Məhkəmə qərarları › İş №2(102)-4980/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4980/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4980/2021 10.11.2021 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.02.2021-ci il tarixli, x nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh3 qeyd edilən qətnamədən verdiyi kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin hakiminin 14.07.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hakimin 14.07.2021-ci il tarixli icraata qəbul edilməsi barədə qərardadı ləğv edilməli və iş baxışdan çıxarılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan x nömrəli poçt xəbərnaməsindən görünür ki, Cavabdeh3 göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.02.2021-ci il tarixli qətnaməsi 04.03.2021-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Həmin qətnamədən Cavabdeh3 verdiyi kassasiya şikayəti (04.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin məhkəmənin 31 may 2021-ci il tarixli qərardadı ilə şikayə t vəkil tərəfindən tərtib olunmadığına və imzalanmadığına görə geri qaytarılmışdır. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra kassasiya şikayəti ikinci dəfə 2021-ci ilin iyun ayında Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edildikdə kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki ayılıq müddət ötürülüb-ötürülmədiyi müzakirə edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılı r. Bundan başqa, şikayətdə hüquq normaları sadalansa da, məhkəmə qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin konkret nədən ibarət olması göstərilməmişdir. MPM-nin 408.1.5-ci maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayətinin mümkünlüyü ilə bağlı yuxarıda qeyd olunan məsələlərin yoxlanılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməklə iş kassasiya baxışından çıxarılmalı və apellyasiya instansiyası məhkəməsinə qaytarılmal ıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxs lərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_9.htm Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.02.2021-ci il tarixli, x nömrəli qətnaməsindən Cavabdeh3 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında 14.07.2021-ci il tarixli qərardad ləğv edilsin və iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələlərə baxılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya i nstansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar