Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5/2019 09.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 09 yanvar 2019-cu il iş № 2(102)- 5 /19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı və onun vəkili X6 oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 yanvar 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim Arif İsmayılo v, 2(033)-171/2018 saylı mülki iş) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş 13720 (on üç min yeddi yüz iyirmi) manat məbləğində maddi zərərin və 25000 (iyirmi beş min) manat məbləğində mənəvi zərərin əvəzinin alınıb ona ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş, İddiaçı ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(107)-1518/2018 saylı mülki iş) hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, şəxsi mülkiyyətlərindəki 971 kv.m. torpaq sahəsini 30 iyun 2010-cu il tarixdən 2017-ci ilin noyabr ayına kimi istifadə etməyə qoymayan, həmin torpaq sahəsini zəbt edib, onu 20 dəfə məhkəmə çəkişmələrinə cəlb etdiyinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13720 (on üç min yeddi yüz iyirmi) manat onlara vurulmuş maddi zərərin əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini artıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 25000 (iyirmi beş min) manat vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməs indən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştir ak edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X6 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən İddiaçı adına verilmiş Dövlət torpaq kadastrı kitabında 11.05.2010-cu il tarixdə 148 nömrə ilə uçota alınmış A seriyalı 263818 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömərli qərarı ilə ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zaqatala rayonu ÜNVANndə yerləşən 971 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ya nında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu ÜNVANndə yerləşən 0,0971 kv.m. torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 və İddiaçı adına qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu ÜNVANndə yerləşən 0,0703 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu ÜNVANndə yerləşən 100.30 kv.m. torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeyd edilmişdir. Zaqatala Rayonu 2 saylı Dövlət Notariat Kontorunda 09 oktyabr 2017-ci il tarixdə reyestrdə 4Ə-669 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 09 oktyabr 2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsin”dən görünür ki, satıcı cavabdeh Musayev X2 rayonu Y.Tala kəndində yerləşən 0,1668 ha torpaq sahəsindən 470 kv.m torpaq sahəsini 3000 (üç min) manata alıcı İddiaçı satmışdır. Zaqatala Rayonu 2 saylı Dövlət Notariat Kont orunda 10 oktyabr 2017-ci il tarixdə reyestrdə 4Ə-678 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 10 oktyabr 2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsin”dən görünür ki, satıcı İddiaçı və X1 rayonu Y.Tala kəndində yerləşən 0,0971 ha torpaq sahəsindən 703 kv.m torpaq sahəsini 3000 (üç min) manata alıcı Cavabdeh1 satmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən aşağıda sadalanan qanun normalarınaistinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 7-ci hissəsində təsbit edilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı mad dəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsanhüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-cü bəndində məhkəmlərə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,0971 kv.m. torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 və İddiaçı adına qeyd edilmişdir. Hazırkı iş üzrə tərəflər arasında uzun müddət ərzində həmin torpaq sahəsi ilə bağlı məhkəmə çəkişmələri olmuşdur. İddiaçı onun və oğlu X3 xüsusi mülkiyyətində olan qeyd edilən torpaq sahəsinin cavabdehlər tərəfindən uzun illər ərzində zəbt edilməsi nəticəsində həmin torpaq sahəsindən bu günədək istifadə edib heç bir gəlir götürmədiyini, orada çiyələk, tərəvəz və digər bitkilər əkib ildə 1500 manat pul götürmək imkanından məhrum olduğunu bildirsə də, qeyd edilən məbləğdə gəlir əldə edə bilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsinin 12 aprel 2010-cu il tarixdən noyabr 2017-ci ilə kimi məhkəmələrdə 20 dəfə məhkəmə baxışlarının keçirilməsi, nəticədə 15 qərar, qətnamə və 5 qərardadın qəbul edilməsi, bu iddiaların 60 faizinin cavabdehlərin olması, iddia ərizələri ilə bağlı dövlət rüsumunu, vəkillərə xidmət haqqını ödəməsi, Şəki və Bakı şəhərlərinə gedib-gəlməsinə və sair xərclər çəkməli olması və bu sahədəki onun ümumi xərcinin orta hesabla 2500 manat olmasına münasibət bildirərək, qeyd etmişdir ki, hər bir fiziki və hüquqi şəxs özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu hüquqlarındn istifadə etməsində heç bir şəxsə, o cümlədən, cavabdehlərə məhdudiyyət və ya qadağa qoyula bilməz. Məhkəmə araşdırılması zamanı iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi, onun nəticəsində keçirdiyi fiziki və mənəvi sarsıntılara dair hər hansı sübut təqdim edə b ilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinin vurulmuş mənəvi zərərə görə cavabdehlərdən 25000 (iyirmi beş min) manat məbləğində pulun onun xeyrinə tutulması tələbinə dair hissəsi də əsassızdır və təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı 13720 (on üç min yeddi yüz iyirmi) manat məbləğində maddi zərərin və 25000 (iyirmi beş min) manat vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi barədə qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və k assasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev
Məhkəmə qərarları › İş №2(102)-5/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5/2019
09.01.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver