Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4995/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarş iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun girov predmetinə yönəldilməsi və əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzimov Rauf Nəriman oğlunun iştirakı il ə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)498/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında 22 aprel 2013-cü il tarixli, 58-13/Q saylı kredit müqaviləsinə əsasən, bağlanmış, həmin müqavilənin şərtlərinə görə cavabdehə 18 ay müddətinə qaytarmaq şərtilə 17.000 manat kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə 22 aprel 2013-cü il tarixli, 5813/Q saylı girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus 750 əyyar, çəkisi 99.1 qr olan və 583-585 əyyar, çəkisi 758 qr olan qızıl-zinət əşyaları Ləğv prosesində olan İddiaçı ASC-də girov qoyulmuş və Bankın saxlancına verilmişdir.
2. Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında 14 yanvar 2013-cü il tarixli, 04-13/Q saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə cavabdehə 18 ay müddətinə qaytarmaq şərtilə 10.000 manat kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə 14 yanvar 2013-cü il tarixli, 04-13/Q saylı girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus 750 əyyar, çəkisi 50.9 qr olan və 583-585 əyyar, çəkisi 455.24 qr olan qızıl-zinət əşyaları Ləğv prosesində olan İddiaçı ASC-də girov qoyulmuş və bankın saxlancına verilmişdir.
3. Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında 18 fevral 2013-cü il tarixli, 34-13/Q saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə cavabdehə 18 ay müddətinə qaytarmaq şərtilə 12.000 manat kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə 18 fevral 2013-cü il tarixli, 34-13/Q saylı girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus 750 əyyar, çəkisi 48.4 qr və 583-585 əyyar, çəkisi 567 qr olan qızıl-zinət əşyaları Ləğv prosesində olan "Zaminbank” ASC-də girov qoyulmuş və bankın saxlancına verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.04.2013-cü il tarixli, 58-13 saylı kredit müqaviləsi üzrə 8.875,92 manat əsas borc, müddət sonuna hesablanan 253,72 manat faiz borcu, 9.950,31 manat cərimə borcu, 2.163,59 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 21.243,54 manat borcun; 18.02.2013-cü il tarixli 34-13 saylı kredit müqaviləsi üzrə 3.843,05 manat, əsas borc, müddət sonuna hesablanan 138,72 manat faiz borcu, 4210,01 manat cərimə borcu, 952,94 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 9.144,72 manat borcun; 14.01.2013-cü il tarixli 04-13 saylı kredit müqaviləsi üzrə 3978,11 manat əsas borc, müddət sonuna hesablanan 158,02 manat faiz borcu, 4382,15 manat cərimə borcu, 1018,05 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cə mi 9.536,49 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; 14 yanvar 2013-cü il tarixli 04-13 Q saylı müqavilə üzrə 583 əyarlı 5,82 qram çəkili, 18 fevral 2013-cü il tarixli 34-13/Q saylı müqavilə üzrə 583 əyarlı 2,85 qram çəkili, 750 əyarlı 3.28 qram çəkili girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün Ləğv prosesində olan "Zaminbank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2019 saylı, 04.10.2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia qismən təmin edilərək, Cavabdeh ilə Ləğv p rosesində olan İddiaçı ASC arasında bağlanmış 22 aprel 2013-cü il tarixli, 58-13/Q saylı kredit müqaviləsi üzrə 8.875,92 manat əsas borc, 253,72 manat faiz borcu, 497 manat cərimə, 924,56 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 14 yanvar 2013-cü il tarixli 04-13/Q saylı kredit müqaviləsi üzrə 8.875,92 manat əsas borc, 253,72 manat faiz borcu, 497 manat cərimə, 924,56 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə yönəldilməsi, tutmanın girov qoyulmuş cavabdehə məxsus 5,81 qram kütləli bir ədəd 583/585 əyarlı üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi, həmin qızıl-zinət əşyasının açıq hərracda satılaraq əldə olunmuş vəsaitin yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 18 fevral 2013-cü il tarixli, 34-13/Q saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 3.843,05 manat əsas borc, 138,72 manat faiz borcu, 206 manat cərimə, 400,31 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunun tutulması, tutmanın girov qoyulmuş, cavabdehə məxsus 3,28 qram kütləli 750 əyarlı 1 cüt sırğadan və 2,85 qram kütləli 583/585 əyarlı "Təman” yazılı kulonu olan boyunbağıdan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılaraq əldə olunmuş vəsaitin yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün Ləğv prosesində olan "Zaminbank” ASC-nin xeyrinə ödənilməsi, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumunun 45 manatının Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, qalan 50%-nin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 681,71 manat məbləğində pul vəsaitinin 50%-i, yəni 340,85 manat pulun Cavabdeh, qalan 340,85 manat pulun ləğv prosesində olan "Zaminbank” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 22 aprel 2013-cü il tarixli, 58-13/Q saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 8.875,92 manat əsas borc, müddət sonuna hesablanan 253,72 manat faiz borcu tutulmalıdır. Cərimə olaraq tələb edilən 9.950,31 manat məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır və cərimə məbləğinin 5% miqdarında, yəni 497 manatın tutulması ədalətli hesab edilir. Ödənişin gecikdirildiyi dövr (2 il 8 ay) üçün illik əsas borc məbləğin 5% hesabı ilə hər il üçün 443,79 manat olmaqla, cəmi 924,56 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Həmin müqavilə üzrə tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinin olmadığı nəzərə alınmalıdır
7. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 14 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 3978,11 manat əsas borc, müddət sonuna hesablanan 158,02 manat faiz borcu tutulmalıdır. Cərimə olaraq tələb edilən 4382.31 manat məbləği tənasübsüz surətdə yüksək hesablan mışdır və cərimə məbləğinin 5% miqdarında, yəni 219 manatın tutulması ədalətli olmaqla, tərəflərin mənafeyinə uyğun hesab edilir. Ödənişin gecikdirildiyi dövr (2 il 11 ay) üçün illik əsas borc məbləğin 5% hesabı ilə hər ili üçün 198,9 manat olmaqla, cəmi 414,37 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Borcun tutulması girov qoyulmuş, cavabdehə məxsus 5,81 qram kütləli bir ədəd 583/585 əyarlı üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməlidir.
8. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 18 fevral 2013-cü il tarixli, 34-13/Q saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 3843,05 manat əsas borc, müddət sonuna hesablanan 138,72 manat faiz borcu tutulmalıdır. Cərimə olaraq tələb edilən 4120,0 1 manat məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır və cərimə məbləğinin 5% miqdarında, yəni 206 manatın tutulması ədalətli olmaqla, tərəflərin mənafeyinə uyğun hesab edilir. Ödənişin gecikdirildiyi dövr (2 il 10 ay) üçün illik əsas borc məbləğin 5% hesabı ilə hər ili üçün 192,15 manat olmaqla, cəmi 400,31 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Borcun tutulması girov qoyulmuş, cavabdehə məxsus 3,28 qram kütləli 750 əyarlı 1 cüt sırğadan və 2,85 qram kütləli 583/585 əyarlı “Təman” yazılı kulonu olan boyunbağıdan ibarət qızıl-zinət əşyalarına yönəldilməlidir.
9. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı cavandeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarının təqdim olunmuş siyahı üzrə cavabdehə qaytarıldığı nı bildirmiş, lakin cavabdeh girov qoyulmuş əşyaların onun tərəfindən təhvil alınmasını mübahisələndirmişdir. Məhkəmə girov qoyulmuş qızıl əşyalarının təhvil verilməsi barədə sənədlərdə təhvil alan şəxs kimi edilən imzaların cavabdeh tərəfindən icra edilibedilmədiyini müəyyən etmək üçün xətşünaslıq ekspertizası təyin etmiş və 24.07.2018-ci il tarixli, 13104 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən müqavilələrə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzaların bəziləri Cavabdeh tərəfindən icra olunmuş, bəziləri başqa şəxslər tərəfindən icra olunmuşdur. Cavabdeh bəzi imzaların onun tərəfindən icra olunmadığına əsaslansa da, mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin qrafalarda imzalar cavabdehin etibarnaməsi əsasında başqa şəxslər tərəfindən icra edilmişdi r. Belə olan halda məhkəmə hesab etmişdir ki, götürülmüş qızıl-zinət əşyaları cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən götürüldüyündən, cavabdehə təhvil verilmiş kimi qiymətləndirilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 743, 445, 449,427-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(103)498/2021 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Z.A.Şirinov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-50/2019 saylı işi üzrə 04.10.2019-cu il tarixli qətnaməsinin (əsas, faiz və cərimə borcu hissəsində) dəyişdirilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış: 22 aprel 2013-cü il tarixli, 58-13/Q saylı kredit müqaviləsi üzrə 8579,53 manat əsas borc, 253,72 manat faiz borcu, 200 manat cərimə, 14 yanvar 2013-cü il tarixli 0413/Q saylı kredit müqaviləsi üzrə 3521,78 manat əsas borc, 11,15 manat faiz borcu, 100 manat cərimə, 18 fevral 2013-cü il tarixli 34-13/Q saylı kredit müqaviləsi üzrə 3399,46 manat əsas borc, 138,01 manat faiz borcu, 100 manat cərimənin müəyyən edilməsi, məhkəmə-mühasibatlıq ekspertizası xərci olan 145 manat məbləğdə pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni mühasibatlıq ekspertizasının rəylərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270.1, 385.1, 386.1, 399, 420, 425, 439.3, 442, 445.7, 739-cu maddələrinə istinadən əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühasibatlıq ekspertizasının rəyi əsas götürülməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcu hissəsində, habelə mütənasib olaraq cərimə hissəsində dəyişdirilməli, qalan hissələrdə əsaslar müəyyən edilmədiyindən dəyişdirilmədən saxlanılmalı, məhkəmə-mühasibatlıq ekspertiza xər ci cavabdehdən tutulmalı, apellyasiya şikayəti üçün verilən dövlət rüsumu üzrə məhkəmə xərci cavabdehə aid edilməlidır. Əsas və faiz hissədə qətnamə tələb həddində, habelə tələb edilən və kredit müqavilələri üzrə müddətin bitdiyi tarixlərə müvafiq olaraq, cərimə hissəsində isə mütənasib müəyyən edilməli, 5%-lə tələbin qismən təmin olunması, girovun mövcudluğu, zamanında tələbin girova yönəldilmə hüququ və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsas borc, faiz borcu, cərimə məbləğinin tutulm ası hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanan kredit müqavilələrinin 2.5-ci bəndini nəzərə almamışdır. Belə ki, kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 36 % faiz ödəyir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb olunan faiz və cərimə borcunu tam təmin etməmişdir.
16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi borcun hesablanması zamanı yalnız ekspert rəyinə istinad etmişdir. Halbuki ekspert borcu düzgün hesablamamışdır. Həmçinin girov qoyulmuş paketlər ekspertizaya tam təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarını nəzərə almadan iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı etir az daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzimov Rauf Nəriman oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddə sinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi, həmçinin əsas borc, faiz borcu, cərimə məbləğinin tutulması hissəsində ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissələrdə və tam yoxlanılır. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak ba rəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə
295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə
297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçir ərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdir ilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya kollegiyası tərəflərin ekspert rəyləri ilə razılaşmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, iş üzrə keçirilmiş mühasibatlıq ekspertizalarının nəticələrini şübhə altına almağa, fərqli nəticəyə gəlməyə əsas verən heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddənin məzmunundan da göründüyü kimi ekspert rəyi sübut növlərindən biridir, məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən ekspert rəylərinə düzgün hüquqi qiymət verilmişdir.
29. Bundan başqa, iş materiallarından görünür ki, tərəflər apellyasiya icraatında mühasibatlıq rəyini mübahisələndirməmişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmışdır və məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşır.
30. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)498/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.