Məhkəmə qərarları › İş №2(102)-498/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-498/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-498/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7896/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlər in Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10.10.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 20 % olmaqla 8500 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin 07 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 15 sentyabr 2020-ci il tarixə banka 3779,33 manat əsas, 3553,74 manat faiz, 2807,47 manat cərimə, 15.09.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış 556,92 manat, ümumilikdə 10.697,46 manat məbləğində borcu vardır. 10.10.2014-cü il tarixli zaminlik müqav iləsindən görünür ki, zamin Cavabdeh1 borclu Cavabdeh2 bağladığı müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Borclu Cavabdeh2 öz öhdəliklərini yerinə yetirmədiyi, krediti lazımi qaydada ödəmədiyi halda o, öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə qaydada məsuliyyət daşımasını öz üzərinə öhdəlik kimi götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə müqavilə müddəti üçün hesablanmış 3779,33 manat əsas, 3553,74 manat faiz, 2807,47 manat cərimə, 15.09.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla hesablanmış 556,92 manat, ümumilikdə 10.697,46 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 10.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 20 % olmaqla 8500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə bank arasında 10.10.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmiş və nəticədə onun 15.09.2020-ci il tarixinədək banka 3779,33 manat əsas, 3553,74 manat faiz, 2807,47 manat cərimə, 15.09.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesabl anmış 556,92 manat, ümumilikdə 10.697,46 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov, iş № 2(094)-67/2021) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3779,33 manat əsas borc, 3553,74 manat faiz borcu, 50 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 % bank uçot dərəcəsi ilə 556,92 manat əldən çıxmış fayda, cəmi 7939,99 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7969,99 (yeddi min doqquz yüz altmış doqquz manat doxsan doqquz qəpik) manat məbləğind ə pul vəsaitinin tutulması, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3779,33 manat əsas borc, 3553,74 manat faiz borcu, 50 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 % bank uçot dərəcəsi ilə 556,92 manat əldən çıxmış fayda, cəmi 7939,99 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7969,99 (yeddi min doqquz yüz altmış doqquz manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulmalı, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd o lunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddiaçı bank iddia müddətini ötürsə də birinci instansiya məhkəməsi onun tərəfindən guya 29.01.2019-cu il tarixdə banka 50 manat ödəniş olunmasına əsaslanaraq müddətin ötürülmədiyi nəticəsinə gəlmişdir. Halbuki, tərəfindən belə bir ödəniş həyata keçirilməmiş, bank bunu təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-7896/2021) Cavabdeh2 apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-67/2021 saylı iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni Cavabdeh2 və Cavabdeh1 birgə qaydada ləğv prose sində olan İddiaçı ASC-nin xeyrinə 3779,33 manat əsas, 3553,74 manat faiz, 50 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% bank uçot dərəcəsi ilə 556,92 manat əldən çıxmış fayda olmaqla cəmi 7939,99 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, yəni cəmi 7969,99 (yeddi min doqquz yüz altmış doqquz manat doxsan doqquz qəpik) manatın tutulması hissəsində ləğv edilməsi, iddia tələblərinin həmin hissədə də təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 29.01.2019-cu il tarixdə 50 manat ödəniş həyata keçirdiyinə və beləliklə iddia müddətinin kəsildiyinə əsaslansa da, müvafiq hesab çıxarışlarından aydın olur ki, həmin 50 manat cavabdehin cari hesabından akseptsiz qaydada silinmə əməliyyatıdır və onun məhz kredit ödənişi olmasını təsdiq e dəcək müvafiq sübut (mədaxil qəbzi) məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin iclas protokollarından da görünür ki, iddiaçı bankın nümayəndəsi bilavasitə özü kredit müqaviləsi üzrə sonuncu 200 manat ödənişin 24.10.2017-ci il tarixdə həyata keçirildiyini bildirmiş, məhkəmənin 29.01.2019-cu ildə ödənildiyini qeyd etdiyi 50 manatın məhz kredit ödənişi olması bank tərəfindən ümumiyyətlə irəli sürülməmişdir. Birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən mülki qanunvericiliyin zaminliklə bağlı müddəalarının tələblərini də pozmuş, zaminliyə xitam verilmiş olduğunu nəzərə almamışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.10.2014-cü il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndində də göstərilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 10.10.2017-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, bank zamin Cavabdeh1 qarşı 10.10.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qa rşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7896/2021 nömrəli iş üzrə 19 av qust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması və ya işin yenidən apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7896/2021 nömrəli 19 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375-ci maddəsinə görə isə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk da irəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə sinə götürür. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, id dia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutla r hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdi yi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əs as ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7896/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar