Məhkəmə qərarları › İş №2(102)-499/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-499/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-499/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması və əqdin etibarsızlığı tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3523/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən, Cavabdeh 38.000 ABŞ dolları məbləğində pulu borc pul vermiş, sonuncu isə ayda 1.000 ABŞ dolları olmaqla, xx.xx.2018-ci il tarixədək borcu tam qaytarmağı öhdəsinə götürmüşdür.

2. İlkin iddia üzrə iddiaçı Əliyev, borcun tam olaraq və vaxtında qaytarılmadığını bildirərək qalıq 15.000 ABŞ dolları məbləğində pulun Cavabdeh onun xeyrinə tutulmasını xahiş edir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə bildirir ki, cavabdeh Əliyevdən ev almış, evin dəyərindən borclu qaldığı pul vəsaitini həmin kredit müqaviləsi ilə rəsmiləşdirmişlər. 38.000 ABŞ dollarını artıqlaması ilə Əliyevə qaytarmışdır. Beləliklə, sözügedən notarial müqavilə uydurma əqd kimi etibarsızdır. İş üzrə qəbul e dilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İlkin iddiaçı, tələbini belə əsaslandırmışdır ki, artıq müqavilənin müddətinin bitməsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Belə ki, sonuncu dəfə Cavabdeh 2018-ci ilin mart ayında 1000 ABŞ dolları məbləğində pul ödəmiş, bununla da qalıq borc 15.000 ABŞ dolları olmuşdur.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçılə ilə aralarında formal olaraq bağlanmış (başqa bir əqdi pərdələmək məqsədi ilə) xx.xx.2015-ci il tarixli uydurma, yalan kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddiaçı, tələbini belə əsaslandırmışdır ki, cavabdeh İddiaçı məxsus evin onun tərəfindən alınması ilə bağlı razılığa gəlmişlər. Evin 76.000 manata satıldığı müəyyən olunmuşdur. Əlində cəmi 35.000 ABŞ dolları pulunun olduğunu, qalan pulu aylara bölməklə hissə-hissə ödəyəcəyini bildirmiş və evin qiymətini 62.000 manata razılaşmışlar. 2014-cü ilin noyabr ayında evin ilkin ödənişi kimi İddiaçı 35.000 ABŞ dolları məbləğində pul ödəyərək həmin evi almış və tərəflər hər ay 780 manatın kursuna uyğun olaraq ona 1000 ABŞ dolları pul ödəmək barədə şərtləşmişlər. 2015-ci ilin yanvar ayında İddiaçı onunla görüşərək evin ödənməmiş qalan pulu ilə bağlı kredit müqaviləsi bağlamağı təklif etmiş, buna ehtiyac olmadığını qalan pulu razılaşdırılmış qaydada ödəyəcəyini bildirsə də, İddiaçı kredit müqaviləsi bağlamaq üçün təkid etdiyindən onlar xx.xx.2015-ci il tarixdə 43 saylı notariat kontorunda 30.200 manat ödənməmiş pulun ABŞ dolları kursuna olan nisbətdə 38.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsi bağladıqdan sonra o, bir neçə ay evin ödənməmiş qalan pulunu ABŞ dolları ilə ödəsə də, sonradan devalvasiya ilə bağlı pulu hər ay min manat olmaqla (manatla) ödəmişdir. İddiaçı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi evin ödənməmiş qalan puluna görə bağlanılmış müqavilə olmuşdur. Həmin müqavilə bağlanarkən və ondan sonra İddiaçı ona borca pul verməmişdir. İddiaçı ilə elə bir ya xın münasibəti olmadığından, ona 38.000 ABŞ dolları təmənnasız olaraq borca pul verməmişdir. O, 2015-ci ilin yanvar ayının 7-dən sonra bu günə kimi İddiaçı 3300 ABŞ dolları və 38.900 manat pul ödəmiş və evin ödənməmiş qalan pulunu tam olaraq ödəyib qurtarmışdır, onun İddiaçı borcu qalmamışdır.

8. İddiaçı isə bildirmişdir ki, həqiqətən də Cavabdeh qeyri-rəsmi şəkildə ev satmışdır. Evin qiymətini 76.000 ABŞ dollarına razılaşdırmışlar, məbləğdən 35.000 ABŞ dolları ona ödənilmiş, 41.000 ABŞ dollarını isə Cavabdeh hissə-hissə ödəməli idi. Həmin puldan 2000 ABŞ dolları ödənilməmiş qalmışdır ki, o da bununla bağlı Binəqədi məhkəməsində ayrıca iddia qaldırmış, lakin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Notarial qaydada bağladıqları xx.xx.2015 tarixli borc müqaviləsinin evin satılmasına görə qalıq qalan borca heç bir aidiyyəti yoxdur. Evin alqı-satqısı ilə bağlı münasibətləri yarandığı üçün Cavabdeh borc vermişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim G.Abbasova) xx xxxxxx 2019-cu il tarixli, 2(001)-7106/2019 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh 15.000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ilkin iddia tələbi məhkəmədə tam sübuta yetirilmişdir. Cavabdeh isə istinad etdiyi dəlilləri sübuta yetirə bilməmiş, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də qarşıl ıqlı iddia əsaslı deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) xx xxxx 2020-ci il tarixli, 2(103)-3523/20 nömrəli qətnaməsi ilə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7106/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməsi (Cavabdeh 15.000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi) hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı pul tələbi təmin olunm amış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 2014-cü il tarixdə cavabdehə ev satmış, həmin evin satılmasına görə pul məbləğinin bir hissəsi ödənilmiş, qalanının hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Belə olan halda, evin satılmasına görə Cavabdeh İddiaçı pul borcu ola-ola İddiaçı qısa müddət ərzində yenidən Cavabdeh eyni məbləğdə - 38000 ABŞ dolları borc pul verməsi ağlabatan deyildir və kifayət qədər inandırıcı görünmür. Kredit müqaviləsinin evin satılmasından qalmış borcun cavabdeh tərəfindən etiraf edilməsi və qaytarılması üçün bağlanmış müqavilə olması aşkardır. Bununla belə, müqavilənin etibarsızlığı müəyyən olunmur. Ancaq, yuxarıda da qeyd olunduğu kimi, kredit müqaviləsi ilə borc verilib-alınması yox, mövcud olan borcun etirafı və qaytarılması qaydası müəyyən olunmuşdur ki, bu da qanunvericiliyə zidd deyil. İddiaçı izahatından isə aydın olur ki, evin pulundan Cavabdeh cəmi 2.000 ABŞ dolları məbləğində borcu qalmışdır ki, həmin pulun qaytarılması ilə bağlı da o, müstəqil iddia qaldırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və apellyasiya şikayətinə etirazda da qeyd etdi kimi onunla Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 38.000 ABŞ dolları mə bləğində pul borca verilmişdir. Cavabdeh ayda 1000 ABŞ dolları olmaqla xx.xx.2018-ci il tarixinədək tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh hər ay hissə-hissə borcun ödənilməsini təmin etmiş, yekunda 15.000 ABŞ dollar borcu qalmışdır. İddiaçı Binəqədi rayonu, Xocasən qəsəbəsi Motodrom deyilən ərazidə 3 otaqlı həyət evini isə xx.xx.2014-cü il tarixdə Cavabdeh satmışdır. Aralarında olan razılaşmaya əsasən evin qiyməti 76.000 ABŞ dolları olmuşdur. Həmin pulun 35.000 ABŞ dolları məbləğində olan hissəsi Cavabdeh tərəfindən İddiaçı xx.xx.2014-cü il tarixdə ödənilmiş, yerdə qalan 41.000 ABŞ dolları məbləğində olan hissəsi isə hər ay 1000 ABŞ dolları olmaqla hissə-hissə ödənilməli idi. Hər ay da Cavabdeh həmin məbləği İddiaçı ödəmiş və yekunda evin pulundan İddiaçı 2000 ABŞ dolları mə bləğində borcu qalmışdır. Həmin tələblə əlaqədar isə sonuncu Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş isə hazırda baxılmamış saxlanılmışdır. Hətta sonradan xatırlamışdır ki, evə görə qalıq borc 6000 ABŞ dollarıdır, gələcəkdə həmin tələb artırılacaqdır. Kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı götürdüyü 38.000 ABŞ dolları məbləğində pulun evin satılmasına görə yaranmış borc məbləğinə heç bir aidiyyəti yoxdur. Evi satdıqdan sonra Cavabdehlə o qədər yaxın dostluq münasibəti yaranmış, sonuncu ondan borc pul istəmişdir. O da inanaraq notariusda 38.000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının ye ri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə mü qavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

19. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

20. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf ed ilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

21. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

24. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan iş in halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 259.0.4. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sö zlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəm əyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Baxılan işin faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə notarial qaydada borc müqaviləsi bağlanmışdır.

32. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1- ci maddəsi nəzərdən keçirilə bilər (§ 17).

33. Normanın məzmunundan göründüyü kimi, borc müqaviləsi üzrə münasibətlərin tərəfləri borc verən və borc alandır. Borc müqaviləsinə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Sadə yazılı və ya notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə istinad edən kreditor, borc verdiyini sübutetmə yükündən azad olur, buna müvafiq olaraq borcu qismən və ya tam ödədiyini iddia edən borclu, borcunu qaytardığını sübuta yetirmək yükünü daşıyır.

34. Hazırkı işdə Cavabdeh notarial kredit müqaviləsi ilə İddiaçı 38.000 manat borc aldığı rəsmiləşdiyi üçün həmin borcun qaytarılmasını sübut etmək vəzifəsi Cavabdeh aiddir. İddiaçı ödənilməmiş 15.0 00 ABŞ dolları borcun qaldığını bildirdiyi üçün Cavabdeh həmin məbləği ödədiyini sübuta yetirməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsində göstərilən məbləğ əslində Cavabdeh İddiaçı aldığı evin qalıq borcunun etirafına dair bağlanmış əqddir. Başqa sözlə, apellyasiya məhkəməsi həmin əqdi borcun etirafı haqqında müqavilə kimi təfsir etmiş və evin borcunun əhəmiyyətli hissəsinin ödənilməsinə dair İddiaçı etirafını, qalıq borc məbləği ilə bağlı ayrı məhkəmə iddiasını nəzərə alaraq ilkin iddia tələbini rədd etmişdir (§ 12).

36. Kollegiya ümumi mənada o fikirlə razılaşır ki, mövcud borc tərəflər arasında kredit müqaviləsi bağlanmaqla rəsmiləşdirilsə belə, münasibətin həqiqi xarakterinə görə bu müqavilənin təfsir edilərək borcun etirafı kimi qəbul olunmas ı mümkündür. Çünki müqavilə təfsir edilərkən təkcə söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, o cümlədən müqaviləyə qədərki danışıqların və hərkətlərin nəzərə alınmalı olduğu qanunda göstərilmişdir (§ 18-19).

37. Bununla belə, məhkmə kollegiyası bildirir ki, hazırkı iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticənin doğru sayılması üçün sübutetmə yükünün düzgün müəyyən edilməsi və ilkin iddia tələbinin rədd edilməsi üçün cavabdehin təqdim etdiyi sübutların mötəbər və kifayətedici olması vacibdir.

38. Hazırkı işdə İddiaçı, 15.000 ABŞ dolları məbləğində tələb hüququnun olmasını notarial müqaviləyə istinad etməklə sübuta yetirmiş sayılır. O, Cavabdehlə aralarında evin alqısatqısına dair borc münasibətinin olmasını etiraf etsə də, bu münasibət in kredit müqaviləsi üzrə borca aidiyyətinin olmadığını bildirir. Mövcud vəziyyətdə kredit müqaviləsinin evin borcu ilə bağlı olmadığını sübuta yetirmək vəzifəsi İddiaçı üzərinə qoyula bilməz. Əksinə, kredit müqavilənin əslində evin alınmasına görə qalan borcun etirafı məqsədilə bağlandığını və borcun ödənildiyini Cavabdeh iddia etdiyi üçün bu halları sübuta yetirmək yükü onun üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 22).

39. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, in cumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

40. Cavabdeh bildirdiyi hallarla bağlı sübut kimi şahid ifadələrinə istinad etmişdir. Belə olan halda, mübahisəli məqamlara dair Cavabdeh təqdim etdiyi sübutların mötəbərliliyi, aidedilənliyi, o cümlədən kredit müqaviləsinin əslində evin alınmasına görə qalıq borcun etirafı olması nəticəsinə gəlmək üçün şahid ifadələrinin kifayət edib-etməməsi prosessual qanunvericiliyin tələbləri baxımından qiymətləndirilməlidır (§ 23-25).

41. Nəzərə alınmalıdır ki, hətta toplanmış sübutlarla kredit müqaviləsinin evin alqı-satqı borcunun etirafına dair əqd (§ 20-21) olması nəticəsinə gəlinsə belə, bu hal ilkin iddia tələbinin tamamilə rədd edilməsi üçün əsas ola bilməz.

42. Ona görə ki, sözügedən borcun tam ödənilmədiyi işin mübahisəsiz halıdır. Belə olan halda, ödənilməmiş borcun məbləği müəyyən edilməklə ilkin iddia tələbinə hüquqi qiymət verilməlidir. Hazırkı iş üzrə ilkin iddia, həmin qalıq borcun tələb edilməsinə dair başqa məhkəmənin icraatda olan işlə bağlı rədd edilsə də, Kollegiya bu yanaşma ilə razılaşmır.

43. Ona görə ki, əvvəla, eyni iddianın başqa məhkəmənin icraatında olmasını və tələbə baxılmasını təsdiqləyən mötəbər sübutlar nəinki işə əlavə olunmamış, əksinə ilkin iddiaçı ərizəsinin baxılmamış saxlanıldığını bildirmişdir. Belə olan halda, bu iş üzrə tələbə baxılmaqla müvafiq qərar çıxarılmalıdır.

44. İkincisi, hətta ey ni tələb başqa məhkəmənin icraatındadırsa, bu hal iddianın rədd edilməsi üçün yox, MPM-nin 259.0.4-cü maddəsinə görə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır (§ 26).

45. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, ilkin iddia tələbinin rədd edilməsi göstərilən prosessual hüquq normalarına uyğun olmamış və bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.

46. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla yenidən araşdırma aparılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edils in. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3523/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar