Məhkəmə qərarları › İş №2(102)-5012/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5012/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5012/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, nisyə alqı-satqı müqaviləsi) 12.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkil X1, Cavabdeh və vəkili Vəkil iştirakları ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)848/2020 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayətin ə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11360 manat borcun və dövlət rüsumu qismində ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(014)-1221/2019 nömrəli qətnaməsi ilə (hakim F.H.Nəsibov) iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 11360 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 11390 manatın tutulması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)848/2020 nömrəli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov - sədrlik edən və məruzəçi, Ə.T.Məcidovdan və A.M.Əsədlidən ibar ət tərkibdə) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(014)-1221/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilmiş, Cavabdeh 11360 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Cavabdeh və vəkili Vəkil kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-848/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və ə sassızdır, məhkəmə işin hallarını tam araşdırmamışdır. Belə ki, cavabdeh iddiaçının guya özünə məxsus olan apteki içərisində olan avadanlıqlarla dəyərini hissə-hissə ödəməklə 18000 manata almış, sonradan aptekə əlavə xərclər qoymuşdur. Lakin apteki aldıqdan sonra ödədiyi əlavə xərcləri çıxmaqla iddiaçıya olan borcu ilə bağlı son hesablaşmada razılığa gələ bilməmişlər. Apelyasiya instansiyası məhkəməsi tərəflərin müqavilə bağladıqları zaman mübahisə predmeti olan borcun yaranmasına səbəb olmuş aptekin sənədlərinin, ən əsası aptekdə olan tibbi preparatların və digər tibbi ləvazimatların satışına icazənin (lisenziyanın) olub-olmamasını, həmin obyektin kimə məxsus olmasını, tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış sadə yazılı formada olan əqdin aldat ma yolu ilə bağlandığına düzgün qiymət verilməmişdir. Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kasasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı və vəkili X2 çıxışlarında, habelə məhkəməyə təqdim etdikləri yazılı etirazda, kasasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kasasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin kasasiya şikayətində hansı sənədlərə istinad etdiyi bilinmir, belə ki, müqavilənin predmetini hər hansı sənəd təşkil etməmişdir. Əczaçılıq fəaliyyəti üçün verilən lisenziya (xüsusi icazə) alqı-satqı ilə başqa şəx sə keçə bilməz, sahibinə fərdi qaydada verilir. Müqavilədə aptek “icarədə olan aptek” kimi göstərilmiş və bununla da, dərman satışını təşkil etmək üçün müəyyən daşınar əmlak kompleksi (mebel, kompüter, dərman vasitələri, kamera) satılmışdır. Cavabdeh əqdin aldatma ilə bağlanmasına istinad edən heç bir hərəkət etməmiş, əksinə aptekdən istifadəni davam etdirmişdir. Cavabdeh şikayətində istinad etdiyi xərcləri heç bir sübutla təsdiq etməmiş, onların müqaviləyə nə aidiyyəti olduğunu izah edə bilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavab deh tərəfindən tam mübahisələndirildiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin bütövlüklə yoxlanılması təşkil edir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, xx xxxxxx 2017-ci il tarixli yazılı müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən aptekin içərisində olan aptek mebelini, 2 ədəd kompüter təchizatını, 1 ədəd kameranı və dərman vasitələrini Cavabdeh 18000 manata qiymətləndirərək satmışdır. Cavabdeh həmin pulun 1000 manatı hissəsini müqavilə bağlanan günü nağd şəklində İddiaçı vermiş, qalan məbləği isə ayda 1500 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən öhdəliyin bir qisminin icra olu nmasını, lakin 11360 manat hissədə borclu qalmasını iddia edərək, həmin məbləğin tutulmasını məhkəmələrdən xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Cavabdehin apelyasiya şikayətinə hüquqi qiymət verən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıdan nisyə qaydada dərman və digər avadanlıqlar aldığını, bununla bağlı sadə yazılı müqaviləyə imza etdiyini etiraf etsə də, artıq iddiaçıya heç bir borcunun qalmadığını bildirmiş, lakin apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz dəlillərini formal mülahizələrlə əsaslandırmağa çalışmışdı r. Bundan əlavə cavabdeh müqavilədəki əmlakların dəyərinin 18000 manat təşkil etmədiyini bildirdiyi halda, həmin sadə yazılı müqavilədəki şərtlərlə razılaşaraq imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etməmiş, yaxud etmək istəməmiş, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb etmişdir. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə imzalanmış qəbzdəki (müqavilədəki) pulun qaytarılması tələbidir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər (və ya digər şəxslər) öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri isə müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra könüllü imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apelyasiya instansiyası məh kəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdeh tərəfindən imzalanmış müqavilə əslində mahiyyət etibarı ilə də iddiaçıdan nisyə qaydada əmlak alınmasının və dəyərinin sonradan hissə-hissə qaytarılmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, iddiaçı tərəfə hər hansı bir məbləğdə borcunun qalmadığını sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqd im edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, tərəflərin arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış və cavabdeh həmin müqaviləyə əsasən öhdəliklərini tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əş yanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin predmetini aptek mebeli, 2 ədəd kompüter təchizatı, 1 ədəd kamera və dərman vasitələri təşkil etmiş və tərəflərin həmin əmlak 18000 manata dəyərləndirərək, cavabdeh müqaviləni imzalamaqla onları göstərilən qiymətə dəyərini hissə-hissə ödəməklə almaq niyyətini ifadə etmişdir. Müqavilədə iddiaçı cavabdehin xeyrinə qeyd olunan əmlakın təhvil verilməsindən əlavə başqa hərəkətlərin icra etməsi, o cümlədən hər hansı sənədi təhvil verməsi, aptekin fəaliyyəti ilə bağlı sonrakı dövrdə əmələ gələcək xərcləri qarşılamasına dair öhdəliklər götürməmişdir. Həmçinin cavabdeh iddiaçıya sonuncunun tələb etdiyi məbləğdən fərqli borcunun qalmasını iddia etməmiş və bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəf li və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” işi üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 106.1-ci mad dəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, işin faktiki hallarına aid olduğundan həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əs asən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)848/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar