Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-500/2019 25.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı” İKB-nin cavabdehlər X, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı İddiaçı İKB ilə X arasında bağlanmış 23.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 iyun 2018-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında ba xaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2018-cı il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) İddiaçı” İKB-nin cavabdehlər X, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı İddiaçı İKB ilə X arasında bağlanmış 252-G- 1-0-1401-14 saylı 23.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbi qismən təmin edilmiş, İddiaçı İKB ilə X arasında bağlanmış 22-G- 1-0-1401-14 saylı 23.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, X 23.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 17120.66 manat, faiz borcuna görə 5697.06 manat, dəbbə puluna görə 4.69 manat olmaqla, cəmi 22822.41 manat borc, məhkəmə xərclərinə görə 60 manatın İddiaçı İKB-nın xeyrinə tutulması, X iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 manatın dövlət nəfinə tutulması, X ipoteka predmetinin qiymətləndirilməsinə görə 200 manatın “xxxx” MMC-nin xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir keçəsi, 7 saylı evin 93 saylı mənzilin ilkin satış qiymətinin 95000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 22882.41 manat borcun İddiaçı İKB-nın hesabına, 200 manatın “xxxx” MMC-nin hesabına, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın dövlət nəfinə keçirilməsi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir keçəsi, 7 saylı evin 93 saylı mənzil satıldıqdan 1 ay sonra X, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər İ.Xəlilov və A.Hüseynov) Xətai Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 iyun 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi mə sələlər: İddiaçı” İKB cavabdehlər X, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı İddiaçı İKB ilə X arasında bağlanmış 252-G- 1-0-1401-14 saylı 23.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı İKB ilə borcalan X arasında bağlanmış 23.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana istehlak məqsədilə 60 ay müddətinə qaytarmaq, illik 25% ödəmək şərti ilə 25000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə edilmiş 1 saylı əlavəyə əsasən borcalan X 23.11.2014- cü ildən 23.10.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 25000 manat, faiz borcuna görə 19027,16 manat olmaqla, cəmi 44027,16 borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. 23.10.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən 14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün ipoteka verən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 7 saylı evin 93 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər g östərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozu lması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən X kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipote ka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla X arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh2 məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipote ka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-500/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-500/2019
25.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver