Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5011/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5011/21 (Açar sözlər: borcun tutulması, apellyasiya şikayətini hədlərindən kənara çıxma) Bakı şəhəri, 11 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabde h qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1411/2021 nömrəli, 22 aprel 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.06.2015-ci il tarixli kredit müqaviləsi əsasında cavabdehə 24 ay müddətinə, illik 28 fazilə 2600 manat məbləğində kredit verilib.
2. Cavabdeh Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğ vedicisi Əmanətlərin Sığortalanması Fondu Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2140,86 manat əsas, 1421,23 manat faiz, 1310,36 manat cərimə borcunun, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Komstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 327, 90 manat faiz məbləği olmaqla, cəmi 5200,35 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh kredit müqaviləsinin şərtlərini pozub, krediti və faizləri vaxtında qaytarmayıb.
5. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1 və 739.1-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi 28 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, dilmiş, ekspert qarşısında cavabdehin iddiaçı təşkilata əsas və faiz borcunun nə qədər olması barədə sual qoymuşdur.
8. Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2020-ci il tarixli, 9/3536 saylı ekspert rəyinə əsasən, cavabdehin 09 iyun 2020-ci il tarixinə kimi (iddia tələbi tarixinə) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla 2140,86 manat əsas və 1261,03 manat faiz borcu vardır.
9. Cavabdeh birinci instansiya məhkəməsində iddianı etiraf etdiyini, lakin maddi imkanı olmadığı üçün hər ay 30 manat verə biləcəyini bildirmişdir.
10. Salyan Rayon Məhkəməsinin 2(057 )-1041/2020 nömrəli, 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2140,86 manat əsas, 1261,03 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 3451,89 manatın və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19,90 manat pulun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, ekspertiza xərcinin cavabdehdən tutulması, iddianını qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ağarza Səmədov)
11. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən ekspert rəyinə əsasən, iddia tələbini əsas və faiz məbləği hissəsində ekspert rəyinə uyğun təmin etmiş, cərimə məbləğini tənasübsüz surətdə çox hesablandığı üçün azaltmışdır.
12. Bir inci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən və kredit müqaviləsinin bitdiyi tarixdən sonra hesablanan 327,90 manat məbləğlə bağlı iddia təmin edilmə bilməz, çünki iddiaçı borc məbləğinin ona vaxtında qaytarılacağı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə biləcəyini sübut edə bilməmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 449.1, 449.4, 467-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
15. İddiaçının ape lyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ekspert rəyini əsas tutaraq 1421.23 manat faiz məbləğini və cavabdehdən tələb edilən 1310.36 manat cərimə borcunu tam təmin etməməklə səhvə yol vermişdir; - müqavilə müddəti bitəndən sonrakı dövr üçün 5 faizlik məbləğlə bağlı birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1411/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(057)-1041/2020 saylı qətnaməsi dəyişdirilmiş, cavabdeh Qubadov Sə nubər Nüsrət qızından kredit borcu üzrə 2140, 86 manatın tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 100 manat ekspertiza xərcinin 50 manatının Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 50 manatının Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Etibar Camalov və Tale Kərimov)
17. Apellyasiya instansiyası məhkəməsi internet portalından çıxarışa əsasən müəyyən etmişdir ki, cavabdeh Qubadov Sənubər Nüsrət qızının borcundan restrukturizasiyaya yönəlmiş məbləğ 2140,86 manat olmuş, ona illik faiz dərəcəsi 1 faiz ol maqla 5 il müddətinə bu məbləğlə bağlı müqavilə bağlanması təklif edilmişdir. Hazırda mübahisələndirilən kredit “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanı ilə əhatə olunan kredit olmaqla cavabdeh Qubadov Sənubər Nüsrət qızının kredit borcu Fərmana müvafiq qaydada hesablanaraq 2140 manat həcmində müəyyən edilmişdir. Fərmanın 8.3-cü bəndinə əsasən Fərmanın 5ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə, onların 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür.
18. A pellyasiya məhkəməsi qeyd etdiklərinə əsasən hesab edib ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməklə cavabdehdən Problemli kreditlərin kompensasiyasına dair Məlumatdan götürülmüş məbləğ tutulmalıdır.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 442, 443.1, 445.2.1, 741.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin olunması və ya işin yen i apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh restrukturizasiyadan sonra bankla müqavilə bağlamayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Tural Nizami oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdil.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb ləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 449.
4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci inst ansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 392.1.5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin be lə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən faiz, cərimə, borcu və kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcunun təmin edilməməsi hissəsində mübahisələndirilib. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən prosessual hüquq normalarını pozmuşdur.
27. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 327,90 manat faiz tələbi hissəsində iddianı rədd edərkən həmin tələbin sübut edilməməsinə istinad etmiş, iddiaçı bununla razılaşmayaraq apellyasiya şikayətində bununla bağlı dəlillərini irəli sürmüş, apellyasiya məhkəməsi isə bu dəlillərə qiymət verməmişdir. Halbuki qeyd edilən hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi həmin hissədə iddianın oby ektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
28. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, 327,90 manat faizin təmin edilməməsi hissəsində (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsi) apellyasiya məhkəməsinin qətnaməsi əsaslı sayıla bilməz. Çünki qətnamədən həmin hissədə apellyasiya şikayətinin dəlillərinin hansı əsasla rədd edilməsi görünmür.
29. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərb aycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
30. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində 327,90 manat faiz tələbi ilə bağlı irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
31. Həmçinin apellyasiya məhkəməsi cavabdeh tərəfindən iddianın təmin edilən hissəsindən apellyasiya şikayəti verilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə də yoxlayıb, müqavilə üzrə faiz və cərimə məbləği hissəsində iddianı rədd etməklə apellyasiya şikayətinin həddindən kənara çıxmışdır. Çünki yalnız iddianın təmin edilməyən hissəsindən iddiaçı apellyasiya şikayəti verdiyi üçün apellyasiya məhkəməsinin səlahiyyəti də yalnız həmin şikayətin araşdırılması ilə məhdudlaşmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Ümumiyyətlə, prosessual hüquq normalarının pozulması istisna olmaqla, işin mübahisələndirilməyən hər hansı halının araşdırılması ədalət mühakiməsin in hamının qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələrdə işlərə tərəflərin çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir.
33. Bundan əlavə, apellyasiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində apellyasiya şikayətinin qismən təmin edilməli olmasını göstərsə də, nəticə hissəsində şikayətin təmin edilməməsini göstərməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir.
34. Üstəlik, apellyasiya məhkəməsi faiz və cərimə hissəsində iddianı təmin etmirdisə, bu da qətnamənin dəyişdirilməsi yox, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə nəticələnməli idi.
35. Bütün qeyd edilənlərdən görünür ki, apellyasiya məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə müşayiət olunub və bu pozuntular düzgün qətnamə qəbul edilməməsinə gətirib çıxarıb. Bu da qətnamənin ləğvi üçün əsasdır.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayətinə şikayət həddində və şikayətin dəlillərinə qiymət verməklə baxmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəra ra aldı: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1411/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.