Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5003/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC "xxxx" Bankın Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə əlavə hesablanmış faizlərin, əldən çıxmış faydanın tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1292/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Bankla cavabdeh X3 arasında bağlanmış 11.07.2014-cü il tarixli **********59914 saylı kredit müqaviləsindən görünür ki, Bank cavabdehə illik 19 faizlə 36 ay müddətinə 19000 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə həmin krediti və həmin məbləğə hesablanmış faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. 11.07.2014-cü il tarixli **********59914 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı banka olan borcundan 14.07.2014-cü ildən 11.07.2017-ci ilə kimi ilk 35 ayı 696.46 ABŞ dolları, sonuncu ayı isə 696.73 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Şəmkir rayon Məhkəm əsinin 24.01.2017-ci il tarixli 2(076)-53/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə "xxxx" ASC- nin iddiası qismən təmin edilmiş, 11.07.2014-cü il tarixli **********59914/İP/01 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 75.000 manat qiymətləndirilmiş və mülkiyyət hüququ ilə Həsənova Tamella Əli qızının mülkiyyətində olan Şəmkir şəhəri, X5 küçəsində istifadədə olan 0,1092 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 106.3 kv.m yaşayış, 166,1 kv,m yardımçı, 272,4 kv.m ümumi sahədən ibarət (65.5 kv.m yaşayış, 92.7 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 158.2 kv.m təşkil edən. 1 mərtəbəli, 2 otaqlı A və 40,8.kv.m yaşayış, 73.4 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 114.2 kv.m təşkil edən i mərtəbəli, 2 otaqlı B tikililəri daxı l olmaqla) 14 nömrəli fərdi yaşayış evinə tutuma yönəldilmiş və 11.07.2014-cü il tarixli **********59914 nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh 12.422,98 (on iki min dörd yüz iyirmi iki dollar doxsan səkkiz sent) ABŞ dolları əsas kredit borcu, 1.021,69 (bir min iyirmi bir dollar altmış doqquz sent) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 13.464,67 (on üç min dörd yüz altmış dörd dollar altmış yeddi sent) ABŞ dolları borc ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 5 (beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı "xxxx" ASC- nin xeyrinə t utulması qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində istinad edilmiş və iddiaçı bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında görünür ki. iddia ərizəsi verilərkən cavabdehin 20.05.2016-cı il tarixədək olan borcları hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 30.05.2017-ci il tarixli 2(104)-2035/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Həsənova Tamella Əli qızı tərəfindən Şəmkir rayon Məhkəməsinin 24.01.2017-ci il tarixli 2(076)-53/2017 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Həsənova Tamella Əli qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.12.2017-ci il tarixli 2(102)-8438 saylı qərarından görünür ki, həmin qərarla Həsənova Tamella Əli qızı t ərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 30.05.2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. 29.10.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə ilə Şəmkir rayon Məhkəməsinin 24.01.2017-ci il tarixli 2(076)-53/2017 saylı icra vərəqəsi əsasında Həsənova Tamella Əli qızının mülkiyyətində olan Şəmkir şəhəri, X5 küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi 47812.50 manata "xxxx" ASC-yə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı 11.07.2014-cü il tarixli **********59914 №-li Kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması haqqında tələbinə dair iddia və iddianın həcminin azaldılmasına dair ərizə il ə müraciət edərək Cavabdeh 11.07.2014-cü il tarixli **********59914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 2 694,76 (iki min altı yüz doxsan dörd dollar 76 sent) ABŞ dolları məbləğində 11.07.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 11.07.2017-ci il tarixdən 29.10.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 807.49 (səkkiz yüz yeddi dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 29.10.2018-ci il tarixinə qədər kredit üzrə gecikdirilmiş əsas borc məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 3 850,64 (üç min səkkiz yüz əlli dollar 64 sent) ABŞ dolları təşkil edən penya, cəmi 7352.89 (yeddi min üç yüz əlli iki dollar səksən doqquz sen t) ABŞ dolları məbləğində pul vəsaitinin, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 12.08.2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 11.07.2014-cü il tarixli **********59914 №-li kredit müqaviləsi üzrə 11.07.2014-cü il tarixdən **********59914 №-li Kredit müqaviləsi üzrə 11.07.2017-ci il tarixdən həmin müqavilə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06.12.2017-ci il tarixli qərarı çıxarıldığı vaxta qədər illik 5% dərəcəsi ilə hesablanmış fai z borcu 250.31 ABŞ dolları təşkil edir. Həmin müqavilə üzrə 20.05.2016-cı il tarixdən 11.07.2017ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği 2696.13 ABŞ dolları təşkil etmişdir. Şəmkir Rayon Məhkəməsinin (hakim Mustafa Mustafayev) 21 sentyabr 2020-ci il tarixli, 2(076)-252/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 11.07.2014-cü il tarixli, **********59914 nömrəli kredit müqaviləsi üzrə 2694,76 (iki min altı yüz doxsan dörd dollar 76 sent) ABŞ dolları məbləğində 11.07.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği və 11.07.2017-ci il tarixdən 06.12.2017-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 250.31 (iki yüz əlli dollar otuz bir sent) ABŞ dolları məbləğində əldən çıxmış fa ydanın (zərər) əvəzi, cəmi 2945,07 (iki min doqquz yüz qırx beş dollar yeddi sent) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi borc, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat və 25 (iyirmi beş manat) manat dövlət rüsumu məbləğində çəkilmiş xərclər Cavabdeh tutulub iddiaçı ASC "xxxx" Bankına verilməsi, Cavabdeh 350 (üç yüz əlli) manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 11.07.2014-cü il tarixli **********59914 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə illik 19 faizlə 36 ay müddətinə 19000 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə həmin krediti və həmin məbləğə hesablanmış faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. Şəmkir rayon Məhkəməsinin 24.01.2017-ci il tarixli “(076)-53/2017 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilərək 11.07.2014-cü il tarixli **********59914 nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh 12.422,98 (on iki min dörd yüz iyirmi iki dollar doxsan səkkiz sent) ABŞ dolları əsas kredit borcu, 1.021,69 (bir min iyirmi bir dollar altmış doqquz sent) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 13.464,67 (on üç min dörd yüz altmış dörd dollar altmış yeddi sent) ABŞ dolları borc ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə tutularaq ipoteka predmetinə yönəldilsə də, ipoteka qoyan şəxs tərəfindən apellyasiya və kassasiya şikayət i verildiyindən və bu səbəbdən qətnamə icraya yönəldilmədiyindən iddiaçı bank özünə məxsus pul vəsaitlərini əldə etmək imkanından məhrum olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı bankın müqavilə müddətinin sonunadək faizlərin tələb edilməsi hissəsində tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin cavabdehlər tərəfindən müvafiq olaraq apellyasiya və kassasiya qaydasında şikayət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.12.2017-ci il tarixli 2(102)-8438 saylı qərarı ilə Həsənova Tamella Əli qızı tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 30.05.2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Həmin tarixdən sonra cavabdehlər tərəfindən tələbin ipoteka predmetinə yönəldilməsinə hər hansı maneə törədilməmiş və “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı baxımından qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu cavabdehdən asılı olmayan haldan irəli gəlmiş hesab edilir. Bu baxımdan iddia tələbi 11.07.2017-ci il tarixdən 29.10.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 807.49 (səkkiz yüz yeddi dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 29.10.2018-ci il tarixinə qədər kredit üzrə gecikdirilmiş əsas borc məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 3850,64 (üç min səkkiz yüz əlli dollar 64 sent) ABŞ dolları təşkil edən penya, cəmi 7352.89 (yeddi min üç yüz əlli iki dollar səksən doqquz sent) ABŞ dolları məbləğində pul tələbi hissəsində qismən təmin edilməli, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.12.2017-ci il tarixli qərarı çıxarılan tarixədək hesablanmalı, qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, həmin hissədə cərimə hesablanması ilə bağlı məhkəmə qeyd edilmişdir ki, iddiaçı artıq əldən çıxmış fayda tələb etdiyi üçün, cərimə tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı Bank pozulmuş hüququnun bərpası məqsədi ilə sənədlərin notariat qaydasında təsdiqlənməsi üçün isə 10 manat vəsait ödəmişdir. Məhkəmə həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının 12.08.2020-ci il tarixli rəyin də 11.07.2014-cü il tarixli **********59914 №-li kredit müqaviləsi üzrə 20.05.2016-cı il tarixdən 11.07.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği 2696.13 ABŞ dolları təşkil etməsi ilə bağlı qeyd etmişdir ki, rəydə göstərilən məbləğ 2696.13 ABŞ dolları olsa da, iddia tələbi 2 694,76 ABŞ dolları məbləğində olduğundan və məhkəmə işə yalnız iddia tələbi həcmində baxmalı olduğundan iddia tələbi həcmində təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 427.3, 442.1, 448.2, 443.1, 21.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(076)-252/2020 nömrəli qətnamənin ləğv edilərək, iddianı n tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Loğman Süleymanov və Şamil Rzaquliyev) 22 fevral 2021-ci il tarixli 2(104)1292/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayət edilməyərək Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(076)252/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qə tnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, "xxxx" Bank ASC ilə cavabdeh X3 arasında bağlanmış 11.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə X3 öhdəliklərini lazımınca yerinə yetirilməməsinə görə iddiaçı ASC ''Xalq" Bankı kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün cavabdeh Həsənova Tamella Əli qızına və üçüncü şəxs X2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 24 yanvar 2017-ci il tarixli, 2(076)-53/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Həsənova Tamella Əli qızı apellyasiya şikayəti vermiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(104)-2035/2017 nömrəli qətnaməsilə apellyasiya şikayə ti təmin edilmədən, qətnamə isə dəyişdiriləmədən saxlanılmışdır. Bundan sonra cavabdeh Həsənova Tamella Əli qızı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(104)-2035/2017 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Lakin, Ali Məhkəmənin 06 dekabr 2017-ci il tarixli, 2(102)-8438/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi iş üzrə çıxarılmış qətnamələrdən hazırkı iş üzrə cavabdeh deyil, 11.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə ipoteka qoyan Həsənova Tamella Əli qızı şikayətlər vermişdir ki, bununla da məhkəmə qərarı əsasında borcun ödənilməsinin yubadılması ilə bağlı cavabdeh X1 hər hansı bir təqsirinin olması müəyyən edilməməkdədir. Bundan başqa, iddiaçı apellyasiya şikayətinə qeyd etmişdir ki, birin ci instansiya məhkəməsi nəzərə almamışdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunarkən ipoteka ilə yüklü edilmiş və hal-hazırda mülkiyyət hüququ əsasında Banka məxsus Şəmkir şəhəri, X5 küçəsində yerləşən 14 nömrəli fərdi yaşayış evi onun əvvəlki mülkiyyətçisi (ipoteka qoyan) Həsənova Tamella Əli qızı və onun ailə üzvləri tərəfındən könüllü olaraq Banka təlvil verilməmiş və həmin şəxslər hal-hazırda da Bankın mülkiyyət hüququnu kobud şəkildə pozmaqla fərdi yaşayış evində yaşayırlar. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh ipoteka qoyan Həsənova Tamella Əli qızı deyil, borcalan X3 olmuşdur. Buna görə də ipoteka qoyan mülkiyyətçi Həsənova Tamella Əli qızının hər hansı bir ehti mal olunan təqsirli hərəkəti ilə bağlı hazırkı iş üzrə cavabdeh olan X1 məsuliyyət daşımasını iddia etmək əsassız olmuşdur. Digər tərəfdən isə hazırkı iddia tələbi ipoteka predmetinin iddiaçının mülkiyyətinə keçməsi tarixinədək, yəni 29 oktyabr 2018-ci il tarixinədək olan münasibətlərlə əlaqəli olmuşdur. Məhkəmə kollegiyası Mülki Məcəllənin 449.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarına istinadən qeyd etmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun hə min halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1292/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsi qətnamə qəbul edərkən Bankın tələb etdiyi əldən çıxmış faydanın (zərər) əvəzinin (807,49 ABŞ dolları) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfi ndən verilmiş 12.08.2020-ci il tarixli 9/2879 saylı ekspert rəyində (bundan sonra «Ekspert rəyi» adlandırılacaq) göstərilən məbləğdən (205,31 ABŞ dolları) çox olmasını nəzərə alaraq Ekspert rəyində göstərilən məbləğə istinad etməsi ilə bağlı gəldiyi nəticə ədalətli məhkəmə araşdırmasının aparılmasını, eyni zamanda qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, ekspert rəyinin, yaxud Bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı və bunu edərkən, ekspert rəyində göstərilən əldən çıxmış faydanın (zərər) əvəzinin (250,31 ABŞ dolları) 06.12.2017-ci il tarixə hesablandığını, Bankın tələb etdiyi adi faizlər üz rə məbləğin (807,49 ABŞ dolları) isə 29.10.2018-ci il tarixə hesablandığını, aradan 10 aydan artıq müddətin keçdiyini və Kredit müqaviləsinin şərtlərinə əsasən əldən çıxmış faydanın (zərər) hesablanmasının davam etdiyini nəzərə almalı idi. Hər iki instansiya məhkəməsi nəzərə almamışdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunarkən ipoteka ilə yüklü edilmiş və hal-hazırda mülkiyyət hüququ əsasında Banka məxsus Şəmkir şəhəri, X5 küçəsində istifadədə olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 4 otaqlı 14 №-li fərdi yaşayış evi onun əvvəlki mülkiyyətçisi (ipoteka qoyan) Həsənova Tamella Əli qızı və onun ailə üzvləri tərəfindən könüllü olaraq Banka təhvil verilməmiş və həmin şəxslər hal-hazırda da Bankın mülkiyy ət hüququnu kobud şəkildə pozmaqla fərdi yaşayış evində yaşayırlar. Bankın 29.10.2018-ci il tarixinə qədər kredit üzrə gecikdirilmiş əsas borc məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 3 850,64 (üç min səkkiz yüz əlli ABŞ dolları 64 sent) ABŞ dolları təşkil edən penyanın tutulması ilə bağlı tələbi isə AR MM-nin 462-ci maddəsindən və Kredit müqaviləsinin 6.2-ci bəndindən irəli gəlir. Belə ki, Cavabdeh ilə Bank arasında bağlanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% faiz dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, həm birinci instansiya, həm də apellyasiya məhkəməsinin yuxarıda qeyd edilmiş möv qeyi qanunlara və digər normativ-hüquqi aktlara söykənməməklə, işin faktiki hallarına uyğun gəlməməklə, şəxsi mülahizə xarakteri daşımaqla iddiaçı ASC "xxxx" Bankının hüquqlarını pozur. Azərbaycan Respublikası MM-nin 339.3-cü maddəsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarının və Kredit müqaviləsinin 5.1-ci maddəsinin tələbləri baxımından, hər iki instansiya məhkəməsi əldən çıxmış faydanın (zərərin) tutulmasının Bankın ipoteka predmetinə tutmanın yönəldilməsi tələbləri üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 06.12.2017-ci il tarixli qərarı çıxarılan tarixədək hesablanmalı olduğunu qeyd etməklə kobud səhvə yol vermişdir. Belə ki, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 807,49 (səkkiz yüz y eddi ABŞ dolları 49 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin tutulmasının 11.07.2017-ci il tarixdən 29.10.2018-ci il tarixə qədər hesablanması onunla bağlı olmuşdur ki, Bankın ipoteka predmetinə tutmanın yönəldilməsi tələbləri üzrə Şəmkir Rayon Məhkəməsinin 24.01.2017-ci il tarixli, 2(076)53/2017 №-li qətnaməsi məcburi icra tədbirlərinin tətbiq edilməsi nəticəsində tam şəkildə 29.10.2018-ci il tarixdə icra edilmişdir (bu barədə iddia ərizəsində qeyd edilmişdir). Yəni buradan da göründüyü kimi əldən çıxmış faydanın (zərərin) tutulmasının 11.07.2017-ci il tarixdən 29.10.2018-ci il tarixə qədər hesablanması Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən Qərarlarına, habelə tərəflərin bağladığı müqavilənin şərtlərinə tamamilə uyğundur. Həmçinin ipoteka ilə yüklü edilmiş və hal-hazırda mülkiyyət hüququ əsasında Banka məxsus Şəmkir şəhəri, X5 küçəsində yerləşən 14 №-li fərdi yaşayış evi onun əvvəlki mülkiyyətçisi (ipoteka qoyan) Həsənova Tamella Əli qızı və onun ailə üzvləri tərəfindən könüllü olaraq Banka təhvil verilməmiş və bunun nəticəsində Banka zərər dəymişdir. Belə ki, ipoteka predmeti qismində çıxış etmiş yuxarıda göstərilən fərdi yaşayış evini onun əvvəlki mülkiyyətçisi T.Ə.Həsənova vaxtında, yəni Bankın ipoteka predmetinə tutmanın yönəldilməsi tələbləri üzrə qanuni qüvvəyə minmiş Şəmkir Rayon Məhkəməsinin 24.01.2017-ci il tarixli, 2(076)-53/2017 №-li qətnaməsi əsasında tələbin həmin əmlaka yönəldiyi andan könüllü olaraq Banka təhvil vermiş ol sa idi, Bank həmin əmlakı pul kapitalına çevirərək yenidən kreditləşməyə cəlb etməklə gəlir əldə edə bilərdi. Lakin əvvəlki mülkiyyətçi T.Ə.Həsənova və onun ailə üzvləri sözügedən fərdi yaşayış evini Banka təhvil verməməklə onu yuxarıda qeyd edilən imkandan məhrum etmişlər və nəticədə Banka əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşlə əlaqədar tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclası na gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddia qismən təmin edildiyindən və yalnız iddianın təmin edilməmiş hissəsi apellyasiya baxışının predmeti olduğundan, iddiaçının kassasiya şikayəti əsasında qətnamə qanuniliyi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə düzgün hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhv il verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kr editor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.05.2015-ci il tarixli Qərarında da isə xüsusilə vurğulanmışdır ki, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların ma liyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1292/2020 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.