Məhkəmə qərarları › İş №2(102)-5009/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5009/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5009/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər x1, x2, Cavabdeh3, Cavabdeh4 və x4a qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-173/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən cavabdeh x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 20 20-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya bank) ilə cavabdeh X7 arasında bağlanmış xx xxx 2014-cü il tarixli 16L000005719 nömrəli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx xxx 2014-cü il tarixli 16S000009476 saylı zaminlik müqaviləsinə əsasən borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə Cavabdeh3 borclu un bank qarşısında öz öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. xx xxxxxx 2014-cü i l tarixli 16M**********01nömrəli ipoteka müqaviləsinə əsasən ki, kreditin təminatı kimi xxxx yerləşən paylı mülkiyyət hüququ ilə X5 (0,04 ha torpaq sahəsi), Cavabdeh5 (0,01 ha torpaq sahəsi), Cavabdeh2 (0,01 ha torpaq sahəsi) və Cavabdeh4 (0,01 ha torpaq sahəsi) xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tam hüquqi üzrə X6 məxsus olan 1 mərtəbəli, 2 otaqlı, 64,8 kvadrat metr yaşayış sahəsi, 38,6 kvadrat metr yardımçı sahəsi, 103,4 kvadrat metr ümumi sahədən ibarət olan fərdi yaşayış evi (Liter B, C, D, E ilə birlikdə) banka girov qoyulmuşdur. Həmin yaşayış evinin dəyəri 24500 ABŞ dolları (19220,25 ekvivalentində) qiymətləndirilmişdir. Cavabdeh ilə bank arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 16R********** nömrəli kredit razılaşmasına əsasən o na 36 ay müddətinə illik 1,8333 faiz ödəmək şərti 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli 016S**********01 saylı, xx xxxxxx 2014-cü il tarixli 016S**********02 saylı və xx xxxxxx 2014-cü il tarixli 016S**********03 saylı zaminlik müqavilələrindən müəyyən edilir ki, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 ilə bank arasında xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmış, müqavilələrinin şərtlərinə görə zaminlər borclu un bank qarşısında öz öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Azərbaycan Respublikasının Əmlak MəsələləriDövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsinin verdiyi xx xxxxxx 2014-cü il tari xli seriya RX ******* nömrəlihüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, X7,Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 məxsus, Qazax rayonunun Canallı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Liter B, C, D, E ilə birlikdə xx xxx 2014-cü il tarixli 16L000005719 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılmasının təminatı kimi 120 ayadək ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 20441,84 ABŞ dolları əsas, 6332,26 ABŞ dolları faiz, 19762,62 ABŞ dolları cərimə, cəmi 46536,72 ABŞ dolları məbləğində kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklənmiş Qazax rayonunun Canallı kəndində yerləşən paylı mülkiyyət hüququ ilə X5 (0,04 ha torpaq sahəsi), Cavabdeh5 (0,01 ha torpaq sahəsi), Cavabdeh2 (0,01 ha torpaq sahəsi) və Cavabdeh4 (0,01 ha torpaq sahəsi) xüsusi mülkiyyətndə olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tam hüquqi üzrə X6 məxsus olan 1 mərtəbəli, 2 otaqlı, 64,8 kvadrat metr yaşayış sahəsi, 38,6 kvadrat metr yardımçı sahəsi, 103,4 kvadrat metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinə (Liter B, C, D, E ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq un “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, həmin əmlaka tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 istifadə hüquqlarının itirilməsi, onların həmin yaşayış evindən çıxarılmaları, həmin yaşayış evinin boşaldılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, habelə 21 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, kredit müqaviləsinin şərtlərinə əməl edilməməsi nəticəsində cavabdeh un 20441,84 ABŞ dolları əsas, 6332,26 ABŞ dolları faiz, 19762,62 ABŞ dolları cərimə, cəmi 46536,72 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq e dilməsinə baxmayaraq kredit borcunu ödəməmiş və ödəməkdən qəsdən boyun qaçırmışdır. Azərbaycan Respublikasının Ədliyyə NazirliyiMəhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxxx 2017-ci il tarixli 16748 nömrəli rəyindən müəyyən olunur ki, təqdim olunmuş ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 09 dekabr2014-cü il tarixli 016R********** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxx 2017-ci il tarixə X3 “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə olan əsas borcu 20211,08 ABŞ dolları, faiz borcu 6001,28 ABŞ dolları, cəmi borcu 26212,36 ABŞ dolları təşkil edir. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2017ci il tarixli, 2(023)-1052/2017 saylı qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 2021 1,08 ABŞ dolları əsas, 6001,28 ABŞ dolları faiz, 100,0 ABŞ dolları cərimə, cəmi 26312,36 ABŞ dolları məbləğində kredit borcunun icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 17 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu vəödənilmiş 21 manat xidmət haqqının tutularaq bankın xeyrinə ödənilməsi, borcun ödənilməsinin ipoteka qoyulmuş Qazax rayonunun Canallı kəndində yerləşən paylı mülkiyyət hüququ ilə X5 (0,04 ha torpaq sahəsi), Cavabdeh5 (0,01 ha torpaq sahəsi), Cavabdeh2 (0,01 ha torpaq sahəsi) və Cavabdeh4 (0,01 hatorpaq sahəsi) xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tam hüquq üzrə X6 məxsus olan 1 mərtə bəli, 2 otaqlı, 64,8 kvadrat metr yaşayış sahəsi, 38,6 kvadrat metr yardımçı sahəsi, 103,4 kvadrat metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinə (Liter B, C, D, E ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 24500 ABŞ dolları (19220,25 manat ekvivalentində) məbləğində müəyyən edilməsi, fərdi yaşayış evinin (Liter B, C, D, E ilə birlikdə) açıq hərracda satılması, həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, fərdi yaşayış evinə (Liter B, C, D, E ilə birlikdə) tutma yönəldikdən və açıq hərracda satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 həmin yaşayış evinin üzərində istifadə hüquqları itirilməklə evdən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdeh X1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədərədd edilmişdir. Cavabdeh X7 isə apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iddianın cərimə və faiz borcları hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şamil Rzaquliyev - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Loğman Süleymanov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləcavabdeh X3 verdiyi apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Qazax rayonunun Canallı kəndində yerləşən paylı mülkiyyət hüququ ilə X5 (0,04 ha torpaq sahəsi), Cavabdeh5 (0,01 ha torpaq sahəsi), Cavabdeh2 (0,01 ha torpaq sahəsi) və Cavabdeh4 (0,01 ha torpaq sahəsi) xüsusi mülkiyyətndə olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tam hüquqi üzrə X6 məxsus olan 1 mərtəbəli, 2 otaqlı, 64,8 kvadrat metr yaşayış sahəsi, 38,6 kvadrat metr yardımçı sahəsi, 103,4 kvadrat metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinin (Liter B, C, D, E ilə birlikdə) ilkin satış qiymətinin 24500 ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, fərdi yaşayış evinin ilkin satış qiyməti 40000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin əsas kredit borcu və əsas borca hesab lanmış faiz borcunun tam, cərimə pulu hissəsində isə qismən təmin edilməsi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə iddia tələbini həmin hissələrdə yuxarıda qeyd olunan qaydada təmin etməkdə haqlı olmuşdur. Faiz borcunun məbləği keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir. Məhkəmə apelyasiya şikayətinin maliyyə arayışında faiz və cərimə borcunun həddən çox göstərilməsi dəlili ilə bağlı qeyd etmişdir ki, həmin xüsusat birinci instansiya məhkəməsi tərəfindən yoxlanılaraq hüquqi qiymət verilmişdir. Belə ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında göstərilmiş faiz borcunun məbləği ilə rəydə göstərilmiş məbləğ arasında o qədər də böyük fərqin olmadığı müəyyən edilmiş və məhkəmə iddianı qismən, yəni e kspertiza rəyində göstərilmiş məbləğə uyğun təmin edilmişdir. Cəriməyə münasibətdə isə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək tələb olunan 19762,62 ABŞ dolları məbləğində cəriməni azaldaraq manat məzənnəsi ilə cəmi 100 ABŞ dolları miqdarında cərimənin tutulmasını qət etmişdir. Həmin normaya görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.1 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini də göstər məlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini məhkəmə iclasında tərəflərlə müzakirə etməmiş, ipoteka müqaviləsinə istinad edərək 24500 ABŞ dolları müəyyən etmişdir. Halbuki, qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbindən də göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, **********7 saylı rəyindən görünür ki, Qazax rayonu Canallı kəndində yerləşən fərdi yaşayış evinin xx xxxxxx 2019-cu il tarixinə bazar qiyməti 40000 manat təşkil edir. Məhkəmə həmin rəyə istinad edərək ipoteka predmetinin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh x1 (Vəkil kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi m addi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739 Borc müqaviləsinə görə, iştirak çılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaql a icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətində qətnaməni yalnız faiz və cərimə borcunun tutulması hissədə mübahisələndirmiş, iddiaçı və digər cavabdehlər qətnamədən apelyasiya şikayəti verməmişlər. Apelyasiya instansiyası məhkəməsi də qətnaməni mübahisələnidirilən hissədə yoxlamışdır. Hazırda kassasiya şi kayəti verən Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin qətnaməsini həmin hissələrdə, eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsi hissəsində mübahisələndirir. Ona görə də qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının hədlərini təşkil etmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiril məsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində borc məbləğinin və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini göstərmiş, lakin etirazının əsası kimi istinad etdiyi bu halları əsaslandırmamış, borcun məbləğinin əslində nə qədər olmasını göstərməmiş, iş üzrə keçirilmiş ekspertiza rəylərinin əsaslılığına şübhə doğuracaq hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkə məsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh x1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-173/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar