Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5005/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" MMC-nin (keçmiş "xxxx" Lizinq Şirkəti QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizinq obyektinin qaytarılması, lizinq borcu və lizinq mükafatının tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və X1 ibarət tərkibdə, İddiaçı “Unileasing» Lizinq Şirkəti QSC-nin (hazırda "xxxx" MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı lizinq obyektinin qaytarılması, lizinq borcu və lizinq mükafatının tutulması tələbinə dair mülki iş üzrə Sumqay ıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*5)-924/2*22 nömrəli, 23 may 2*22-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. *1 sentyabr 2*14-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evini "xxxx" Lizinq Şirkəti QSC-yə 2*.*** manata satmışdır.
2. Eyni tarixdə eyni tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinə əsasən, Lizinq Şirkəti tərəfindən ümumi dəyəri 25.*** manat olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evi Cavabdeh1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir.
3. Cavabdeh1 öhdəliklərinin icrasının təmini üsulu kimi Lizinq Şirkəti ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.
4. Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evi "xxxx" Lizinq Şirkəti QSC-nin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 2* oktyabr 2*14-cü il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
5. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış *1.*9.2*14-cü il tarixli lizinq müqaviləsinə xitam verilməsi, cavabdehlərdən öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində müştərək qaydada əsas bor c 11879 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441 ABŞ dolları, faiz borcu 13263 ABŞ dolları, dəbbə borcu 1777 ABŞ dolları, sığorta borcu 134 ABŞ dolları, cəmi 39495 ABŞ dolları məbləğində vəsaitin tutulması, müqaviləyə əsasən "xxxx" Lizinq Şirkəti QSC-nin mülkiyyətində Cavabdeh1 istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evinin boşaldılaraq QSC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 Lizinq Müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş məbləği mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, bu şərti pozaraq cədvəl üzrə ödənişlər etməmiş və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə *5.*5.2*17-ci il tarixə əsas borcu 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu 13263, dəbbə borcu 1777 ABŞ dolları olmaqla, cəmi borcu 39495,74 ABŞ dolları məbləği təşkil edir. Eyni zamanda daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış *1.*9.2*14-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər lizinq alanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədikləri üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayar aq, lizinq obyektini geri qaytarmamışlar.
8. Abşeron Rayon Məhkəməsinin 2(*12)-5166/17 nömrəli 31 avqust 2*17-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, *1 sentyabr 2*14-cü il tarixli lizinq müqaviləsinə əsasən, Cavabdeh1 *5 may 2*17-ci il tarixə "xxxx" Lizinq Şirkəti QSC-yə olan borcu əsas borc üzrə 24237 ABŞ dolları, faiz borcu üzrə 13142 ABŞ dolları olmaqla, cəmi 37.379,75 ABŞ dolları təşkil edir, o cümlədən *5.*5.2*17-ci il tarixə əsas borcu üzrə 24237,62 ABŞ dolları və faiz borcu üzrə 13142,13 ABŞ dollar təşkil edir.
9. Abşeron Rayon Məhkəməsinin 2(*12)-1216/2*2* nömrəli iş üzrə 1* fevral 2*2*-ci il tarixli qətnaməsi (Sevinc Quliyeva) ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" QSC və Cavabdeh1 a rasında bağlanmış *1 sentyabr 2*14-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu üzrə 13263 ABŞ dolları, dəbbə borcu üzrə 1** ABŞ dolları, sığorta borcu üzrə 134 ABŞ dolları, cəmi 37818,74 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh1 istifadəsindən alınıb "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılması qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cav abdeh1 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu halda, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və lizinq obyektini iddiaçıya geri qaytarmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 442, 448.1, 462.1, 465.2, 467, 472.1, 472.2, 747.1, 748-1.12, 748-2-1, 748-1*.1, 748-1*.2, 748-1*.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraa t
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə təqdim edilmiş sübutlar və əlavə təqdim edilmiş sübutlar üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 375, 376, 382, 748-1*.1, 748-1*.2, 748-1*.3-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 1.3, 9.1, 9.2, 9.3,1, 88.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*5)-2125/2* nömrəli iş üzrə 26 avqust 2*2*-ci il tarixli qərardadı ilə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, *1 sentyabr 2*14-cü il tarixli lizinq müqaviləsinə əsasən, Cavabdeh1 17 aprel 2*18-ci il tarixə "xxxx" Lizinq Şirkəti QSC-yə olan borcu əsas borc üzrə 24448,*6 manat faiz borcu üzrə 18916,18 manat olmaqla, cəmi 43.364,24 ABŞ dolları təşkil edir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(1*5)-2125/2*2* nömrəli iş üzrə 4 noyabr 2*2*-ci il tarixli qətnaməsi ilə (hakimlər–T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və E.Rəhimov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, lizinq müqaviləsi üzrə Cavabdeh1 Lizinq Şirkəti qarşısında öhdəliklərinin tam icrası üçün məsuliyyət daşıyır. Bununla belə, iddiaçı Lizinq Şirkəti hazırki iddia ərizəsində cavabdehdən borclu olduğ u məbləği ABŞ dolları ilə tələb etmişdir.
17. Apellyasiya instansiyası məheəməsi qeyd etmişdir ki, MPM-n 53-cü maddəsinə əsasən iddianın əsasını seçmək iddiaçının müstəsna hüququdur. İddiaçı birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını dəyişməyə haqlıdır.
18. Daha sonra qeyd edilmişdir ki, iddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Birinci instansiyası məhkəməsinin araşdırması zamanı iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəmyə yazılı ərizə təqdim etməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni 385.1, 427.3, 442, 448.1, 462.1, 465.2, 467, 472, 747.1, 748-1.12, 748-2.1, 748-1*.1, 748-1*.2, 748-1*.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən alınmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin 24448 manat əsas borc, 1 8916 manat faiz borcunun olması müəyyən edilmiş, iddiaçı tərəfindən də borcun manatla tutulmasına razılıq bildirilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Gündüz Quliyev, İlqar Xələfov, Zaur Əliyev) 31 mart 2*21-ci il tarixli, 2(1*2)-2258/2*21 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir.
23. Kassasiya instansiyasının mövqeyinə görə tərəflər arasında öhdəlik manatla ifadə edilmiş, iddiaçı isə iddia ərizəsində həmin öhdəliyin xarici valyutada - ABŞ dolları ilə icra edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Bu halın mövcudluğu özü-özlüyündə pul tələbinə dair iddia tələbinin qanuniliyi nə mahiyyəti üzrə öhdəliyin ifadə edildiyi Azərbaycan manatı ilə baxılmasını istisna etməməklə, iddia tələbindən kənara çıxma kimi də qiymətləndirilə bilməz. İddiaçı tərəf apellyasiya instansiya məhkəməsində tələbin manatla təmin olunmasına etiraz etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Şəmsəddin Abbasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 23 iyul 2*21-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmuş, "xxxx" QSC və Cavabdeh1 arasında bağlanmış *1 sentyabr 2*14-cü il tarixli, 2376D/14/B nömrəli daxili maliyyə lizinqi müqaviləsi nə əsasən əsas borc üzrə 6895 manat, lizinq mükafatı üzrə 12133 manat, dəbbə pulu borcu üzrə 1** manat, sığorta borcu üzrə 148 manat olmaqla, cəmi 19276 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" QSC-yə (hazırda Direkt Kredi MMC) ödənilməsi, lizinq obyekti- Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 istifadəsindən alınıb boşaldılaraq "xxxx" Lizinq Şirkəti QSC-yə (hazırda "xxxx" MMC) qaytarılması qət edilmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, lizinq verən müqavilə öhdəliklərinə uyğun olaraq lizinq obyekti hesab olunan yaşayış evini lizinq alana vermiş, lakin sonuncu müqavilə şərtlərini pozmuş, lizinq ödənişlərini müq avilə ilə nəzərdə tutulmuş müddətdə aparmamış, xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə öhdəliklərini pozmuşdur. Ona görə də iddiaçının lizinq verən olaraq pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranmışdır. İddaçının lizinq alanla yanaşı digər cavabdehlərdən də öhdəlikərin icrasını tələb etmək hüququ vardır. Nəticədə lizinq alanla yanaşı zaminlərdən də müştərək qaydada əsas borc olaraq 6895 manat, lizinq mükafatı 12133 manat, həmçinin sığorta məbləği 148 manat olmaqla iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 *1 sentyabr 2*14-cü il tarixli lizinq müqaviləsini üzrə 22.*9.2*17-ci il tarixə cəmi 3418 manat ödəniş etmiş, bununla da o, lizinq müqaviləsi üzrə üzərinə gö türdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilənin şərtlərini pozmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 15 iyul 2*2*-ci il tarixli arayışda daxili lizinq müqaviləsinə əsasən Cavabdeh1 etdiyi ödənişlər öz əksini tapmışdır. Həmin arayışa əsasən onun 15 iyul 2*2*-ci il tarixinə qədər ödənilməmiş əsas borcu 6895 manat, lizinq mükafatı 12133 manat, həmçinin sığorta məbləği 148 manat olmuşdur. Hazırkı mübahisə üzrə cavabdehlərə cərimə borcu tətbiq edildiyindən yenidən onların bu cür vəsaitlə yüklənmələri yolverilməzdir və heç bir əsası yoxdur. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Lizinq obyektinin təhvil verilməsi tələbinə qiymət verən məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış *1.*9.2*14-cü il tarixli lizinq müqaviləsinə görə lizinq alan əmlakın dəyərini tam ödədikdən sonra əmlaka mülkiyyət hüququ lizinqə verəndən lizinq alana keçə bilər. Hazırkı mübahisə üzrə isə Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, lizinq müqaviləsi üzrə borcu yaranmış, "xxxx" Lizinq Şirkəti QSC isə həm borcunu, həm də mülkiyyətində olan lizinq obyektini geri tələb etmişdir. İddiaçı bank qeyd edilən evin mülkiyyətçisidir və onun hazırki tələblə çıxış etməsi qanuni və əsaslıdır. Bu tələb daha öncə qeyd edildiyi kmi Mülki Məcəllənin 748-1.12.4-cü və 748-1.8-ci maddələrinin şərtlərinə uyğundur.
26. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi nə qədər qüsurlu olsa da, həmin müqavilə mübahisələndirilməmişdir, həmin müqavilənin 8.3-cü bəndinə görə tərəflər razılaşmışlar ki, müqavilənin valyutası manatdır. İddiaçı tərəf müqaviləyə uyğun ödənişin manatla hesablanması və aparılması barədə öz mövqeyini bildirmiş və bununla bağlı məhkəməyə 15.*7.2*2*-ci il tarixli maliyyə arayışını təqdim etmişdir. Həmin arayışa əsasən isə cavabdehlərin 15 iyul 2*2*-ci il tarixinə qədər ödənilməmiş əsas borcu 6895 manat, lizinq mükafatı 12133 manat, həmçinin sığorta məbləği 148 manat təşkil edir ki, bu məbləğlərdə onlardan iddiaçının xeyrinə tutulmalıdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhk əməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Alğı-satqı müqaviləsində evin dəyəri 2**** manat göstərilmişdir. Lizinq şirkəti həmin evi ona sata bilməzdi. Belə ki, həmin evi o, özü əvvəlki sahibindən artıq alğı-satqı ilə almışdır. RX *499165 saylı 1614*34718 saylı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş çıxarışdan görünür ki, ona *1.*9.2*14-cü ildə evi təhvil verən və onunla lizinq müqaviləsi bağlayan cavabdeh lizinq qurumu özü həmin evə 2*.1*.2*14-cü il tarixdə mülkiyyət hüququ əldə etmişdir. *1.*9.2*14-cü ildə, yəni lizinq predmeti olan ev ona təhvil verilən gün o, həmin evi lizinq şirkətinə 2**** manata satmışdı. Bu barədə Abşe ron Rayon Məhkəməsinin qətnaməsində də qeyd edilmşidir iş materiallarında da sübut vardır. Sənədlərdən də görünür ki, *1.*9.2*214-cü il tarixdə həmin evi 2**** manata alıb, həmin qiymətə həmin gün lizinq şirkətinə satıb, yenidən həmin evi 25*** manata daha baha qiymətə almışdır. Apellyasiya instansiyası məhkəməsi bu xüsusatla bağlı olaraq öz qətnaməsində nə mövqeyini əaslandırmamış, bu halı hansı səbəbə qəbul edərək onun borclu olmasını qənaətinə gəldiyini göstərə bilməmişdir. Məhkəmə lizinq müqaviləsinin formal olmasını araşdırmamış, faktiki olaraq lizinq deyil, kredit münasibətləri olmasını nəzərə almayaraq lizinq münasibətlərini tətbiq etmişdir. Halbuki, qətnamənin özündə məhkəmə qeyd etmişdir ki, lizinq müqaviləsi qüsurludur.
29. Lakin həmin müqavilənin hansı müddəasına əsasən iddianı əsaslı hesab etməsini əsaslandıra bilməmişdir. Lizinq və zaminlik müqavilələri 3 illik mübahisələndirmə müddəti keçdikdən sonra mübahisələndirilmişdir. Sənədlərdən də görünür ki, 48 aylıq müddətə İlzinq müqaviləsi bağlansa da, iddiaçı 37 aydan sonra lizinq müqaviləsinə xitam verilməsi iddiası qaldırmışdır. İş materiallarında iki müxtəlif ziddiyyətli mühasibatlıq ekspertizası rəyi olmasına baxmayaraq (219*5 saylı və 9/3913 saylı) məhkəmə bu rəylər arasında ziddiyyəti araşdırmamış, hansı səbəbdən 6895 manat əsas borc, 12133 manat lizinq mükafatı, 1** manat dəbbə pulu, 143 manat sığorta borcunun qalmasını hansı sübuta əsasən nəticə əldə etməsi barədə qətnamədə əsaslandırma apara bilməmişdir. Qətnamə üzrə həmin məbləği iddiaçının maliyyə arayışına əsasən qəbul edildiyi bildirilmişdir. Halbuk i, 219*5 saylı rəydə borcun 24237,62 ABŞ dolları, faiz borcunun 13142,13 ABŞ dolları, 9/3913 saylı rəydə borcumun 43364,24 manat, o cümlədən əsas borcun 24448,*6 manat və faiz borcunun 18916,18 manat təşkil etməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən müqavilə müddəti bitdikdən sonra da ona məbləğ hesablamış ekspert rəyləri və maliyyə arayışları arasında 3 formada borc məbləği (dollar və manatla) hesablanan məbləğlər arasında ziddiyyətlər araşdırılmamışdır. Zaminlərə qarşı qanunla bir illik tələb etmə (iddia) müddəti öz əksini tapmasına baxmayaraq məhkəmə qanunun bu tələbini nəzərə almamış və zamin olaraq nümayəndə kimi proseslərdə iştirak edən Cavabdeh3 qarşı iddia tələbini də əsaslı hesab edərək təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bir sıra maddi və prosessual hü quq normalarının tələbləri pozulmaqla qəbul edilmiş və yuxarıda qeyd edilən ziddiyyətlər aradan qaldırılmamışdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Əhməd Nurməmmədov, Mehparə Əhmədova, Əhməd Əhmədov,) 17 yanvar 2*22-ci il tarixli, 2(1*2)-579/2*22 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir.
31. Kassasiya instansiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Fuad Məmmədov, İlqar Dəmirov) 23 may 2*22-ci il tarixli, 2(1*5)924/2*22 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmuş, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış *1 sentyabr 2*14-cü il tarixli, 2376D/14/B nömrəli daxili maliyyə lizinqi müqaviləsi, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış *1 sentyabr 2*14-cü il tarixli, AN-İ *451234 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə qaytarılması, 27*** manat Cavabdeh1 alınaraq iddiaçı "xxxx" QSC-yə (hazırda "xxxx" MMC) ödənilməsi qət dilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında lizinq müqaviləsi və mübahisəli fərdi yaşayış evinin alqı-satqısı eyni tarixdə, yəni *1.*9.2*14-cü il tarxdə imzalanmış, lizinq obyekti yalnız 2*.1*.2*14-cü il tarixdə iddaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydyyata alınmışdır. Mülki Məcəlləninin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüquq həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Lizinq müqaviləsinin bağlandığı tarixdə iddiaçın ın lizinq obyektinə dair sərəncam hüququ mövcud olmamışdır. Müqaviləni imzalamaq səlahiyyəti olmamışdır.
34. Qeyd edilmişdir ki, lizinq müaviləsinin kirayə münasibətlərinin bir növü olduğu nəzərə alınmaqla fərdi yaşayış evinə görə 4 il müddətinə aylıq lizinq ödənişinin məbləğinin 831,25 ABŞ dolları müəyyən edilməsi, əmlakın sahibinin öz əmlakını lizinq verənə satması, sonra isə həmn evi daha baha qiymətə lizinqə alması həmin münasibətlərin həqiqi məzmununa uyğun gəlmir.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında *1.*9.2*14-cü il tarixdə bağlanmış müqavilənin necə adlandırılmasından asılı olmayaraq həmin əqd lizinq müqaviləsi olmamaqla başqa əqdi pərdələmək üçün bağlanmış müqavilədir.
36. Məhkəmə gəldiyi nəticəni 146, 337.3, 337.5, 427.3, 442, 44 8.1, 462.1, 465.2, 467, 472, 747.1, 748-1.12, 748-2.1, 748-1*.1, 748-1*.2, 748-1*.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Bu səbəbdən, pərdələyən əqd əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticə yaratmır. Eyni zamanda nəzərə alınmalıdır ki, pərdələnən (gizli) müqavilə etibarlılıq şərtlərinə (forma, səlahiyyətli orqanın təsdiqi və s.) cavab vermirsə, həmin əqd də etibarlı sayılmır. Apellyasıya instansiyası isə qeyd olunan maddənin təfsirində səhvə yol verərək, bir tərəfdən sözügedən müqavilənin yalan əqd olmaqla, başqa əqdi pərdələmək qənaətinə gəlsə də, digər tərəfdən onların həmin müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməməklə sözügedən maddənin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında olan hazırki münasibətlər lizinq münasibəti deyil, faktiki olaraq kredit-girov münasibətləri çərçivəsində qiymətləndirilməlidir. Apelyasiya baxışı zamanı da cavabdehlər tərə findən məhkəmə kollegiyasına ərizələr təqdim olunmuş, tərəflər aralarında olan münasibətlərin faktiki olaraq kredit münasibətləri olması qəbul edilmiş və kredit münasibətləri üzrə iddiaçıya 27*** manat məbləğində pulun qaytarılması barədə üzərilərinə öhdəlik götürdüklərini bildirmişlər. Belə olan halda tərəflər arasındakı mövcud əqdə kredit-girov münasibətlərinin qaydaları tətbiq edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 tərəfindən müqavilə üzrə borcu birdəfəlik iddiaçı “Direkt Kredi" MMC-yə ödənilməli, "xxxx" MMC ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 Əli can oğlunun mülkiyyətinə verilməlidir. Bununla da, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 "xxxx" MMC-yə olan borcu tam olaraq ödənilmiş olacaq və tərəflərin gələcəkdə biri-birinə qarşı hər hansı iddiası qalmayacaq. Qeyd edilən borc məbləği cavabdehlər tərəfindən tam ödənilməzsə, tələb ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ‘İpoteka haqqında” Azərbaycan Respublikasının Oanunu müddəalarına əsasən hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" MMC-yə olan borc ödənilməlidir. Eyni zamanda, əmlak satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və X3 tutduğu yaşayış evindən və pasport qeydiyyatından ən geci 1 ay ərzində çıxarılmalıdır. İş materiallarında olan *7.12.2*18-ci il tarixli ekspert rəyinə görə cavabdehin 37379.75 USD məbləğində, *5.1*.2*2*-ci il tarixli ekspert rəyinə görə isə 43364.24 AZN məbləğində borcunun olması müəyyən edilmişdir. Lakin apelyasiya instansiyası ekspert rəylərində göstərilən borcu işin hallarına uyğun saymamış, işə baxarkən b u halları araşdırmamış, işin nəticəsinə təsir edən əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, eyni zamanda sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verilməmişdir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib- edilməməsinin səbəbləri aydın göstərilməlidir Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
146. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ həmin əmlakın daşınmaz ə mlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 40.
41. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 14*-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 42. 3* dekabr 2*18-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 3*7.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipoteka predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddət göstərilməlidir.
43. Maddə 34*.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi b ağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
44. Maddə 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir
45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 44*.4. Borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir.
47. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
48. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
49. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
50. Maddə 747.1 lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borclu dur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
51. Maddə 748-1*.1 Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
52. Maddə 751 Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-75*ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 2*17-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. Qərarda qeyd olunur ki, lizinqlə əlaqədar satıcı ilə alğı-satqı müqaviləsinin bağlanması mütləqdir. Mülki Məcəllənin 747-5- ci maddəsinin tələbinə əsasən, lizinqlə əlaqədar bağlanmış alğı-satqı müqaviləsində mütləq lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edildiyi göstərilməlidir... Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu a vadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Mülki Prosessual Məcəllə
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Belə ki, iddiaçı qəbul edir ki, hazırki münasibətlər lizinq mü nasibəti deyil, faktiki olaraq kredit-girov münasibətləri çərçivəsində qiymətləndirilməlidir. Bu baxımdan kassasiya şikayətində göstərir ki, apellyasıya instansiyası isə qeyd olunan maddənin təfsirində səhvə yol verərək, bir tərəfdən sözügedən müqavilənin yalan əqd olmaqla, başqa əqdi pərdələmək qənaətinə gəlsə də, digər tərəfdən onların həmin müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməməklə sözügedən maddənin tələblərini pozmuşdur.
67. Apellyasiya instansiyası məhkəməsi onu da müəyyən etmişdir ki, lizinq müqaviləsi bağlanarkən lizinq obyekti lizinq verənin mülkiyyətində olmamış və o belə əqdi bağlamaq səlahiyyətinə malik olmamışdır.
68. Məhkəmə kollegiyasının qənaətinə görə işin faktiki hallarını araşdıran və cavabdehin borc məbləği ilə bağlı ra zılığını əsas götürən məhkəmə əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlərin iddiaçı qarşısında 27*** manat həddində borc öhdəliyi vardır. Bundan artıq məbləğdə borcun mövcud olması müəyyən edilmir. Belə ki, daşınmaz əmlakın dəyəri 2**** manat müəyyən edilib, müqavilə üzrə 2448,96 ABŞ dolları (manatla192*) məbləğində faiz borcu ödənilmişdir.
69. İşin hazırda müəyyən olunmuş halları baxımından kredit münasibətlərinin tətbiqini mümkün saylısa da, ipoteka münasibətlərinin tətbiqi mümkünsüzdür. Çünki qanunvericilik ipoteka qoyan, ipoteka saxlayanın hüquq və vəzifələri və ipoteka predmetinə dar məcburi qaydalar müəyyən etmişdir. Belə qaydalara əməl olunmaması (ipoteka qoyulan əmlak, onun qeydiyyatı, öhdəlik icra edilmədikdə ona dair bildirişin verilməsi və yönəldilmə qaydası) tələbin ə mlaka yönəldilməsini mümkün etmir.
70. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 27.*** manat Cavabdeh1 alınaraq iddiaçıya ödənilməli, həmin məbləğin ödənilməsi ilə fərdi yaşayış evindən Cavabdeh1 mülkiyyətinə qaytarılması eyni vaxtda icra edilməlidir. Belə olan halda iddiaçının borc məbləğnin öədnilməsi üçün məcburi imkanların itirilməsi və təmatdan məhrum olmasına dair dəlilləri əsassız olmuş olur.
71. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
72. Bu səbəbd ən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*5)-924/2*22 nömrəli iş üzrə 23 may 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.