Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4988/2020 02.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı iş (Açar sözlər: sayğacdan kənar təbii qazdan istifadəyə görə zərər, aktın qəbuluna əsas olan halları sübut etmək vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlununkatibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2790/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı və ya Birlik) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ə.XXX 1A ünvanda yerləşən fərdi yaşayış evinin (bundan sonra – fərdi yaşayış evi) təbii qazla təchiz edilməsinə dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin ünvana Birliyin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********02190 nömrəli abonent kodu verilmiş və qaz sayğacı quraşdırılmışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları barədə aktlar tərtib e dilmiş, foto çəkilişlər aparılmışdır. Cavabdehin abunə hesabına xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 310,40 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 238,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 398 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 218,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 265,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 409,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1011 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 587,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 237 manat - cəmi 3675,80 manat ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək,təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4522,3 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 4552,3 manat pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qazın alqı-satqısı barədə müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçının işçiləri tərəfindən bu faktlar aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən tərtib edilmiş aktları cavabdeh imzalamaqdan imtina etmişdir. İstehlakçının qaz təchizatının qanu nvericlikdə nəzərdə tutulmuş qaydada dəfələrlə dayandırılmasına baxmayaraq, o, təbii qazın talanmasına yönələn qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən etiraf edilməsinə dair ərizə verməklə, izahatında bildirmişdir ki, onun tərəfindən yalnız bir dəfə 2016-cı ilin oktyabr ayında sayğacdan kənar qaz xəttinə qoşulma olmuşdur. Ona görə də xx.xx.2016-cı il tarixdə tərtib olunmuş ******* saylı akta dair etirazı yoxdur və onun əsasında hesablanmış 310.4 manat məbləğində borcun ondan tutulmasına etiraz etmir. Lakin həmin vaxt sayğacdan kənar çəkdiyi xətt aşkar olunduqdan sonra o, təbii qazdan qeyri-qanuni üsulla istifadə etməmişdir. İş materiallarında olan digər aktlara etiraz edir. Belə ki, həmin aktlar formal olaraq tərtib edilmiş və həmin aktlar a əlavə edilmiş ağaclıqda çəkilmiş fotoşəkildən başqa fotoşəkillər onun yaşadığı ünvanın fotoşəkli deyildir. İş üzrə şahid qismində dinirilmiş X3 ifadəsində bildirmişdir ki, cavabdehin yaşadığı və sayğacdan kənar təbii qazdan istifadə edilməsinə dair aktların tərtib edilmiş ünvana onlar tərəfindən yenidən baxış keçirilmişdir. Baxış zamanı cavabdehin ünvanında sayğacdan kənar qeyri-qanuni xətt aşkar edilməmişdir. Hazırda isə uzun müddət keçdiyindən cavabdehin ünvanına dair tərtib edilmiş aktlara əlavə edilmiş fotoşəkillərin cavabdehin yaşadığı ünvanla eyni olmasını demək mümkün deyildir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-1763/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə) iddia qismən təmin edilm iş, cavabdehdən təbii qazdan qeyriqanuni istifadəyə görə xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında hesablanmış 310,4 manat və 15 manat dövlət rüsumu olmaqla, cəmi 325,4 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfin xx.xx.2016-cı il tarixli ******* saylı aktla 3104 kub metr istehlak olunmuş qaza görə 310.40 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabadeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmı şdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən akt istisna olmaqla digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçının nümayəndəsi və eləcə də onlar tərəfindən aktın tərtib edilməsində iştirak etmiş və şahid qismində dindirilmiş XXX XXX də cavabdehin ünvanına dair tərtib edilmiş aktlara əlavə edilmiş fotoşəkillərin cavabdehin yaşadığı ünvanla eyni olmasının təsdiq edilməsinin mümkün olmamasını bildirmişlər. Məhkəmə hesab etmişdir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqi q olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları (məhkəmə iclasında şahid qismində dəvət olunmuş şəxsin vermiş olduğu ifadəsi də nəzərə alınmaqla) məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktların doğruluğunu (həmin ünvana məxsusluğunu) sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşdüyü halda sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Eyni zamanda iddiaçı tərəfin özünün də, iddiasında qeyd etdiyi “2010-2016-cı illərə dair sənədi tapılmayan dövr” üçün tələb edilən 846.50 manata münasibətdə məhkəmə hesab etmişdir ki, həmin hissədə də, iddia əsassız olmaqla təmin edilə bi lməz. Belə ki, sübutetmə yükü iddiaçıda olmaqla onun tərəfindən tələb edilən məbləğdə borcun yaranmasına dair əsas olan sənədlərin onlarda mövcud olmamağı iddiada qeyd edilmiş, o cümlədən məhkəmə iclasında da iddiaçının nümayəndəsi tərəfindən hər hansı bir sübut təqdim edilə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-2790/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Xəlilov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlillər i, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrəəsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətinə görə, məhkəməBirlik tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmiş, onları araşdırmamışdır. Təbii qazdan qanunsuz istifadəni sübut edən aktlar, çəkilmiş fotoşəkillər mövcuddur və cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi faktı özü-özlüyündə iddianın tam təmin olunması üçü n əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qan unun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində yoxlanıldığından və kassasiya şikayəti iddiaçı tərəfindən verildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Mülki iş ə tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqav iləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin daya ndırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). MPM Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (maddə 77.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddaçı təbii qaz satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb iddiaçının tərtib etdiyi aktlar əsasında zərər qismində hesablanmış pulun tutulması ilə bağlıdır. MPMin 77.2-ci maddəsinə əsasən həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Məhkəmələr iddiaçının əməkdaşları tərəfindən birtərəfli qaydada abonentin iştirakı olmadan tərtib edilmiş və surəti iddiaçıya təqdim olunmamış həmin aktları mötəbər sübut hesab etməyərək belə qənaətə gəlmişlər ki, iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - iddianın tə min olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2790/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4988/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4988/2020
02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver