Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4983/2019 25.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdeh vəkili Əhmədov Orxan Ələkbər oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(004)7093/2018 saylı qətnaməsi ilə (hakim A.Məmmədov) ləğv prosesində olan İddiaçı “Açıq Səhmdar Cəmiyy ətinin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş; 30.11.2012-ci il tarixli 189/3 saylı müqavilə üzrə əsas borca görə 400000 manat, faiz borcuna görə 13511,13 manat olmaqla, cəmi 413511,13 manat pulun, 25.12.2012-ci il tarixli, 332 saylı müqavilə üzrə 2090 manat əsas borc olmaqla, hər iki müqavilə üzrə cəmi 415601,13 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş; iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(103)-1920/2019 saylı qətnaməsi ilə (hakimlər: A.Hüseynov, A.İmanov və V.Sadıqov) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(004)-7093/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdiri lmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(103)-1920/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2012-ci il tarixli 189/3 saylı kredit müqaviləsi üzrə Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 400.000 AZN əsas borc, 51.733,39 manat faiz borcu, 5.155,55 manat dəbbə pulu, cəmi 456.888,94 manatın, 25 dekabr 2012-ci il tarixli 332 saylı kredit müqaviləsi üzrə 2 090 manat əsas borc, 1.160,70 manat faiz borcu, cəmi 3.250,70 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(103)-1920/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh vəkili Əhmədov Orxan Ələkbər oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 30.11.201 2-ci il tarixli, 189/3 saylı kredit müqaviləsinə əsasən, Bank borcalana illik 8 faiz dərəcəsi ilə 24 ay müddətinə 400000 manat; 25.12.2012-ci il tarixli, 332 saylı kredit müqaviləsi üzrə illik 18 faiz dərəcəsi ilə 12 ay müddətinə 2090 manat kredit vermiş, cavabdeh krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. 28.11.2014-cü il və 30.11.2015-ci il tarixlərdə tərəflər arasında 189/3 saylı kredit müqaviləsinə əlavə bağlanmış, müqavilə müddəti 12 ay müddətinə, yəni 30.11.2016-cı il tarixədək uzadılmışdır. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 189/3 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 30.11.2016-cı il tarixə Banka 400000 manat əsas, 13511,13 manat faiz, illik 5% dərəcəsi ilə 35666,66 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 449177,79 manat bo rcu; 332 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 25.12.2013-cü il tarixə Banka 2090 manat əsas və illik 5 %lə 497,25 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 2587,25 manat borcu vardır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 467-ci maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, müqavilələrin bitdiyi tarixə yaranmış əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri iş materialları və qanunv ericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bankdan qeyd olunan məbləğdə kredit götürdüyünü mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim etməmiş, səbəbi barədə məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən yalnız yaranmış əsas və pulun verilmə müddətinin bitdiyi tarixədək hesablanmış faiz borcunu tutmuşdur. Faiz borcunun təmin olunmuş hissəsi əsas borca mütənasibdir və işdə olan maliyyə sənədləri ilə təsdiq olunur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kas sasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4983/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4983/2019
25.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver