Məhkəmə qərarları › İş №2(102)-4990/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4990/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4990/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İdrisov X7, Cavabdeh5, Cavabdeh6, X3, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka qoyanın ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəki li xxxr oğlunun, Cavabdeh1 və vəkili xxx oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)322/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 13 fevral 2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 60 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqavilə və kredit razılaşması əsasında ona istənilən məbləğin 13 fevral 2011-ci il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulmuşdur. 25 iyun 2010-cu il tarixli, 74 saylı sazişlə kredit xətti müqaviləsi ilə müəyyən olunmuş şərtlər əsasında his sələrlə verilən kreditin məbləği 500000 ABŞ dolları, müddəti 172 ay müəyyən edilmişdir. Həmin kredit xətti müqaviləsinin çərçivəsində 08 aprel 2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,5% olmaqla 36 ay müddətinə 50000 ABŞ dolları kredit verilmişdir. 19 yanvar 2016-cı il tarixli, 17R000002969S saylı, 05 avqust 2016-cı il tarixli, 17R000002969SA saylı, 21 dekabr 2016-cı il tarixli, 17R000002969SB saylı sazişlərlə 08 aprel 2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Bundan əlavə kredit xətti müqaviləsi üzrə 22 noyabr 2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,5% olmaqla 36 ay müddətinə 6 8000 ABŞ dolları kredit verilmişdir. 19 yanvar 2016-cı il tarixli, 17R000005071S saylı, 05 avqust 2016-cı il tarixli, 17R000005071SA saylı, 21 dekabr 2016-cı il tarixli, 17R000005071SB saylı sazişlərlə 22 noyabr 2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi çərçivəsində 11 aprel 2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,4167% olmaqla 36 ay müddətinə 165000 ABŞ dolları kredit verilmişdir. 19 yanvar 2016-cı il tarixli, 17R000006318S saylı, 05 avqust 2016-cı il tarixli, 17R000006318SA saylı və 21 dekabr 2016-cı il tarixli, 17R000006318SB saylı sazişlərlə kredit xətti müqaviləsi üzrə 11 aprel 2014-cü il tarixli, 17R000006318 saylı kredit razı laşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi çərçivəsində 21 dekabr 2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,3333% olmaqla 36 ay müddətinə 10000 ABŞ dolları kredit verilmişdir. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı QSC və Cavabdeh6 bağladığı 14 fevral 2006-cı il tarixli, 03S000000042 saylı zaminlik müqaviləsi ilə sonuncu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 30 iyun 2010-cu il tarixli, 42 saylı sazişə əsasən Bank ilə zamin arasında həmin zaminlik müqaviləsinin preambulasına dəyişiklik edi lmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500000 ABŞ dolları, kredit xəttinin müddəti 172 ay göstərilmişdir. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı QSC və Cavabdeh9 arasında bağlanmış 13 avqust 2009-cu il tarixli, 03S000003978 saylı zaminlik müqaviləsi ilə sonuncu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 30 iyun 2010-cu il tarixli, 3978 saylı sazişə əsasən Bank ilə zamin arasında zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500000 ABŞ dolları, kredit xəttinin müddəti 172 ay göstərilmişdir. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı QSC və Cavabdeh8 arasında bağlanmış 5 mart 2008-ci il tarixli, 03S000000356 saylı zaminlik müqaviləsi ilə sonuncu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 30 iyun 2010-cu il tarixli, 356 saylı sazişə əsasən Bank ilə zamin arasında zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500000 ABŞ dolları, kredit xəttinin müddəti 172 ay göstərilmişdir. Bundan əlavə, İddiaçı QSC-nin müvafiq olaraq X5 arasında bağlanmış 13 avqust 2009-cu il tarixli, 17S000003977 saylı, Cavabdeh10 arasında bağlanmış 30 iyun 2010-cu il tarixli, 17S000008024 saylı, Cavabdeh3 arasında bağlanmış 31 avqust 2010-cu il tarixli, 03S000008717 saylı, İdrisov X8 arasında bağlanmış 28 dekabr 2012-ci il tarixli, 17S000002121 saylı, Cavabdeh5 arasında bağlanmış 11 mart 2013-cü il tarixli, 17S000002867 saylı, Cavabdeh2 arasında bağlanmış 11 aprel 2014-cü il tarixli, 17S000006630 saylı zaminlik müqavilələri ilə sonuncular kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşlər. Kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün 22 noyabr 2013-cü il tarixli, 17M000000580 saylı ipoteka müqaviləsi ilə İdrisov X7 məxsus ünvan 1 ünvanınd a xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi, 14 fevral 2006-cı il tarixli, 03M000000095 saylı ipoteka müqaviləsi ilə X3 məxsus ünvan 2saylı mənzili, 10 dekabr 2014-cü il tarixli, 017M**********01 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus ünvan 4 saylı mənzili ipoteka ilə yüklü edilmiş, ipoteka predmetlərinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İdrisov X7, Cavabdeh5, Cavabdeh6, X3, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 13 fevral 2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsinə, 25 iy un 2010-cu il tarixli, 74 saylı sazişə, 08 aprel 2013-cü il tarixli, 17R000002969 saylı, 22 noyabr 2013-cü il tarixli, 17R000005071 saylı, 11 aprel 2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmalarına, 19 yanvar 2016-cı il tarixli, 17R000002969S saylı, 05 avqust 2016-cı il tarixli, 17R000002969SA saylı, 21 dekabr 2016-cı il tarixli, 17R000002969SB saylı, 19 yanvar 2016-cı il tarixli, 17R000005071S saylı, 05 avqust 2016-cı il tarixli, 17R000005071SA saylı, 21 dekabr 2016-cı il tarixli, 17R000005071SB saylı, 19 yanvar 2016-cı il tarixli, 17R000006318S saylı, 05 avqust 2016-cı il tarixli, 17R000006318SA saylı, 21 dekabr 2016-cı il tarixli, 17R000006318SB sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İdrisov X4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada Bankın xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6988,82 ABŞ dolları məbləğində kredit borcu, 2062,75 ABŞ dolları məbləğində faiz borcu və 3727,76 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12779,33 ABŞ dolları borcun, 17R000005071 saylı kredit razılaşması üzrə 24804,98 ABŞ dolları məbləğində kredit borcu, 7215,86 ABŞ dolları məbləğində faiz borcu və 13281,9 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 45302,74 ABŞ dolları borcun, 17R000006318 saylı kredit razılaşması üzrə 83836,69 ABŞ dolları məbləğində kredit borcu, 24449,79 ABŞ dolları məbləğində faiz borcu və 44923,57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 153210,05 ABŞ dolları borcun, 017R********** saylı kredit razılaşması üzrə 10000 ABŞ dolları məbləğində kredit borcu, 1537,77 ABŞ dolları məbləğində faiz borcu və 3120 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14657,77 ABŞ dolları borcun, ümumilikdə 225949,89 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və qeyd edilən məbləğdə pulun ipoteka predmetlərinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Borcluya məxsus ipoteka predmetinə tutma yönə ldikdən və o satıldıqdan 1 ay sonra Borclunun həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi, İdrisov X7 məxsus ipoteka predmetlərinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və Banka təhvil verilməsi, X3 məxsus ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən kredit xətti və kredit razılaşmalarından irəli gələn öhdəliklər tam icra edilmədiyindən, onun iddiaçıya borcu yaranmışdır. Qubadlı Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(028) -145/2018 nömrəli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddia qismən təmin edilərək, bank və Cavabdeh1 arasında bağlanmış 13 fevral 2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsinə, 25 iyun 2010-cu il tarixli, 74 saylı sazişə, 08 aprel 2013-cü il tarixli, 17R000002969 saylı, 22 noyabr 2013-cü il tarixli, 17R000005071 saylı, 11 aprel 2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmalarına, 19 yanvar 2016-cı il tarixli, 17R000002969S saylı, 05 avqust 2016-cı il tarixli, 17R000002969SA saylı, 21 dekabr 2016-cı il tarixli, 17R000002969SB saylı, 19 yanvar 2016-cı il tarixli, 17R000005071S saylı, 05 avqust 2016-cı il tarixli, 17R000005071SA saylı, 21 dekabr 2016-cı il tarixli, 17R000005071SB saylı, 19 yanvar 2016-cı il tarixli, 17R000006318S saylı, 05 avqust 2016-cı il tarixli, 17R000006318SA saylı, 21 dekabr 2016-cı il tarixli, 17R000006318SB saylı sazişlərə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6988,82 ABŞ dolları kredit borcu, 2062,75 ABŞ dolları faiz borcu və 27,76 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9079,33 ABŞ dolları borcun, 17R000005071 saylı kredit razılaşması üzrə 24804,98 ABŞ dolları kredit borcu, 7215,86 ABŞ dolları faiz borcu və 81,90 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32102,74 ABŞ dolları borcun, 17R000006318 saylı kredit razılaşması üzrə 83836,69 ABŞ dolları kredit borcu, 24449,79 ABŞ dolları faiz borcu yə 23,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 108310,05 ABŞ dolları borcun, 017R********** saylı kredit razılaşması üzrə 10000 ABŞ dolları məbləğində kredit borcu, 1537, 77 ABŞ dolları faiz borcu və 120 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11657,77 ABŞ dolları borcun, ümumilikdə 161149,89 ABŞ dollarının ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və 63 manat xidmət haqqı məbləğində pul vəsaitinin tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, X3 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin 19194 manat, İdrisov X7 məxsus ipoteka predmetlərinin ilkin satış qiymətinin 76000 manat və Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin 62760 manat müəyyən edilməklə açıq hərracda satılmaları və həmin daşınmaz əmlakların satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin Banka olan borclar ının ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı QSC apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(028)-145/2018 nömrəli qətnaməsinin qismən - ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılması tələbinin təmin edilməməsi və cərimə borcunun azaldılmasına dair hissələrdə dəyişdirilməsi və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(028)-145/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 20 fevral 2020-ci il tarixli, 2(105)-101/2020 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və A.Ə.Abbasovdan ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(028)-145/2018 nömrəli qətnaməsinə əsas kredit borclarına, 017R********** saylı kredit razılaşması üzrə faiz borcuna, X3 məxsus ipoteka predmetinin və Cavabdeh1 məxsus ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətlərinə aid hissələrdə dəyişiklik edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniləcək günə manata məzənnəsi ilə Bankın xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6702,94 ABŞ dolları, 17R000005071 saylı kredit razılaşması üzrə 24515,92 ABŞ dolları, 17R000006318 saylı kredit razılaşmas ı üzrə 83199,83 ABŞ dolları, 017R********** saylı kredit razılaşması üzrə 9995,55 ABŞ dolları əsas kredit borclarının və 017R********** saylı kredit razılaşması üzrə 1514,84 ABŞ dolları faiz borcunun tutulması, Cavabdeh1 məxsus ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 80000 manat, X3 məxsus ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, qalan hissələrdə qətnamənin Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 295, 317.1, 421, 470.1, 472, 739-cu, “İpoteka haqqında” Qanunun 4, 33, 34-cü maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Borclu kredit razılaşmaları üzrə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş, ödənişləri qrafik üzrə aparmamışdır. Bu hal Borclu tərəfindən kredit xətti müqaviləsinin, kredit razılaşmalarının və sazişlərinin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iş materialları və iş üzrə keçirilmiş ekspertiza rəyləri əsasında cavabdehin apellyasiya şikayətində və apellyasiya baxışı zamanı verdiyi izahatlarda irəli sürdüyü dəlilləri əsassız hesab etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə yaranan zaman qüvvədə olan “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarı lmaları, evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşayış evinə tutma yönəldilməli və o satılmalıdır, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə, münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, evdə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində yaşayış evini könüllü tərk etmədikləri halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi məcburi qaydada çıxarılma və evin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Hazırkı mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələblərini həmin hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Mülki Məcəllənin 462.1, 465.2 və 467-ci maddələrinə əsasən qeyd etmişdir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Bu baxımdan birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləğləri azaltmışdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin “İpoteka haqqında” Qanunun 39.3.3, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 5 və 6-cı maddələrinə istinadla iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının rəyinə uyğun olaraq ipoteka predmetlərinin ilkin satış qiy mətini dəyişdirmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı QSC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2020-ci il tarixli, 2(105)-101/2020 nömrəli qətnaməsinin qismən – ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılmasının təmin edilməməsi və cərimə borcunun tam şəkildə təmin olunmaması hissələrində ləğv olunması və həmin hissələrdə də iddia tələblərinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərba ycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(102)-3611/2020 nömrəli qərarı ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və İ.R.Xələfovdan ibarət tərkibdə) İddiaçı QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2020-ci il tarixli, 2(105)-101/2020 nömrəli qətnaməsi qismən – ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, Cavabdeh1 kassasiya şikayəti təmin olunmamış, qətnamə dəbbə pulu tələbinin təmin olunmayan hissəsində və iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya məhkəməsinin q ərarında qeyd edilmişdir ki, iddiaçının kassasiya şikayətinin dəbbə pulunun təmin olunmayan hissəsi ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin verdiyi vəsatətlər təmin olunmuş, onun etirazının dəlilləri ilə bağlı ekspertizalar təyin edilmiş və rəylər alınmışdır. Cavabdehin kassasiya şikayətinin bəzi dəlilləri isə ümumiyyətlə birinci və apellyasiya instansiya məhkəməsi zamanı irəli sürülməmiş və araşdırma predmeti olmamışdır. Halbuki kassasiya baxışı zamanı belə dəlillər üzrə araşdırma aparıla, onlara qiymət verilə bilməz. Bununla yanaşı, kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakların boşaldılması tələbinin təmin olunmaması hissəsində maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)-322/2021 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.Cavabdeh5dan ibarət tərkibdə) İddiaçı QSC-nin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(028 )-145/2018 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddia mübahisələndirilən hissədə təmin edilməklə, X3 məxsus ünvan 2saylı mənzili, İdrisov X7 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi, Cavabdeh1 məxsus ünvan 4 saylı mənzil satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, İdrisov X6 və Cavabdeh5 ipoteka predmetindən çıxarılmaları və ipoteka predmetlərinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ikinci apellyasiya baxışında göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə tələb edilən borc məbləğinin cavabdehlər X5, İdrisov X8 və Cavabdeh1 məxsus ipoteka predmetlərinə yönəltməkdən imtina e tdikdə “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin tələbinə istinad edərək hesab etmişdir ki, kredit borcu ipoteka predmeti ola əmlaklara yönəldikdən sonra həmin əmlaklar satılmalı və onların satışında sonra yeni mülkiyyətçi olaraq müəyyən ediləcək şəxs cavabdehlərin ipoteka predmeti olan əmlaklardan çıxarılmasını tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3, 59.4-cü maddəsinə istinad edərək hesab etmişdir ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə qeydiyyata alınmış şəxslər həmin əmlaka tutma yönəldildikdə və o satıldıqda tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməyə dair öhdəlik götürmüş sayılırlar. Maddənin məzmunundan göründüyü kimi ipoteka qoyanın tutdu ğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. Qanunvericilik ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadığı halda, həmin şəxslərin evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan çıxarılması qaydasını müəyyən etmişdir. Bu baxımdan, ipoteka predmeti olan əmlakların hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə ayrıca iddia verilməsinə də zərurət yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavələr v erərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)322/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, işə baxılarkən məhkəmə aidiyyəti pozulmuş, kredit razılaşmaları imzalanarkən ipoteka qoyanlar və zaminlər buna razılıqlarını verməmiş, məhkəmə qətnaməsi ilə ipoteka predmetlərindən çıxarılan şəxslər ipoteka qoyanların ailə üzvlərinin buna notariat qaydasında təsdiq edilmiş razılıq ərizələrinin olmamasını, iddia verilən tarixdə ipoteka predmetlərindən ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində inşa edilmiş 56,4 kv.m. bağ evinə tu tma yönəldilərkən, həmin evin artıq mövcud olmamasını, yerində başqa evin inşa olunmasını nəzərə almamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxmaqla və heç bir əsaslandırma aparmamaqla bütün cavabdehlərin ipoteka predmetlərindən çıxarılmasını qət etmişdir. Həmçinin ipoteka predmetləri təşkil edən Cavabdeh1 və Cavabdeh7 mülkiyyətlərinə olan daşınmaz əmlaklara tutma yönəldiyi halda, onların ailə üzvləri işdə iştiraka cəlb olunmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında id diaçının vəkili xxxr oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər və ya vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut k imi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Yuxarıda qeyd olunduğu kimi, hazırki işə artıq kassasiya qaydasında baxılmış, birinci apellyasiya baxışının nəticəsində qəbul edilmiş qətnamə qismən, yalnız ipoteka predmetlərinin boşaldılması tələbinin t əmin olunmaması hissəsində ləğv edilməklə, həmin hissədə yenidən apellyasiya baxışına göndərilmiş və apellyasiya baxışının hədlərini yalnız qeyd olunan məsələ təşkil etmişdir. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən, kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalara uyğunluğunun mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsən əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə k i: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydi yyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahid lərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan həmin qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı və həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir. Yuxarıda qeyd olunduğu kimi apellyasiya məhkəməsinin hazırda mübahisələndirilən icraatının baxış predmetini yalnız ipoteka predmetlərinə tutma yönəldikdən sonra ipoteka predmetlərinin boşaldılması tələbi təşkil etmişdir. Odur ki, hazırki kassasiya şikayətinin dəlilləri işin məhkəmə aidiyyətinin pozulması ilə baxılması, qətnamə ilə maraqlarına toxunan şəxslərin işə cəlb olunmaması və ipoteka predmetlərinə tutmanın yönəldilməsinin əsassız olması hissələrində qəbul edilmiş qətnamənin predmetinə daxil deyildir və onlara hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, qeyd olunan dəlillərdən məhkəmə aidiyyətinin pozulması və ipoteka qoyanların ailə üzvlərinin hüquqlarının pozulması apellyasiya baxışının predmetini təşkil etməmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə kassasiya məhkəməsinin əvvəlki icraatında qanuni hesab olunmuşdur. Şikayətin kassator Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetindən cavabdehlərin çıxarılmasının əsassız olmasına dair dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin əvvəlki icraatı nəticəsində qəbul etdiyi qərarda göstərildiyi kimi, “İpoteka haqqında” Q anununun 59-cu maddəsi şərh edilərkən belə nəticəyə gəlmək olar ki, ipoteka predmeti olan yaşayış sahəsinin boşaldılması ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun bir ayrılmaz hissəsidir və ipoteka saxlayanın müvafiq tələbi olduğu halda bir icraatda həll edilməlidir. Qeyd olunan tələbin ipoteka predmetinə tutma yönəldilməsi prosedurundan ayrılması və yalnız yeni mülkiyyətçinin belə bir iddia tələbi olduğu halda təmin olunması qanunvericiliyin məqsədlərinə zidd olardı. Qanunun mənasına yaşayış evi məhkəmə aktına əsasən satılması ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların məcburi çıxarılması üçün əsasdır. Bununla belə, müəyyən olunur ki, iddia tələbində ünvan 4 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı QSCyə təhvil verilməsi xahiş olunduğu halda, apellyasiya instansiyası məhkəməsi işdə cavabdeh qismində cəlb olunmuş bütün şəxslərin ipoteka predmetlərindən çıxarılmalarını qət etmişdir. Halbuki, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 hazırki işə verilmiş kreditin zaminləri qismində cəlb olunmuşlar. Həmçinin müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan yuxarıda qeyd olunan ipoteka predmetinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsini qət etmişdir. Lakin “İpoteka haqqında” Qanunla hərracdan satılmış ipoteka predmetinin məhz ipoteka saxlayana t əhvil verilməsi nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin satılmasına dair hərrac “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin tələblərinə uyğun olaraq təşkil edilərək keçirilməli və həmin hərracda istənilən şəxsin iştirak etmək hüququ vardır. O cümlədən hərracın qalibi kimi yalnız ipoteka saxlayan deyil, hərracda iştirak etmiş başqa şəxs də ola bilər. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorun mülkiyyətində olan ipoteka predmeti açıq hərracdan satıldıqdan 1 ay sonra cavabdehlərin ipoteka predmetindən çıxarılmaları və ipoteka predmetinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və həmin hissədə apellyas iya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddia qismən təmin edilməli, ünvan 4 saylı mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin ipoteka predmetindən çıxarılmalı, mənzil boşaldılmalı, iddia həmin ipoteka predmetinin iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)-322/2021 nömrəli qətnaməsi Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh 6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, İdrisov X6 və Cavabdeh5 həmin ipoteka predmetindən çıxarılmaları, habelə qeyd olunan ipoteka predmetinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında həmin hissədə yeni qərar qəbul edilsin. İddia ləğv olunmuş hissədə qismən təmin edilsin. ünvan 4 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqdan bir ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. İddia ünvan 4 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra İddiaçı QSCyə təhvil verilməsi hissəsində təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar