Məhkəmə qərarları › İş №2(102)-4984/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4984/2019

25.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4984/2019 25.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun iştirakı ilə, cavabdeh x2nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-692/18 saylı, 05 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia tələbi qismən təmin edilərək, x2ndan 10.300 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərb aycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq x1na ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2(103)-11755/2018 saylı qətnaməsi ilə (hakimlər: T.Səmədov, İ.Şirinov və E.Kazımov) Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-692/18 saylı, 05 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2(103)-11755/2018 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı borcun tutulması barədə ərizə ilə Səbail rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə cəmi 10300 AB Ş dolları borc pulun ödəniş günü manata məzənnə ilə manatla, 3000 manat mənəvi ziyana görə vurulmuş zərər və tərəfindən ödənilmiş 30 manat manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh x2 ilə yaxın rəfiqə olmuşlar, onunla əvvəllər yaxşı münasibətləri, eyni zamanda bir-birilərinə etimad və etibarları olmuşdur. 2014-cü ilin sentyabr ayında yaxın rəfiqəsi x2 şəxsi problemləri ilə bağlı pul lazım idi. O vaxt x2 maddi durumu çox ağır vəziyyətdə idi. Bu səbəbdən ona kömək məqsədilə öz yaxın ətrafından yaxın rəfiqəsi, hazırki iş üzrə cavabdeh x2 borca pul alaraq təqdim etmişdir. Ona etibarı sonsuz idi. Eyni zamanda cavabdeh həmin məbləği ona bir neçə ay ərzində qaytarmağı söz vermişdir. B eləliklə, tərəfindən 02.09.2014-cü ildə 9000 ABŞ dolları, 10.09.2014-cü ildə isə 1300 ABŞ dolları olmaqla, ümumilikdə 10300 ABŞ dolları cavabdeh x2 borc pul verilmişdir. Cavabdeh x2 isə həmin məbləğdə olan pulu ondan almasını anası x3 və bacısı x4 iştirakı ilə və onların öz əl yazması və imzaları ilə təsdiq edilmiş iltizam ilə təsdiq etmişlər. Bundan sonra cavabdeh vədinə əməl etməmiş nə ona şifahi olaraq söz verdiyi qaydada bir neçə aya, nə də ki, iltizamda üzərinə götürdüyü öhdəlik kimi bir il müddətinə həmin borcu qaytarmamışdır. Bu barədə ona dəfələrlə müraciətlər etmişdir, lakin nəticədə cavabdeh onu aldadaraq borcu qaytarmaqdan boyun qaçırmış, bu azmış kimi hər müraciətində onu təhqir edərək alçaltmışdır. Bu səbəbdən tərəfindən Nərimanov RPİ 18-ci PB-nə şikayət ərizəsi yazmışdır. H əmin vaxtda araşdırma aparılmış, cavabdeh x2 polisə verdiyi izahatında da ondan borc pul aldığını etiraf etmiş və həmin borcu 2017-ci ilin sentyabr ayından qaytaracağını söz vermişdir. Bu səbəbdən 11.04.2017-ci il tarixli qərarla onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin bu dəfə də cavabdeh öz vədinə əməl etməmiş, onu yəni ümid verərək aldatmışdır. Nəticədə o da borc aldığı tələbkarlar qarşısında ağır vəziyyətə düşmüş, həmin pulun qaytarılması üçün öz əşyalarını belə satışa çıxarmışdır. Belə bir vəziyyət isə ona daimi mənəvi iztirab və sarsıntılar keçirmiş, bu səbəbdən cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Belə ki, cavabdeh qeyd etdiyi əməlləri ilə onu daim əsəb və stresdə saxlamışdır. Bundan başqa cavabdeh borc məbləğini özündə saxlamaqla, eləcədə, onu illərlə aldatmaqla, hansı ki, yuxarıda qeyd etdiyi kimi hər dəfə borcun qaytarılması ilə bağlı etdiyi müraciətlərdə onu təhqir etməkdən belə çəkinməmiş, onu polisə verməklə hədələmiş, nəticədə dərin əsəb sarsıntısı daha da artmışdır. Bütün bunlar da onun şüurunda müəyyən mənfi psixi reaksiyalara səbəb olmuşdur. Onun yuxarıda qeyd edilən formada mənəvi ziyan keçirməyinin birbaşa səbəbkarı heç bir qanuni və hüquqi əsas olmadan onu aldadan, pulunu alan, lakin öhdəliyini yerinə yetirməyən, sonradan isə aldığı pulu belə geri qaytarmayan cavabdeh x4. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018ci il tarixli, 2(103)-11755/2018 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə k ollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan cavabdeh x2 tərəfindən onun anası x3 və bacısı x4 iştirakı ilə tərtib olunub, onlar tətərfindən imzalanmış qəbzdən görünür ki, cavabdeh x2 iddiaçı x1 02.09.2014-cü il tarixdə 9000 ABŞ dolları borc götürmüşdür və həmin məbləğin bir il müddətinə qaytarılmasını təsdiq edirlər. 10.09.2014-cü il tarixdə x2 1300 ABŞ dolları əlavə götürmüşdür. İş materiallarında olan Nərimanov RPİ-nin 18-ci PB-nin təhqiqatçısı x5 11 aprel 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı x2 izahat verərək bildirmişdir ki, o, maddi çətinliyi ilə əlaqədar yaxın rəfiqəsi x1ndan 2014-cü ilin sentyabr ayında 10.000 ABŞ dolları borca pul almışdı r, bu günə kimi 7 ay ərzində hər ay 540 manat həmin pulun faizini ödəmişdir. Lakin daha sonra maddi çətinliyi ilə əlaqədar aldığı borcun faizini ödəyə bilməmişdir. Son olaraq o, 2017-ci ilin sentyabr ayından x1 aldığı borcu ödəməyə başlayacağını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da i stifadə edilə bilər. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. İş materiallarından görünür ki, cavabdeh x2 tərəfindən onun anası və bacısı nın iştirakı ilə tərtib x1ndan 02.09.2014-cü il tarixdə 9000 ABŞ dolları borc götürmüşdür və həmin məbləğin bir il müddətinə qaytarılmasına söz vermişdir. 10.09.2014-cü il tarixdə cavabdeh əlavə olaraq 1300 ABŞ dolları borc götürmüşdür. Lakin cavabdeh x2 iddiaçı x1 alınan pulu müqavilə (qəbzlə) ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh x2 borc müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyind ən, iddia tələbi qismən əsaslı olduğundan, iddianı yuxarıda göstərilən qaydada qismən - 10300 ABŞ dolları məbləğində pul vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MMP-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərar a aldı: x2nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar