Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5016/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və xxx qızına qarşı “evdə yaşamaq hüququnun tanınması və evə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə / mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehlərin vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)274/2021 nömrəli qətna məsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 343 inventar nömrəli, 1987-ci il tarixli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, İİ Biləcik kəndində yerləşən fərdi yaşayış evi X3 məxsusdur. X4 və İddiaçı2 1961-ci ildən faktiki ailə münasibətləri qurmuş, lakin rəsmi nikaha daxil olmamışlar. İddiaçı1 və Cavabdeh1 onların övladlarıdırlar. X4 17 avqust 2006-cı il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və xxx qızına qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 83-cü maddəsinə əsasən iddia tələb inin həcminin azaldılmasını dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 yerləşən mərhum X1 qalmış miras evdə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 10 dekabr 2003-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan 2 övladı anadan olmuş, lakin Şəki Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Keçmiş ərinin adına heç bir əmlak olmadığından həmin iddiaçı uzun illər Şəki şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Həmçinin artıq dördüncü ildir ki, anası İddiaçı2 da onunla birlikdə yaşayır. Belə ki, cavabdehlər iddiaçılara öz doğma evlərinə ayaq basmağa belə imkan vermirlər. Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarix li, 2(075)-1181/2020 nömrəli qətnaməsi ilə (hakim P.V.Hacıyev) iddia qismən təmin edilmiş, İddiaçı2 ünvan 1 yerləşən mərhum X1 miras qalmış fərdi yaşayış evindən istifadə hüququnun tanınması, İddiaçı1 və İddiaçı2 ünvan 1 yerləşən mərhum X1 miras qalmış fərdi yaşayış evinə köçürülmələri, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı2 evin mülkiyyətçisi X4 ilə birlikdə həmin evdə 40 ilə yaxın bir müddət yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmişdir. Buna görə də İddiaçı2 evin ailə üzvü hesab edilməlidir. İddiaçı mübahisə predmeti olan evə köç ən zaman başqa qeyd-şərt göstərməmiş, evin mülkiyyətçisi ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş və onun həmin evdə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır. Buna görə də İddiaçı2 həmin evdən öz iradəsinin ziddinə olaraq cavabdehlər tərəfindən çıxarıla bilməz. Bu əsasla məhkəmə hesab etmişdir ki, İddiaçı2 evdən istifadə hüququnun tanınması, onun həmin evə köçürülməsi tələbləri əsaslıdır və təmin edilməlidir. İddiaçı1 münasibətdə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, köhnə Mənzil Məcəllənin 53, 54-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarına, “Ə.Ə.Axverdiyevin şikayəti üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarına istinad etməklə hesab etmişdir ki, ünvan 1 yerləşən mübahisəli fərdi yaşayış evi hazırda tam mülkiyyət hüququ üzrə mərhum X2 adına olsa da, İddiaçı1 vərəsə kimi həmin fərdi yaşayış evindən gələcəkdə “gözlənilən” mülkiyyət hüququ vardır. Beləliklə, İddiaçı1 “mülkiyyət hüququ gözlənilən” şəxs olmaqla, o, həmin fərdi yaşayış evindən qanunsuz olaraq çıxarıla bilməz. İddiaçı1 1974-cü ildə mübahisəli evdə doğulmuş, ailə quranadək həmin evdə yaşamış, mülkiyyətçi və onun ailə üzvləri ilə birlikdə ümumi təsərrüfat aparmış, kirayəçinin ailə üzvü kimi eyni hüquq və vəzifələrə malik olmuşdur. Bu baxımdan İddiaçı1 ünvan 1 yerləşən mübahisəli fərdi yaşayış evinə vərəsə kimi “gözl ənilən” mülkiyyət hüququ olsa da, qeyd edilən fərdi yaşayış evindən istifadə etməsinə dair “mülkiyyət hüququ gözlənilən” şəxslə heç bir notarial razılaşması olmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və xxx apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(075)-1181/2020 nömrəli qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-274/2021 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və xxx qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 06 oktyab r 2020-ci il tarixli, 2(075)-1181/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən, yəni İddiaçı2 münasibətdə qismən təmin edilmiş, İddiaçı2 ünvan 1 yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, ünvan 1 yerləşən evə mərhum X2 a dına texniki pasport işlənilmiş, lakin həmin fərdi yaşayış evə xüsusi mülkiyyət hüququnu qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması çıxarışla rəsmiləşdirilməmişdir. Birinci instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qanunvericilik fiziki şəxslərin yaşayış sahəsindən istifadəsini o şərtlə mümkün hesab etmişdir ki, istifadə hüququ tələb olunan yaşayış sahəsi mülkiyyətdə (dövlət, bələdiyyə və fiziki şəxslər), yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış sahələrindən daimi və ya müvəqqəti olaraq istifadə etmənin hüquqi əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa t ənzimlənməmişdir. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması istisna edilir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın mübahisəli evə dair istifadə hüququnun tanınması hissəsi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin evə köçürülmə hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı2 evin mülkiyyətçisi X4 ilə birlikdə həmin evdə 40 ilə yaxın bir müddət yaşayıb, onunla birlikdə ümumi təsərrüfatı idarə etmişdir. İşin bu halını tərəflər mübahisələndirmir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan evə köçən zaman başqa qeyd-şərt göstərilməmiş, mərhum əri ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmişdir. Bu əsasla apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı2 mübahisəli evə kö çürülməsi tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı1 münasibətdə məhkəmə göstərmişdir ki, o, 2000-ci il tarixində ailə qurmuş və mübahisə predmeti olan və ünvan 4 yerləşən fərdi yaşayış evindən getmişdir. İşin bu halı tərəflərin və iddiaçın vermiş olduğu izahatla öz təsdiqini tapır. Yəni iddiaçı artıq 20 ildir ki, mübahisə predmeti olan mənzildə yaşamır. İddiaçı1 heç kim məcburi evdən çıxarmamış, onun evdən köçüb getməsinin səbəbi nikaha daxil olmasıdır. Həmin iddiaçı 20 il ərzində mənzildə yaşayış hüququnun bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmiş və bununla da mənzilə heç bir hüququnun olmadığını hərəkətləri ilə (ailə qurduqdan sonra ər evinə daimi köçməklə) nümayiş etdirmişdir. Məhkəmə “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına, köhnə Mənzil Məcəlləsinin 87-ci maddəsinə istinad etməklə hesab edir ki, İddiaçı1 daimi olaraq mübahisəli evi tərk etdiyindən onun iddia ərizəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və xxx kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-274/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmaları pozulmuşdur. Belə ki, İddiaçı2 4 ildən çox müddətdir ki, mübahisəli evdən öz istəyi ilə çıxmış və bu müddət ərzində məhkəməyə müraciət etməmişdir. Məhkəmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsini İddiaçı2 münasibətdə də tətbiq etməli olduğu halda bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehlərin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar və vəkilləri gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azər baycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericil iyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini cavabdehlər iddianın təmin olunan hissəsindən verdiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri il ə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə o nlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin Plenumunun 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını səlahiyyətləri çərçivəsində müəyyən etmiş və həmin hallara uyğun olaraq maddi hüquq normalarını tətbiq etmişdir. İddiaçı2 mün asibətdə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin tətbiqi üçün Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarının şərhinə görə əsaslar mövcud deyildir. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-41 7, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-274/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5016/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5016/2021
04.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver