Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5015/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5 oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3, vəkili X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 Balış oğluna və Cavabdeh2 oğluna qarşı kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Kərimov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, MMC-dən 1 432 316 (bir milyon dörd yüz otuz iki min üç yüz on altı) manat məbləğində kredit borcunun tutularaq banka ödənilməsi, tutmanın 01 may 2008-ci il tarixli 21 nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilmiş, MMC-yə məxsus, Saatlı rayonu, Gomuşçu k əndində saxlanılan avadanlığa yönəldilməsi, həmin girov predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin banka ödənilməsi, satışdan əldə edilən vəsaitin artıq qalan hissəsinin MMC-yə qaytarılması, tutmanın həmçinin MMCyə 12 noyabr 2009-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus Saatlı rayonu, Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5411,9 kv.metr olan əmlak kompleksi müəssisəyə ilkin satış qiyməti 3 382 000 (üç milyon üç yüz səksən iki min) manat müəyyən edilməklə yönəldilməsi, həmin qiymətlə açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsaitin hesabına MMC-nin banka olan borcunun ödənilməsi, borc tam ödəniləndən sonra artıq qalan məbləğin MMC-yə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iş üzrə çəkilmiş 130 manat məhkəmə xərclərinin iddianın təmin edilmiş 76,5% hissəsinə münasibətdə 99,45 manatının MMC-dən alınaraq banka ödənilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 38,25 manat hissəsinin MMC-dən, 11,75 manat hissəsinin isə bankdan alınaraq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) Binəqədi rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin MK-ın 20 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Dəmirov, hakimlər A.İsgən dərov və Ə.Əhmədov) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 iyun 2018-ci il tarixli qətnaməsini ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) Binəqədi rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi “xxxx” MMC-dən 1 432 316 (bir milyon dörd yüz otuz iki min üç yüz on altı) manat məbləğində kredit borcunun tutularaq İddiaçı-nə ödənilməsi” hissəsində dəyişdirilərərk, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 1 400 000 (bir milyon dörd yüz min) manat əsas, 32 316 (otuz iki min üç yüz on altı) manat faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, qətnamə “qətnamə çıxarılacaq günədək hesablanacaq əlavə faiz borcunun tutulması” tələbininrədd olunması hissəsində ləğv edilərək, həmin iddia tələbi qismən təmin olunmuş və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən müqavilə müddətinin bitməsindən sonra hesablanmış faiz borcu qismində 191 126 (yüz doxsan bir min yüz iyirmi altı) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qətnamə mübahisələndirilən digər hissədə, yəni “ipoteka predmeti olan Saatlı rayonunun Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5411.9 kv.metr olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 3 382 000 (üç milyon üç yüz səksən iki min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılmas üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxara rkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılmas üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Hüquqi məsələlər: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC-dən 936 000 (doqquz yüz otuz altı min) manat əsas, 937 110.25 (doqquz yüz otuz yeddi min yüz on manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1 873 110.25 (bir m ilyon səkkiz yüz yetmiş üç min yüz on manat iyirmi beş qəpik) manat məbləğində kredit borcunun, qətnamə çıxarılacaq günədək hesablanacaq əlavə faiz borcunun, 30 manat dövlət rüsumunun, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 100 manat rüsumun tutulması, tutmanın banka ipotekaya və girova qoyulmuş MMC-yə məxsus Saatlı rayonu, Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5411,9 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə və Saatlı rayonu, Gomuşçu kəndində saxlanılan və ümumi dəyəri 5 000 000 (beş milyon) manat olan avadanlığa yönəldilərək həmin ipoteka və girov predmetlərinin açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaitinin banka ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması bar ədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, bankla MMC arasında 01 may 2008-ci il tarixdə kredit müqaviləsi bağlanaraq MMC-yə illik faiz dərəcəsi 7% müəyyən edilməklə 84 ay müddətinə 2 000 000 (iki milyon) manat kredit verilmişdir. Kredit öhdəliklərinin təminatı olaraq, MMC-yə məxsus Saatlı rayonunun Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5411,9 kv.metr olan əmlak kompleksi kimi müəssisə 29 dekabr 20 09-cu il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş, həmin ipoteka predmeti 6 150 000 (altı milyon yüz əlli min) manat dəyərində qiymətləndirilmiş, 01 may 2008-ci il tarixli girov müqaviləsinə əsasən isə, MMCyə məxsus, girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilmiş Saatlı rayonunun Gomuşçu kəndində saxlanılan və ümumi dəyəri 5 000 000 (beş milyon) manat olan avadanlıq banka qirov qoyulmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, MMC kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və 12 dekabr 2017-ci il tarixinə onun 936 000 manat əsas, 937 110,25 manat faiz borcu olmaqla ümumilikdə 1 873 110,25 manat kredit borcunun olduğu hesablanmışdır. Bankın təqdim etdiyi maliyyə arayışına görə, kredit müqaviləsinin müddətinin bit diyi 01 may 2015-ci il tarixinə MMC-nin 1 400 000 (bir milyon dörd yüz min) manat əsas, 612 316 (altı yüz on iki min üç yüz on altı) manat faiz borcu olmaqla ümumilikdə 2 012 316 (iki milyon on iki min üç yüz on altı) manat borcu olmuş, müqavilə müddətinin bitdiyi tarixdən sonra borc alan tərəfindən ümumilikdə 580 000 (beş yüz səksən min) manat ödəniş həyata keçirilmiş, həmin məbləğin 464 000 manatı əsas, 116 000 manatı faiz borcundan silinmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, MMC-nin müqavilə müddətinin bitdiyi dövrə yaranmış əsas və faiz borcunun məbləğinə münasibətdə məhz iddiaçının özünün bildirdiyi rəqəmlər mötəbər qəbul olunmalı, müqavilə müddətinin bitdiyi tarixə hesablanmış 612 316 manat faiz borcunun müvafiq hissəsi MMC-nin sonradan ödədiyi məbləğlə əvəzləş dirilməli (yəni müqavilə müddətinin bitdiyi tarixə hesablanmış 612 316 manat faiz borcundan müddətin bitməsindən sonra ödənilən 580 000 manat çıxılmalı), qalan faiz borcu (yəni 32 316 manat) və əsas borc (yəni 1 400 000 manat) MMC-dən tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 07 aprel 2017-ci il tarixli rəyində MMC-nin müqavilə müddətinin bitmə tarixinə 1 999 611,41 manat əsas, 556 8859,11 manat faiz borcunun, yəni ümumilikdə 2 556 470,51 manat borcunun yarandığı göstərilmiş olsa da, iddiaçı bank həmin dövrə olan borcun cəmi 2 012 316 manat olduğunu bildirdiyindən, Mülki Prosessual Məcəllənin 218-ci maddəsinin tələbi nəzərə alınmaqla məhz iddiaçının özünün müəyyənləşdirdiyi məbləğlər əsas götürülməlidir. Kredit müqaviləsinin müddətinin bitdiyi 01 may 2015-ci il tarixinə MMC-nin 1 400 000 (bir milyon dörd yüz min) manat əsas borc öhdəliyi olduğunu və həmin məbləğin hazırkı dövrədək ödənilmədiyini nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının müvafiq tələbi sözügedən əsas borc məbləğinə illik 5 faiz hesablanmaqla qismən təmin olunmalı, 01.05.2015-ci il tarixindən 24.01.2018-ci il tarixinədək olan 2 il 8 ay 23 günlük müddət üçün cəmi 191 126 (yüz doxsan bir min yüz iyirmi altı) manat gecikdirmə faizi MMC-dən bankın xeyrinə tutulmalıdır (1 400 000 x 5% x 2 il 8 ay 23 gün = 191 126). Bu qənaətə gələrkən kollegiya, müqavilə müddətinin bitməsindən sonra MMC-nin müxtəlif tarixlərdə ümumilikdə 580 000 manat ödəniş etdiyini, bu məbləğin isə faiz borcunun böyük hissəsinin ödənilməsinə hesablandığını nəzərə alıraq hesab etmiş dir ki, iddiaçı bankın məhz ona vaxtında qaytarılmayan əsas borc məbləğini yenidən kredit verməklə, illik ən azı 5 faiz dərəcəsi ilə gəlir (fayda) əldə etmək imkanı olmuşdur. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyi n icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəs aitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qanunla müəyyən edilmiş qayda da kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi MMC-nin özünə məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş oby ekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏ RARA ALDİ: İddiaçı X və cavabdeh X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5015/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5015/2019
02.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver