Məhkəmə qərarları › İş №2(102)-4996/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4996/2019

11.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4996/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1nun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2704/2019 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Səadət Səlimova) 23 noyabr 201 6-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 na qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən binanın 1-ci blokunun 10-cu mərətəbəsindəki ümumi sahəsi 59,47 kvadrat metr olan 1 otaqlı 63 saylı mənzilə dair “xxxx” MMC ilə bağladığı 17.07.2006-cı il tarixli 132 saylı müqavilənin hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsinə, Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanmış 02.12.2013-cü il tarixli 103 saylı müqavilənin və 02.12.2013-cü il tarixli çıxarışın hüquqmüəyyənedici sənəd kimi qəbul edilməyərək tanınmamasına, onun mənzil üzərində sahiblik və istifadə hüququnun bərpa olunmasına, mənzilin cavabdehlərdən alınaraq ona təhvil verilməsinə, Cavabdeh1 ona vurduğu 1500 manat əldən çəxmış fayda şəklində maddi zərər, hüquqi xidmətə görə ödədiyi 1000 manat, vurulmuş mənəvi zərərə görə 10000 manat olmaqla, cəmi 12500 manatın tutulmasına dair iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Aygün Abdullayeva sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Abiddin Hüseynov) 2(103)-2069/17 saylı, 15 mart 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Xətai rayon məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi, iddiaçının Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən binanın 1-ci blokunun 9-cu mərtəbəsindəki (“xxxx” MMC-nin təyin etdiyi 1-ci blokun 9-cu mərtəbəsi layihəsi üzrə və “xxxx” MMC-nin verdiyi sənəd üzrə 1-ci blokun 10-cu mərtəbəsi hesab olunmaqla ) ümumi sahəsi 59,47 kvadrat metr olan 1 otaqlı 63 saylı mənzil üzərində sahiblik və istifadə hüququnun bərpa olunması, mənzilin cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, Ələsgər Əliyev) 2(102)-5181/17 saylı, 19 iyul 2017-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək qətnamə ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Vüqar Həsənov) 2(103)-9986/17 saylı, 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilərək Xətai rayon məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlərin Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən binanın 1ci blokunun 9-cu mərtəbəsindəki ümumi sahəsi 59,47 kvadrat metr olan 1 otaqlı 63 saylı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əsəd Mirzəliyev - sədrlik edən və məruzəçi, Ənvər Şadiyev, Tatyana Qoldman) 2(102)-2244/18 saylı, 05 aprel 2018-ci il tarixli qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 2(103)-7226/2018 saylı, 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6955/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qətnaməsi-yoxlanılan hissədə ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi cavabdehlər Cavabdeh1, X2 və X3 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən binanın 1-ci blokunun 9-cu mərtəbəsindəki ümumi sahəsi 59,47 kvadrat metr olan 1 otaqlı 63 saylı mənzilindən çıxarılmaları və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, Akif İsgəndərov) 2(102)-7322/18 saylı, 13 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 na qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən binanın 1-ci blokunun 10-cu mərtəbəsindəki ümumi sahəsi 59,47 kvadrat metr olan 1 otaqlı 63 saylı mənzilə dair “xxxx” MMC ilə bağladığı 17.07.2006-cı il tarixli 132 saylı müqavilənin hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsinə, Cavabdeh1la “xxxx” MMC arasında bağlanmış 02.12.2013-cü il tarixli 103 saylı müqavilənin və 02.12.2013-cü il tarixli çıxarışın hüquqmüəyyənedici sənəd kimi qəbul edilməyərək tanınmamasına, onun mənzil üzərində sahiblik və istifadə hüququnun bərpa olunmasına, mənzilin cavabdehlərdən alınaraq ona təhvil veilməsinə, Cavabdeh1 ona vurduğu 1500 manat əldən çıxmış fayda şəklində maddi zərər, hüquqi xidmətə görə ödədiyi 1000 manat, vurulmuş mənəvi zərərə görə 10000 manat olmaqla, c əmi 12500 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 17.07.2006-cı il tarixli müqaviləyə əsasən sonuncu “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 59,47 kvadrat metr olan 1 otaqlı mənzili almışdır. Həmin mənzilin dəyəri 18733 manat təşkil edir. İddiaçı həmin mənzilə görə “xxxx” MMC-yə 11959,98 manat ödəniş etmişdir. “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2013-cü il tarixli müqaviləyə əsasən sonuncu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 59,47 kvadrat metr olan 1 otaqlı mənzili almışdır. Həmin mənzilin dəyəri 35682 manat təşkil edir. Cavabdeh1 mənzilin dəyərini tam ödəmiş, mənzil onun sahiblik və istifadəsinə verilmişdir. MMC tərəfindən artıq onun mülkiyyəti hesab olunan mənzilin Cavabdeh1 satması qanunsuz olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları tam, hərtəfərl i və obyektix baxmamışdır. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişləri məcburi olmamış, apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərə istinad edərək səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nun nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, satıcı “xxxx” MMC ilə alıcı İddiaçı arasında bağlanmış 17.07.2006-cı il tarixli 132 saylı müqaviləyə əsasən alıcı İddiaçı satıcı “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kvadrat metr olan 1 otaqlı mənzili almışdır. İddiaçı məhkəməyə təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş kassa mədaxil orderlərinin surətlərindən görünür ki, İddiaçı 17.07.2006-cı il tarixli 132 saylı müqaviləyə əsasən mənzilin dəyərindən “xxxx” MMC-yə 02.09.2006-cı il tarixdə 711,66 manat, 02.10.2006cı il tarixdə 3 55,83 manat, 01.11.2006-cı il tarixdə 355,83 manat, 02.12.2006-cı il tarixdə 355,83 manat, 03.02.2007-ci il tarixdə 355,83 manat, 03.03.2007-ci il tarixdə 355 manat, 02.04.2007-ci il tarixdə 355 manat, 01.05.2007-ci il tarixdə 355 manat, 02.06.2007-ci il tarixdə 355 manat, 02.07.2007-ci il tarixdə 355 manat, 17.07.2007-ci il tarixdə 4500 manat, 01.08.2007-ci il tarixdə 355 manat, 02.09.2007-ci il tarixdə 355 manat, 01.10.2007-ci il tarixdə 355 manat, 03.10.2007-ci il tarixdə 355 manat, 04.12.2007-ci il tarixdə 355 manat, 03.01.2008ci il tarixdə 355 manat, 02.02.2008-ci il tarixdə 355 manat, 03.03.2008-ci il tarixdə 355 manat, 04.05.2008-ci il tarixdə 710 manat olmaqla, cəmi 11959,98 manat ödəniş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi 16.05.2016-cı il tarixli və 26.05.2016-cı il tarixli kassa mədaxil orderlərinin surətlərindən görünür ki, İddiaçı göstərilmiş hüquqi yardıma görə cəmi 1000 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəisi E.Sadıqov tərəfindən təsdiq edilmiş 26.05.2012-ci il tarixli 17/38-111 saylı etibarnamənin surətindən görünür ki, X3 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X5 26.05.2013-cü il tarixədək etibar etmişdir. “xxxx” MMC-nin direktoru Kazım Kazımzadənin nümayəndəsi Əkbər Cəfərovun “xxxx” MMC-yə verdiyi 28.05.2012-ci il tarixli 002 saylı etibarnamənin surətindən görünür ki, xxxx MMC həmin etibarnamə ilə bütün dövlət orqanlarında təmsil etməyi, onun adından çıxış etməy i, ona məxsus əmlakı idarə etməyi və sair səlahiyyətləri “xxxx” MMC-yə etibar etmişdir. “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış 28.05.2012-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin surətindən görünür ki, müqavilənin predmetini Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanındakı məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirilməsi, tikintinin başa çatdırılması və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin müəyyənləşdirilməsi və bölgüsünün həyata keçirilməsi təşkil edir. İcraçı “xxxx” MMC ilə payçı Cavabdeh1 arasında bağlanmış 02.12.2013-cü il tarixli 103 saylı müqavilənin surətindən müəyyən olunu r ki, icraçı Bakı şəhəri Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kvadrat metr olan 1 otaqlı izolə olunmuş mənzili bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında tamamilə ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri hər kvadrat metr üçün 600 manat olmaqla, sahəsi 59,47 kvadrat metr olan mənzil üçün 35682 manat müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən Cavabdeh1 na verilmiş 02.12.2013-cü il tarixli 331 saylı çıxarışın surətindən görünür ki, “xxxx” MMC Cavabdeh1 nun Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında 12 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kvadrat metr olan 1 otaqlı mənzilinə hüquqlarını tanımışdır. “xxxx” MMC tərəfindən Cavabdeh1 na verilmiş 02.12.2013-cü il tarixli 378 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında 12 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kvadrat metr olan 1 otaqlı mənzilin müqavilə dəyərini tam ödəmişdir. “xxxx” MMC tərəfindən Cavabdeh1 na verilmiş 02.12.2013-cü il tarixli arayışın surətindən görünür ki, sakinlərin və “xxxx” MMC şirkətinin təyin etdikləri 1-ci blokun 9-cu mərtəbəsi layihə üzrə və “xxxx” MMC-nin verdiyi sənəd üzrə 1-ci blok 10-cu mərtəbə sayılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 10.03.2016-cı il tarixli rəyinin surətindən görünür ki, B akı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasına texniki baxış zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 02.02.2007-ci il tarixli 7383 saylı rəyində binanın 2 girişli, zirzəmi+kürsü+12 mərtəbəli göstərilməsi, binanın konstruktiv sxemi rabitəli çərçivə karkas şəklində inşa edilməsi, binanın konstruktiv elementləri sütunlar, rigellər və diafraqmalar monolit dəmir-betondan inşa edilməsi, mərtəbələrarası örtük tavaları monolit dəmir-betondan inşa edilməsi, ekspertlər qarşılarına qoyulan suallara öz ixtisas və səlahiyyətləri çərçivəsində binanın 1-ci mərtəbəsinin kürsü mərtəbənin üzərində yerləşməsi, bina mərtəbələri aşağıdan yuxarıya doğru sa yıldıqda zirzəmi+kürsü+1-ci mərtəbə kimi inşa edilməsi, binanın zirzəmisinin mərtəbəsinin 1-ci mərtəbə kimi sayıla bilinmədiyi, binanın layihəsində mərtəbələr arasında İA və 12B adlandırılan mərtəbələrin layihələndirilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.10.2016-cı il tarixli 15847 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının eskiz layihəsinə əsasən yaşayış binasının iki mərtəbəli qeyri-yaşayış sahəsindən və 0.000 nöqtəsindən başlayan 12 mərtəbəli yaşayış mənzillərindən ibarət olduğu, lakin faktiki olaraq həmin yaşayış binasının iki mərtəbəli qeyri-yaşayış sahəsindən və 0.000 nöqtəsindən başlayan 14 mərtəbəli yaşayış mənzillərindən (əlavə inşa olunmuş iki mərtəbələr nəzərə alınmaqla) ibarət olduğu müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, İddiaçı, Cavabdeh1 na satılmış mənzillərə dair plansxemlər müqavilələrə əlavə edilmədiyindən, baxış zamanı ekspertə təqdim edilmiş mənzilin Cavabdeh2 istifadəsində olduğu, Cavabdeh2 istifadəsində olan mənzilin ümumi sahəsinin müqavilələrdə göstərilən sahəyə uyğun olmadığından, eləcə də “xxxx” MMC-nin adına tərtib edilmiş layihədə mənzillərin nömrələnməsi göstərilmədiyindən, mübahisəli mənzillərin eyni mənzillər olub-olmamasını və yerlərini müəyyən etmək mümkün olmamışdır. Eləcə də rəydən görünür ki, baxış zamanı, təqdim edilmiş mənzilin yer səviyyəsindən 12-ci mərtəbədə yerləşdiyi, ümumi sahəsi 54,8 kvadrat metr olan 5 tikilidən ibarət olduğu, faktiki olaraq X6 istifadəsində olduğu v ə mənzilin A. Cavabdeh1 tərəfindən təmir edildiyi müəyyən edilmişdir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-7226/2018 saylı, 06 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mənzilin dəyərini tam olaraq ödəməmişdir və bu faktın özü o anlama gəlir ki, onun həmin mənzilin ona verilməsini tələb etmək hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin özündə iddiaçı tərəfindən sonuncu dəfə 04.05.2008-ci il tarixində 710 manat olmaqla mənzilin dəyərindən cəmi 11959,98 manat ödəniş edildiyi göstərilmişdir. Mülki Məcəllənin 421.3-cü maddəsinin tələbinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə qeyd etmişdir ki, MMC mənzili təhvil vermək barədə öhdəliyini icra etmədiyinə görə iddiaçı öz öhdəliyinin icrasını dayandırmışləngitmişdir ki, bu da mülki qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçının öz öhdəliyini tam icra etməməsinin mülki qanunvericiliyin hansı tələblərinə uyğun olduğunu əsaslandırmamışdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə tam düzgün hüquqi qiymət verm əmiş, bununla əlaqədar həmin Məcəllənin “Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi” adlanan 11-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, cavabdeh X8 tərəfindən mübahisələndirilən 1 otaqlı mənzilin dəyəri onun tərəfindən 2013-cü il tarixdə tam ödənilmiş, həmin mənzil ona təhvil verilmiş, mənzil təmir olunmaqla cavabdeh ailəsi ilə birlikdə orada yaşayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından da göründüyü kimi, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 17.07.2006-cı il tarixli 132 saylı müqaviləyə əsasən İddiaçı “xxxx” MMC-dən aldığı Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 2935 A ünvanında inşa olunan yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kvadrat metretr olan 1 otaqlı mənzilinin dəyəri olaraq 18733 manat ödəməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş g örməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digə r şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş ekspertin rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehlərin müqaviləsi binanın 9-cu mərtəbəsinə aid olsa da onlar binanın 10-cu mərtəbəsindəki mənzili təmir etməklə orada yaşayırlar. Yəni cavabdehlərin faktiki istifadəsində olan mənzilin binanın 10-cu mərtəbəsində yerləşməsi ekspert rəyi ilə mübahisəsiz qaydada təsdiq edilmişdir. Digər tərəfdən iş materialları ilə müəyyən edilmişdir ki, “xxxx” MMC öz materialları əsasında hazırlanmış mənzili Cavabdeh1 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 -ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh X8 tərəfindən mübahisələndirilən 1 otaqlı mənzilin dəyəri onun tərəfindən 2013-cü il tarixdə tam ödənilmişdir. Eyni zamanda həmin mənzil ona təhvil verilmiş, mənzil təmir olunmaqla cavabdeh ailəsi ilə birlikdə orada yaşayır. Belə olan halda iddiaçı bağladığı 17.07.2006-cı il tarixli 132 saylı müqavilədən irəli gələn öhdəliyini icra etməmiş, yəni aldığı mənzilin dəyərini tam ödəməmişdir ki, 17.07.2006-cı il tarixli 132 saylı müqavilənin şərtlərinə əsasən alıcının mənzilin dəyərini tam ödədikdən sonra mənzilə dair hüququnun yaranması mümkün olduğundan, öz müqavilə öhdəliyini icra etməyən iddiaçının həmin müqavilə ilə müəyyən edilən mənzili tələb etmək hüququna malik olmamışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə öhdəliyini icra etm əyən iddiaçının özünün həmin müqavilənin predmeti üzərində hüququ yaranmadığından, bu səbəbdən həmin əmlaka dair bağlanan əqdləri mübahisələndirmək hüququnun da yaranması mümkün deyildir. Yaranmamış hüquqa görə iddiaçıya maddi və ya mənəvi ziyanın vurulması da istisna təşkil edir ki, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə almaqla nəticəyə gəlməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmuş, məhkəmə qətnamə qəbul edərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şi kayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2704/2019 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar