Məhkəmə qərarları › İş №2(102)-4998/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4998/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4998/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aktın ləğvi və borc məbləğinin silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-387/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Şirvan ŞPŞ-nin tərəfindən 06.06.2013-cü il tarixdə verilmiş AZE 13536067 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 28.04.1974-cü ildə Sabirabad rayonunda anadan olmuşdur və hal-hazırda Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 5, ev 16-da qeydiyyatdadır. "xxxx" ASC Şirvan RETSİ, Şirvan ŞPŞ-nin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş X1 qaydalarının pozulması haqqında 13 dekabr 2019-cu il tarixli, 024254 saylı aktdan görünür ki, İddiaçı adına qeydiyyatda olan 63 kVA TM-dən həyətdə yerləşən digər şəxsə məxsus cücə, çörək sexlərinə və ailəyə məxsus yaşayış evinə birbaşa xətt çəkərək X1 olunmuşdur. Həmin aktla 17384,22 manat itirilmiş elektrik enerjisinin bərpası hesablanmışdır. Abonent kodu **********6 olan, Mənsurə Behbudovaya məxsus dövriyyədən (saldo) məlum olmuşdur ki, 20.04.2009-cu il tarixdən qüsur aşkar olunmuş 12.12.2019-cu il tarixədək istifadə olunmuş elektrik enerjisi üzrə heç bir məbləğdə ödəniş olunmamışdır. Abonent kodu **********8 olan, Mənsurə Behbudovaya məxsus dövriyyədən (saldo) məlum olmuşdur ki, 20.11.2008-ci il tarixdən qüsur aşkar olunmuş 12.12.2019-cu il tarixədək istifadə olunmuş elektrik enerjisi üzrə hər ay orta hesabla 5-6 manat məbləğdə ödəniş olunmamışdır. 12.12.2019-cu il tarixdə Şirvan RETSİ əməkdaşları tərəfindən tərtib olunmuş aktdan məlum olmuşdur ki, abonentə məxsus ******* saylı Transformator məntəqəsinin (TM) üzərində quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirmək məqsədi ilə obyektdə olmuşlar, həmin məntəqə şəxsə məxsus tikilinin daxilində yerl əşdiyindən, həmçinin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamış, sayğac sxeminə və TM-nə baxış keçirilməsinə şərait yaradılmamış, dəfələrlə abonentlə əlaqə saxlanılmış, qapını açmaq tələb olunmuş, lakin abonent onlara hədə qorxu gələrək qapını açmaqdan imtina etmişdir. 12.12.2019-cu il tarixdə Şirvan RETSİ-nin və Şirvan Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş aktdan məlum olmuşdur ki, 12.12.2019-cu il tarixdə saat 17:30-da abonentə məxsus ******* saylı Transformator məntəqəsinin (TM) üzərində quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirmək məqsədi ilə obyektdə olmuşlar, uçot kompleksinə baxış keçirilməsi üçün abonentə zəng olunmuş, o, Bakı şəhərində xəstə olduğunu, orada iştirak etmə imkanının olmadığını bildirmişdir. Bu səbəbdən də uçot kompleksini n qapısı polis əməkdaşlarının iştirakı ilə TM yerləşdiyi tikilinin qapısı 12201117 saylı möhürlə möhürlənmiş, mühafizə xidmətinin və təchizat müəssisəsinin əməkdaşlarına təhvil verilmişdir. Məhkəmənin 05.08.2020-ci il tarixli iclasında cavabdeh tərəfindən təqdim olunmuş uçota baxış zamanı aparılmış videoçəkiliş diskinə baxış keçirilmişdir. Diskdə olan videogürüntülərdən görünür ki, bir neçə şəxs transformator məntəqəsinə daxil olmuş, orada olan müəyyən qüsurlarla bağlı izahatlar vermişlər. Belə ki, aşkar olunmuş qüsur transformator məntəqəsində yerləşən cərəyan transformatorunun, möhürlərinin yerində olmadığı, çıxış kabeldə quraq olması və həmin quraqdan birbaşa xətt çəkməsi aşkar surətdə görünmüşdür. Bununla da iddiaçıya məxsus uçot kompleksində olan müdaxilələr, nöqsanlar öz təsdiqini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı X1 qaydalarının pozulması haqqında "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 13 dekabr 2019-cu il tarixli, 024254 saylı aktın ləğv olunması və akta əsasən hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyətyanı sahəsində quraşdırılmış transformator məntəqəsi onun şəxsi mülkiyyətidir və həmin transformator bir başa həyat yoldaşına məxsusdur. Belə ki, aktda göstərilən tarixdə həyat yoldaşının iştirakı olmadan "xxxx" ASC-nin X2 işçiləri həmin transformator yerləşən binaya daxil olmuşlar, heç bir müdaxilənin olmadığını görmüşlər, 04 kVt-luq tərəfdə olan möhürləri qıraraq mübahisələndirdiyi aktı tərtib etmişlər. Daha sonra o, həmin aktda iştirak etmədiyini, aktda imzasının olmadığını, həmin aktın mövcüdluğunu bilmədiyini, həmin sayğaca heç bir müdaxilə etmədiyini, aktın məbləğinin şübhəli olduğunu, ümumiyyətlə sayğaca heç bir kənar müdaxilə etmədiyini, zədələmədiyini bildirmişdir. ”Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş X1 qaydalarının pozulması haqqında tərtib olunmuş 13 dekabr 2019-cu il tarixli, 024254 saylı akta əsasən hesablanmış cəriməni qanunsuz və əsassız hesab edir. Şirvan Şəhər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev, iş № 2(032)-400/2020) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olan borcun silinməsi və 024254 saylı 13 dekabr 2019-cu il tarixli aktın ləğv edilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus transformator məntəqəsinin olmasından sui-istifadə etmiş, yaşayış evinə, həyətyanı sahədə yerləşən sahibkarlıq obyektinə qeyri-qanuni olaraq kənar xətt çəkməklə elektrik enerjini talamışdır. Məhkəmə bununla bağlı bildirir ki, “X1 Qaydaları”nda X1də pozuntuya yol verdiyi aşkar edilməsi zamanı uçot kompleksində müəyyən olunan nöqsanlar açıq aşkar olduğundan tərtib olunmuş aktlar məhkəmədə şübhə yaratmır. İstehlakçı İddiaçı X1 etdiyi zaman qeyd olunan qüsurlar aşkar olunmuş və cavabdeh təşkilatı tərəfindən aparılan hesablamalara görə 193158 kvt.s olmaqla 17384,22 manat ziyan vurulmuşdur. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayətində göstə rmişdir ki, məhkəmənin qətnaməsindən narazıdır. Belə ki, məhkəmənin sözü gedən qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki halları araşdırılmamış və məhkəmə həqiqətə uyğun olmayan hallara və yalnız cavabdeh tərəfindən təqdim edilmiş, lakin məntiqi baxımından həqiqətlə uzlaşmayan formal akta istinad edilməklə, həmin aktda göstərilən məbləğdə zərər vurulmasını təsdiq edəcək mötəbər dəlillərin olmadığı vəziyyətdə iddianın rədd edilməsi barədə qətnamə çıxarmışdır. Belə ki, cavabdeh təşkilatın vəzifəli şəxslərinin bəzilərinin Şirvan Şəhər Prokurorluğunda verdiyi izahatlarında da X1 qaydalarının pozulması hallarının olmaması bildirilmiş, lakin məhkəmə həmin izahatlarının olmasının aktın əsassız olmasını hesab etməyə əsas verilməsini araşdır mamışdır. Həmin halların araşdırılmasına səthi yanaşılmış və bu hallara dair hüquqi qiymət verilməmişdir. Bütün bu halların nəticəsində də onun qanunla qorunan hüquqlarının real bərpası təmin olunmamaqla ədalətsiz qətnamə çıxarılmışdır. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), T.Heydərov və T.Kərimov, iş № 2(106)-387/2021) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli 2(032)-400/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus transformator məntəqəsində yerləşən cərəyan transformatorunun möhürləri yerində olmamış, çıxış kabelində quraq olmuş, h əmin quraqdan birbaşa xətt çəkilmiş və həmin quraqdan birbaşa xətt çəkilməsinin aşkar edilməsi nəticədə yuxarıda qeyd edilən akt tərtib edilmişdir. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olan borcun silinməsi və 024254 saylı 13 dekabr 2019-cu il tarixli aktın ləğv edilməsi barədə iddia ərizəsi üzrə tələbinin təmin edilməməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona gör ə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)387/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “X1 Qaydalarının”-nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərb aycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. 9.1-ci bəndində isə qeyd olunub ki, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Elektroenergetika haqqında Azərbaycan Respublikasının 03 aprel 1998-ci il tarixli Qanununun 16-cı maddəsinə əsasən “istehlakçılar enerjiqəbuledicilərinin texniki səviyyəsinin dövlət standartlarına uyğun olmasını təmin etməlidirlər. Şəbəkəyə qoşulmanın texniki şərtlərinə müvafiq istehlakçılar nəzarət ölçü cihazlarının qoyulmasına, sazlığına və toxunulmazlığına məsuliyyət daşıyırlar”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-38 7/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar