Məhkəmə qərarları › İş №2(102)-5002/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5002/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5002/2020 23.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1736/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Z.Rzayev, iş № 2(008)-2352/2019) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fon dunun Cavabdeh qarşı kredit borcunun, ona hesablanmış faizlərin tutulması və tələbin girov predmetinə yönəldilməsi barədə ilkin iddia ərizəsi təmin olunmamış, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 qeydiyyat imtahan şöbəsi və Azərbaycan Respublikasının X1rşı borcun olmaması barədə müvafiq qeydiyyatın aparılması və ipotekaya xitam verilməsi barədə qarşılıqlı iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan “Mercedes-Benz C230 minik” markalı, 1997-ci il buraxılışlı, qara rəngli **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklülükdən azad edilməsi, q arşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) ilkin iddia üzrə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən-ilkin iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2012-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik istifadə dərəcəsi 26 faiz olmaqla 24 ay müddətinə 4900 manat məbləğində kredit verilmiş, kreditin təminatı olaraq “MercedesBenz C230 minik” markalı, 1997-ci il buraxılışlı, qara rəngli **-DN-*** dövlət qeydiyyat ni şanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. 2019-cu ilin yanvar ayında ləğv prosesində olan bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh öz müqavilə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən onun banka cəmi 3115,61 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 qeydiyyat imtahan şöbəsi və Azərbaycan Respublikasının X2maqla borcun silinməsi, borcun olmaması barədə müvafiq qeydlərin aparı lması və ipotekaya xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək cavabdehin öz müqavilə öhdəliklərini icra etmədiyi üçün iddia müddətinin axımının başlanmamasını və belə vəziyyətdə məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməklə tələbin rədd edilməsinin qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatland ırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin ilkin iddia tələbinə dair birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və apelyasiya instansiyası məhkəməsi tərəfindən təsdiq olunan hallarından görünür ki, cavabde hlə 24 ay müddətinə bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin müddəti xx xxxxxx 2014-cü il tarixdə başa çatmışdır. Lakin bankın ləğvedicisi tərəfindən hazırkı iddia xx xxxxxx 2019-cu il tarixdə, qanunda müəyyən olunmuş 3 illik iddia müddəti ötdükdən sonra qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənlə şdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Müəyyən olunduğu kimi iddiaçı iddia müddətinin axının kəsildiyi vaxtdan 3 il keçdikdən sonra borcun tutulması barədə məhkəmədə iddia qaldırmış və cavabdeh qanunun tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Göstərilən vəziyyətdə iddia tələbinin rədd olunması qanuni olduğundan kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəl illəri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar