Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4982/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh “xxxx” ASC-nin vəkili X18 iştrakı ilə, Cavabdeh “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim:K.F.Əmirxanova; 2(00 5)-4934/2017) İddiaçı “xxxx” ASC-nə qarşı “öhdəliyə xitam verilməsi pulun və avtomobilin qaytarılması” tələbinə dair iddiası və “xxxx” ASC-nin İddiaçı və X10 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov; 2(103)-12141/2018) cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - qarşılılı iddianın təmin olunmaması hissəsində ləğv edilmiş, qarşılıqlı iddia qismən təmin olunmuş, İddiaçı və X8 birgə qaydada “xxxx” ASC-nin xeyrinə 8209,63 manat kredit borcu və ödənilmiş məhkəmə xərclərinin 20 manatı, cəmi 8229(səkkiz min iki yüz iyirmi doqquz) manat 63(altmış üç) qəpik pulun tutulması qət edilmiş,qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, qətnaməsi ilə (hakimlər: V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov; 2(103)-6635/2018) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi qismənilkin iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı müqavilənin ləğv edilməsi,öhdəliyə xitam verilməsi,pulun və avtomobilin qaytarı lması tələbinə dair ilkin iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimləri: Ə.Ə.Əliyev(sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev və V.Ə.İbayev; 2(103)-7393/2018) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli qətnaməsi- İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı avtomobilin qaytarılması tələbinə dair iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli, qətnaməsi ilə (hakimlər: E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov; 2(103)-3659/2019) İddiaçı apellyasiya şikayəti qi smən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi qismən, yəni iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, ************-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “Nissan Micra” markalı avtomobil “xxxx” ASC tərəfindən götürdüyü günə olan vəziyyəti bərpa edilməklə İddiaçı təhvil verilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Cavabdeh ASC-nə qarşı iddia ərizəli ilə məhkəməyə müraciət edərək, cavabdehə ödədiyi 2600 manat məbləğində pul vəsaitinin ona qaytarılması, Cavabdeh ASC-nin Mərkəzi filialı ilə X9 arasında bağlanmış *********** saylı 17.10.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, X3nun bank qarşısında olan öhdəliyinə xitam verilməsi **-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “Nissan Micra” markalı avtomobilin bank tərəfindən götürüldüyü günə olan vəziyyəti bərpa edilməklə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Mərkəzi filialı ilə X7 arasında bağlanmış ************* saylı 17.10.2013-cü il tarixli müqaviləsi əsasında X6 avtomobil alınması üçün illik 18% olmaqla 60 ay müddətinə 12812 manat məbləğində kredit verilmiş və 256.2 manat komisyon haqqı ödənilmişdir. Kreditin təminatı kimi tərəflər arasında ************** saylı, 17.10.2013-cü il tarixli müqaviləsi bağlanmış, ************-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, “Nissan minik markalı, avtomobil ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi bağlanılarkən bank idən a vtomobil 13590 manat məbləğində qiymətləndirilmişdir. Kredit götürülən zaman 816,03 ilkin ödəniş, 247,48 manat bank xərci, 936,49 manat söğorta haqqı, 420 manat nömrə və icbari sığorta haqqı olmaqla cəmi 2420 manat məbləğində pul ödənilmişdir. Bundan başqa Bankın tələbi ilə “xxxx” ASC-nə 965 manat (kasko) sığorta haqqı ödənilmişdir. 24.12.2014-cü il tarixdə lobildə olarkən X5 halı pisləşmiş, nəticədə yol nəqliyyat hasdisəsi baş vermişdir. 08.01.2015-ci il tarixdə X7 vəfat etmişdir. X7 vəfat edənədək Bank tərəfindən tərtib olunmuş ödəniş qrafikinə olaraq ödənişlərini həyata keçirmişdir. X7 vəfat etdikdən sonra iddiaçı bu barədə banka məlumat verərək kredit müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsini, hesablanmış faiz borcunun silinməsini, qalan borcun həmin avtomobilə yönəldilməs ini xahiş etmişdir. Lakin bank bununla bağlı heç bir tədbir görməmiş, əksinə idaçıya hədə-qorxu gələrək ödəniş qrafikinə uyğun borcun ödənilməsini tələb etmiş, kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair mərhumun adına və mobil telefon nömrəsinə dəfələrlə xəbərdarlıq məktubu və sms göndərilərək barəsində axtarış veriləcəyi, ölkədən çıxışına məhdudiyyətlər qoyulacağı, ödəniş olmadığı halda tələbin əmlaka yönəldiləcəyi və.s bildirilmişdir. İddiaçı əlavə borcun yaranmaması üçün avtomobiiə dair vərəsəliyi qəbul etmədiyi halda bankın tələbi ilə mərhumun əvəzindən kredit borcu kimi 2600 manat banka pul ödəmişdir. Bütün bunlarla bərabər 16.05.2015-ci il tarixdə iddiaçının iştirakı olmadan akt tərtib edilərək həmin avtomobil bankın duracağına aparılmışdır. Təxminən 3 aydan sonra avtomobilin idarə etmə pultunu, texniki pasportunu dövlət qeydiyyat nişanının iddiaçıdan alınması barədə akt tərtib edilmiş ki, guya avtomobili açının adına rəsmiləşdirəcəklər. İddiaçı avtomobili həmin vəziyyətdə almaq istəyən olduğunu bank nümayəndələrinə bildirərək, avtomibilin satışına icazə verilməsini xahiş etmişdir. X3 arasında bankın razılığı ilə ipoteka predmeti olan əmlakı özgəninkiləşdirmək nəzərdə tutulmuşdur. Lakin bank avtomobilin satılmasına razılıq verməmiş, avtomobili iddiaçının istifadəsinə qaytarmaqdan imtina etmişdir. Ötən 2 il ərzində avtomobilin hissələri dəyişdirilmiş, avtomobil yararsız hala salınmışdır. Cavabdeh avtomobili iddiaçıya qaytarmadığı üçün avtomobili miras əmlak kimi adına sənədləşdirib satmasına icazə vermədiyi üçün iddiaçı banka olan ödəniş ləri dayandıraraq Cavabdeh ASC-nin Mərkəzi filialı ilə X7 arasında bağlanmış *********** saylı 17.10.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi,X4 vəfatından sonrakı dövrə hesablanmış faiz borcunun silinməsi, qalan borcun həmin avtomobilə yönəldilməsi, iddiaçının banka ödəmiş olduğu 2600 manatın ona qaytarılması üçün yenidən cavabdehə müraciət etmişdir. Bu dəfə isə cavabdeh ***** saylı 30.03.2017-ci il tarixli məktubla ona bildirmişdir ki, borcu tərəfindən ödənişlər həyata keçirilmədikdən sonra məhkəməyə müraciət edilməsi və onun qeydiyyatda olduğu yerin müəyyən ediləsi məqsədi ilə Azərbancan Respublikası DİN BPQİ-nin MAPS şöbəsinə müraciət edilmiş və həmin orqan tərəfindən Cavabdeh ASCnə ünvanlana 11.03.2016-cı il tarixli MAPS arayışına əsasən X5 30.07.2015-ci il tarixdən ölüm səbəbi ilə fəaliyyətsizləşdirilməsi faktı müəyyən edilmişdir. X2 vərəsəsi rəsmi qaydada müəyyən edilə bilmədiyindən hazırki iş üzrə tərəflərindən məhkəmə mübahisəsinə başlanılması qeyri-mümkün olmuşdur. Belə ki, tərəflərindən dəfələrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Baş İdarəsinə sorğu ünvanlansa da, həmin orqan tərəfindən X15 barəsində vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat alınması məqsədi müvafiq notariat kontoruna müraciət edilməsi bildirilmişdir. Onların müraciətindən sonra cavabdeh 13.12.2016-cı il tarixdə mərhum X1 qeydiyyatda olduğu yer üzrə müvafiq notariat kontorlarına müraciət edilərək mərhum barəsində vərəsəlik işinin açılıb- asılmaması, vərəsəlik şəhadətnaməsinin olubolamaması barədə məlumat verilməsini xahiş etmişdir, cavabdehin ərizəsinə ca vab olaraq 26.12.2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan ünvanlana 1062 saylı məktuba əsasən X3nun vəfatı ilə 21.04.2015-ci il tarixdə həmin Notariat Kontorunda vərəsəlik işinin açıldığı müəyyən ediliş və vərsələri qismində mərhumun həyat yoldaşı İddiaçı və oğlu X13 müəyyən edilmişdir. Cavabdeh X4 vəfatından xəbərdar olduğu halda formal araşdırma apararaq iddiaçıya başdansovdu məktub ünvanlamışdır. Ona görə də iddiaçının cavabdehə ödəmiş 2600 manat məbləğində pul vəsaitinin ona qaytarılması, Cavabdeh ASC-nin Mərkəzi filialı ilə X7 arasında bağlanmış *********** saylı 17.10.2013-cü il tarixli lüqaviləsinin ləğv edilməsi, mərhumun bank qarşısında olan öhdəliyinə xitam verilməsi və ************-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “Nissan Micra” mark alı avtomobilin bank tərəfindən götürüldüyü günə olan vəziyyəti bərpa edilməklə iddiaçıya təhvil verilməsi barədə qətnaməqəbul edilməsi xahiş olunmuşdur. CavabdehASC İddiaçı və X10 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə bağlanmış 17.10.2013-cü il tarixli *********** saylı kredit müqaviləsinə əsasən hesablanmış 7.98 manat məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 3166.86 manat məbləğində faiz borcu, kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən 96,53 manat məbləğində cərimə borcu olmaqla cəmi 12591,37 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı məhkəmə xərclərinin X3nun qanuni vərəsələri olaraq müəyyən edilmiş İddiaçı və X8 müştərək qaydada tutulmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh ASC kassas iya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3,14.2, 77, 88, 217-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.3, 312.1, 312.3-cü maddələrinin tələblərini pozmuş və ilkin iddia tələbi tam, obyektiv və hərtərəfli araşdırılmadan əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin vəkili X18 şikayətininə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. kassasiya Məhkəmə ko llegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinəəsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apell yasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən “xxxx” ASC ilə iddiaçının 05.01.2015-ci ildə vəfat etmiş həyat yoldaşı X9 arasında *********** saylı, 17.10.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, avtomobil alınması üçün cavabdehə 18% olmaqla 60 ay müddətinə 12812 manat kredit verilmiş, öhdəliyin təminatı olaraq 17.10.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən “Nissan Micra” kuzov ******* saylı, mühərrik ******* saylı, rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. “xxxx” ASC tərəfindən verilmiş arayışla təsdiq olunur ki, X9 vəfat etdikdən sonra banka onun kredit öhdəliyi üzrə 16.01.2015-17.08.2015-ci il tarixlərdə hər ay 326 manat olmaqla cəmi 2608 manat ödəniş edilmişdir. Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən verilmiş 18.09.2015-ci tarixli, 32/2015 saylı, reyestrdə ****** nömrə ilə qeyd edilən qanun üzrə vərəsəli k hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən və 19 saylı notariat kontorunun 26.12.2016-cı il tarixli məktubundan görünür ki, X5 qanun üzrə vərəsələri həyat yoldaşı İddiaçı və oğlu X11r. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən “xxxx” ASC ilə iddiaçının 05.01.2015-ci ildə vəfat etmiş həyat yoldaşı X9 arasında *********** saylı, 17.10.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, avtomobil alınması üçün cavabdehə 18% olmaqla 60 ay müddətinə 12812 manat kredit verilmiş, öhdəliyin təminatı olaraq 17.10.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən “Nissan Micra” kuzov ******** saylı, mühərrik ********* saylı, rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə görə, bu müqavilə üzrə kredit avtomobilin alınması məqsədilə verilmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndinə görə, ipoteka qoyulmuş əmlak/Avtomobil ipoteka qoyanda saxlanılır. İpoteka müqaviləsinin 3.3.3-cü bəndinə görə, ipoteka saxlayan ipoteka predmetini özgəsinin qanunsuz sahibliyindən, o cümlədən ipoteka qoyanın sahibliyindən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269.1 -ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başaqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. - 312.1 -ci maddəsinə görə, ipoteka verən əşyanın real dəyərini qorumağa borcludur. - 312.3-cü maddəsinə görə, əgər ipoteka verənin öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan əşyanın ona verilməsini tələb edə bilər. Bu tələb üzrə qərarı məhkəmə qəbul edir. - 312.4-cü maddəsinə görə, ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlay anların razılığından asılı ola bilməz. - 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Q8 mərhum əri X16 arasında *********** sa ylı, 17.10.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış və R6 60 ay müddətinə 12.812 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank və R6 arasında *********** saylı, 17 oktyabr 2013-cü il tarixli İpoteka müqaviləsi bağlanmış və Avtomobil Bankın xeyrinə ipoeka ilə yüklü edilmişdir. R6 5 yanvar 2015-ci ildə vəfat etmişdir. Vəfat edən tarixə R6 Banka 10.673,54 manat əsas, 144,09 manat faiz borcu olmuşdur. İlk iddiaçı Q8 və oğlu E6 R6 qanun üzrə birinci növbədə vərəsələridirlər və 18 sentyabr 2015ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Q. Kərimova tərəfindən mərhum ərinin vəfatından sonra Banka 2.600 manat pul ödənilmişdir. 16 may 2015-ci il tarixdə Bankın əməkdaşları tərəfindən Avtomobil ******** yerləş ən bağ evindən Bankın ünvanına aparılmış, Avtomobili Bank əməkdaşlarına Ş8 adlı şəxs təhvil vermişdir. 7 avqust 2015-ci il tarixdə Bankın əməkdaşları ilə ilk iddiaçı Q6 arasında başqa bir Avtomobilin təhvil-təslim aktı tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (sədrlik edən A. Hüseynov, hakimlər X. Cəmilova və i. Xəlilov) 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Nərimanov rayon məhkəməsinin qətnaməsi Bank tərəfindən mübahisələndirilən (yəni qarşılıqlı iddinın rədd olunmasına dair) hissədə ləğv olunmuş, Bankın qarşılıqlı iddiası qismən təmin edilməklə cavabdehlər Q8 və E6 Bankın xeyrinə 8.209,63 manat əsas kredit borcu və 20 manat məhkəmə xərci tutulmuşdur. Həmin qətnamə qüvvəyə minmiş və 26 aprel 2018-ci ildə icra vərəqəsi verilmişdir. Bundan başqa, Bakı şəhə ri Pirallahı rayon məhkəməsinin 12 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı cavabdeh Şəmsiyyə Babayevaya qarşı evdən çıxarılma və evə köçürülmə tələbinə dair iddiası təin olunaraq cavabdeh Ş8 Bakı şəhəri, **************************** saylı bağ sahəsindən öz əşyaları ilə birlikdə çıxarılması və iddiamının həmin evə köçürülməsi qət edilmişdir. Qətnamə 5 oktyabr 2016-cı ildə icra edilmişdir. Həmin qətnamə ilə müəyyən edilir ki, Ş8 2009-cu ildə mərhum R6 qeyri-rəsmi ailə qurmuş və ********** bağlar sahəsində yerlşən ****** saylı bağ sahəsindəki evdə yaşamağa başlamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri ilk iddianın avtomobilin qaytarılması hissəsində əsaslı olduğundan, eləcə də birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq no rmaları düzgün tətbiq edilmədiyindən və işin faktiki hallarına düzgün qiymət verilmədiyindən iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və Ali Məhkəmənin 2(103)-7393/18 saylı 23 noyabr 2018-ci il tarixli qərarında şərh edilən məcburi göstərişlər nəzərə alınmaqla avtomobilin qaytarılması hissəsində yeni qətnamə qəbul edilməlidir. X5 mülkiyyətində olmuş ************-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “Nissan Micra” markalı avtomobil miras kütləsinə daxil olan əmlak kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilməsə də iddiaçı və oğlu X13 R6 miras qalmış əmlakın qəbulu barədə notariat orqanına ərizə verməklə Mülki Məcəllənin 1257-ci maddəsinə əsasən miras qoyandan miras qalmış miras kütləsinə daxil ola bilən bütün əmlakı qəbul e tmiş sayılırlar. Bu fakt Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 30.01.2018-ci il tarixli tam qanuni qüvvədə olan və ilk iddianın müqavilənin ləğvi və pulun qaytarılmasına dair hissədə rədd edilməsi üzrə qismən qanuni qüvvədə olan 14 iyun 2018-ci il tarixli qətnamələri ilə də müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın avtomobilin qaytarılmasına dair hissədə rədd etməkdə haqlı olmamışdır.Belə ki, ipoteka saxlayanın ipoteka predmetini ona verilməsini tələb etmək hüququnun yaranması və həyata keçrilməsi qaydası qanunvericiliklə nəzərdə tutulmuşdur. Bunun üçün ipoteka qoyanın ipoteka predmeti ilə bağlı öz vəzifələrini icra etməməlidir. Çünki, ipoteka qoyanın ipoteka predmetinin real dəyərini qo rumaq vəzifəsi vardır. İpoteka müqaviləsinin əsas məqsədi isə kreditorun əsas tələbinin icrasının ipoteka predmeti hesabına təminat altına alınmasıdır. İpoteka predmetinin lazımı qaydada saxlanmaması isə, ipoteka saxlayanın maraqlarına ziddir və ona görə də ipoteka saxlayanın belə bir hüququ tanınmışdır. Lakin ipoteka saxlayanın bu hüququnun həyata keçirilməsi yalnız məhkəmə qaydasında mümkündür. (MM, m. 312.3; "İpoteka haqqında" qanun, m. 26.1.3). İpoteka müqaviləsinin 3.3.3-cü bəndi məhz qeyd edilən maddi hüquq normalarının tələbləri çərçivəsində anlaşılmalıdır. Bankın ipoteka predmetini tələb etmək hüququnun yaranması üçün əsas müəyyən edilmədiyindən, avtomobilin də məhkəmə qərarı olmadan bank tərəfindən götürülməsi qanunsuz olmuşdur. Buna görə də, bankın avtombil üzərində sahibliyi hər hansı qanuni əsasa söykənmir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iş üzrə, qətnamə qismən, ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməli, ilk iddia qismən yəni ************-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “Nissan Micra” markalı avtomobilin bank tərəfindən götürüldüyü günə olan vəziyyəti bərpa edilməklə iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanu ni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4982/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4982/2019
11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver