Məhkəmə qərarları › İş №2(102)-5/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl ndan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin Cavabdehna qarşı nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair ilkin, Cavabdehnun “xxxx” (Azərbaycan) ASC-yə qarşı müqavilənin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh Kamil hüquqi varisi X1 tərəfind ən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin Cavabdeh na qarşı “nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair” iddiasının qismən təmin edilməsi, Cavabdeh ndan kredit üzrə 10,009.44 ABŞ dolları məbləğində əsas borcun, 1.109,88 ABŞ dolları məbləğində faiz borcunun, 16 ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə isə 11135,32 ABŞ dolları (X3 kursuna müvafiq olaraq manatla) borcun “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə tutulması, Cavabdeh nun “xxxx” (Azərbaycan) ASC-yə qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın 13 mart 2019-cu il tarixli (sədrlik edən X.Sarıyev, hakimlər E.Şamayev və Ş.Məhərrəmova) qətnaməsi ilə Cavabdeh nun apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilən və təmin edilməyən hissələrində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edililməklə, ilkin iddianın təmin edilməsi, Cavabdeh ndan iddiaçı “xxxx” Azərbaycan ASC-nin xeyrinə 10009,44 (on min doqquz ABŞ dolları qırx dörd sent) ABŞ dolları əsas, 1990,71 (min doqquz yüz doxsan ABŞ dolları yetmiş bir sent) ABŞ dolları faiz, 77,68 (yetmiş yeddi ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları cərimə, cəmi 12077,83 (on iki min yetmiş yeddi ABŞ dolları səksən üç sent) ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 (otuz) manat dövlət rüsumunun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun Cavabdeh ndan tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir.. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” (Azərbaycan) ASC Cavabdeh na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.01.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 25 sentyabr 2017-ci il tarixə Banka borclu olduğu 10.009,44 ABŞ dolları məbləğində əsas borc, 1.109,88 ABŞ dolları məbləğində faiz borcu, 77,68 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 11.197 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ndan tutularaq “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin Cavabdeh na qarşı “nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair” iddia ərizəsinə əlavə təqdim edərək MPM-nin 53cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirdiyini bildirmiş məhkəmədən iddiaçı “xxxx” Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.01.2016-cı il tarixli, kredit müqaviləsinə əsasən Banka borclu olduğu 10.009,44 ABŞ dolları məbləğində əsas borc, 1.990,71 ABŞ dolları məbləğində faiz borcu, 77,68 ABŞ dolları məbləğində cərimə üzrə borc u, ümumilikdə isə 12.077,83 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ndan tutularaq “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxx” (Azərbaycan) ASC-yə qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən xxxx (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 22.01.2016-cı il tarixli kredit müqaviləsinin mübahisələndirilməyə başlanıldığı andan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Cavabdeh nun ka sasya şikayəti verdikdən sonra, 10 avqust 2019-cu il tarixdə vəfat etməsi səbəbi ilə 23 avqust 2019-cu il tarixində hüquqi varis müəyyən edilənədək iş üzrə icraat dayandırılmış, 03 iyul 2020-ci il tarixində iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının 23 iyul 2020-ci il tarili iclasında X1 Cavabdeh nun hüquqi varis kimi işə cəlb edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 14.04.2015-ci il tarixli “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 24 (iyirmi dörd) faiz hesablanması şərti il ə 60 (altmış) ay müddətinə 10.840 (on min səkkiz yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış “14.04.2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 22 yanvar 2016-cı il tarixli Razılaşmaya əsasən Cavabdeh 22 yanvar 2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 10.072 (on min yetmiş iki) ABŞ dolları məbləğində borcu illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 51 (əlli bir) ay müddətinə - 22 aprel 2020-ci il tarixədək uzadılmışdır. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 avqust 2018-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları: 14.04.2015-ci il tarixli “Nağd pul krediti müqaviləsi” və 22 yanvar 2016-cı il tarixli, “Razılaşma”nın şərtlərinə əsasən Cavabdeh nun “xxxx” (Azərbaycan) ASC-yə 22.01.2016-cı il tarixədək olan borcu əsas borc üzrə 10.009,44 ABŞ dolları, faiz borcu üzrə 1.323,41 ABŞ dolları, 25.09.2017-ci il tarixə əsas borc üzrə 10.009,44 ABŞ dolları, faiz borcu üzrə 1.990,71 ABŞ dolları məbləğində müəyyən olunur. Cavabdeh tərəfindən iddiaçı “xxxx” Azərbaycan) ASC-yə ünvanlanmış pretensiyadan görünür ki, cavabdeh 22 yanvar 2016-cı il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdir məkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci fhaddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşy alara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüf ən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi və sonra Razılaşma bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərd arlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu, kredit müqaviləsi və Razılaşmaya dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, iddiaçı yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, iddiaçı tərəf MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcmini artırmasına baxmayaraq, birinci instansiya məhkəməsi artırmadan əvvəlki tələb üzrə qətnamə qəbul etmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia ilə bağlı hissədə maddi və prosessual hüquq normalarının pozulma sı ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Qeyd edilməlidir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertizasahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiym ətləndirilməlidir. Buna görə də apelyasiya instansiyası məhkəməsi qətnamənin ilkin iddianın qismən təmin edilən və təmin edilməyən hissələrində, ekspertiza xərci hissəsində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməlisi, ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə 10.009,44 ABŞ dolları məbləğində əsas borc, 1.990,71 ABŞ dolları məbləğində faiz borcu, 77,68 ABŞ dolları məbləğində cərimə üzrə borcunun, cəmi 12.077,83 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddia ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Cavabdeh tərəf qarşılıqlı iddia tələbinin heç b ir qanuni əsasını göstərmədən “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 22.01.2016-cı il tarixli, 122821-114408/1 saylı kredit müqaviləsini, müqavilə müddəti başa çatmadığına görə artıq mübahisə predmeti olduğundan ləğv edilməli olduğunu tələb etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmal ıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Digər tərəfdən, MM-nin 421.1 -ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “xxxx” (Azərbaycan) ASC ilə Cavabd eh arasında bağlanmış “14.04.2015-ci il tarixli, 122821-1-14408 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 22 yanvar 2016-cı il tarixli 01 saylı Razılaşmanın 9-cu bəndinə əsasən 14.04.2015-ci il tarixli, 122821-1- 14408 saylı “Nağd pul krediti müqaviləsi”nin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılır. 14.04.2015-ci il tarixli, 122821-1-14408 saylı “Nağd pul krediti müqaviləsi’ nin 7.2-ci bəndinə əsasən bu müqavilə Bank tərəfindən Vİ bənddə nəzərdə tutulan hallarda və qaydada birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Müqavilənin Vİ bəndi isə Bank tərəfindən pul öhdəliyinin vaxtından əvvəl tələb etmə halı ilə bağlıdır. Göründüyü kimi, tərəflər iradə ifadəsi olaraq müqavilə azadlığı şəraitində bağladıqları müqavilənin şərtlərinə əsasən müqaviləni ləğ v etmək hüququ Banka məxsusdur və bunu sonuncu tələb edə bilər. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nun hüquqi varisi X1nın kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar