Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5011/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan) 19.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-862/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı ları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2014-cü il tarixdə «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmış «X3in dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC (bundan sonra – iddiaçı və ya MMC) dövlət qeydiyyatı VÖEN ********** olmaqla, hüquqi ünvanı təşkil etməklə, təsisçisi X5, qanuni təmsilçiləri X4 və X2rlar. Çıxarış xx.xx.2018-ci il tarixdə **********466000 nömrə ilə verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyində «bir pəncərə» prinsipi ilə xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış «Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, MMC VÖEN ********** təşkil etməklə vergi ödəyicisi kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx xxxx 2016-cı il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış MMC-nin nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul ola bilər. İddiaçı MMC ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Əmək müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bir il müddətinə MMC-nin satış və çatdırılma şöbəsində regional satış müvəkkili vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görü nür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə işgüzar xidmətlərin göstərilməsi, müvəkkil vəzifəsinə işə qəbul olunmuş, ona 253,01 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə imzalanmış 108 saylı əmək müqaviləsinə 1 nömrəli əlavənin təsdiq olunmuş surətindən görünür ki, cavabdeh sifarişlərin qəbul olunmasına nəzarət, verilən iadələrin vaxtında və düzgün iadə olunmasına nəzarət, hazır olan sifarişin anbardan vaxtında götürülüb avtomobilə yerləşdirilməsi, sifarişin müştəriyə vaxtında və sağlam şəkildə çatdırılması, ay sonu satılan malın pulunun tam şəkildə kassaya çatdırılması, əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən ş ifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası, cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması kimi öhdəlikləri üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, cavabdehin həmin müqavilənin müvafiq bəndlərində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona müəssisə tərəfindən etibar edilmiş maddi sərvətlərin və pul vəsaitlərinin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Müqaviləyə görə cavabdeh ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə ziyan vurmamalı, cəmiyyətin rəhbərliyinə vaxlı vaxtı nda öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib müəssisəyə təqdim etməlidir. Bundan başqa da istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində müəssisənin etibar edərək verdiyi əmlakın, maddi və digər sərvətlərin, həmçinin pul vəsaitlərinin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar, maddi məsul şəxsin təqsiri üzündən dəyən zərərin miqdarı tam həcmdə onun tərəfindən ödənilməlidir. Müqavilə maddi məs ul şəxsin işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlandığı bütün dövr ərzində qüvvədədir. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. MMC-nin baş direktoru in xx xxxxxxxx 2019-cu il tarixli 1506/k saylı əmrinin təsdiq olunmuş surətindən görünür ki, müəssisənin satış və çatdırılma şöbəsinin regional satış müvəkkili cavabdeh xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən (işçinin bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməsi) öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Əmrlə mühasibatlığa istifadə edilməyən əmək məzuniyyəti də daxil olmaqla son haqqhesab aparılması tapşırılmışdır. Əmrin verilməsinin əsası olaraq isə şəxsin ərizəsi qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmiş «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə MMC ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69 maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 31221 manat məbləğində pul vəsaitinin tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx xxxxxx 2019-cu il tarixdə MMC-nin şəbəkəsinə daxil olan 18 aptekdən yığılmış 31221 manat məbləğində pulu yaşa dığı evə aparmış və pulu MMC-nin kassasına təhvil verməmişdir. O, həmin pulun iddiaçıya verilməsindən bu günədək imtina edir. Bu hərəkəti ilə də cavabdeh MMC-yə 31221 manat məbləğində maddi ziyan vurmuşdur. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020ci il tarixli, 2(025)-100/2020 nömrəli (hakim Abbas Əliyev) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 31221 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin » MMCnin şəbəkəsinə məxsus Qəbələ və Oğuz rayonu üzrə apteklərə paylanmış mala görə yığılan və onun kassaya ödəmədiyi məbləğ, yəni dəymiş ziyan üzrə itkilər 31221 manat təşkil edir. Mülki işin məhkəmə araşdırılması zamanı iddiaçı MMC-y ə həmin məbləğin ödənilmədiyini etiraf etmiş və iddiaçıya məxsus pul vəsaitinin ödənilməməsinin səbəbi kimi həmin pulun yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması ilə izah etməklə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləcavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti deyildir. Predmet yalnız əmək müqaviləsi, həmçinin “tam maddi məsuliyyət haqqında” müqavilədən irəli gələn, tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə bağladıqları müqavilə üzrə öhdəlik daşıdığı pulun qaytarılması tələbidir. Çünki xx.xx.2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin məzmunundan görünür ki, müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona müəssisə tərəfindən etibar edilmiş maddi sərvətlərin və pul vəsaitlərinin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüş, müqavilə üzrə on a etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmağı, eyni zamanda müəssisəyə ziyan vurmamağı, cəmiyyətin rəhbərliyinə vaxlı vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməyi və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmağı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmağı və müəyyən edilmiş qaydada hesabat tərtib edib müəssisəyə təqdim etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, hazırki iş üzrə tərəflər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarında kı münasibətləri rəsmiləşdirmək üçün “tam maddi məsuliyyət” müqaviləsi adı altında müqavilə bağlamışlar. Bu müqavilələri bağlayan zaman isə könülülü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza etmişlər. Bu cür vəziyyətlərdə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Məhz bu prizmadan yanaşdıqda, apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh tərəfin məsuliyyətdən yayınması ilə bağlı gətirdiyi dəlillər məhkəmə tərəfindən ki fayət qədər inandırıcı və ağlabatan görünmür. Həmçinin ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi də təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apelyasiya Məhkəməsi apellyasiya şikayətini rədd edərkən sadəcə tam maddi məsuliyyət haqqında müqaviləyə istinad edib, pul vəsaitlərinin hansı formada və hansı səbəbdən cavabdehdə olmadığına əsaslanmayıb. Cavabdehin izahatından məlum olur ki, xx.xx.2019-cu ildə ona məxsus ünvan 2 ünvanında oğurluq hadisəsi baş vermiş və nəticədə 10000 manata yaxın şəxsi, 31221 manat məbləğində işlədiyi MMC-yə məxsus pul vəsaiti naməlum şəxs və ya şəxslər tərəfindən evindən oğurlanmışdır. Bu barədə o, Qəbələ rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Qəbələ rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq Tural Hüseynov tərəfindən ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilib. Hazırda bununla bağlı araşdırma gedir.Şəki Apellyasiya Məhkəməsi ümumiyyətlə cinayət işinin başlanması haqqında qərara istinad etməyib və cavabdehin izahatını olduğu kimi qətnamədə və məhkəmə iclas protokolunda göstərməyib. Hazırki işdə isə iddiaçıya məxsus olan pul vəsaiti cavabdehin qanunazidd hərəkəti nəticəsində oğurlanmayıb və itirilməyib. Cavabdehin mənzilindən o ğurluq hadisəsinin baş verməsi faktına görə Qəbələ rayon Polis İdarəsində cinayət işi başlanılıb və araşdırma gedir. Həmin qərarda da oğurluq faktının cavabdehin qanunazidd hərəkətləri və ya davranışına görə baş verməsi göstərilməyib. Buna görə də cavabdeh Əmək Məcəlləsinin 199-cu maddəsinə uyğun olaraq tam maddi məsuliyyət daşımır və həmin norma və tərəflər arasında bağlanan tam maddi məsuliyyət haqqında müqavilə hazırki işə tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddı
191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə
192. Tərəflərin maddi məsuliyyəti şəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və on un vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə
199. İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, cavabdehin həmin müqavilənin müvafiq bəndlərində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin müvafiq bəndlərinə görə cavabdeh ona müəssisə tərəfindən etibar edilmiş maddi sərvətlərin və pul vəsaitlərinin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Müqaviləyə görə cavabdeh ona etibar edi lmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə ziyan vurmamalı, cəmiyyətin rəhbərliyinə vaxlı vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib müəssisəyə təqdim etməlidir. Bundan başqa da istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində müəssisənin etibar edərək verdiyi əmlakın, maddi və digər sərvətlərin, həmçinin pul vəsaitlərinin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərin görülməsi, xidmətlərin gös tərilməsi ilə əlaqədar, maddi məsul şəxsin təqsiri üzündən dəyən zərərin miqdarı tam həcmdə onun tərəfindən ödənilməlidir. Müqavilə maddi məsul şəxsin işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlandığı bütün dövr ərzində qüvvədədir. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Cavabdeh hesab edir ki, iddiaçıya məxsus olan pul onun evindən oğurlandığı üçün o həmin puluun oğlurlanmasına görə maddi məsuliyyət daşımır. Lakin, tərəflər arasında bağlanmış tam maddi məsuliyyət barədə müqavilənin məzmunundan görünür ki, cavabdeh müəssisənin etibar edərək cavabdehə verdiyi əmlakın, maddi və digər sərvətlərin, həmçinin pul vəsaitlərinin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar dəymiş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsi barədə öhdəlik götürülmüşdür. Müəssisəyə məxsus pulun oğlurlanması isə cavabdehin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsindən azad etmir. Cavabdeh həmin müqaviləyə əsasən iddiaçıya məxsus pula nəzarət etmək, onu qorumaq öhdəliyi daşımışdır. İddiaçıya məxsus pulun oğurlanmasını iddia edən cavabdeh isə bu hala görə həmin cinayət işində zərərçəkmiş şəxs kimi tanınaraq oğlurlanmış pulu müvafiq təqsirkar şəxslərdən tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlə rə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-862/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov