Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4992/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4992/20 (Açar sözlər: iddia müddətinin tətbiqi, müddətin axımı) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il 19.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı xxx Vəkil, Cavabdeh nümayəndəsi və vəkili xxx iştirakı ilə, İddiaçı xxx Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apelyasiy a Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020ci il tarixli 2(103)-4795/2020 nömrəli qətnaməsindən iddiaçı xxx Vəkil kassasiya şikayətinə açıq məhkəmə iclasında baxraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli ZB-Ə № Y450 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 7 % ödənilməsi şərti ilə 200.000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı xxx Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət etmişdir.
3. İddiaçı Cavabdeh 199378 manat 34 qəpik əsas borc, 8800 manat 34 qəpik faiz, 33781 manat 80 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 241.960 manat 48 qəpik məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki,kredit müqaviləsinə əsasən borc alan bankdan aldığı krediti və ona hesablanmış faizi ödəməyi öz üzərinə götürsə də, müqavilənin şərtlərini pozmuşdur.
5. Şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.
6. Hazırda cavabdehin banka ödənilməmiş 199378,34 manat əsas, 8800,34 manat faiz, 33781,80 manatkredit müqaviləsinin müddə ti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 241960,48 manat məbləğində kredit borcu vardır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386,1 442, 445, 448, 472 və 739.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh vəsatət verərək, Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olmasını bildirmiş, bu əsasla da işin aidiyyatı üzrə Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Şəki rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş aidiyyatı üzrə Nəsimi rayon Məhkəməsinə göndərilmişdir.
10. Cavabdeh iddiaya etiraz olaraq iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
11. Ərizə onunla əsaslandır lıb ki, kredit müqaviləsi xx xxx 2011-ci ildə 60 ay müddətinə bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlər etmiş, sonradan maddi vəziyyəti ilə bağlı ödəniş edə bilməmişdir.
12. Kredit müqaviləsinin icra müddəti xx xxx 2016-cı ildə qurtarmış və həmin vaxtdan da iddia müddətinin axımı başlamaqla 3 illik iddia müddəti xx xxx 2019-cu ildə bitmişdir. Bank xx xxxxxx 2019-cu ildə iddia qaldırmaqla müddəti ötürmüşdür.
13. Cavabdeh iddia müddətini tətbiqi barədə ərizəsində Mülki Məcəllənin 372.2, 373.2, və 377.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına istinad etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1612/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.(hakim Səməd Cəfərov)
15. M əhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, müqavilənin müddəti xx xxx 2016-cı il tarixdə başa çatır. Digər sözlə ifadə etdikdə, qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin axımı xx xxx 2016-cı il tarixdə başlamış, xx xxx 2019-cu il tarixdə başa çatmışdır.
16. Birinci instansiya məhkəməsini mövqeyinə görə iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.
17. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən və hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edi lməlidir.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 372.1, 373.2, 375.2, 376, 377.2, 378, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.
20. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, cavabdeh tərəfində məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alaraq kredit müqaviləsi üzrə iddia müddətinin axımının müqavilənin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən hesablanması və iddia tələbinin rədd edilməsi düzgün deyil.
21. Birinci instansiya məhkəməsi tələbini iddia müddətini tətbiq edilməsi əsası ilə rədd edərək, iddiaçının mənafeyini və cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulub-po zulmamasını nəzərə almamışdır.
22. Məhkəmə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək, iddianı rədd etmişdir.
23. İddiaçı apelyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın işi üzrə” xx xxx 2008-ci il və xx xxxx 2013-cü il tarixli qərarlarına istinad etmişdir.
24. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4795/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)1612/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməmişdir. (hakimlər Xəyal Sarıyev(sədrlik edən və məruzəçi) Emin Mehdiyev, Şərafət Məmmədova) 2
5. Apelyasiya məhkəməsinin mövqeyinə görəbirinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququna qiymət vermədən, iddia müddətini tətbiq etməklə iddianı rədd etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
26. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən borcunun olması ilə bağlı iddia tələbi əsaslıdır. İddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir.
27. Bununla belə apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir.
28. Apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə üzrə öhdəliyin icra müddət i xx xxx 2016-cı il tarixdə bitmiş, iddiaçı 3 ildən artıq müddət keçəndən sonra, iddia müddətini keçirməklə, xx.xx.2019-cu ildə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
29. Apelyasiya məhkəməsi Mülki Məcəllənin 373.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılıb. b) K assasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
32. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
34. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Məsimov Pərvin Nəbi oğlu kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinmə yi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə
378. Öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. H üququn tətbiqi ilə bağlı ali məhkəmə orqanlarının istinad edilən qərarları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair x xxxx 2013-cü il tarixli qərarı Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kass asiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
36. Hazırkı kassasiya şikayətində tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiq edilərkən həmin maddənin tətbiq üçün Mülki Məcəllənin digər normaları nəzərə alınmamışdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin vaxt hesabı ilə bitməsi özüözlüyündə Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiqi üçün əsas deyil.
39. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
40. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə iddia müddətinin axımı həm də şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Lakin apelyasiya məhkəməsi işin bu halını Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbləri baxımından müəyyən etməmişdir. Bu baxımdan, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə bağlı işin halı müəyyən edilmədən Mülki Məcəllənin 373.2-ci maddəsinin tətbiqi əsaslı sayıla bilməz.
41. L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli q ərarında Konstitusiya Məhkəməsinin ifadə olunmuş hüquqi mövqeyinə görə də iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır.
42. Bundan başqa, iddia müddəti tətbiq edilərkən iddia müddətinin axımının nə vaxtdan dayanması və kəsilməsi hallarının olub-olmaması da müəyyən edilməlidir.
43. Mülki Məcəllənin 380-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
44. Cavabdeh kredit müqaviləsi üzrə ödənişlər etdiyini bildirsə də, apelyasiya məhkəməsi iddia müddətinin axı mının kəsilməsinə səbəb olan işin bu halı ilə bağlı hər hansı araşdırma aparmamış, iddia müddətinin axımının kəsilməsi vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən cavabdehin sonuncunun ödənişinin nə vaxt olması ilə bağlı işin halını müəyyən etməmişdir. Belə olan halda, iddia müddətinin tətbiqi barədə gəlinən nəticə də əsaslı sayıla bilməz.
45. Göründüyü kimi apelyasiya instansiya məhkəməsinin iddia müddəti ilə bağlı tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmayıb.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qal dırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)4795/2020 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.