Məhkəmə qərarları › İş №2(102)-5000/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5000/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5000/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X7 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil1, cavabdehin nümayəndəsi X4, vəkili Vəkil3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi X5nun iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarix li, X5 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X5nə qarşı yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan, 3 otaqdan ibarət olan 6 nömrəli mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh X5nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 aprel 2008-ci il tarixdə onunla Cavabdeh X5 arasında 55 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsası nda o aldığı mənzilin dəyəri olan 98530 manat məbləğində pulu Cavabdeh X5nin kassasına tam ödəmişdir. Onun mənzilə ehtiyacı olduğundan o, mənzildə təmiri işləri aparmaq, təmiri tezliklə bitirmək niyyətində olmuşdur. 2009-cu ilin iyul ayında işıq, qaz və su sayğacları üçün ümumilikdə 1200 manat (1500 ABŞ dolları) pulu Cavabdeh X5nə ödəmiş və təmirə başlamışdır. Təmirin ilk mərhələsində mənzildaxili işıq, telefon, internet xətləri çəkilmiş və bu işlərin görülməsinə tərəfindən ümumilikdə 2050 manat (2560 ABŞ dolları) xərc çəkilmişdir. Təmirin sonrakı mərhələsində də 5690 manat (7100 ABŞ dolları), 1560 manat (1910 ABŞ dolları) xərc çəkilmişdir. Mənzil alındıqdan sonra mənzilə ümumilikdə 10500 manat (13110 ABŞ dolları) məbləğində xərc çəkilmişdir. Bir müddət sonra isə o, mənzilinə gəldikdə mənz ilin qapısının dəyişdirildiyini görmüşdür. O, Cavabdeh X5nin ofisinə müraciət etdikdə, ona bildirmişlər ki, anlaşılmazlıq olmuş, bu barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh X5 mənzilini ona təhvil vermirlər. Müqavilənin 1.3-cü bəndinə görə icraçı 18 aya mənzili istismara verməli idi. Lakin 10 ilə yaxın müddətdir ki, Cavabdeh X5 müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 22 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq, X5 21 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan 6 nömrəli mənzilinin İddiaçı təhvil verilməsinin Cavabdeh X5nə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İlham Kərimli-sədrlik edən və məruzəçi, hakimlər İsmayıl Xəlilov və Elşad Şamayev ) 18 fevral 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi ilə Cavabdeh X5nin apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli X5 saylı qətnaməsi cavabdeh “MTK Real“ MTK-ya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MTK-nın nümayəndəsi X5 və vəkili Vəkil3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 18.02.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək və İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK arasında müqavilə bağlansa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilmişdir. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi ya ona ödənilmiş pulun qaytarılmasını təklif etsələr də, iddiaçı razı olmamış, əksinə onlara qarşı məhkəməyə müraciət etmişdir. Müqavilədə yol verilmiş səhvliklər müqavilənin predmeti bağlıdır və onun dəyərinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. Sözügedən müqavilə vacib əhəmiyyətli yanılma təsiri altında bağlanmış əqd hesab edilməli və bağlandığı andan etibarsız hesab edilməlidir. İddiaçının tələb etdiyi mənzil halhazırda X1 və mülkiyyətindədir. Həmin mənzil onun tərəfindən təmir olunmuş və o, hal-hazırda həmin mənzildə yaşayır. Belə olan halda, müqavilədə yol verilmiş mexaniki səhvlik ucbatından hazırda başqasının qanuni sahibliyində və mülkiyyətində olan mə nzil tələb edilə bilməz. Bu, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 hüquqlarının və mənafeyinin kobud şəkildə pozulmasına səbəb ola bilər. İddiaçının müqaviləsi etibarsız hesab edilməli və etibarsızlıqla əlaqədar nəticədən başqa heç bir hüquqi nəticəyə səbəb olmalı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilk normalarına əsasən, müqavilədə yol verilmiş xırda səhvliklər düzəlişə əsas verir, lakin mübahisəyə hüquq vermir. Onlar dəfələrlə bu səhvliyin düzəldilməsi ilə bağlı iddiaçıya müraciət etsələr də, iddiaçı təklifə cavab verməkdən imtina etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən, müqavilədə yol verilmiş səhvliklə bağlı mübahisəyə məhkəmədə baxıla bilməz. Anlaşılmazlığın məhkəmədən kənar həlli yolu mövcuddur və məhkəməyə mürac iət etməyə heç bir zərurət yoxdur. İddiaçı iddiası rədd edilməlidir. Mənzillə bağlı münasibət podrat münasibətləridir və müqaviləyə, podratla bağlı qüvvədə olan qanunvericiliyə əsasən mənzil İddiaçı deyil, X8 təhvil verilib və o hal-hazırda həmin mənzili təmir edib, yaşayır. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 347.1, 347.2, 347.5, 347.6, 337.4, 404.1-ci maddələrinin tələblərini pozmuş və maddi hüquq normasını səhv təfsir etmiş, tətbiq etməli olduğu hüquq normasını tətbiq etməmişdir, nəticədə əsassız olaraq iddianı təmin etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 və vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdirlər. İddiaçı və vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş materiallarında olan 14 aprel 2008-ci il tarixli 55 nömrəli «yaşayış evinin tikintisi ilə əlaqədar pay barədə»xxxxCavabdeh X5 (icraçı) X5 21 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan mənzil 6-nı tikib təhvil verməyi, İddiaçı (payçı) isə ona düşən mənzili qəbul etməyi, mənzilin hər kv.m-i üçün 985,30 manat olmaqla, cəmi 98350 manat pulu ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 07.03.2016-cı il tarixli 509 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X5 (icraçı) X5 21 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mər təbə, ümumi sahəsi 100 kv.m olan otaqdan ibarət olan mənzil 6-nı tikib təhvil verməyi, X9 (payçı) isə ona düşən mənzili qəbul etməyi, mənzilin hər kv.m-i üçün 1100 manat olmaqla, cəmi 110000 manat pulu ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tələbində mənzil alındıqdan sonra mənzilə ümumilikdə 10500 manat (13110 ABŞ dolları) məbləğində xərc çəkilməsini, bir müddət sonra isə mənzilinə gəldikdə mənzilin qapısının dəyişdirildiyini görməsini qeyd etmişdir. Həmçinin göstərmişdir ki, Cavabdeh X5nin ofisinə müraciət etdikdə, ona bildirmişlər ki, anlaşılmazlıq olmuş, bu barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh X5 mənzilini ona təhvil vermirlər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 152.5, 385. 1, 386.1, 442-ci maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticələrə əsasən mülki qanunvericiliyin normaları baxımından Cavabdeh X5nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, çünki cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır, apelyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi digər nəticələrə əsasən isə birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni müqavilə münasibətləri çərçivəsində qiymətləndirməkdə haqlı olmuşdur. Be lə ki, İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh X5 həmin müqavilə üzrə üzərinə düşən öhdəliyiyerinə yetirməmiş, yəni X5 21 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan 6 nömrəli mənzili iddiaçıya təhvil verməkdən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə, iddia tələbi üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur, iddiaçı iddia tələbində haqlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılm ası nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, 10 ilə yaxın müddətdir ki, Cavabdeh X5 iddiaçı ilə bağladığı müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir. Cavabdehin isə iddiaya olan etirazının əsası (eləcə də, apellyasiya şikayətinin dəlilləri) ondan ibarət olmuşdur ki, iddiaçı ilə müqavilə bağlanılsa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilmişdir. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmamışdır. Mübahisəli mənzil X3 və həmin mənzil onun tərəfind ən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinin araşdırılması istiqamətində heç bir cəhd etməmişdir. Hazırki mübahisəni həll etmək üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X9 məhkəmə iclasında iştirakının təmin etməsi zəruri olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsini qeyd edərək Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab etsə də, işin bu halına diqqət yetirməmişdir ki, həmin şəxsə məhkəmə bildirişinin çatdırılmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. Əksinə, məhkəmələrin onun qeydiyyatda olduğu ünvana göndərdiyi məktublar «Bu ünvanda yaşamır» qeydi ilə geri qaytarılır. Faktiki olaraq mübahisəli mənzildə yaşaması qeyd edilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 hazırki iş üzrə dindirilməsi mübahisənin obyektiv və ədalətli həlli baxımından əhəmiyyətlidir. Kollegiyanın qənaətinə görə X6 məhkəmə iclaslarında iştirakını qeydiyyatda olduğu ünvanı üzrə təmin edilməsi mümkünsüz olduğu halda, apellyasiya instansiyası məhkəməsi onun dindirilməsi və tərəflərin qeyd etdikləri faktların yerində yoxlanılması məqsədi ilə yerli baxış (yerində müayinə) keçirilməsinin məqsədə müvafiqliyini müzakirə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi X9 ilə müqavilənin 07.03.2016-cı il tarixdə bağlanmasına baxmayaraq iddiaçının nümayəndə sinin birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının 2014-cü ildən evindən başqa şəxsin olmasını bildiyini göstərməsinə, eləcə də, cavabdehin nümayəndəsinin həmin məhkəmədə verdiyi izahatında iddiaçıya hazırki mənzildən 40 kv.m artıq sahəsi olan mənzilin təklif edilməsi barədə göstərilənlərə diqqət yetirməyərək iddiaçının konkret olaraq hansı tarixdən iddia etdiyi mənzilində kənar şəxslərin yaşamasını bilməsini, ona digər, daha artıq sahəli mənzil təklifindən imtinasının səbəblərini aydınlaşdırmamışdır. Daha sonra kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında mənzilin 2016-cı ildə İlham Qasımovun həbsindən sonra mübahisəli mənzilin satılmasının göstərməsinin hazırki işlə hansı əlaqəsinin olmasını, mübahisəli mənzilin həbs olunan şəxs barədə olan cinayət işi üzrə keçibkeçməməsini də aydınlaşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etm əli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktının mövcud olmasının, iddiaçının da bununla bağlı tələbinin də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti mötəbər və tutarlı sübutlarla əsaslandırmadığı üçün gəldiyi nəticələri də qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq mübahisənin mahiyyətinə varmadan, yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlərə üstünlük verməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə apellyasiya instansiyası məhkəməsinin razılaşması Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə, eləcə də MPM-nin 14.1-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin normalara görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə hər bir halda həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqatına lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Kollegiya həmçinin qeyd edir ki, qeyd edilən madd ələrin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı ü çün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPMnin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar