Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4980/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X22 oğlunun katibliyi, İddiaçının vəkili X9, cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh2 vəkili X16 iştirakı ilə, İddiaçı «xxxx» QSC cavabdehlər X3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X6, X5na və X5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2020-ci il tarix li, X5 nömrəli qətnaməsindən cavabdehlər X7 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» QSC cavabdehlər X3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X6, X5na və X5 qarşı iddia ərizəsi və iddia ərizəsinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC ilə «xxxx» QSC arasında bağlanılmış 14.04.2014-cü il tarixli 05L000005260 saylı kredit xətti müqaviləsinə, 25.04.2014-cü il tarixli 05R000010227 saylı kredit razılaşmasına, 18.03.2015-ci il tarixli 05R000C10227S saylı, 22.10.2015-ci il tarixli 05R000010227SA saylı sazişlərinə, 13.10.2014-cü il tarixli 005R********** saylı kredit razılaşmasına, 18.03.2015-ci il tarixli 005R**********S saylı, 16.07.2015-ci il tarixli 005R142865525QSA saylı sazişlərə, 07.05.2015-ci il tarixli 005R********** saylı kredit razılaşmasına, 22.10.2015-ci il tarixli 005R**********S saylı sazişə xitam verilməsi, cavabdehlər «xxxx» MMC-dən, X1, Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» QSC-nin xeyrinə 05R000010227 saylı kredit razılaşması üzrə 46484.2 ABŞ dolları məbləğində kredit borcu, 21196.79 ABŞ dolları məbləğində faiz borcu və 43667.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 11348.56 ABŞ dolları borcun, 005R********** saylı kredit razılaşması üzrə 21265.41 ABŞ dolları məbləğində kredit borcu, 6168.20 ABŞ dolları məbləğində faiz borcu və 14458 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 41891.61 ABŞ dolları borcun, 005R********** saylı kredit razılaşması üzrə 61000 ABŞ dolları məbləğində kredit borcu, 27389 ABŞ dolları məbləğində faiz borcu və 53 489 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 141878 ABŞ dolları borcun, ümumilikdə cəmi 295118 ABŞ dolları 17 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin X5 45 nömrəli evin 13-cü mərtəbəsində yerləşən X2 mülkiyyətində olan 3 otaqlı 158 nömrəli mənzilinə və X5ndə istifadədə olan 0,00988 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 46.2 m2 yaşayış, 33.9 m2 yardımçı, 80.1 m2 ümumi sahədən ibarət 11 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 295118 ABŞ dolları 17 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin «xxxx» MMC-dən, X1 və Cavabdeh2 ümumi qaydada tutulması, X5 45 nömrəli evin 13-cü mərtəbəsində yerləşən X2 mülkiyyətində olan 3 otaqlı 158 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X7, X12, Cavabdeh5, X10, X5 və X4 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi, X5ndə istifadədə olan 0,00988 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 46.2 m2 yaşayış, 33.9 m2 yardımçı, 80.1 m2 ümumi sahədən ibarət 11 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Məmmədov) 17 may 2018-ci il tarixli X5 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə «xxxx» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış 14.04.2014-cü il tarixli 05L000005260 saylı kredit xətti müqaviləsi, 25.04.2014-cü il tarixli 05R000010227 saylı kredit razılaşması, 18.03.2015-ci il tarixli 05R000C10227S saylı, 22.10.2015-ci il tarixli 05R000010227SA saylı sazişlər, 13.10.2014-cü il tarixli 005R********** saylı kredit razılaşması, 18.03.2015-ci il tarixli 005R**********S saylı, 16.07.2015-ci il tarixli 005R142865525QSA saylı sazişlər, 07.05.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması və 22.10.2015-ci il tarixli 005R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən, X1, Cavabdeh2 müştərək qaydada 05R000010227 saylı kredit razılaşması üzrə 46320.16 ABŞ dolları məbləğində əsas kredit borcu, 20970.04 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 68290.2 ABŞ dolları, 005R** ******** saylı kredit razılaşması üzrə 21265.41 ABŞ dolları məbləğində əsas kredit borcu, 6022.5 ABŞ dolları məbləğində faiz borcu və 600 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 27887.91 ABŞ dolları, 005R********** saylı kredit razılaşması üzrə 60904.59 ABŞ dolları məbləğində əsas kredit borcu, 27149.11 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə, cəmi 89053.7 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutularaq iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh X3 məxsus olan və i poteka ilə yüklü edilmiş X5 45 nömrəli evin, 158 nömrəli mənzilinə yönəldilməsi və ilkin satış qiyməti 185.000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə o, satıldıqdan sonra cavabdehlər X7, X12, Cavabdeh5, X11, X5 və X8 tərəfindən 1 ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmaları, tələbin Cavabdeh2 məxsus olan və ipoteka ilə yüklü edilmiş X5 küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 130.000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 tərəfindən 1ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılması, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdeh «xxxx» MMC-nin iddiaçı «xxxx» QSC-yə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 400 manatın cavabdeh «xxxx» MMC-dən alınaraq «xxxx» MMC-nin hesabına və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 270 manatın cavabdeh «xxxx» MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı «xxxx» QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 da apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ona aid hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov - sədrlik edən və məruzəçi, C.Yusifov və V.Baxışova) 19.05.2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə iddiaçı «xxxx» QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X5 saylı mülki iş üzrə qəbul etdiyi 17 may 2018-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, X5 küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 57000 manat, X2 mülkiyyətində olan X5 45 nömrəli evin 158 nömrəli mənzilin ilkin satış qiyməti 135000 manat müəyyən edilmiş, qətnamə kredit razılaşmaları üzrə əsas, faiz, cərimə borcunun məbləği və Cavabdeh2 aid hissədə dəyişdirilmədən sax lanılmışdır. Cavabdehlər X7 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.05.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər X7 və Cavabdeh2 eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan əmlaklara ilkin satış qiyməti qoyarkən yalnız özü tərəfindən təyin edilmiş qiymətləndiricilərin iki rəyini nəzərə almış, halbuki, sözügedən hər iki rəy əmlaklara əyani ba xış keçirtmədən, mülkiyyəti təsdiq edən çıxarışda olan məlumatlara əsasən verilmiş, analoqlarla müqayisə aparılmamış, əsaslandırılmamışdır, bu isə onların mötəbərliyini şübhə altına qoyur, baxmayaraq ki, birinci instansiya məhkəməsində təyin edilmiş qiymətləndirmənin rəyi əmlaklara baxış keçirməklə, əmlakların mövcud vəziyyəti nəzərə alınmaqla verilmişdir. Təsadüfi deyil ki, qiymətlər arasında kəskin fərq nəzərə çarpır. X3 məxsus olan X5 45 nömrəli evin, 158 nömrəli mənzilinə qoyulmuş qiymətdə birinci rəylə sonrakı rəylər arasında 30-35 faiz fərq, Cavabdeh2 məxsus olan X5 küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinə qoyulmuş qiymətdə birinci rəylə sonrakı rəylər arasında 56-63 faiz fərq yaranır, məhkəmə isə bu fərqi şifahi vəsatətə əsasən təkrar ekspertiza təyin etməklə aradan qaldırmaq əvəzinə iddiaçının mövqeyindən çıxış edərək ipoteka ilə yüklü edilmiş əmlakların qiymətini aşağı götürmüşdür. Bununla yanaşı məhkəmə nəzərə almamışdır ki, ipoteka qanunvericiliyinə əsasən hərracda əmlakların alıcısı olmadığı təqdirdə Bank onları daha 36.5 faiz aşağı qiymətlə əldə etmiş olacaq, beləcə də əmlakların dəyəri ümumilikdə real dəyərindən 60-70 faiz aşağı qiymətlə bankın mülkiyyətinə keçmiş olacaqdır. Məhkəmə iş üzrə təkrar ekspertiza təyin etməməklə ipoteka ilə yüklü edilmiş əmlaklara real bazara uyğun qiymət qoymamaqla kobud pozuntuya yol vermişdir. Həmçinin məhkəmənin əsas və faiz borcunun tutulması hissəsində gəldiyi nəticədə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 13.10.2014cü il tarixli 05R********** saylı kredit razılaşması üzrə müqavilənin müddəti 16.06.2017-ci i l tarixində bitmişdir, lakin iddiaçı və məhkəmə faiz borcunu müqavilədə göstərilən illik 18 faizlə hesablamış, lakin nəzərə almamışdır ki, müqavilə müddəti bitdikdən sonra faiz borcu ən çoxu illik 5 (beş) faizlə hesablanmalı idi, deməli 16.06.2017-ci il tarixindən iddia tələbinin artırılması barədə ərizə verilən tarixə əsassız olaraq əlavə illik 13 (on üç) faiz hesablanmışdır. Məhkəmə bu xüsusatı nəzərdən qaçırmışdır. Müqavilə müddətinin bitməsi və faizlərin düzgün hesablanmaması barədə apellyasiya instansiyasına verilmiş vəsatətdə bu göstərilmişdir. Məhkəmə göstərilən ziddiyyətli məqamları aradan qaldırmaq üçün əlavə məhkəmə-mühasibatliq ekspertizası təyin etməməklə növbəti kobud pozuntuya yol vermişdir. Prosessual məsələlər: Cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh2 vəkili X2 0 məhkəmə iclasında kassasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. İddiaçının vəkili X14 məhkəmə iclasında kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Cavabdehlər kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri ipotekanın satış qiyməti və borc məbləğinin düzgün müəyyən edilməməsi barədə olduğundan kassasiya baxışının hədlərini həmin hissələrin q anuniliyinin yoxlanılması təşkil edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, «xxxx» QSC ilə «xxxx» MMC arasında 14.04.2014-cü il tarixli 05L000005260 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən «xxxx» MMC-nə 120 ay müddətinə 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı kimi «xxxx» QSC ilə X7 arasında 23.04.2014-cü il tarixli 05M000000872 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində 45 nömrəli evin 158 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit xətti müqaviləsinin təminatı kimi «xxxx» QSC ilə Cavabdeh2 arasında 10.10.2014-cü il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əs asən Cavabdeh2 mülkiyyətində olan X5 istifadədə olan 0,00988 ha torpaq sahəsi üzərində X5şayış, 33.9 m2 yardımçı, 80.1 m2 ümumi sahədən ibarət 11 saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit xətti müqaviləsinin təminatı kimi «xxxx» QSC ilə X7 arasında 14.04.2014-cü il tarixli 05S000011471 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin X7 borclu «xxxx» MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Həmçinin kredit xətti müqaviləsinin təminatı kimi «xxxx» QSC ilə Cavabdeh2 arasında 10.10.2014cü il tarixli 005S**********2 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu «xxxx» MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçü n məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Kredit xətti müqaviləsi çərçivəsində «xxxx» QSC ilə «xxxx» MMC arasında 25.04.2014-cü il tarixli 05R000010227 saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən «xxxx» MMC-nə 36 ay müddətinə, aylıq 1.5% olmaqla, 60.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 18.03.2015-ci il tarixli 05R000010227S saylı, 22.10.2015ci il tarixli 05R000010227SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmçinin həmin tərəflər arasında 13.10.2014-cü il tarixli 005R********** saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən «xxxx» MMC-nə 18 ay müddətinə, aylıq 1.5% olmaqla, 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında ba ğlanmış 18.03.2015-ci il tarixli 005R**********S saylı, 16.07.2015-ci il tarixli 005R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmin tərəflər arasında 07.05.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən «xxxx» MMC-nə 36 ay müddətinə, aylıq 1.5% olmaqla, 61000 ABŞ dolları məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsi kredit borcunun məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03.04.2018-ci il tarixli 7864 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən təqdim olunmuş hesabdan çıxarış, ödəniş qəbzləri məlumatları, 25 aprel 2014-cü il tarixli 05R********** saylı kredit razılaşması üzrə 23.12.201 6-cı il tarixə «xxxx» MMC-nin “xxxx” QSC-yə olan borcu 55924,81 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 46320,16 ABŞ dolları, faiz borcu 9604,65 ABŞ dolları; 13 oktyabr 2014-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə 23.12.2016-cı il tarixə «xxxx» MMC-nin «xxxx» QSC-yə olan borcu 27206,93 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 22765,41 ABŞ dolları, faiz borcu 4441,52 ABŞ dolları; 07 may 2015-ci il tarixli 005RT512726506 saylı kredit razılaşması üzrə 23.12.2016-cı il tarixə «xxxx» MMC-nin xxxx QSC-yə olan borcu 73139,2 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 60904,59 ABŞ dolları, faiz borcu 12234,61 ABŞ dolları. Birinci instansiya məhkəməsi ekspert rəyini və iddia tələbinin həcminin artır ılması barədə ərizəni nəzərə alaraq, əsas və faiz borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışları, hesabdan çıxarışları, 03.04.2018-ci il tarixli 7864 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462, 467, 470.1, 470.2 və 471-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, kredit borcunun məbləği və Cavabdeh2 aid hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehlər borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişlər. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Ekspert rəyi verildikdən sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması, lakin məhkəmə tərəfindən əlavə ekspertizanın təyin edilməməsi barədə dəlillər də əsaslı deyildir. Belə ki, ekspert rəyində 23.12.2016-cı il tarixə olan borc hesablanmış və hər razılaşma üzrə gündəlik hesablanan faiz məbləği qeyd olunmuşdur. İddia tələbinin həcmi artırıldıqdan sonra əmələ gələn yeni gecikdirilən günlə rin sayını gündəlik hesablanan faiz məbləğlərinə vurduqda isə iddia tələbində göstərilən faiz məbləğlərinin düzgün hesablandığı müəyyən olunur. Eyni zamanda cavabdehlər tərəfindən 23.12.2016-cı il tarixdən sonra hər hansı ödəniş etməsi ilə bağlı sübut təqdim edilməmişdir. Bu baxımdan apellyasiya məhkəməsi iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərardadı əsasında ipoteka predmeti olan X5 evin, 158 saylı mənzilin dəyərinin 185.000 manat, X5 küçəsi, 11 saylı evin dəyəri isə 130.000 manat müəy yən edilməsi barədə «xxxx» MMC tərəfindən verilmiş 15.05.2017-ci il tarixli 178 və 178/1 saylı hesabatları kifayət qədər aydın və tam olmadığını, məhz hansı əsaslara görə ekspertin həmin nəticəyə gəlməsinin aydın olmadığını, ipoteka müqavilələri bağlanarkən tərəflərin razılığı ilə ipoteka predmeti olan X5 evin, 158 saylı mənzilin dəyərinin 94116 manat, X5 küçəsi, 11 saylı evin dəyəri isə 32490 manat müəyyən edilməsini nəzərə alaraq iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və «xxxx» MMC-nin 11 iyun 2019-cu il tarixli Ç-460 saylı və 0348/19/AB saylı qiymətləndirmə hesabatlarına əsasən müvafiq olaraq X2 mülkiyyətində olan X5 45 nömrəli evin 158 nömrəli mənzilin bazar qiyməti 135000 manat, likvid qiyməti isə 127000 manat; Cavabdeh2 mülkiyyətində olan X5 küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin bazar qiyməti 57000 manat, likvid qiyməti isə 52000 manat təşkil etmişdir.. Həmin ekspert rəyləri arasında kəskin fərqlər olduğundan Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və “Əmlak Bazarı İştirakçıları” İB-nin 09 mart 2020-ci il tarixli 06/03-20/E-02 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən X5 45 nömrəli evin 158 nömrəli mənzilin bazar qiyməti 120000 manat, likvid qiyməti 110000 manat, X5 küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin bazar qiyməti 48000 manat, likvid qiyməti 40000 manat təşkil etmişdir. “Əmlak Bazarı İştirakçıları” İB-nin ekspert rəyi ilə müəyyən olunan qiymətlərlə «xxxx» MMC-nin qiymətləndirmə hesabatları ilə müəyyən olunan qiymətlə r arasında cüzi fərq olduğundan və birinci tərəfindən verilmiş ekspert rəyi ilə ikincinin rəyi təsdiq olunduğundan, iddiaçının nümayəndəsi də «xxxx» MMC tərəfindən verilmiş 11 iyun 2019-cu il tarixli Ç-460 saylı və 0348/19/AB saylı qiymətləndirmə hesabatlarına etiraz etmədiyindən apellyasiya məhkəməsi ipotekanın ilkin satış qiymətini «xxxx» MMC-nin qiymətləndirmə hesabatlarında müəyyən edilmiş qiymətlər ə uyğun müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə (ipotekanın satış qiyməti və borc məbləği hissəsində) qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (b orc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüqu qu vardır. Göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzin in ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan əsa s borc məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən edilmiş, faiz məbləğləri kredit müqavilələrinin qüvvədə olduğu müddət çərçivəsində ekspert rəyi ilə müəyyən edilmiş faiz məbləği tətbiq edilməklə hesablanmış, həmçinin tələb edilən cərimə borcu kifayət qədər azaldılmışdır. Həmçinin ipotekanın satış qiyməti ilə bağlı 3 dəfə ekspertiza keçirilmiş və məhkəmə həmin ekspert rəylərindən «xxxx» MMC tərəfindən verilmiş 11 iyun 2019-cu il tarixli Ç-460 saylı və 0348/19/AB saylı qiymətləndirmə hesabatını əsas götürərək, digər rəyləri əsas götürmədiyinin səbəblərini qətnaməsində əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəmə si işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin d əlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X7 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 19 may 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4980/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4980/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver