Məhkəmə qərarları › İş №2(102)-4993/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4993/2019

02.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4993/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 oktyabr 2018- ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) İddiaçı Cavabdeh oğluna qarşı pulun ödənilməsi tələbinə dair iddiası təmin olunaraq, cavabdehdən 117 500 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) Xətai rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə verərək, cavabdehdən 117 500 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir k i, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisələndirilməyən hallarına əsasən, “xxxx” MMM (bundan sonra MMM) 10.07.1998-ci il tarixdə qeydiyyata alınmışdır, təsisçiləri 1% payla Nicati Keser, 49,5% payla X3 və 49,5% payla Cavabdeh olmuşdur. MMM sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur. 14.04.2007-ci il tarixdə İddiaçı, Cavabdeh və X “xxxx” MMM-in nəzdində olan 212 saylı marşrut xəttində Cavabdeh məxsus 50%-lik payın 25%-ni İddiaçı 117 500 ABŞ dollarına satılması barədə notarial qaydada təsdiq edilmiş müqavilə imzalamışlar. Həmin müqavilə əsasında iddiaçı cavabdehə 117.500 ABŞ dolları pul ödəmişdir. Müqavilə əsasında iddiaçının təsisçilik hüququ qanunla müəyyən edilmiş qaydada qeydə alınmamı şdır. Belə ki, iddiaçının bu müqaviləni bağlamaqda məqsədi yalnız MMM-nin 212 saylı marşrut xəttinin istismarından əldə ediləcək gəlirin 25 faizini götürmək olmuşdur. İşin müəyyən olunmuş digər halına görə, MMM-nin 212 saylı marşrut xətti üzrə sərnişin daşıma fəaliyyəti 2009-cu ilin iyul ayından dayandırılmış, xəttin müvəqqəti istismarı digər hüquqi və fiziki şəxslərin sərəncamında olmuşdur. MMM-in fəaliyyəti dayandırılan tarixə qədər 212 saylı marşrut xəttinin istismarından əldə edilən gəlirin 25%-i iddiaçıya verilmişdir. MMM-nin fəaliyyəti 28.10.2014-cü il tarixdə aktivləşdirilsə də, həmin tarixdən 28.10.2019-cu il tarixədək təkrar dayandırılmış və hazırda da dayandırılmış vəziyyətdədir. İş materiallarından və tərəflərin izahatlarından həmçinin aydın olur ki, MMM-in fəaliyyəti dayandırıl dıqdan sonra iddiaçı payına düşən iki ədəd avtobus götürmüşdür (qardaşı X vasitəsilə). Sonradan isə, 12 nömrəsi ilə əvəz edilən 212 saylı marşrut xəttinin 30.12.2015-ci il tarixindən fiziki şəxs kimi Cavabdeh müvəqqəti istismarına verildiyini öyrənmiş, bundan sonra müəssisədəki payın alqı-satqısı ilə əlaqədar cavabdehə ödədiyi pulun geri qaytarılması ilə bağlı polis orqanlarına müraciət etmişdir. Bakı şəhəri Nizami rayon RPİ-də aparılmış araşdırmalar nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon RPİ tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş qərarlardan aydın olur ki, Cavabdeh 24.12.2015-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən 400 000 manat məbləğində kredit götürərək və başqa üç nəfər şəxslə birlikdə ümumilikdə 800 000 manat ödəməklə 12 saylı marşrut xəttini 20 ədəd “Daewo” markalı avtobusla birlikdə “Transkontrol” şirkətindən almış, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Bakı Şərnişin və X5” MMC-nin 28.12.2015-ci il tarixli 5419 saylı sərəncamı ilə 12 saylı marşrut xəttində həmin MMC-nin şərnişin daşıma fəaliyyəti dayandırılmış və 30.12.2015-ci il tarixindən Cavabdeh müvəqqəti istismarına verilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanm a və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 324.1-ci və 324.2-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəyə görə isə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də a ğlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Belə ki, iddiaçı ilə cavabdeh MMM-in nəzdində cavabdehə məxsus payın 25% hissəsinin alqı-satqısı ilə bağlı danışıqlar apararaq həmin pay hissəsinin 117 500 ABŞ dollarına satılması barədə öz aralarında razılığa gəlmiş, bu iradələrini notarial kont orunda da bəyan edərək 14.04.2007-ci il tarixli ərizəni imzalamış və müəssədəki payların bölgüsünü müəyyənləşdirmişlər; İddiaçı müəssisənin gəlirindən öz payına düşən hissəsini (15 ay ərzində 42 000 manat pul vəsaiti aldığını göstərmişdir) və marşrut xəttinin müəssisədən alınmasından sonra iki ədəd “Şaolin” markalı avtobusu qardaşı X vasitəsilə aldığını özünün iddia ərizəsində, həmçinin şikayəti üzrə Bakı şəhəri Nizami rayon RPİ-də aparılmış araşdırma zamanı vermiş olduğu izahatında etiraf etmişdir. Həmçinin, Bakı şəhəri Nizami rayon RPİ-dəki həmin araşdırma zamanı iddiaçının qardaşı X, o cümlədən iddiaçının xalası oğlu olan X (“xxxx” MMM-də 49.5% payın sahibidir) da izahatlarında, onların (iddiaçı ilə cavabdehin) 2007-ci ilin aprel ayından 2009cu ilin avqust ayının 28-dək, yəni 28 ay müdd ətində birlikdə işlədiklərini, X hər ay X aldığı pulu X ailəsinə verdiyini, habelə marşrut xəttinin bağlanmasından sonra 2 ədəd “Şaolin” markalı avtobusu da X vasitəsilə götürdüyünü, lakin qalan kreditini ödəmədiyi üçün avtobusların bank tərəfindən alındığını göstərmişlər. Göründüyü kimi, “xxxx” MMM-in nəzdində cavabdehə məxsus payın bir hissəsinin 117 500 ABŞ dolları müqabilində alqı-satqısı ilə bağlı tərəflər aralarında razılıq əldə edilmiş, 14.04.2007-ci il tarixdə onlar arasında bununla bağlı müqavilə mahiyyətində ərizə notarial qaydada rəsmiləşdirilmiş, lakin təsisçilərin tərkibində və payların nisbətində baş vermiş dəyişikliklər qeydə alınmamışdır. Bununla belə iddiaçı digər payçılar kimi müəssisənin mənfəətindən öz payına uyğun gəlir əldə etmiş, onun fəaliyyəti dayandırıldıqdan sonr a isə payına düşən iki ədəd avtobusu da götürmüşdür. Sonradan isə, 12 nömrəsi ilə əvəz edilən həmin marşrut xəttinin 30.12.2015-ci il tarixindən fiziki şəxs kimi Cavabdeh müvəqqəti istismarına verildiyini öyrəndiyindən müəssidəki payın alqısatqısı ilə əlaqədar cavabdehə ödədiyi pulun geri qaytarılması ilə bağlı əvvəlcə polis orqanlarına müraciət etmiş, ardınca hazırkı iddia tələbini irəli sürmüşdür; Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya f aktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, cavabdeh təsisçilərin tərkibində və payların nisbətində baş vermiş dəyişikliklərin qeydiyyatı ilə bağlı iddiaçıya lazımı informasiyanı versə də o, bununla bağlı hər hansı pozitiv hərəkət nümayiş etdirməmiş, müvafiq orqana və ya məhkəməyə müraciət etməmiş, sadəcə müəssisənin mənfəətindən payına düşən gəlirləri (müəssisənin fəaliyyəti dayandırıldıqdan sonra isə avtobusları) götürməklə kifayətlənmişdir. Bakı şəhəri Nizami rayon RPİ-də aparılmış araşdırma zamanı tərəflərin (iddiaçı və cavabdehin) vermiş olduqları izahatlarla, hələ müəssisədəki payın alqı-satqısı ilə əlaqədar tərəflər arasında hüquq münasibətlərinin yarandığı 14.04.2007-ci il tarixindən qısa müddət (təxminən 4 ay) sonra Cavabdeh birlikdə işləmələrinin mümkün olmadığını bildirərək almış olduğu 117 000 ABŞ dolları pulu İddiaçı qaytarmaq istədiyi, iddiaçının isə israrla işə davam etməyi tələb etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, keçən bu müddət ərzində də iddiaçı cavabdehə qarşı müvafiq orqanlara və ya məhkəməyə müraciət etməmiş, yalnız 30.12.2015-ci il tarixindən marşurut xəttinin fiziki şəxs kimi onun (cavabdehin) müvəqqəti istismarına verildiyini öyrəndiyindən sonra hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı isə, cavabdehin 24.12.201 5-ci il tarixdə “xxxx” ASC-dən 400 000 manat məbləğində kredit götürərək başqa üç nəfər şəxslə birlikdə ümumilikdə 800 000 manat ödəməklə 12 saylı marşrut xəttini 20 ədəd “Daewo” markalı avtobusla birlikdə “Transkontrol” şirkətindən aldığı, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Bakı Şərnişin və X5” MMC-nin 28.12.2015-ci il tarixli 5419 saylı sərəncamı ilə həmin marşrut xəttində sözügedən MMC-nin şərnişin daşıma fəaliyyətinin dayandırılaraq cavadehin müvəqqəti istismarına verildiyi aydın olmuşdur. Göstərilələrlə yanaşı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı hazırkı iddianın verilməsi üşün qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müd dəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) id dia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Yuxarıda da göstərildiyi kimi, tərəflər arasında müqavilədən irəli gələn hüquq münasibətləri 14.04.2007-ci il tarixdə yaranmış, həmin tarixdən “xxxx” MMM-in fəaliyyətinin dayandırıldığı 2009-cu ilin iyul ayınadək onlar birlikdə çalışmışlar (iddiaçının qardaşı X vasitəsilə). Müəssisənin fəaliyyəti dayandırıldıqdan sonra isə iddiaçı payına düşən iki ədəd avtobusu da götürmüş, həmin tarixdən sonra cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız 17.07.2018-ci il tarixdə (müəssidəki payın alqı-satqısından 11 il, müəssisənin fəaliyyətinin dayandırılmasından 9 il sonra) məhkəməyə müraciət etmişdir. Cavabdeh mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar