Məhkəmə qərarları › İş №2(102)-50/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-50/2020

10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-50/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh, vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2674/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500.000 (beş yüz min) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər iyirmi ildən artıqdır ki, bir-birini tanıyır. Cavabdeh tikinti işlərinin aparılmasında maliyyə çətinlikləri olduğundan müxtəlif vaxtlarda iddiaçıdan 80.000 manat, 150.000 manat və 270.000 manat, cəmi 500.000 manat məbləğində borca pul almış və nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq pulu iddiaçıya qaytarmamışdır. Binəqədi RPİ-nin İŞ tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh iddiaçıdan hissə-hissə, yəni 80.000 manat, 150.000 manat, 270.000 manat olmaqla cəmi 500.000 manat borca pul götürdüyünü etiraf etmiş və borcunu qay taracağını bildirmişdir. Lakin cavabdeh borcun qaytarılması barədə heç bir təşəbbüs göstərməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-667/2019 saylı, 01 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh əsas borc üzrə 500.000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2674/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov), Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-667/2019 saylı, 01 mart 2019-cu il tarixli qətnaməs inin Cavabdeh iddiaçının xeyrinə 230.000 manat borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddianın rədd edilməsi və qətnamənin iddiaçının xeyrinə Cavabdeh 270.000 manat borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2674/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2674/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsinin iddiaçının x eyrinə Cavabdeh 270.000 manat borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və işin həmin hissə üzrə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə kassasiya qaydasında baxılarkən İddiaçı və Cavabdeh barışıq sazişi və barışıq sazişinin təsdiq edilməsinə və icraata xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq olunmaqla qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallar ından göründüyü kimi 10 yanvar 2020-ci ildə tərəflər barışıq sazişi bağlayaraq, mübahisənin həlli üzrə aşağıdakı qaydada razılaşmışlar: Tərəflər aralarında yaranmış bütün hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi, yəni 2(102)-8134/2019 saylı mülki iş üzrə 500.000 (beş yüz min) manat məbləğində pul vəsaiti ilə bağlı mübahisə və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edəcəklər. Cavabdeh tərəflər arasında əldə edilmiş barışıq sazişinin şərti kimi 340.000 (üç yüz qırx min) manat borcu etiraf edərək qəbul etmiş və həmin məbləği 10 dekabr 2020-ci ilədək tam ödəməyi öhdəsinə götürmüş,İddiaçı isə Cavabdeh 500.000 (beş yüz min) manat borcdan 340.000 manat borcunu 10 dekabr 2020-ci ilədək ödəyəcəyi təqdirdə 160.000 (yüz altmış min) manat hissəsini güzəşt etməyi öhd əsinə götürmüşdür. Cavabdeh İddiaçı olan borcunu tərəflərin qarşılıqlı razılığı əsasında öz mülkiyyətindəki daşınmaz əmlakla da əvəzləşdirə bilər. Razılaşmanın nəticəsi olaraq 10 yanvar 2020-ci ildə tərəflər barışıq sazişi imzalamışlar. Azərbaycan Respublikası 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olduğundan, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsində göstərilir ki, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələ rini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Eləcə də həmin Məcəllənin 261.0, 261.0.5-ci maddələrində nəzərdə tutulmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu sazişi məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. MPM-nin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası qərara gəlir ki, tərəflərin barışıq sazişi təsdiq olunmalı, iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)2674/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflərin bağladıqları 10 yanvar 2020-ci il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar