Məhkəmə qərarları › İş №2(102)-5008/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5008/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5008/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh LPO “xxxx” ASC-nin ləğv edicisi xna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun olmaması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X2 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh LPO “xxxx” ASC-nin ləğv edicisi xnun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsindən cavabdeh LPO “xxxx” ASC-nin ləğv edicisi x tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəmkir Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, x nömrəli qətnaməsi ilə «xxxx» ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin İddiaçı qarşı «kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə əsas borcun, faizin və xidmət haqqının alınması» tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə İddiaçı tərəfindən borcun tam olaraq banka ödənilməsi və iddia müddətin ötürülməsi ilə əsaslandırılmışdır. Bu qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı, cavabdeh LPO “xxxx” ASC-yə “kredit borcunun olmaması barədə ona arayışın verilməsinə” dair ərizə ünvanlamışdır. Cavabdeh olaraq LPO “xxxx” ASC-nin xx.xx.2017-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Şəmkir Ra yon Məhkəməsi ləğv prosesində olan “xxxx” ASC-nin iddiasının təmin edilməməsini qət edərkən, sözügedən qətnamədə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisinin üzərinə həmin kredit məlumatlarının sistem məlumatlarından silinməsi öhdəliyini qoymamışdır. Bu səbəbdən tələb edilən arayışının verilməsi mümkün deyil.

2. İddiaçı Mərkəzi Kredit Reyestrindəki məlumatlarda adının borclu kimi qalmasının onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO «xxxx» ASC-nin ləğvedicisi xnun üzərinə onun kredit məlumatlarının Mərkəzi Kredit Reyestrinə daxil edilmiş sistem məlumatları siyahısından silinməsi öhdəliyin in qoyulması və kredit borcunun olmaması haqqında ona arayış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh isə bildirir ki, sözügedən sistemdən əldə edilmiş çıxarışa əsasən iddiaçının borcu vardır. Ona görə də, kredit borcunun olmaması barədə arayışın verilməsi mümkün deyil.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) xx xxxxxx 2020-ci il tarixli, 2(006)-817/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Şəmkir rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə, «xxxx» ASC-nin ləğv edicisi «X1 Company» MMC-nin İddiaçı qarşı «kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə əsas borcun, faizin və xidmət haqqının alınması» tələbinə dair iddiası rədd edilmişdir. Hazı rkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən qətnamə ilə müəyyən olunmuşdur ki, İddiaçı banka olan borcunu faizləri ilə birlikdə tam şəkildə ödəmişdir. Bundan başqa, qətnamədə iddia müddəti ilə bağlı məsələyə də hüquqi qiymət verilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) xx xxxx 2020-ci il tarixli, 2(103)-4136/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhk əmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam icra edilməmişdir. Bu barədə məhkəməyə müvafiq sübutların təqdim edilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin buraxdığı səhvləri təkrar edərək həmin sübutlar əsasında heç bir araşdırma aparmamış və ilkin iddia tələbinə baxmış birinci instansiya məhkəməsinin gəldiyi həqiqətə uyğun olmayan nəticələri ilə kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

14. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

24. Şəmkir Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli x saylı qətnaməsi ilə «xxxx» ASCnin ləğv edicisi «X1 Company» MMC-nin İddiaçı qarşı «kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə əsas borcun, faizin və xidmət haqqının alınması» tələbinə dair iddiası rədd edilmişdir. Rəddin əsası kimi İddiaçı tərəfindən borcun tam olaraq banka ödənilməsinə və iddia müddətin ötürülməsinə istinad edilmişdir. Qeyd olunan qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.

25. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd edilən MPM-nin 82.3-cü maddəsinin normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

26. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli Qərarı).

27. Qanuni qüvvəyə minmiş Şəmkir Rayon Məhkəməsinin x nömrəli,xx xxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı «xxxx» ASC qarşısında öhdəliyi qalmamışdır.

28. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının bank qarşısında sözügedən kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi qalmadığından hazırkı iddia tələblərinin təmin edilməsi ilə yuxarıda göstərilən hüquq normalarına uyğundur. Kassasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas deyil. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: LPO “xxxx” ASC-nin ləğvedicisi xnun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar