Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5015/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" ASC Cavabdeh1 qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5015/21 (Açar sözlər: kredit borcunun tutulması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(104)146/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) məhkəmədə Cavabdeh1 və digərlərinə (cəmi 19 nəfər) qarşı iddia qaldıraraq, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 21 may 2010-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi və cavabdehlərdən müştərək qaydada kredit müqaviləsindən irəli gələn ödənilməmiş 14.998,92 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Tovuz Rayon Məhkəməsinin 03 aprel 2013-cü il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ə.İ.Məmmədov) iddia təmin edilərək, tərəflər arasında bağlanmış 21 may 2010-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi və cava bdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Hajı oğlu, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 Qənbər oğlu, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 və Cavabdeh19 müştərək qaydada əsas borca görə 4.848,84 manat, hesablanmış faizə görə 10.101,78 manat və dəymiş zərərin əvəzi kimi 48,3 manat olmaqla, 14.998,92 manat kredit borcunun tutulub iddiaçı "xxxx" İKB ASC ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Cavabdehlər həmin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385, 442, 445.1, 448-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər Cavabdeh18, Cavabdeh7 və Cavabdeh19 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.N.Quliyev sədrlik edən, məruzəçi, F.Ə.Mehtiyev və R.Ş.Muradov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Tovuz Rayon Məhkəməsinin 03 aprel 2013-cü il tarixli qətnaməsi ləğv edilib, iddia tələbləri rədd edilib. Apellyasiya instan siyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi 21 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə kredit borcunun cavabdehlərdən tutulması ilə bağlı iddia tələbini ətraflı araşdırmayıb. Belə ki, qeyd olunan borc məbləğinin olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin etmədən iddia tələbinin təmin edilməsi qənaətinə gəlib. Halbuki, ekspertin rəyi ilə müəyyən olunur ki, ödəniş qəbzlərinə, hesabdan çıxarış məlumatlarına əsasən, cavabdehlərdən bir qisminin 01.01.2020-ci il tarixə iddiaçıya 1.231,56 manat ödənilməmiş borcu olub, habelə cavabdehlərin bir qismi tərəfindən iddiaçıya ümumilikdə 2.342,87 manat artıq ödəniş edilib. Tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən, birgə borclulardan biri (bir neçəsi) ö z öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər birgə borcluların üzərinə keçir. Müqavilənin 1.2-ci bəndi nəzərə alınmaqla digər cavabdehlər tərəfindən artıq ödənilmiş məbləğ iddiaçıya borclu olan cavabdehlərin borcundan çıxılan zaman belə cavabdehlər tərəfindən artıq ödənilmiş məbləğin qaldığı müəyyən edilir. Ona görə də iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC, vəkili Vəkil və cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 Aslf oğlu, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Hajı oğlu, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 Qənbər oğlu, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh 18 və Cavabdeh19 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra...nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə görə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 540.1-ci maddəsinə görə, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblə rə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407. 2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməli dir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxark ən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, tərəflər arasında bağlanmış 21 may 2010-cu il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehlərə 12 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 17.600 manat kredit verilib. İddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər arasında bağlanmış 21 may 2010-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 14.998,92 manat kredit borcunun tutulmasını iddia edir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə raz ılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sözügedən kredit müqaviləsi üzrə kredit borcunun cavabdehlərdən tutulması ilə bağlı iddia tələbini ətraflı araşdırmayıb. Belə ki, qeyd olunan borc məbləğinin olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin etmədən iddia tələbinin təmin edilməsi qənaətinə gəlib. Halbuki, ekspertin rəyi ilə müəyyən olunur ki, ödəniş qəbzlərinə, hesabdan çıxarış məlumatlarına əsasən, cavabdehlərdən bir qisminin 01 yanvar 2020-ci il tarixə iddiaçıya 1.231,56 manat ödənilməmiş borcu olub, habelə cavabdehlərin bir qismi tərəfindən iddiaçıya ümumilikdə 2.342,87 manat artıq ödəniş edilib. Halbuki, tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən, birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilm ədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər birgə borcluların üzərinə keçir. Ona görə də Müqavilənin 1.2-ci bəndi nəzərə alınmaqla digər cavabdehlər tərəfindən artıq ödənilmiş məbləğ iddiaçıya borclu olan cavabdehlərin borcundan çıxılan zaman belə cavabdehlər tərəfindən artıq ödənilmiş məbləğin qaldığı müəyyən edilir. Ona görə də iddia tələbləri rədd edilməlidir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri Mülki Məcəllənin 527.1, 528, 540.1-ci maddələrinin tələbləri baxımından da əsassızdır. Belə ki, həmin maddələrin mənasına görə, öhdəliyə icra...nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmçinin, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Eyni zamanda, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Hazırki halda sözügedən kredit müqaviləsi üzrə tərəflər arasında əmələ gəlmiş öhdəliyə digər cavabdehlərin kredit borcunu tam icra etməsi nəticəsində xitam verilib. İşin bu halı tərəflər arasında bağlanmış 21 may 2010-cu il tarixli kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərindən də irəli gəlir. Belə ki, həmin bəndin mənasına görə, birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər birgə borcluların üzərinə k eçir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən Müqavilənin 1.2-ci bəndinin şərtlərini təhlil edib haqlı olaraq belə qənaətə gəlib ki, digər cavabdehlər tərəfindən artıq ödənilmiş məbləğ iddiaçıya borclu olan cavabdehlərin borcundan çıxılan zaman belə cavabdehlər tərəfindən artıq ödənilmiş məbləğin qaldığı müəyyən edilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, iddia tələblərini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılma lıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(104)-146/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5015/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5015/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver