Həmin hissədə iddia rədd edilmiş, Ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 1xx/xx/3059/14 saylı xx.xx.2014-cü il tarixli və 1xx/xx/3059/14 saylı xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri üzrə həmin şəxslərin zaminliklərinə xitam verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı təmin olunan hissəsində mad di hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, 1xx/xx/3059/14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 01 saylı xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin ödənilməli oılduğu son tarix xx.xx.2016-ci il tarix göstərilmişdir. xx.xx.2015-ci il tarixdə də Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin zaminliklə təmin olunmuş öhdəliyin icra vaxtı tərəflər arasında xx.xx.2016-cı il tarix müəyyən olunduğu halda, iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixində, yəni müqavilə müddətinin bitdiyi tarixdən 3 ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir ki, bununla da zaminə münasibətdə qanunvericiliklə müəyyən edilmiş müddəti ötü rmüşdür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində onun verildiyi müddət qurtartıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, qətnamə mübahisələndirilən- iddianın cavabdehlər Cavabd eh2 və Cavabdeh3 qarşı təmin olunmuş hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin zaminlərə aid hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Həm kredit müqaviləsində, həm də zaminlik müqaviləsində müqavilələrin müddəti öhdəliklərin tam icra edilənədək qüvvədə olması qeyd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu halı nəzərə almayaraq zaminliyə xitam ver məklə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh2 və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (Maddə 477.0.4) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən yalnız iddia tələbinin zaminlərə qarşı rədd edilməsi hissəsi mübahisələndirildiyindən qətnamə yalnız həmin hissədə kassasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili zaminliyə xitam verilməsi ilə bağlı məhkəmənin maddi hüquq normasını düzgün tədbiq etməməsi ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, hazırkı işə baxarkən apelyasiya instansiyası məhkəməsi baxılan mübahisə üzrə zaminliyə müddətin keçməsi ilə xitam verilməsinə qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış qiymət vermişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu hallarda zaminliyin bütün öhdəliklər tam ödə nilənədək qüvvədə olması barədə müqavilə şərti hüquqi müəyyənlik prinsipinə, mülki qanunvericiliyin zaminliyə xitam verilməsini, habelə müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Belə ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq Banklar tərəfindən təklif olunur. Məhkəmə kollegiyası qeyd olunanl arı nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1339/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar