Məhkəmə qərarları › İş №2(102)-498/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-498/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-498/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əsaslandırılmış məhkəmə aktı, sübutların qiymətləndirilməsi, sığorta ödənişi, sığorta riskinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh “xxxx” ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5172/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları AZ//PİP/18/0018 saylı “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi”nə əsasən İddiaçı (bundan sonra – iddiaçı) Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun sağ tərəfində yerləşən Sement zavodunu – İstehsalat sexi və avadanlıqları (bundan sonra – sığorta predmeti) “xxxx” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – cavabdeh) 300000 manat, o cümlədən, avadanlıq 50000 manat, bunker (3 ədəd) 10000 manat və çardaq (naves) 240000 manat məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortalamışdır. RAZ seriyalı, ********** saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun sağ tərəfində yerləşən ofis və istehsal binasını cavabdehdə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 100000 manat məbləğində sığortalamışdır. Şəhadətnamələrə əsasən fırtına sığorta təminatları sırasına daxildir. İddiaçı xx.xx.2018-ci il tarixdə işə gələrkən sement zavodunda yerləşən sexin çardağının (navesin) təqribən 500 kv.m. ölçüdə dağıldığını (uçduğunu) müəyyən etmişdir. Cavabdehin xx.xx.2018-ci il məktubu ilə iddiaçının sığorta tələbinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, 12, 13, 14, xx xxxxxxx 2018-ci il tarixində Abşeron rayonu ərazisində sığorta müqaviləsinin şərtlərinə uyğun hadisə baş verməmişdir. Azərbaycan Respub likası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən sığorta ödənişinin verilməsindən imtina edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 40000 manat sığorta ödənişinin, dəymiş zərərin əvəzi olaraq 20000 manatın, ümumilikdə 60000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hadisədən dərhal sonra cavabdehə müraciət etsə də, uzun müddət aparılan danışıqlar nəticə verməmiş, cavabdeh sığorta ödənişi ödəməkdən imtina etmişd ir. Bundan başqa, cavabdehin sığorta ödənişini ödəməməsi nəticəsində, sement sexində olan vulkan külünün yağışdan, küləkdən yararsız hala düşməsi və vulkan külünün itlərin yeməyinə, suyuna qarışması ilə əlaqədar olaraq iki bahalı iti ölmüş, ona ümumilikdə 20000 manat maddi ziyan dəymişdir. Bütün bunlar məhz cavabdehin təqsirindən yarandığından cavabdeh onun qarşısında məsuliyyətlidir. Əldə etdiyi məlumata, hesablamalara görə sexin çardağının yenidən bərpası üçün 40000 manat tələb olunur. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, 12, 13, 14, 15 oktyabr tarixlərdə Abşeron rayonu ərazisində aralarında bağlanan sığorta müqaviləsinin şərtlərinə uyğun sığorta hadisəsi baş verməmişdir. Sığortalıya məxsus obyektin talvar tikintisinin xarici divarları və dam örtüyündə yaranmış qüsurla rın meteoroloji stansiyalar tərəfindən göstərilən sürətlə əsən küləklərin təsiri nəticəsində yaranması qeyri-mümkündür. İddiaçının iddia tələbinin məzmunundan, eyni zamanda cavabdehə ünvanlanan müraciətindən göründüyü kimi, sığortalı, hadisənin baş vermə tarixindən məlumatsız olmuşdur. Halbuki, sığorta müqaviləsinin şərtlərində əsas şərt olaraq ərazidə 7/24 saat mühafizə təminatının olması birbaşa göstərilmişdir ki, sığortalı bu şərtləri pozmuşdur. Bundan başqa, Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən sığortalıya məxsus obyektə xx.xx.2019 cu il tarixdə baxış keçirilən zaman, dövlət tərəfindən 17-xx xxxxxx 2019-cu il tarixlərində havanın şəraitinin kəskin pisləşəcəyi bildirilərək, həmin tarixlərdə tələbə və işçilərin təhlükəsizliyinin təmin olunması məqsədilə iş günü olmaması göstəri lmişdir. Həmin tarixlərdə də hidrometeoroloji stansiyalar tərəfındən Bakı şəhərində küləyin sürətinin 30-35 m/san və Bakı ətrafı kəndlərdə isə küləyin sürətinin 35-40 m/san olduğu göstərilmişdir. Həmin günlərdən sonra “xxxx” ASC tərəfindən sığortalıya məxsus obyektdə hər hansı hadisənin baş vermədiyi müşahidə olunmuşdur. Qeyd olunan faktlardan, o cümlədən, iş materialına əlavə edilmiş görüntülərdən, sığortalıya məxsus tikintinin yükgötürən konstruktiv elementlərinin ölçülərindən də göründüyü kimi, həmin tikilidə yaranmış qüsurların, hidrometeoroloji stansiyalar tərəfindən göstərilən sürətdə əsən küləklərin təsiri nəticəsində yaranması mümkün deyil. İddiaçının iddia tələbinin məzmununda göstərdiyi və heç bir fakta əsaslanmayan, fərziyələr üzərində qurduğu tələblərdən biri də guya sığorta öd ənişi ödənilməməsi nəticəsində, sement sexində olan vulkan külünün yağışdan, küləkdən yararsız hala düşməsi və vulkan külünün itlərin yeməyinə qarışması ilə əlaqədar olaraq iki itinin ölməsi səbəbindən 20000 manat maddi ziyan dəyməsidir. Lakin, iddiaçı nəzərə almamışdır ki, itlərin ölməsi faktı təsdiq olunmaqla yanaşı, eyni zamanda sığortaçının təqsirindən maddi zərərə uğraması tamamilə absurddur. Cavabdeh məhkəməyə sübut qismində müqavilə əsasında müstəqil ekspert X3 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 01 saylı rəy təqdim etmişdir. Rə üzrə aparılmış tədqiqatla müəyyən olunmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sığortalıya məxsus obyektin talvar tikintisinin xarici divarlarının qalınlığı 0.4 m olan mişar daşından hörülməsi, hörülmüş divarların üstündə ölç üləri 0.4x0.4 m olan dəmin/betondan üfüqi və şaquli istiqamətdə seysmik kəmərlərin quraşdırılması, həmin kəmərlər üzərində dam konstruksiyasının quraşdırılması uçun metaldan hazırlanmış 2 talvar şvellerlər quraşdırılması, bu şvellerlərə fermaların bərkidilməsi, fermaların üstünə metal künclüklər bağlanılması və künclüklərin üstünün metal şiferlə örtülməsi nəzərə alınmaqla, həmin tikilidə yaranmış qüsurların hidrometorologi stansiyasılar tərəfindən göstərilən sürətdə əsən küləklərin təsiri nəticəsində yaranmamasına xas olan əlamətlərdir. Bu səbəbdən də yuxarıda göstərilən faktlar nəzərə alınmaqla, sığortalıya məxsus obyektin talvar tikintisinin xarici divarlan və dam örtüyündə yaranmış qüsurların hidrometorologi stansiyalar tərəfindan göstərilən sürətdə əsən küləklərin təsiri nəticəsində ya ranmaması ehtimal olunur. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sığortalıya məxsus obyektin talvar tikintisinin divar və damında əmələ gəlmiş qüsurlar, həmin obyektə tərtib olunmuş layihədə, inşaat işiərində istifadə olunan yükgötürən konstruktiv elementlərin konstruktor tərəfindən aparılmış hesabatların düzgün hesablanmaması nəticəsində və ya binanın layihə sənədlərinə uyğun inşa olunmaması və eləcə də binanın tikintisində keyfiyyətsiz tikinti materiallarından istifadə edilməsi və tikinti texnologiyasına düzgün əməl edilməməsinə, həmçinin xarici amillərin təsiri nəticəsində yaranmasına xas olan əlamətlərdir. Yaranmış qüsurların yuxarıda göstərilən faktların hansından əmələ gəlməsinin müəyyən edilməsi yalnız tikintidə istifadə olunan yükgötürən konstruktiv eiementlərin konstruktor tərəfindən hesabatlar aparılması nəticəsində müəyyən etmək mümkündür. İş materiallarına cavabdehin sorğusu əsasında Milli Hidrometerologiya Departamenti tərəfindən təqdim olunmuş 2018-ci il 12, 13, 14, 15 oktyabr tarixlərində Bakı Hidrometeoroioji stansiyasında müşahidə olunmuş hava şəraitinə dair məlumatlar əlavə edilmişdir. Həmin məlimatlara əsasən: xx.xx.2018-ci il tarixdə hava dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 18,7° C, minimum temperaturu 16,6° C, maksimum temperaturu 23,1° C, külək mal istiqamətli olub, maksimum sürəti 13m/san (6 bal) olmuşdur. Heç bir atmosfer hadisəsi müşahidə olunmamışdır; xx.xx.2018-ci il tarixdə hava tutqun, buludlu, görünüş 20 km, havanın orta temperaturu 14,9° C, minimum temperaturu 13,4° C, maksimum temperaturu 17,4° C, külək şimal s tiqamətli olub, maksimum sürəti 19 m/san (8 bal) olmusdur. Saat 02:00-dan 02:46-dək leysan yağış yağmış, yağıntının miqdarı 1,7 mm olımuşdur; xx.xx.2018-ci il tarixdə hava tutqun, dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 15,6° C, minimum temperaturu 14,1° C, maksimum temperaturu 19,5° C, külək cənub- cənub-şərq istiqamətli olub, maksimum sürəti 7m/san (4 bal) olmusdur. Heç bir atmosfer hadisəsi müşahidə olunmamışdır; xx.xx.2018-ci il tarixdə hava tutqun, dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 15,7° C, minimum temperaturu 11,0°C, maksimum temperaturu 20,6° C, külək şimal istiqamətli olub, maksimum sürəti 14 m/san (7 bal) olmusdur. Heç bir atmosfer hadisəsi müşahidə olunmamışdır. İş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizal arı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 8161 saylı ekspertiza rəyi müəyyən edilmişdir ki: iş üzrə iddiaçıya məxsus olan sement zavodunun - istehsalat sexinin cardağının (19,0 x 12,0) metr ölçüdə hissəsi uçub torpağın üzərinə düşüb; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinin məlumatlarına əsasən, Respublika ərazisində 1987-ci ildən xx.xx.2015ci il tarixinədək inşa olunmuş bütün tikililər yuxarıda göstərilən zaman kəsiyində qüvvədə olmuş “Harpyзки и воздействия CHИП 2.01.07-85" normalarına, xx.xx.2015-ci il tarixindən sonra inşa olunmuş bütün tikililər isə həmin tarixdən qü vvəyə minmiş “Yüklər və təsirlər. Layihələndirmə normaları AzDTN 2.1-1“ normalarına uyğun layihələndirilib inşa edilməlidir. Lakin tədqiq olunan obyektin layihə sənədləri olmadığından zavodun istehsalat sexinin bu obyektə dair tərtib olunmuş layihə sənədlərinə və tikinti normalarına uyğun inşa olunmasını müəyyən etmək mümkün deyildir; mütəxəssis rəyinin məlumatları nəzərə alınmaqla, CHИП 2.01.07-85"-in və AzDTN 2.1-1-in normativ tələblərinə uyğun layihələndirilərək inşa edilmiş hər hansı bir bina 19 m/san təşkil edən küləyin sürətindən zədə almamalı idi; tədqiq olunan obyektin istehsalat sexinin çardağının bərpa olunması üçün çəkiləcək xərclərin dəyəri, həmin obyekt üzrə möhkəmləndirmə işləri ilə bağlı tikinti konstruktoru tərəfindən müvafiq araşdırmalar aparılaraq smeta tərtib edildikdən sonra müəyyən edilə bilər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-72/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən xx.xx.2019-cu il tarixli mütəxxəsis rəyi və xx.xx.2020-ci il tarixli ekspertiza rəyi ilə iddiaçıya məxsus olan sement zavodunun tikililərində yaranmış qüsurların xx.xx.2018-ci il tarixində hidrometorologi stansiyasılar tərəfindən göstərilən sürətdə əsən küləklərin təsiri nəticəsində yaranmamasının müəyyən edilməsini, qüsurların göstərilən hava şəraiti ilə əlaqədar yaranmasına, həmçinin iddiaçının itlərinin sığortaçının təqsiri üzündən ölməsinə dair iddiaçı tərəfindən heç bir mötəbər sübutun təqdim olunmamas ını, bununla da sığorta hadisəsinin baş verməməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh sığorta ödənişinin ödənilməsindən qanuni əsaslarla imtina etmişdir. Bu baxımdan da, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.1, 385, 883.1, 922.1, 922.2, 935.1.8-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5172/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixl i qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və X.Sarıyev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanılmış, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə heç bir qanuni araşdırma aparmadan, iş üzrə zəruri əhəmiyyət kəsb edən təkrar ekspertiza keçirmədən, heç bir mötəbər sübutlara istinad etmədən, iddiaçıya məhkəmə prosesi barədə rəsmi bildiriş yermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq işə laqeyd yanaşmış və nəticədə də qeyri-obyektiv, qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul etmişdir. İş üzrə cavabdehin fikirləri işin mahiyyətinə uyğun olmamış, ekspert tərəfindən düzgün, qanuni, əsaslı və aydın rəy verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləc əyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir (maddə 911.2). Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq ed ən müvafiq sənədlər təqdim olunmalıdır (maddə 911.3). Əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir (maddə 914.1). Sığortaçı sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsilə qiymətləndirir (maddə 914.2). Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (maddə 922.1). Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (maddə 922.2). Mülki Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymə tləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması (maddə 935.1.6); baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi (maddə 935.1.8) hallarında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi fa ktına əsaslana bilməz (maddə 935.2). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Daşınmaz əmlakın yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətl ər zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer ürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur (maddə 36). “xxxx” ASC-nin xx.xx.2010-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas qaydaları” “Fırtına üzrə şərtlər” bölməsi Əmlakın Yanğın və X4 Sığortasının Əsas şərtlərinin müddəalarına əməl olunması şərti ilə yağış, qar, dolu ilə birlikdə olub-olmamasından asılı olmayaraq yalnız fırtına 10 metr yüksəklikdə saniyədə 17.1 metrdən yuxarı sürətlə əsən küləklər və ya fırtına nəticəsində küləyin gətirdiyi və yıxdığı şeylərin sığortalanmış əşyalara vurduğu zərər sığorta təminatına d axil edilir. Fırtına üzrə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və X4 Sığortasının Əsas şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir. Mülki Prosessual Məcəllə İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər (maddə 64.1). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (maddə 80). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (maddə 97.1). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1). Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur (maddə 175.1). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarş ılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (maddə 220.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını ta pmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən r əhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzr ə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və q ənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). Qeyd olunanlarla yanaşı, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; işə baxılarkən xüsusi bilik tələb o lunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, MPM-in 103-cü maddəsinə əsasən hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər varsa, MPM-in 175.1-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasi təliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Baxılan iş üzrə iddiaçı aralarında bağlanmış sığorta müqavilələrinə istinad edərək sığorta ödənişinin ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh sığorta ödənişinin ödənilməsindən sığorta hadisəsinin baş verməməsi əsası ilə imtina etmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı cavabdehin dəlillərindən və təqdim etdiyi sübutlardan görünür ki, etirazın digər əsası kimi iddiaçıya məxsus tikililərin lazımi keyfiyyətdə olmadığına istinad edilir. İş üzrə fırtına təbiət hadisəsinin sığorta təminatları sırasında olduğu işin mübahisə olunmayan halıdır. Bu baxımdan h azırkı işin həlli baxımından ilk növbədə iddiaçının istinad etdiyi tarixlərdə fırtına baş verib-vermədiyinin müəyyən olunması vacib əhəmiyyətə malik idi. Həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları, o cümlədən, hidrometeoroioji stansiyada müşahidə olunmuş hava şəraitinə dair məlumatları, sadalamaqla kifayətlənmiş, həmin sübutlar əsasında hansı halların müəyyən edildiyini və ya müəyyən edilmədiyini ümumiyyətlə əsaslandırmamış və sübutlara qiymət verməmişlər. Halbuki MPM-in 80-ci maddəsinə əsasən məhkəmə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bu baxımdan əgər məhkəmə təqdim olunan sübutu işə aid olmayan hesab edərsə, həmin sübutu qəbul etmir və onu nəzərə almır. Lakin əgər məhkəmə təqdim olan sübutu işə aid olan sübut kimi qəbul edibsə onda həmin sübuta işdə olan digər sübutlarla yanaşı qiymət verməlidir. Eyni zamanda məhkəmələr mütəxxəsis və ekspert rəylərini MPM-in 103-cü maddəsinə əsasən qiymətləndirməmişlər. Qətnamələrdə, həmçinin bəzi maddi hüquq normalarına istinad edilsə də, həmin istinadlar əsasında iddia tələbinin və cavabdehin etirazının qanuni əsasının hansı hüquq norması olduğu, iş üzrə hansı halların müəyyən edildiyi və bu halların tələbin və ya etirazın dispozisiya şərtlərinə uyğun olub-olmadığı əsaslandırılmamışdır. Birinci və apellyasiya instansiyası məhkəməsinin qətnamələrinin məzmunundan belə çıxır ki, məhkəmələr sığorta predmetinin lazımi keyfiyyətdə inşa edilmədiyi barədə cavabdehin etirazının dəlili ilə razılaşmışlar. Halbuki Mülki Məcəllənin 914.1-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçının sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə müstəqil ekspertiza təyin etmək hüququna malikdir. Mülki Məcəllənin 911.2-ci maddəsində sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək vəzifəsi müəyyən edilsə də, Məcəllənin 935-ci maddəsinə əsasən bu məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Lakin işə baxmış məhkəmələr istinad olunan maddi hüquq normalarının tələblərini də nəzərə almamışlar. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın ə saslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5172/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar