Məhkəmə qərarları › İş №2(102)-4990/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4990/2018

16.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4990/2018 16.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4990/2018 16 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ə qarşı “kredit borcunun qaytarılması” ilk iddia; Cavabdeh1 "xxxx" ASC-yə qarşı “kredit və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, borc öhdəliyinin icrasının mümkün olmaması, icra edilməmənin tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldiyindən ləğvi və xitamı” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.02.2018-ci il tarixli 2(104)-432/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ərizə ilə 06.01.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.02.2015-ci il tarixli 170215/194610 nömrəli kredit müqaviləsi və həmin müqavilə ilə bağlı 17.02.2015-ci il tarixli 170215/194610/1 və 17.02.2015-ci il tarixli 170215/194610/2 nömrəli zaminlik müqavilələrinə əsasən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2.567 ABŞ dolları əsas borc, 851 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə olmaqla, cəmi 3.438 ABŞ dolları məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin (hakim N.Paşayev) 06.01.2017-ci il tarixli 2(076)672/2017 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmiş, borclu Cavabdeh1 məhkəmə əmrinə qarşı etiraz ərizəsi vermiş, Şəmkir rayon Məhkəməsinin (hakim N.Paşayev) 30.01.2017-ci il tarixli 2(076)-672/2017 nömrəli qərardadı ilə etiraz ərizəsi təmin edilmiş, iş üzrə Şəmkir rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli 2(076)-672/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. Cavabdeh1 "xxxx" ASC-yə qarşı “kredit və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, borc öhdəliyinin icrasının mümkün olmama sı, icra edilməmənin tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldiyindən ləğvi və xitamı” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 02.03.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.02.2015-ci il tarixli 170215/194610 nömrəli kredit müqaviləsinin, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 170215/194610/1 nömrəli zaminlik müqaviləsinin və "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 170215/194610/2 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab olunması, borc öhdəliyinin icrasının mümkün olmaması, icra edilməmənin tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldiyindən ləğv və xitam edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxar ılmasını xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin (hakim N.Paşayev) 06.07.2017-ci il tarixli 2(076)672/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ilk iddiası təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.02.2015-ci il tarixli 170215/194610 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2.567 ABŞ dolları əsas kredit borcu, 851 ABŞ dolları faiz və 20 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 3.438 ABŞ dolları pulun ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20 man at pulun alınıb iddiaçı "xxxx" ASCyə, 10 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmiş, Cavabdeh1 "xxxx" ASC-yə qarşı “kredit və zaminlik müqavilələrinin etibarsız hesab olunması, borc öhdəliyinin icrasının mümkün olmaması, icra edilməmənin tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldiyi səbəbindən ləğvi və xitamı” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məmmədov, Ş.Əliyeva, R.Muradov) 16.02.2018-ci il tarixli 2(104)-432/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəmkir rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli 2(076)-672/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 mana t məbləğində pulun Cavabdeh1 tutulub müvafiq hesaba keçirilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.02.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, kredit borcunun ödənilməməsinin əsası və həmin borcun iddiaçı tərəfindən süni şəkildə şişirdilməsi iddiaçının təqsiri ucbatından baş vermişdir. Götürülmüş kredit dövriyyə vəsaitinin inkişafına xərclənmiş və onun iradəsindən asılı olmayan səbəbdən bazarda iqtisadi böhran baş vermişdir. İş materiallarına əlavə olunmuş pretenziya məktubundan görünür ki, 2016-cı il tarixdə Cavabdeh1 iddiaçı tərəfindən edilmiş pretenziyadan bir il sonra iddiaçı məhkəməyə müraci ət etmişdir. İş materiallarında olan sənədlərdən hesablanmış faizin hansı tarixə hesablanması, həmin faizin müqavilə müddətindən sonrakı tarixə hesablanması, faizlə birlikdə maddi zərər hesablanması, o cümlədən həmin faizin müqavilənin qüvvədə olma müddətinə, yoxsa ondan sonra hesaba alınması müəyyən deyil və bu barədə iş materiallarında heç bir sübut yoxdur. Borclu olaraq Cavabdeh1 iradəsindən asılı olmayan səbəbdən bazarda yaranmış uğursuzluq barədə iddiaçıya bildirsə də, iddiaçı tərəfindən ona kreditin ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Müqavilə üzrə bir tərəf digər tərəfi ağır vəziyyətə salan şərt daxil edərək, özü istədiyi kimi rəftar etməməli, bu üsulla öz maraqlarına qulluq etməməlidir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfl i araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.02.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosessual məsələlər: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi, Cavabdeh1 və vəkili Vəkil, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 16.02.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətini təmin etməyib, iş üzrə Şəmkir rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh1 tutulub müvafiq hesaba keçirilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.02.2015-ci il tarixli 170215/194610 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 25 % olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 5.100 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 17.02.2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.02.2015-ci il tarixli 170215/194610 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün "xxxx" ASC qarşısında öhdəlik götürmüşlər. Kassa məxaric orderindən görünür ki, 17.02.2015-ci il tarixdə Cavabdeh1 5.100 ABŞ dolları məbləğində pul verilm iş, cavabdeh kredit məbləğini aldığını imzasıyla təsdiq etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borcl u) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki M əcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclu Cavabdeh1 "xxxx" ASC-y ə borcu yaranmışdır. Bu səbəbdən, zaminlər Cavabdeh2 və Cavabdeh3 həmin borcun ödənilməsi üçün borclu Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutu lması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maliyyə arayışından görünür ki, Cavabdeh1 21.10.2016-cı il tarixədək "xxxx" ASCyə 2.567 ABŞ dolları əsas kredit borcu, 851 ABŞ dolları faiz, 20 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 3.438 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.01.2018-ci il tarixli 32543/REV-01 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 17.02.2015-ci il tarixli 170215/194610 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 "xxxx" ASC-yə olan əsas kredit borcu 2.567,69 ABŞ dolları, faiz isə 998,55 ABŞ dolları olmaqla, cəmi borc 3.566,24 ABŞ dolları təşkil edir. Göründüyü kimi, kredit borcunun artıq hesablandığı ilə bağlı cavabdehin kassasiya şikayətində göstərdiyi dəlil əsassızdır. Cavabdehin kassasiya şikayətində qeyd olunan digər dəlillərlə bağlı kassasiya kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 bankla kredit müqaviləsi bağlayarkən, krediti ABŞ dolları valyutasında götürmüş və bu zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, həmçinin ABŞ dolları valyutasında götürmüş kreditin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmış, kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Bu səbəbdən, cavabdehin qeyd etdiyi dəlillər əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xar ici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya i nstansiyası məhkəməsi ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin faktar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsa sən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1in kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.02.2018-ci il tarixli 2(104)-432/2018 nömrəli qətnaməsi - Cavabdeh1münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar